23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı iyulun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 46-cı ildönümünə həsr olunmuş “Milli istiqlalın və intibahın başlandığı gün” mövzusunda elmi konfrans keçirmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış edərək demişdir ki, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz həyatının bütün dövrlərində xalqı və dövləti üçün fəaliyyət göstərməyi ömrünün başlıca qayəsi hesab etmiş, Vətənə, xalqa sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaratmışdır. 1969-cu ildə Azərbaycan özünün böhranlı günlərini yaşayanda da, 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə də dahi Heydər Əliyev böyük xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan çıxarmışdır.

Ulu öndər XX əsrin 70-ci illərində Azərbaycanda bu gün müstəqil dövlətçiliyin prioritet inkişaf istiqamətini və ideoloji əsaslarını təşkil edən sürətli iqtisadi inkişaf və milli həmrəylik konsepsiyasının nəzəri-praktik əsaslarının yaradılması sahəsində misilsiz işlər görmüşdür. Bu mənada, ümummilli liderimizin bugünkü və gələcək nəsillər üçün ən qiymətli əmanəti və şah əsəri olan müstəqil Azərbaycan ideyasının yaradılması və həyata keçirilməsi ulu öndər Heydər Əliyevin bütün siyasi fəaliyyətinin başlıca ülvi amalı olmuşdur.
YAP Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxışında bildirmişdir ki, ümummilli liderin bütün həyatı və fəaliyyəti Naxçıvanla daim sıx bağlı olmuşdur. Belə ki, Azərbaycana birinci rəhbərliyi dövründə görkəmli dövlət xadimi Heydər Əliyev dəfələrlə Naxçıvana gəlmiş, hər səfərində müxtəlif məsələləri araşdıraraq muxtar respublikanın hərtərəfli inkişafını şərtləndirən mühüm tədbirlər həyata keçirmişdir. Bu mənada, ulu öndərin Azərbaycanın müstəqilliyi yolunda müzəffər yürüşünün başlanğıcı olan 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb yaratdığı, siyasi fəaliyyətlə məşğul olduğu və muxtar respublikamıza başçılıq etdiyi dövr Azərbaycanın müstəqillik tarixində xüsusi mərhələ təşkil edir. Böyük öndər taleyüklü bir dövrdə Naxçıvanın təhlükəsizliyini uğurlu diplomatik gedişləri ilə təmin etmiş, ərazi bütövlüyünü qətiyyətlə qorumuşdur.
Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilmişdir.
YAP Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin iclasında partiya sıralarına 53 nəfər yeni üzv qəbul olunmuşdur.
Sonda konfrans iştirakçıları Heydər Əliyev Muzeyin­dəki eksponatlarla yaxından tanış olmuşlar.

*  *  * 

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında da ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 46-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov bildirmişdir ki, 1969-1982-ci illər Azərbaycan tarixinin inkişaf, tərəqqi və intibah dövrüdür. Ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə hələ sovet dönəmində ölkəmizin yeraltı və yerüstü sərvətlərindən səmərəli istifadə olunmasını təmin etmiş, insanların yaşayış səviyyəsinin yüksəlməsinə nail olmuş, müstəqilliyə zəmin hazır­lamışdır. Azərbaycana rəhbərlik etdiyi illər ərzində minilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran dahi şəxsiyyət Heydər Əliyev keçmiş SSRİ dövlətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də doğma Azərbaycanın inkişaf və çiçəklənməsinə, əhalinin rifah halının daha da yüksəldilməsinə çalışmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü fəlakətlər girdabından xilas edən ümummilli liderimizin səyi nəticəsində dövlət müstəqilliyimiz əbədi, dönməz xarakter almışdır.
Qeyd edilmişdir ki, Babək rayonunun yaradılması ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərinin sonunda dahi rəhbərin uzaqgörən siyasəti, ciddi səyi ilə həyata vəsiqə alan bu bölgə bu gün ölkəmizin müasir rayonları sırasındadır. Babək qəsəbəsində, kənd yaşayış məntəqələrində aparılan kompleks quruculuq tədbirləri hesabına rayon öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İstifadəyə verilən emal və istehsal müəssisələri rayonda əhalinin məşğulluğunun təmin olunmasına hərtərəfli şərait yaratmışdır. Bütün bunlar ulu öndərin müəyyənləşdirdiyi siyasətin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsinin əyani ifadəsidir.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynov, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının üzvü, Payız kənd tam orta məktəbinin direktoru Turan Məmmədli və təşkilatın şura üzvü, Şəkərabad kənd tam orta məktəbinin direktoru Sədaqət Mahmudov və başqaları çıxış etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR