23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs edib. Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edilib. 1993-cü ildə ölkədə siyasi çəkişmələrin, vətəndaş qarşıdurmasının, milli iğtişaşların gücləndiyi bir dövrdə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev siyasi sabitlik və həmrəyliyi bərqərar etməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edib.

Konfransda Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zaman­ovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi”, Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağır­ovun “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində”, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” mövzularında məruzələri dinlənilib. Məruzələrdə dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin XX əsrin sonlarında ölkədə siyasi sabitliyin yaradılmasındakı, beynəlxalq əlaqələrin inkişafındakı əvəzsiz xidmətlərindən, Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsindən, iqtisadi artım tempinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatmasından, Naxçıvandan başlanan milli qurtuluş hərəkatından, ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Azərbaycan xalqının ictimai-siyasi həyatında, tarixi müqəddəratında mühüm əhəmiyyət kəsb edən siyasi qərarlar qəbul etməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil Azərbaycanın tərəqqisinə xidmət edən uğurlu siyasətindən bəhs olunub.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR