23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika sakinlərinin artıq vətəndaşlıq borcuna çevrilən iməciliklər hesabına diyarımızda yaşıllıq sahələrinin həcmi bir neçə dəfə artıb, bu tədbirlərdə xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər həftənin şənbə günləri davam etdirilən iməciliklərdə ağaclar əkilir, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.
İyunun 6-da keçirilən növbəti şənbə iməciliklərində ötən iməciliklərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, ağac və gül kolları əkilib. Belə ki, Naxçıvan şəhər sakinləri Uzunoba Su Anbarının yaxınlığındakı, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıq sahələrinə aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunun Dəmirçi kəndindəki 5 hektarlıq meyvə bağında, Yengicə kənd tam orta məktəbinin ərazisindəki yaşıllıqlarda da bu tədbir həyata keçirilib.
Babəklilər Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndi hissəsində və Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında çalışıblar.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun Aza kəndi hissəsində və “Qapıcıq” adlanan ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərilib, Ordubad şəhərinin parklarında 1000 ədəd gül kolu əkilib.

Culfa rayonunun sakinləri tərəfindən isə həmin magistral yolun kənarlarındakı ağaclara aqrotexniki qulluq göstərilib, Gömrük İdarəsinə gedən yolun sağ və sol hissələrində 300 ədəd meyvə ağacı əkilib.
Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun Yeni Kərki və Böyükdüz kəndləri ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Şahbuzlular Naxçıvan-Batabat magistral yolunun Sələsüz kəndi hissəsində 95 ədəd həmişəyaşıl ağac əkib, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun Heydər­abad qəsəbəsinə giriş hissədə 4 hektarlıq meyvə bağında, Qaraağac kəndinin yol kənarlarında və Heydərabad qəsəbə tam orta məktəbinin həyətində çalışıblar.
Həmin gün muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində yaşayan ahıl vətəndaşların həyətlərində təmizlik işləri aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR