23 Dekabr 2024, Bazar ertəsi

Dünən Kəngərli rayonunda yerləşən “N” hərbi hissənin zabit, gizir və əsgərlərinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının növbəti ildönümü münasibətilə tədbir keçirilib. “Gəl tanış olaq, biz bu yurdun əsgərləriyik!” adlı tədbiri Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açıb. Bildirilib ki, ötən əsrin sonlarında – 1991-ci il ok­tyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, ölkədə siyasi çəkişmələrin, vətəndaş qarşıdurmasının gücləndiyi bir dövrdə xalqımız bu müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalıb.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə siyasi sabitlik bərpa olunub, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilib. Dövlət müstəqilliyinin təməlinin ulu öndər tərəfindən hələ ötən əsrin 70-80-ci illərində qoyulduğunu bildirən polkovnik-leytenant Mirqiyas Rüstəmov sonralar müstəqil Azərbaycanın bu təməllər üzərində inkişaf etdirilərək dünya dövlətləri ilə bir sırada addımlamasına nail olunduğunu söyləyib. Qeyd olunub ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın müstəqilliyinin qorunmasında Silahlı Qüvvələrimizin rolu böyükdür. Azərbaycan Ordusunun maddi-texniki bazasının və şəxsi heyətin mənəvi-psixoloji durumunun, döyüş qabiliyyətinin yüksək səviyyədə olması qarşıda duran istənilən vəzifənin yerinə yetirilməsinə imkan verir. Regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin hərtərəfli inkişafında xalq-ordu birliyinin həmrəyliyi danılmazdır. Buna görə də ordumuzun şəxsi heyəti mütəmadi olaraq ictimaiyyət nümayəndələri ilə görüşür, mədəni-kütləvi tədbirlərdə iştirak edir.
Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Novruz Kətanov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, həmin institutun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elxan Yurdoğlu, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Oruc­ov çıxış edərək xalq-ordu birliyindən bəhs ediblər. Çıxış edənlər bu cür tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji durumuna müsbət təsir etdiyini vurğulayıblar.
Sonra “N” hərbi hissənin xüsusi hazırlıq bölməsinin nümunəvi çıxışları olub. Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan Dövlət Filarmoniyasının, eləcə də Kəngərli Rayon Mədəniyyət Evinin yaradıcı kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR