23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Nizami Rəhimov açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u “Dövlət Bayrağı Günü” kimi qeyd olunur.
Bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Ardını oxu...

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi qloballaşma kontekstində miqrasiya proseslərini daha da sürətləndirib. Bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getmək istəyən, yaxud qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olub. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi zərurətini yaradıb.
Bu fikirlər Naxçıvan şəhərindəki “Təbriz” otelində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə keçilən beynəlxalq miqrasiya hüququ üzrə təlim kurslarında səsləndirildi.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Namiq Cəfərov və Sədi Bayramov çıxış edərək beynəlxalq miqrasiya hüququ, onun istiqamətləri, subyektləri, miqrasiya proseslərində dövlətlərin səlahiyyətləri, əməkçi miqrantların hüquqları barədə ətraflı məlumat verdilər.
Tədbirdə insan hüquqları, miqrantların xüsusi kateqoriyaları, xüsusi miqrasiya konteksti məsələləri ilə bağlı diskussiyalar aparıldı, verilən suallar cavablandırıldı.
Sonda iştirakçılara sertifikatlar təqdim edildi. Bununla da, beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları yekunlaşdı.

Xəbərlər şöbəsi

Ölkəmizdə 10-17 noyabr tarixi hər il “Tələbə-gənclər həftəsi” kimi qeyd edilir.
Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə bu sahədə görülən işlər intensiv xarakter almış, zəngin qanunvericilik bazası və gənc­lər siyasətini həyata keçirən dövlət orqanları yaradılmış, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmışdır. 1999-cu il iyulun 29-da “Dövlət gənc­lər siyasəti haqqında” Fərman imzalanmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bundan başqa, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” qanun, fərman və sərəncamlar imzalanmış, habelə “Gənc ailə”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” proqramları qəbul edilmişdir. Ümummilli liderimiz gənc nəslə ölkə­nin və xalqın gələcək müqəddəratının təminatçıları kimi yanaşaraq demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Ardını oxu...

Noyabrın 6-da Naxçıvan şəhərindəki “Təbriz” otelində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə beynəlxalq miqrasiya hüququ üzrə təlim kurslarına start verilib.
Təlim kurslarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, “Naxçıvan” Sərhəd Diviziyasının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən BMqT-nin Azərbaycan Nümayəndəliyinin proqram koordinatoru Səltənət Məmmədova bildirib ki, beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları miqrasiya sahəsinə cəlb olunmuş müvafiq dövlət qurumları nümayəndələrinin beynəlxalq miqrasiya qanunvericiliyi, miqrasiya hüququ, miqrantların qayıdışı və bu kimi digər məsələlərdə biliklərinin artırılması və fəaliyyətlərinin gücləndirilməsi məqsədi daşıyır. Bundan əvvəl təlimlər Bakıda, Yevlaxda, Lənkəran və Xaçmazda da keçirilib.

Ardını oxu...

Qədim Azərbaycan yurdu Naxçıvan... Kimisi buranı Şərqə açılan qapı, kimisi böyük Türk dünyasını birləşdirən körpü, kimisi də Asiyanı Avropaya bağlayan mühüm tranzit yol kimi dəyərləndirir. İstənilən strateji yanaşmadan əvvəl bu diyar öz qədimliyi ilə və bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin vətəni kimi tanınır. Ümumiyyətlə isə Naxçıvan tarix boyu müxtəlif xarici maraqların toqquşduğu bir regiondur. Bəlkə də, buna görədir ki, son yüz ildə bu qədim diyarın təhlükəsizliyinin təmin edilməsi daha çox diqqət mərkəzində olub. 

90 il bundan əvvəl Naxçıvanın muxtariyyət statusu alması onu xarici təhlükələrdən qoruyub, lakin ona qarşı yürüdülən əsassız iddialar heç vaxt səngiməyib. Hətta ən yeni tarixdə – ötən əsrin sonlarına doğru bu diyara edilən iddialar daha kəskin xarakter alıb, Azərbaycanın digər bölgələri kimi, Naxçıvan da mənfur ermənilərin aramsız hücumlarına məruz qalıb. Sədərək rayonunda, Şərur rayonunun Havuş, Şahbulaq, Yuxarı Yaycı, Şahbuz rayonunun Şada, Babək rayonunun Gərməçataq, Yuxarı Buzqov və adını sadalamadığımız digər sərhəd məntəqələrində gedən ağır döyüşlər yaddaşlardan heç vaxt silinməyəcək. Onu da nəzərə alaq ki, muxtar respublikada döyüşlər Azərbaycanın digər bölgələrindən fərqli olaraq blokada şəraitində aparılırdı.

Ardını oxu...

Meliorasiya və su təsərrüfatı iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi və onun yerlərdə fəaliyyət göstərən strukturları tərəfindən 2014-cü ilin oktyabr ayında da müvafiq tədbirlər görülmüşdür. Belə ki, muxtar respublikanın müxtəlif ərazilərini əhatə etməklə, 2,8 kilometr kanal, 6,18 kilometr kollektor, 55,4 kilometr ara arxları lildən təmizlənmiş, 518 metr kanala beton döşənmiş, 2,74 kilometr içməli su xətti təmir olunmuş, 3,48 kilometr yeni içməli su xətti və 4,92 kilometr müxtəlif diametrli borularla suvarma xətti çəkilmişdir. Babək rayonunda “Qaraçuq-1” nasos stansiyasında lildən təmizlənmə işləri aparılmış, Naxçıvan çirkab sutəmizləyici qurğusunun havalandırma hovuzunda dəmir-beton işləri görülmüş, inzibati binada tikinti işləri başa çatdırılmışdır.

Ardını oxu...

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulması, aid qurumların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və səmərəliliyin artırılması diqqət mərkəzində saxlanılır. 2014-cü ilin oktyabr ayı ərzində əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, şəhərdaxili nəqliyyatda işləyən avtobusların beynəlxalq standartlara cavab verən müasir avtobuslarla əvəz olunması, Naxçıvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması və ictimai nəqliyyat vasitələri üçün yeni dayanacaqların quraşdırılması işləri davam etdirilməkdədir.

Ardını oxu...

Qədim tarixi, zəngin mədəniyyəti, gözəl təbiəti, turizm potensialı, müasir yaşayış məntəqələri və sürətli sosial-iqtisadi inkişaf tempi ilə diqqəti cəlb edən Naxçıvan hər zaman xarici qonaqlarda zəngin təəssürat yaradır. Muxtar respublikada səfərdə olan xarici ölkə vətəndaşlarının – alim, tədqiqatçı və jurnalistlərin müxtəlif kütləvi informasiya vasitələrində Naxçıvan haqqında yazdıqları məqalələrlə çıxış etmələri ənənə halını almışdır. IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist və tədqiqatçı Peter Tasenin “Foreign Policy News” (Xarici siyasət xəbərləri) portalında muxtar respublikaya həsr etdiyi növbəti məqaləsi yerləşdirilmişdir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq həmin məqaləni qəzetimizin bugünkü nömrəsində dərc edirik.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi yük və sərnişin daşımalarının həcminin artmasına, xidmətin günün tələblərinə uyğun təşkilinə şərait yaratmışdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun strukturları bu ilin oktyabr ayı ərzində də qarşıda duran vəzifələrin icrasını layiqincə yerinə yetirmiş, xidmətin keyfiyyətinin daha da yüksəldilməsini diqqət mərkəzində saxlamışdır.

Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması, qatarların və dəmir yolu xətlərinin müasir tələblərə cavab verməsi nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Ötən ay ərzində dəmir yolu nəqliyyatı vasitəsilə müxtəlif istiqamətlər üzrə 11 min 25 nəfər sərnişin daşınmışdır.

Ardını oxu...

23 dekabr 2014-cü il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər!

Azərbaycan Respublikasında bələdiyyə seçkilərində siyasi partiya və siyasi partiyaların blokları tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlərin irəli sürülməsi qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü, 212-ci və 214-cü maddələri ilə tənzimlənir.

Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, namizədin və ya namizədlərin irəli sürülməsi haqqında qərarı səsvermə yolu ilə kollegial qaydada qəbul edir.

Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd və ya namizədlər bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizəd və ya namizədlərin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.

Ardını oxu...

Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvan Muxtar Respublikasının nəqliyyat sistemində hava yollarının əhəmiyyəti olduqca böyükdür. Buna görə də Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti üçün bütün tədbirlər görülmüş, maddi-texniki baza gücləndirilmiş, sərnişinlərin rahat və təhlükəsiz uçuşu təmin olunmuşdur.

2014-cü ilin oktyabr ayı ərzində də hava limanında əhaliyə keyfiyyətli xidmət təşkil olunmuşdur. Ötən ay ərzində yerli hava xətti ilə 24 min 395 sərnişin, 396 min 265 kiloqram baqaj, 36 min 823 kiloqram yük və 2 min 332 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqaməti üzrə 339 sərnişin, 5 min 887 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 478 sərnişin və 5 min 567 kiloqram baqaj daşınmışdır.
Hava nəqliyyatına tələbatın artması xidmətin keyfiyyətinin də mütəmadi olaraq yüksəldilməsini şərtləndirir. Buna görə də hava limanı əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində də işlər davam etdirilmişdir. Ötən ay daşımaların təşkili və koordinasiyası xidmətinin şəxsi heyəti Bakı şəhərində Milli Aviasiya Akademiyasında kurslara cəlb edilmişdir.

Ardını oxu...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatı mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə, mavi qaz şölələnir. “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birliyin müvafiq tədbirlər planına əsasən, oktyabr ayı ərzində də qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir.

Ardını oxu...

Oktyabrın 4-ü və 5-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu muxtar respublikada səfərdə olmuşdur. Səfər zamanı qonaqlar Naxçıvanın görməli yerləri, qədim tarixi abidələri və müasir inkişaf səviyyəsi ilə yaxından tanış olmuşlar. Naxçıvan forum iştirakçılarında dərin təəssürat yaratmışdır. Belə ki, forum iştirakçıları xarici ölkələrdə nəşr olunan mötəbər qəzet və jurnallarda, xəbər portallarında muxtar respublika haqqında yazdıqları məqalələrlə çıxış edirlər.
Humanitar Forum iştirakçısı, Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist Peter Tasenin Naxçıvana həsr etdiyi və “Foreign Policy News” (Xarici siyasət xəbərləri) portalında yayılan “Ordubad: Avroasiyanın ürəyində qədim şəhər” məqaləsini qəzetimizin ötən nömrələrində dərc etmişdik. Tədqiqatçı kimi də fəaliyyət göstərən Peter Tase Amerikanın ispandilli “Eurasiahoy.com” xəbər portalında növbəti məqalə ilə çıxış etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik:

4-5 oktyabr 2014-cü il tarixdə müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin vətəni olan Naxçıvan Muxtar Respublikasına səfər etmək mənim üçün böyük şərəf idi. Qədim tarixə malik olan bu şəhərin inkişafını sözlə təsvir etmək mümkün deyil. Çünki şəhər Azərbaycan tarixinin və vətənpərvərliyinin ürəyi hesab olunur.

Ardını oxu...

Noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq muxtar respublikada kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən aqrar islahatlar Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının, eləcə də emal sənayesinin inkişafına etibarlı zəmin yaradıb. İlk dəfə 1992-ci ildə başlanılan və 2000-ci ildə başa çatdırılan torpaq islahatları muxtar respublikanın 205 kəndini və 132 təsərrüfatını əhatə edib, 72 min 758 ailəyə və 241 min 46 nəfərə 56 min 372 hektar torpaq sahəsi verilib. Həyata keçirilən islahatlar nəticəsində əkinçiliyin inkişafında dönüş yaranıb, 2014-cü ilin məhsulu üçün 60 min 829 hektar sahədə əkin işləri həyata keçirilib. Bu, 1991-ci ilin məhsulu üçün əkilmiş sahədən 3,2 dəfə çoxdur.

Ardını oxu...

Məhərrəm ayı Hicri təqvimi ilə yeni ilin ilk ayıdır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allah-Taala “Qurani-Kərim”in “Ət-Tövbə” surəsinin 36-cı ayəsində buyurur ki: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”.

Məhərrəm ayı İlahi bərəkət və bolluğun coşduğu bir aydır. Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə çatmaq üçün edilən duaların qəbul olunduğu ay olduğu üçün Peyğəmbərimiz tərəfindən məhərrəm ayı “Allahın ayı” olaraq ifadə edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası 90 ildə olduqca mürəkkəb və çətin, eyni zamanda şərəfli yol keçib.
Bakı Dövlət Universitetində (BDU) Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş tədbirdə bu qədim diyarın zəngin tarixindən, müxtəlif inkişaf mərhələlərindən danışılıb.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində bu mövzuda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Tibb Kollecinin tələbələri iştirak ediblər. 

Kollecin tarix müəllimi Rəna Vəliyeva bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün qədim tarixi, zəngin mədəniyyəti, gözəl təbiəti ilə fəxr etdiyi kimi, onu dünyaya tanıdan dahi şəxsiyyətləri ilə də fəxr edib. Belə şəxsiyyətlərin fövqündə dayanan ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına, müstəqilliyinin əldə olunmasına və onun qorunub saxlanılmasına həsr edib.
Qeyd olunub ki, böyük şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmiz çox qısa bir dövrdə aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilib, respublikamızda elm, təhsil, səhiyyə və mədəniyyətin inkişaf etdirilməsinə böyük diqqət göstərilib, mühüm nailiyyətlər əldə olunub. Bu dövrdə müstəqil Azərbaycanın gələcəyi naminə bir çox tarixi addımlar atılıb, gələcəkdə bu müstəqilliyi qoruyacaq milli ordumuz üçün ilkin baza yaradılıb, bütün sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlığı diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

23 dekabr 2014-cü il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər

Azərbaycan Respublikasının Seçki Məcəl ləsinə müvafiq olaraq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən növbəti bələdiyyə seçkiləri 23 dekabr 2014-cü il tarixə təyin olunmuş və Seçki Məcəlləsinin 213.2-ci maddəsinə uyğun olaraq, 22 oktyabr 2014-cü il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuşdur.
Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

Ardını oxu...

“Ulu öndər Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə Türk dünyasını əhatə edib”.
Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Heydər Əliyev lektori­yası”nın 62-ci məşğələsində səsləndirilib.
Lektoriyada çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində Türk dünyasına xüsusi əhəmiyyət verdiyini qeyd edib.
İ.Hacıyev bildirib ki, ulu öndərin Türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliyi ilə də böyük tarixi əhəmiyyət daşıyır.
Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində Türk dünyası məsələləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ümummilli lider türk birliyinin möhkəmləndirilməsində, inkişaf etməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirib, cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün fəaliyyətini dönə-dönə dəyərləndirib, onu XX əsrin bəşəriyyətə yetirdiyi böyük dühalardan sayıb.

Ardını oxu...

29 oktyabr qardaş Türkiyənin tarixində xüsusi əhəmiyyət kəsb edən bayramlardan biridir. 91 il bundan əvvəl – 1923-cü ildə tarix səhnəsinə qədəm qoymuş Türkiyə Respublikası Mustafa Kamal Atatürkün şah əsəri, çoxəsrlik türk dövlətçiliyinin yeni dövrdə davamıdır.

Türkiyə bugünkü cümhuriyyətə nail olmaq üçün uzun və şərəfli tarixi yol keçmişdir. XX əsrin əvvəllərində dünyanın bir çox ölkələri, o cümlədən Türkiyə ətrafında cərəyan edən mürəkkəb siyasi və qanlı hadisələr 1914-cü ildə Birinci Dünya müharibəsinin və xalqlar arasında milli azadlıq hərəkatının başlanmasına gətirib çıxardı. Süqut ərəfəsində olan zəifləmiş Osmanlı imperiyası özünü ayaq üstə saxlamaq məqsədilə sonuncu dəfə gücünü səfərbər edərək bu müharibəyə qoşuldu. Lakin Antanta dövlətləri tərəfindən məğlubiyyətə uğradıldı. 1918-ci ildə qalib dövlətlərlə Türkiyə arasında Mudros barışıq müqaviləsi bağlandı. Əslində isə bu saziş Türkiyəni parçalamaq və onun tarix səhnəsindəki roluna son qoymaq niyyəti güdürdü.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, iş icazələrinin verilməsi ilə bağlı müraciətlər üzrə yol verilən nöqsanların müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri xidmətin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov açaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətləri, onların Azərbaycan Respublikasında işə cəlb olunması barədə danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inspektoru Samir Sadiqov çıxış edərək bildirib ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşına iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Ardını oxu...

“Naxçıvan Azərbaycan, Türkiyə və ümumilikdə, Türk dünyası üçün çox mühüm strateji əhəmiyyətə malik bir məkandır. Muxtar respublikanın sürətli inkişafı, uğurlu yüksəlişi, gündən-günə gözəlləşməsi hər birimizi ürəkdən sevindirir, bizə qürur bəxş edir”.
Bu fikirləri oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun iştirakçısı olmuş Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti jurnalistlərə açıqlamasında deyib.
Rıfat Hisarcıklıoğlu bu il Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin 90-cı ildönümünü çox böyük nailiyyətlərlə qeyd etdiyini bildirib. Vurğulayıb ki, ulu əcdadlarımız bu qədim diyarı düşməndən qorumaq üçün həmişə birlik nümayiş etdirib, çiyin-çiyinə Naxçıvanı qoruyublar. Bu gün Naxçıvan türk dünyasının alınmaz qalası kimi düşmənə gözdağıdır.
“Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası hər sahədə sürətlə inkişaf edir və bu inkişaf həm də muxtar respublikanın timsalında özünü bariz şəkildə büruzə verir”, – deyən Rıfat Hisarcıklıoğlu əlavə edib ki, Azərbaycanın əbədi dostu, əvəzsiz strateji müttəfiqi Türkiyə də özünün yüksəliş dövrünü yaşayır.

 Rauf Əliyev

Zəngilansız 21 il 

Bu gün Azərbaycan Respublikasının dilbər guşələrindən biri olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür. 1988-ci ildən 1993-cü il oktyabrın 29-dək nankor düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu. Zəngilan rayonu həm də Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyi üçün mühüm strateji əhəmiyyətə malik idi. Bu yurd yerimizi işğal edən ermənilər qədim diyarla ana torpağımız arasında məsafəni daha da artırmış oldular. Yəni digər rayonlarla bərabər, Zəngilanın işğalı da Naxçıvan Muxtar Respublikasının blokadasının daha da, necə deyərlər, “möhkəmləndirilməsi” ilə bağlı məkrli siyasətin tərkib hissəsi idi. 

Erməni hiyləsinin baş tutmasında AXC-Müsavat iqtidarının yarıtmaz əməlləri və onlara məxsus pərakəndə silahlı dəstələrin xəyanətkar hərəkətləri böyük rol oynadı. Belə ki, təxribatlar nəticəsində ermənilər 1992-ci ilin dekabrında Zəngilan rayonunun əhatəsində olan əsas strateji məntəqələrimizi ələ keçirdilər. Kiçik qruplarla mübarizə aparan və rayonun könüllülərindən təşkil olunmuş özünümüdafiə dəstələri düşmənin ağır texnika və çoxsaylı canlı qüvvəsinə qarşı mərdliklə vuruşurdular. Lakin qüvvələr qeyri-bərabər idi. Ermənistan, demək olar ki, bütün hərbi gücünü bu rayonun işğalına sərf etmişdi. Hərbi təyyarələr belə, hücumda iştirak edir və rayonun mərkəzini bombalayırdılar. Ciddi müqavimətə baxmayaraq, vəziyyət daha da çətinləşirdi. Çünki düşmən döyüşə əlavə qüvvələr cəlb edir, təzyiqi artırırdı. Dörd gün ərzində, əsasən, Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücuma keçməklə qüvvələrimizi bu istiqamətə cəlb edən düşmən beşinci gün – oktyabrın 27-də səhər Cəbrayıl-Qubadlı istiqamətindən cəbhəni yardı.

Ardını oxu...

Muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün “Muzey günləri” tərtib olunmuşdur. “Muzey günləri”ndə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar. Bu tədbirin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən muzeylərlə ictimaiyyət arasında əlaqənin möhkəmləndirilməsindən, görkəmli şəxsiyyətlərimiz, qədim tariximiz və zəngin mədəni irsimiz haqqında kollektivləri məlumatlandırmaqdan ibarətdir.
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində mühüm addımlar atılmış, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında VI-VII təsnifatlara uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 15 sentyabr 2014-cü il tarixdə müsabiqə elan edilib.
Komissiyadan verilən məlumata görə, müsabiqəyə 40 dövlət orqanı üzrə 342 vakant vəzifə çıxarılıb. Bu vəzifələrdən 67-si VI təsnifat, 273-ü VII təsnifat üzrə, 2-si isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına vakant vəzifələrdir. Müsabiqəyə sənəd qəbulu 15 oktyabr 2014-cü il tarixədək davam edib, 439 nəfər qeydiyyatdan keçib. Bu namizədlərdən 245-i inzibati vəzifələrin VI, 184-ü VII təsnifatlarına uyğun, 10 nəfər isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında vakant yerləri tutmaq üçün sənəd verib.
Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsabiqənin test imtahanlarına başlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil, İqtisadiyyat və Sənaye nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Televiziya və Radio Şurası üzrə vakant vəzifələrin tutulması üçün qeydiyyatdan keçən namizədlər test imtahanı veriblər. Test imtahanları komissiyanın test mərkəzində hər gün iki seansda olmaqla elektron formada keçirilir. İmtahanda namizədlərə 40 qanunvericilik, 30 məntiqi təfəkkür, 15 kompüter bilikləri və 15 ümumi dünyagörüşü haqqında biliklər olmaqla, 100 sual təqdim edilib.
Test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Məlumat üçün qeyd edək ki, imtahanın nəticələri komissiyanın dqmk.nmr.az saytında yerləşdirilib.

 Səbuhi HƏSƏNOV

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gələn İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikanın tarixi abidələri, mədəniyyət, təhsil, səhiyyə və istehsal müəssisələri ilə tanış olmuşdur.
Səfərin ilk günündə qonaqlar Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Burada qonaqlara məlumat verilmişdir ki, ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın inkişafına həssaslıqla yanaşmış, ötən əsrin 90-cı illərində burada yaşayıb fəaliyyət göstərərək Naxçıvanı işğal təhlükəsindən xilas etmişdir. Həmin dövrdə blokada vəziyyətinə salınmış muxtar respublikanın qonşu ölkələrlə, o cümlədən İran İslam Respublikası ilə qarşılıqlı əlaqələrinin yaradılmasında mühüm addımlar atılmış, ikitərəfli əlaqələr qurulmuşdur. Muzeydə ulu öndər Heydər Əliyevlə İran İslam Respublikasının ali vəzifəli şəxsləri arasında həmin dövrdə imzalanmış rəsmi sənədlər, habelə qarşılıqlı görüşlər zamanı çəkilmiş fotoşəkillər nümayiş etdirilir.
Qonaqlar muzeydə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olmuşlar.

Ardını oxu...

Oktyabrın 24-də muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının üzvləri və katiblik əməkdaşları, həmçinin məntəqə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə bağlı müşavirə iştirakçılarını məlumatlandırıb. Bildirib ki, oktyabrın 17-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirib. Bu layihənin davamı olaraq, oktyabrın 22-dən 24-dək dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçilməsi nəzərdə tutulub. Bu gün keçirilən tədbirin əsas məqsədi məhz seçki komissiyaları üzvlərini seçki qanunvericiliyinin düzgün tətbiq edilməsi barədə məlumatlandırmaqdır.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açaraq tədbirin mahiyyətindən danışıb.
Diskussiya formasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlara normal şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə müxtəlif istiqamətlərdə əlaqələri gücləndirmək üçün idxalın tənzimlənməsi, rüsumların bazar iqtisadiyyatına uyğunlaşdırılması və bəzi rüsumlarda güzəştlərin tətbiqi, məhsulların standartlara uyğunluğu, biznes planlarının hazırlanması, problemli kreditlər, onların obyektiv və subyektiv səbəbləri, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi və digər məsələlər üzrə təkliflər hazırlanacağını bildirib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək son illər muxtar respublikada sahibkar­lıq subyektlərinin fəaliyyətinə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd edib ki, yaradılmış şərait hesabına bu gün daxili bazarda yerli istehsalın çəkisi getdikcə artmaqdadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, təqdimatlar, sərgilər davam etməkdədir. Keçirilən tədbirlər bizim bu qədim diyarı yaxından tanımağımıza, onu yenidən “kəşf” etməyimizə imkan yaradır. Bu təqdimatların hər birində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının milli dövlətçilik tariximizin, elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsindəki mühüm rolu xüsusi olaraq diqqətə çatdırılır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanaraq oktyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təqdim olunan “Naxçıvan Muxtar Respublikası– 90” adlı kitab-albom da bu cəhətdən təqdirəlayiqdir.
AzərTAc xəbər verir ki, kitab-albom Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasına dair Tədbirlər Planına əsasən nəşr olunub.
Hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Naxçıvanın muxtariyyəti asanlıqla qazanmadığına, çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə etdiyinə diqqət çəkib.

Ardını oxu...

Azərbaycan və Türkiyənin görkəmli elm xadimlərinin, təhsil işçilərinin iştirakı ilə Ankarada Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Tarixdə və günümüzdə Naxçıvan” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyi ilə Ankara Universitetinin (AU) birgə təşkilatçılığı əsasında bu ali təhsil ocağında keçirilən konfransda səfir Faiq Bağırov və universitetin prorektoru, professor Berahitdin Albayrak Naxçıvanın muxtariyyət statusu almasının tarixi, keçmiş SSRİ dövründə onun ictimai-siyasi, sosial-iqtisadi həyatındakı keyfiyyət dəyişiklikləri, Sovetlər Birliyinin süqutu ərəfəsindən başlayaraq yenidən qarşılaşdığı işğal təhlükəsi, ümummilli lider Heydər Əliyevin tarixi xi­laskarlıq missiyası sayəsində mövcud təhlükələrin aradan qaldırılması və müasir inkişaf vəziyyətindən bəhs ediblər.
Professor İbrahim Ethem Atnurun sədrliyi ilə keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyevin “Böyük dövlətlərin geosiyasi maraqlarında Naxçıvanın yeri və “Türk qapısı”na gedən yol”, Naxçıvan Dövlət Universitetinin dosenti Elçin Zamanov­un “XX əsrin əvvəllərində Naxçıvanın qurtuluşu uğrunda mübarizə və mövcud vəziyyət”, Ankara Universitetinin dosenti Məmməd Rıza Heyətin “Türk dünyasında Naxçıvanın mədəniyyəti və tarixi şəxsiyyətləri” və Türkiyənin Qazi Universitetinin doktorantı İlhan Aslanın “Sovetlər Birliyinin süqutundan başlayaraq Qafqazdakı çəkişmələrin Naxçıvana sirayəti” mövzularında məruzələri dinlənilib.

Ardını oxu...

Cənubi Qafqaz və Yaxın Şərq üzrə ekspert, jurnalist Nadana Fridrixson IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuşdur. Forumun bir qrup iştirakçısı ilə Naxçıvana gələn Nadana Fridrixson qayıtdıqdan sonra Rusiyanın “Qafqaz siyasəti” portalında səfər təəssüratlarını bölüşmüşdür. Həmin yazı ilə oxucularımızı tanış edirik:

Görəsən, Rusiyadan olan bir insan Azərbaycanın əsas torpağından “qoparılmış” bir şəhərinin vəziyyəti haqqında nə düşünə bilər? Ən azından, yöndəmsiz köhnə binalar, fasadı sökülüb-dağılmış hökumət qurumlarının binaları, gözə dəyməyən gənc insanlar və daha nələr... Bütün bu təsəvvürlər isə Naxçıvanın coğrafi mövqeyinin nəzərə alınması ilə daha da qətiləşər. Əslində isə o təkcə Azərbaycandan ayrı salınmamış, həm də üzərində gömrük məntəqələri olan təbii sərhəd – Araz çayı ilə İranla və Ermənistanla əhatəyə alınmışdır.

Ardını oxu...

Peter Tase Amerika Birləşmiş Ştatlarında yaşayıb fəaliyyət göstərir. Müstəqil jurnalistdir. Paraqvay, Orta Şərq və Latın Amerikası məsələlərini tədqiq edir. IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan və Naxçıvana səfər edən Peter Tase Amerika Birləşmiş Ştatlarına qayıtdıqdan sonra “Foreign Policy News” (Xarici siyasət xəbərləri) portalında məqalə ilə çıxış etmişdir. Həmin məqaləni təqdim edirik:

5 oktyabr 2014-cü il tarixdə mənim imkanım oldu ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olduğu Naxçıvan bölgəsinə və bölgədəki Ordubad rayonuna səfər edim. Ordubadın mərkəzinin çox gözəl mənzərəsi, gülərüz insanları və Azərbaycanın bu ərazisinə nadir hallarda səfər edən beynəlxalq qonaqlara isti münasibət var.
Ordubad şəhərində bazarın yaxınlığında haliyədə muzey kimi istifadə edilən və regionda 3 Qeysəriyyə binasından biri olan XVII əsrə aid tarixi abidə vardır. Digər iki tarixi abidə isə Səmərqənd və Təbrizdədir. 1990-cı ildən bəri bu bina Tarix-Diyarşünaslıq Muzeyi kimi istifadə edilir.
Ordubadın öz qədim tarixi, özünə xas olan milli və mənəvi dəyərləri vardır. Rayon Kiçik Qafqazın çox təsir bağışlayan və ərazidə ən yüksək zirvə sayılan Qapıcıq dağının ətəyində yerləşir. Ordubadın kiçik hissəsi dağətəyi ərazi, 5 faizi isə düzənlik ərazidir. Ordubadın həddindən artıq zəngin flora və faunası vardır. Yaşayış sahəsi, əsasən, dağətəyi ərazidə yerləşir və buranın gündəlik istifadə üçün təmiz su mənbələri var. Bu mənbələr suvarma üçün də istifadə edilir. Ordubad cənub tərəfdən İran, şimal tərəfdən Ermənistanla, qərbdən isə Naxçıvanın Culfa rayonu ilə həmsərhəddir.

Ardını oxu...

Litvanın www.slaptai.lt internet nəşrinin rəhbəri, məşhur Litva jurnalisti Gintaras Visotskas IV Bakı Beynəlxalq Humanitar Forumunun fəal iştirakçılarından biri olub. Litvaya qayıtdıqdan sonra G.Visotskas öz internet portalında humanitar forum, Azərbaycanın paytaxtı, habelə Naxçıvana səfəri barədə təəssüratları ilə bağlı məqalə yerləşdirib. Həmin məqaləni təqdim edirik:

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaranan təəssüratı sözlə təsvir etmək çətindir. Burada həyat tam başqa cürdür. Naxçıvan Muxtar Respublikasında yaşayan azərbaycanlıların Azərbaycanla birbaşa əlaqələri yoxdur. Onları hər tərəfdən nəhəng, keçilməz dağ silsilələri əhatə edir. Ancaq təkcə dağlar keçilməz maneə deyildir. Naxçıvan əhalisi düşmən Ermənistanın əhatəsindədir. Təqribən, 20 il bundan əvvəl Ermənistan rus hərbi silahlı qüvvələrinin dəstəyi ilə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz torpağını işğal etmişdir. Bu torpaqlar azərbaycanlılara hələ də qaytarılma­mışdır. Ermənistan və Azərbaycan arasında tez-tez atəşkəs pozulur. Bütün sərhəd-keçid məntəqələrində qanlı erməni təxribatları olmuşdur. Ona görə də bu vəziyyət naxçıvanlıların həyat tərzinə təsir etməyə bilməz.

Ardını oxu...

Oktyabrın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2014-cü ilin doqquz ayında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Gündəlikdə duran məsə­lə ilə əlaqədar təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, təşkilatın növbəti şura iclası dövlət müstəqilliyinin 23-cü ildönümünün qeyd edildiyi dövrə təsadüf edir. 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olması təhlü­kə­si aradan qaldırılmış, ümummilli liderimizin rəhbərliyi altında on il ərzində müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü, ardıcıl işlər görülmüşdür. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə böyük nailiyyətlər qazanmışdır.

Ardını oxu...

“Fövqəladə hallar zamanı zərərçəkmiş əhalinin həyat fəaliyyətinin təmin olunmasında gömrük orqanlarının rolu” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli baş verə biləcək fövqəladə hallar zamanı mümkün nəticələrin aradan qaldırılması işinə bütün dövlət orqanlarının hazır olmasının əsas tələblərdən biri olduğunu vurğulayıb. Səhət Həbibbəyli bu istiqamətdə gömrük orqanları üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edilib ki, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zərərçəkmiş əhali üçün göndərilən malların və nəqliyyat vasitələrinin və digər yardım yüklərinin gömrük rəsmiləşdirilməsinin qanunvericiliklə güzəştli və sadələşdirilmiş qaydada aparılması müəyyən olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovniki Emin Qasımov muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gömrük orqanları ilə qarşılıqlı fəaliyyətin təşkilindən, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maddi-texniki təchizat və təsərrüfat bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Zeynalabdin Quliyev isə gömrük orqanlarında mülki müdafiə işinin təşkili istiqamətində görülən işlərdən danışıblar.
Tədbirə yekun vuran Səhət Həbib­bəyli fövqəladə halların aradan qaldırılması və mülki müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində praktik biliklərin aşılanmasında konfransın əhəmiyyətini vurğulayıb və yaradılmış birgə komissiyanın uğurlu fəaliyyəti üçün lazımi tədbirlərin görüləcəyini deyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

“Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu ölkənin beynəlxalq aləmdə daha çox tanınması üçün vacib idi. Bakı Humanitar Forumunda dünya səviyyəli nüfuzlu siyasətçilər, dövlət xadimləri, alimlər, rəssamlar, bir sıra ölkələrin vətəndaş cəmiyyətlərinin aparıcı nümayəndələri iştirak edirdilər. Yəni bu, dünyanın intellektual elitasının toplaşdığı nüfuzlu bir beynəlxalq tədbir idi. Bu forum dünyanın müxtəlif bölgələrindən insanları bir araya gətirdi. Forum çərçivəsində Naxçıvana səfər isə mənim üçün ikiqat əhəmiyyətli oldu”.
Bunu “Forum Daily” qəzetinə müsahibəsində IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, “İsrail səsi” radiosunun şərhçisi, beynəlxalq münasibətlər, Cənubi Qafqaz üzrə tanınmış ekspert, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) həmsədri Arye Gut deyib.
A.Gut qeyd edib ki, bu il Azərbaycan Respublikasında Naxçıvan Muxtar Respublikası muxtariyyət qazanmasının 90 illiyi təntənəli tədbirlərlə qeyd olunur. Bunun səbəbi odur ki, XX əsrin əvvəllərində Naxçıvan muxtariyyət qazanmaqla Azərbaycanın tərkibində qalmış və inkişaf edə bilmişdir. “Mən burada öyrəndim ki, bir sıra qədim tarixi mənbələrdə Naxçıvan adı həm də “Nuh yurdu”, “Nuhun çıxdığı məkan” kimi adlandırılır”, – deyən Arye Gut onu da əlavə edib ki, Naxçıvan şəhəri orta əsrlərdə Atabəylər dövlətinin paytaxtı olub. 1924-cü ildən isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtıdır.
Naxçıvan çoxəsrlik dövlətçilik ənənələrinə sahibdir və Azərbaycan xalqının zəngin mədəni irsi burada daha diqqətlə qorunub saxlanılır. Burada elm, mədəniyyət yüksək səviyyədə inkişaf edib. Dahilər yurdu deyilən bu diyar bir sıra tarixi şəxsiyyətlərin doğulduğu məkan olub. Həmin şəxsiyyətlər Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatına əvəzsiz töhfələr vermişlər. Heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətlərin fövqündə dayanan böyük dövlət xadimidir.

Ardını oxu...

“Naxçıvan şəhəri bu gün Avropanın gözəl şəhərlərindən daha cazibədardır. Şəhər planlı şəkildə yenidən qurulub, yeni və müasirtipli yollar, möhtəşəm parklar salınıb. Hər tərəf abadlaşıb, yaşıllaşdırma işləri isə yüksək səviyyədə aparılıb. Muxtar respublikada, demək olar ki, gördüyüm bütün tarixi abidələr isə müasir texnologiyanın son nailiyyətlərindən istifadə olunmaqla yüksək səviyyədə bərpa edilib, əvvəlki görkəminə qayıdıb”.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı sırasında Naxçıvanda olan Rusiya Federasiyasının Kazan Federal Universitetinin professoru Albert Burxanov AzərTAc-a müsahibəsində deyib.
A.Burxanov onu da qeyd edib ki, Naxçıvanda tarixi-mədəni abidələrin bərpasına, milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqət, verilən əhəmiyyət heyranedicidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində energetiklərin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan agentliyin Baş direktoru Yasin Səfərov muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışmışdır.
Bildirilmişdir ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində Gilançay üzərində gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası, bu ilin aprel ayında isə ümumi gücü 20,5 meqavat olan “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmişdir.
Agentliyin Baş direktorunun sözlərinə görə, ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu da nəinki Naxçıvanın elektrik enerjisi ilə təchizatının idxaldan asılılığını aradan qaldırmış, hətta muxtar respublikanın elektrik enerjisi ixrac etməsinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Hər bir xalqın və millətin azadlıq uğrunda mücadiləsinin məntiqi nəticəsi, son ünvanı müstəqillikdir. Müstəqillik ən mühüm tarixi nailiyyətdir. Azərbaycanın dövlət müstəqilliyi uzun əsrlər boyu cərəyan etmiş ictimai-siyasi proseslərin nəticəsi olaraq, xalqımızın mübarizliyi və qətiyyəti sayəsində qazanılmışdır. Xalqımız daim öz müstəqilliyini və suverenliyini təmin etməyə çalışmış, tarixin müəyyən dövrlərində buna nail olaraq zəngin dövlətçilik ənənələri yaratmışdır.

Azərbaycan nadir ölkələrdəndir ki, bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etməyi bacarmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Respublikasının yarandığını bəyan etmişdir. Müsəlman Şərqinin ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış, müstəqil dövlətin təsisatları yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, birinci növbədə, xalqımızın tarixin ən qədim qatlarından gələn dövlətçilik mədəniyyətinin davamı kimi diqqəti cəlb edir. Bu respublika cəmi 23 ay yaşasa da, milli dövlətçilik atributlarının qəbul edilməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahəsində atılan addımlar müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Dünən Naxçıvan Qarnizonunun Zabitlər Evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açaraq bildirib ki, Azərbaycan xalqı 23 il bundan əvvəl yaranmış gərgin tarixi vəziyyətdə öz müqəddəratını həll edərək dövlət müstəqilliyini bərpa edib. Ancaq bu müstəqilliyi qoruyub-saxlamaq heç də asan olmayıb. 1993-cü ilin ikinci yarısınadək öz havadarlarına arxalanaraq torpaqlarımıza göz dikən erməni quldurlarının hərbi təcavüzü, ictimai-siyasi vəziyyət və iqtisadi problemlərin gündən-günə artması qazanılmış müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaratmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə yenidən siyasi hakimiyyətə qayıtması bu təhlükəni aradan qaldırdı. Bununla da ölkə­mizdə siyasi hərc-mərcliyə, anarxiyaya, erməni işğalına son qoyuldu. Cəbhədə atəşkəs elan olunaraq vahid komandanlıq altında milli ordu quruculuğuna start verildi. Tarix üçün çox qısa bir dövrdə Azərbaycan güclü dövlətə, Silahlı Qüvvələrimiz isə regionun ən qüdrətli ordusuna çevrildi. Artıq Azərbaycan Silahlı Qüvvələri elə bir gücə malikdir ki, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs edib. Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edilib. 1993-cü ildə ölkədə siyasi çəkişmələrin, vətəndaş qarşıdurmasının, milli iğtişaşların gücləndiyi bir dövrdə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev siyasi sabitlik və həmrəyliyi bərqərar etməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edib.

Ardını oxu...

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ordubad Rayon Təşkilatı Müstəqillik Günü münasibətilə tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan YAP  Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev “Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş, beləliklə, Azərbaycanın müstəqilliyi elan edilmişdir. Dövlət müstəqilliyinə gedən yol Naxçıvandan başlanmışdır. 1990-1993-cü illərdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, tarixi qərarlar qəbul olunmuşdur. 

Ardını oxu...

Dünən Kəngərli rayonunda yerləşən “N” hərbi hissənin zabit, gizir və əsgərlərinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının növbəti ildönümü münasibətilə tədbir keçirilib. “Gəl tanış olaq, biz bu yurdun əsgərləriyik!” adlı tədbiri Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açıb. Bildirilib ki, ötən əsrin sonlarında – 1991-ci il ok­tyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, ölkədə siyasi çəkişmələrin, vətəndaş qarşıdurmasının gücləndiyi bir dövrdə xalqımız bu müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalıb.

Ardını oxu...

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilmişdir. Konfransı kitabxananın direktoru Aytəkin Qəhrəmanova açaraq Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs etmişdir.
Kitabxananın şöbə müdiri Südabə Heydərova “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, tarixən azad olmaq, hürriyyətə qovuşmaq Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə 70 illik müstəmləkə həyatı belə, bu xalqın azadlıq yanğısını söndürə bilməmişdir.
Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edilmişdir.
Məruzəçi bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin əsası hələ ötən əsrin 70-ci illərində qoyulmuş, dahi rəhbər Heydər Əliyevin o zaman həyata keçirdiyi məqsədyönlü tədbirlər gələcək müstəqilliyimizin bünövrəsini təşkil etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər sırasında muxtar respublikanın yaranması, inkişaf yolu, Azərbaycanın ictimai-siyasi həyatında tutduğu yer və digər məsələlərlə əlaqədar hazırlanan monoqrafiyalar və kitabların nəşri xüsusi yer tutur. Bu baxımdan tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə, böyük tirajla, akademik İsmayıl Hacıyevin məsləhətçiliyi, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin redaktorluğu ilə çap etdirdiyi və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr etdiyi “Naxçıvan Muxtar Respublikası konstitusiyalarda” kitabı özünün məzmunu və sanbalı ilə diqqəti cəlb edir. Xüsusi olaraq qeyd etmək istərdim ki, kitabın müəllifi – gənclik yaşlarından tanıdığım, Naxçıvan Muxtar Respublikasının tarixinə dərindən bələd olan Elman Cəfərli muxtar respublika tarixinin, demək olar ki, toxunulmamış bir probleminə müraciət etmiş, zəngin arxiv, ədəbiyyat və internet materialları əsasında sanballı əsər ərsəyə gətirmişdir. 

Ardını oxu...

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 sen­tyabr 2014-cü il tarixli Sərəncamına əsasən, hərbi xidmətə çağırılan gənc­lərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə idarənin rəis müavini, polkovnik-leytenant Zahid Əliyev açıb. Sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: ...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.


Ümummilli liderimiz Heydər Əliyev həyatının bütün mərhələlərində Azərbaycana xidmət etmiş, Vətənə xidmətin Heydər Əliyev nümunəsini yaratmışdır. Onun quruculuq yolunu zənginləşdirərək davam etdirən dövlət başçısı cənab İlham Əliyev isə Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırmışdır.
Prezident İlham Əliyev 11 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də seçicilərin böyük səs çoxluğu ilə dövlət başçısı seçildikdən sonra verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu liderinə çevrilmişdir. İlk baxışda möhtəşəm bir tarixi inkişaf mərhələsinin başlandığı günlə xalqın vətəndaş müharibəsi və dövlətçiliyin əldən getməsi ilə üz-üzə qaldığı günlər arasında müqayisə aparmaq o qədər də məntiqli görünmür. Ancaq milli mənafe baxımından 1993-cü ilin və 2003-cü ilin oktyabr aylarında keçirilmiş prezident seçkilərinin əhəmiyyətini eyniləşdirənlərin qənaətində bir məntiq var. 1993-cü ilin oktyabrında ulu öndərin Prezident seçilməsi 30 ildən artıq xalqına xidmət edən dahi şəxsiyyətin Azərbaycanı düşdüyü ağır bəlalardan çıxarmaq və onun inkişaf yolunu müəyyənləşdirmək iqtidarına malik yeganə lider olması zərurətindən irəli gəlirdi. 2003-cü ildə hörmətli İlham Əliyevin Prezident seçilməsi isə onun dahi şəxsiyyətin layiqli davamçısı olması və prezidentlik dövrünə qədər qazandığı böyük xalq etimadının nəticəsi idi. Buna görə də qətiyyətlə deyə bilərik ki, 2003-cü il ok­tyabrın 15-də xalq doğru seçim etdi və ölkəmizin uzunmüddətli inkişafının yeni təməli qoyuldu.

Ardını oxu...

Tarixin müxtəlif dövrlərində bəzən elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar tarixin gedişatına təsir göstərir, bir millətin taleyini dəyişdirir, qüdrətli dövlət yaratmaqla hər sahədə cəmiyyətin inkişafına nail olurlar. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti bütün dünya azərbaycanlıları üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, onu öyrənmək hər birimiz üçün vacibdir.
Bu fikirlər Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Azərbaycan XXI əsrin və üçüncü min­illiyin ayrıcında” mövzusuna həsr olunmuş növbəti açıq dərsdə səsləndirilib.
Məktəbin müəllimi Akif Məmmədov bildirib ki, elmi ədəbiyyatda qısaca olaraq “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adı ilə təqdim olunan həmin müraciət xalqımızı böyük Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirilir. Müraciətdə milli tariximizin bütün dövrləri kimi, ötən əsrin 90-cı illərinin əvvəlləri də çox incə detallarına qədər təhlil edilir.
Vurğulanıb ki, ulu öndərin həmin müraciətinə üz tutan istənilən oxucu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yolu bir daha nəzərdən keçirmiş olur, gələcək inkişafımızın istiqamətləri barədə məlumatlar əldə edir.

Ardını oxu...

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İn Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın tarixi-mədəni abidələri, mədəniyyət, təhsil, səhiyyə və istehsal müəssisələri ilə tanış olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edən səfir Heydər Əliyev Muzeyində olmuşdur.
Oktyabrın 12-də Naxçıvan Dövlət Universitetinə gələn səfirə universitet haqqında ətraflı məlumat verilmişdir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirmişdir ki, universitet çoxşaxəli beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı, “Tempus” proqramı çərçivəsində həyata keçirilən 5 layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişaf etdirilməsi sayəsində tələbələrimiz Avropanın müxtəlif ali məktəblərində öz ali təhsillərini davam etdirirlər. Koreya ilə elm, təhsil sahəsində əməkdaşlığın on ildən artıq tarixi olduğu vurğulanmış, Kimçonq və Busan Kyumqsunq universitetləri ilə geniş əlaqələr qurulduğu qeyd olunmuşdur. Bildirilmişdir ki, Naxçıvan Dövlət Universitetində Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri fəaliyyət göstərir. Universitetdə 12 ölkənin 350 vətəndaşı ali təhsil alır ki, onların içərisində Koreyadan olan tələbələr çoxluq təşkil edirlər. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin uğurla həyata keçirilməsi bu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.

Ardını oxu...

Naxçıvana ilk dəfə idi gedirdim. Uzun illər blokada şəraitində yaşayan, həm fərqli təbiəti, həm özünəməxsus ictimai ab-havasıyla maraq doğuran bölgəmizə dəfələrlə səfər etmək istəsəm də, müxtəlif səbəblərdən niyyətimi gerçəkləşdirə bilməmişdim. Görünür, qədim tarixi, sirli əfsanələriylə Cənubi Qafqazın Mesapotamiyası adlandırılan bu diyara ilk yolçuluğum  film çəkilişlərində iştirak üçün olmalıymış.

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunan sənədli film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyası tərəfindən lentə alınırdı. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru isə sevimli sənətkarımız, Əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Ayaz müəllim ənənədən kənara çıxaraq filmdə daha çox Naxçıvanın daşını, torpağını, tarixi abidələrini deyil, insanlarını, onların xarakterini, yaşam tərzini göstərməyi və müxtəlif təbəqələrdən olan insanların tale yolundan keçərək onların diliylə Naxçıvanın tarixini, adət-ənənələrini, bugünkü ictimai həyatını, mədəniyyətini, təhsilini, iqtisadiyyatını göstərmək istəyirdi. Bu insanlarla söhbət etmək, onların bir-birindən maraqlı həyat hekayəsinə, necə deyərlər, güzgü tutmaq da mənim payıma düşmüşdü. Beləliklə, rejissor Ayaz Salayevin, quruluşçu operator, Əməkdar incəsənət xadimi Rövşən Quliyevin, icraçı prodüser Azad Axundovun, səs rejissoru İlqar Kazımovun, işıq ustası Ramin İsmayılovun, operator Rafis Fərzəliyev və texnik Sərxan Fərzəliyevin və mənim daxil olduğum 8 nəfərlik yaradıcı qrup Heydər Əliyev adına Hava Limanından Naxçıvana yola düşdük.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR