23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün “Muzey günləri” tərtib olunmuşdur. “Muzey günləri”ndə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar. Bu tədbirin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən muzeylərlə ictimaiyyət arasında əlaqənin möhkəmləndirilməsindən, görkəmli şəxsiyyətlərimiz, qədim tariximiz və zəngin mədəni irsimiz haqqında kollektivləri məlumatlandırmaqdan ibarətdir.
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində mühüm addımlar atılmış, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaratmışdır. Həmçinin muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunmuş, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulmuşdur. Hazırda muzeydə 3246 eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində də müəyyən tədbirlər görülür.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində, Dövlət Gömrük Komitəsinin və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivləri Heydər Əliyev Muzeyində, Milli Təhlükəsizlik Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivləri Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində, Ali Məhkəmənin və Daxili İşlər Nazirliyinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində, İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Maliyyə və Vergilər nazirliklərinin kollektivləri isə Açıq Səma Altında Muzeydə olmuşlar.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR