23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edib.
Nazir ötən il muxtar respublikada Ədliyyə Nazirliyi və ona tabeli qurumların fəaliyyətinin təkmilləşdirilməsi, “Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi haqqında Əsasnamə”dən irəli gələn tələblər, məhkəmə qərarlarının icra səmərəliliyinin artırılması, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr barədə danışıb.
Bundan başqa, Suliddin Əliyev notariat hərəkətlərinin sayı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb, sahibkarlıq sahəsindəki yoxlamaların məlumat reyestrinin aparılması istiqamətində əldə edilən nəticələrdən bəhs edib. Qeyd olunub ki, ötən il ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi üzrə əsaslı tədbirlər görülüb.

Hesabat dövrü icra xidmətinin bölmə və qruplarının icraatına 2524 icra işi daxil olub, bunlardan 727 işin icrası başa çatdırılıb, 1506 iş icraya yönəldilib, 65 iş geri qaytarılıb, 174 iş ərazi aidiyyəti üzrə göndərilib, 17 işin icraatı dayandırılıb, 35 iş üzrə isə axtarış qərarı verilib.
“Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, reyestrə hesabat dövrü 137 hüquqi akt daxil edilib. Daxil edilən hüquqi aktların 71-i normativ-hüquqi akt, 66-sı isə qeyri-normativ-hüquqi aktlardır. Əhaliyə göstərilən hüquqi xidmətin yüksəldilməsi və keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılıb. Qeydiyyat və notariat şöbəsi tərəfindən 2014-cü ildə 2 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 2 qeyri-kommersiya hüquqi şəxs reyestrdən çıxarılıb, 25 reyestrdən çıxarış verilib. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi, sənədlərin leqallaşdırılması və qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı 7840 manat rüsum dövlət büdcəsinə ödənilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edib.
İclasa Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR