23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Özəl Universitetində “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə ali təhsil müəssisəsinin rektoru İsmayıl Əliyev açıb.
AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə “Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxış edərək bildirib ki, burada doğulub boya-başa çatan, ilk təhsilini burada alan ulu öndər Heydər Əliyevin zəngin fəaliyyəti Naxçıvanda bütün sahələrin inkişafına zəmin yaradıb, bu inkişafın daimiliyinə əbədi işıq yandırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə qədər muxtar respublika Azərbaycanın geridə qalmış əyalətlərindən biri idi. Bu, özünü təsərrüfatın bütün sahələrində göstərirdi. Digər regionlarla müqayisədə Naxçıvanda iqtisadiyyata əsaslı vəsait qoyuluşu aşağı səviyyədə idi. Belə ki, 1966-1968-ci illərdə muxtar respublikaya kapital qoyuluşu 90 milyon manat olmaqla hər ilə orta hesabla 30,3 milyon manat olub. Dahi rəhbərin hakimiyyətə gəlməsi ilə bu rəqəm iki ildə – 1969-1970-ci illər – 105 milyon manat, yəni orta hesabla 50 milyon manatdan artıq olub. 1969-1970-ci illərdə sənaye məhsulunun artımı əvvəlki üç ildəkindən 4,1 dəfə çox olub. Alimin sözlərinə görə, belə inkişaf həyatın bütün sahələrində nəzərə çarpırdı.

Məsələn, 1971-1975-ci illərdə əsaslı tikintiyə 210 milyon manat, tikinti-quraşdırma işlərinə 175 milyon manat ayrılıb ki, bu da muxtar respublika yaranandan 1971-ci ilə qədərki ümumi vəsaitdən dəfələrlə artıq idi. Bundan əlavə, ötən əsrin 70-ci illərində Naxçıvanda elm və təhsilin inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Məhz 1972-ci ildə Naxçıvan şəhərində Pedaqoji İnstitutun, həmin ildə Naxçıvan Elm Mərkəzinin, sonrakı dövrlərdə Ordubad rayonunda “Xəzər” xüsusi konstruktor bürosunun, Şamaxı Astrofizika Rəsədxanasının Batabat Bölməsinin, “Araz” Elm-İstehsalat Birliyinin yaradılması gələcəkdə AMEA Naxçıvan Bölməsinin təşkilinə gedən yolun təməlləri idi.
Məruzəçi bildirib ki, ötən əsrin sonlarında regionda yaranmış ağır ictimai-siyasi vəziyyət ümummilli lider Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana gəlişi ilə sabitləşdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı böyük bəlalardan xilas edib. Məhz həmin dövrlərdə Naxçıvanda müstəqil Azərbaycanın qorunub saxlanılması, ölkə­nin gələcək inkişafı üçün mühüm tarixi addımlar atılıb. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı isə ölkə­mizin üzərini bürümüş qara buludların dağılmasına, Vətənimizin, eləcə də bu Vətənin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına səbəb olub.
Sonda ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətinin müəyyən mərhələlərini özündə əks etdirən slayd nümayiş etdirilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR