23 Dekabr 2024, Bazar ertəsi

 

Şəhərsalma mədəniyyətinin beş min il tarixi olan, şərəfli yol keçən qədim Naxçıvan tarixin heç bir dönəmində son illərdəki kimi bütöv, genişmiqyaslı iqtisadi uğurlar qazanmayıb. İnfrastrukturu müasir şəkildə yeniləşərək inkişafın yeni mərhələsinə qədəm qoyub bu müqəddəs torpaq. Qürur hissi keçiririk ki, bütün bunlar Naxçıvanın böyük tarix yaradan və tarixə hökm edən zəfər yoludur.

Bu gün özünün müasir dövrünü yaşayan muxtar respublikanın mərkəzi Naxçıvan şəhərinin abadlığına, gözəlliyinə regionda həyata keçirilən tikinti-quruculuq tədbirləri hesabına hər gün yeni çalarlar qatılır. Əminliklə demək olar ki, dünyanın ən gözəl, təmiz, səliqəli şəhəridir bu gün Naxçıvan. 

Ölkəmizdə cahanşümul iqtisadi nailiyyətlərin qazanılmasında özünəməxsus yeri var Naxçıvanın. Bu qədim yurd yerində sistemli şəkildə aparılan islahatlar ümumi iqtisadi fəallığı daha da gücləndirib, investisiya cəlb­ediciliyi əhəmiyyətli dərəcədə yüksəlib. Naxçıvan tarixin bütün dövrlərində olduğu kimi, bu gün də Azərbaycanın əsas istiqlal qapısıdır. Müstəqil dövlətçiliyin təməli Naxçıvanda qoyulub. Elə bu fakt hər şeyi deyir. Ona görə də sovet imperiya zəncirinin ilk dəfə məhz Naxçıvanda qırılması faktı təəccüblü deyil. Azərbaycanın üçrəngli bayrağı ikinci dəfə burada qaldırılıb. O ağır, o çətin anlarda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamentində qəbul edilən qətiyyətli qərarlar həm Naxçıvanı qoruyub, həm də Azərbaycanın gələcək müstəqilliyini təmin edib.
Bu gün özünün intibah və çiçəklənmə dövrünü yaşayan, möhtəşəm şəkildə yenidən qurulan, gözəlləşən, gözlərimizin önündə günü-gündən dəyişən qədim Naxçıvan indi dünyanın tacı, dünyanın bəzəyidir. Doğma diyarımız uğurlu quruculuq və sosial-iqtisadi inkişaf yolu ilə inamla, qətiyyətlə addımlayır. Böyük öndər Heydər Əliyevlə başlayan bu yol Naxçıvanı daha böyük xoşbəxtliyə, daha işıqlı sabahlara aparır. Görkəmli rus yazıçısı Lev Tolstoy yazırdı: “Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır”. Məhz biz naxçıvanlılar da XX əsrin son qərinəsində öz xoşbəxtliyimizi, öz nicatımızı dahi şəxsiyyət Heydər Əliyevlə tapacağımıza inandıq, Ona güvəndik. Bəli, ulu öndər Heydər Əliyevi xalqımıza bəxş edən bu torpaq Onun adına, arzularına layiq bir inkişaf yolundadır.
Bu gün muxtar respublikamızda təmin olunmuş hərtərəfli tərəqqi, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının davamlı icrası istiqamətində muxtar respublika rəhbəri tərəfindən reallaşdırılan ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin məntiqi nəticəsidir. Muxtar respublikada elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın, inkişafa nail olunmasın. Naxçıvanda ulu öndər tərəfindən əsası qoyulan quruculuq xəttinin bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla davam etdirilməsi muxtar respublikada böyük dəyişikliklərə səbəb olmuşdur.
1995-ci ildən sonrakı dövr muxtar respublikanın müasir tarixinin intibah mərhələsi kimi yaddaşlara həkk olunmuş, tariximizə yazılmışdır. Bu dövrdə iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmiş, yeni iş yerləri yaradılmış, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilmişdir.
Tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənmiş, tarixə, mədəniyyətə, təhsilə, səhiyyəyə və elmə qayğının yeni mərhələsi başlanmış, bütün sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi prioritet vəzifəyə çevrilmişdir. Qədim Naxçıvan şəhərinin bütünlüklə yenidən qurulan geniş yollarıyla irəlilədikcə hər addımda gözoxşayan gözəlliklərə şahid olursan. Bu gözəlliklər yeni yaşayış binalarıdır, hərtərəfli iş şəraiti yaradılan inzibati binalardır, gülzarlıqlardır, parklardır. Dünyaca məşhur Naxçıvan memarlıq məktəbinin milli ənənələri ilə müasir şəhərsalma mədəniyyətinin bütöv, yaradıcı vəhdəti hər addımda diqqəti çəkir. Qəlbin fərəhlə dolur, belə şəhərdə yaşamağın gözəlliyini bir daha hiss edirsən, qəlbin belə möhtəşəm quruculuq işlərini yaradanlara minnətdarlıq hisləri ilə aşıb-daşır. Bir sözlə, Naxçıvan heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafa nail olmamışdır.
20 ilin keçilən yoluna nəzər sаldıqdа nələr görmək оlаr muхtаr rеspublikаdа? Və istər-istəməz düşünürsən: blоkаdа və inkişаf... blоkаdа və tərəqqi. Sоn 20 ildə blоkаdа şərаitində insаn аğlınа sığmаyаn dəyişikliklər bаş vеrib. Nахçıvаn bu gün dünyаnın ən inkişаf еtmiş rеgiоnlаrı sırаsındаdır. Lаkin bir fərq vаr. Оnlаr blоkаdа şərаitinin çətinliklərini yaşamadan inkişаfа nail olublar, Nахçıvаnsа blokadada olaraq inkişаf edir.
Quruculuğun аhəngdаr və dаvаmlı оlmаsı muхtаr rеspublikаmızın sürətli sоsiаl-iqtisаdi inkişаfının bariz ifadəsidir. Burаdа həyаtа kеçirilən belə tədbirlərin mаrаqlı tərəfi оndаdır ki, bu prоsеsə ucqаrlаrdаn bаşlаnılmışdır. Dağ və sərhəd yaşayış məntəqələrimizdə, ən kiçik kəndlərimizdə belə müаsirtipli məktəb binаlаrının, həkim аmbulаtоriyаlаrının, kənd və xidmət mərkəzlərinin tikilməsi, yоllаrın, körpülərin аbаdlаşdırılmаsı kəndlini öz yurduna möhkəm bаğlаmışdır. Kəndlərdə şəhər rаhаtlığı yаrаdılmışdır. Tоrpаğı və hərtərəfli şərаiti оlаn kənd аdаmı bu gün dövlətin dəstəyini, qаyğısını hiss еdərək yаşаyır, qurub-yaradır, inkişafa öz töhfəsini verir.
Nаzirlik, kоmitə, idаrə, müəssisə və təşkilаtlаr üçün yеni inzibаti binаlаrın tikilməsi illərlə şərаiti оlmаyаn köhnə binаlаrdа işləyən insаnlаrın həyаtındа bir yеnilik yаrаtmış, оnlаrın muхtаr rеspublikаmızın inkişаfı nаminə fəаliyyətlərini gücləndirmişdir. Yеni məktəb binаlаrının inşаsı, hərtərəfli şərаit, müаsir tехniki yеniliklərin tətbiqi tədrisin kеyfiyyətini ildən-ilə artırmaqdadır. Artıq Naxçıvan qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində kənd təsərrüfatı sürətlə inkişaf edən, enerji və ərzaq təhlükəsizliyi tam təmin olunan, yüzlərlə təhsil, səhiyyə və mədəniyyət müəssisələri üçün binalar tikilən, əhalisinin gəlirləri sürətlə artan, rifah halı günü-gündən yaxşılaşan, on minlərlə iş yeri yaradılan, demək olar ki, bütün yolları yenidən qurulan, ən müasir istehsal müəssisələri istifadəyə verilən muxtar respublikadır. Diyarımıza gələn çoxsaylı qonaqlar bu inkişafdan, gözəllikdən vəcdə gəlirlər. Az bir vaxtda və blokadada olan bir respublikada bu qədər iş? – deyərək təəccüblərini gizlədə bilmirlər. Muxtar respublikaya bir neçə dəfə gəlmiş qonaqlardan birinin sözləridir: “Bu işlər hər gün gözləriniz qarşısında həyata keçirildiyi üçün sizə adi görünür”. Doğrudan da, aparılan quruculuq işlərinin vüsəti o qədər sürətli və ahəngdardır ki, gələn qonaqlar bu xariqələri möcüzəyə bənzədirlər. Naxçıvanın yeni növrağını, gözəlliyini, şan-şöhrətini, həyat tərzini, insanların yekdilliyini, qurub-yaratmaq əzmini görməyə gələnlərin sayı günü-gündən çoxalır. Dünyanı heyrətə salan bu diyar tarixi keçmişi, təbiəti və tarixi abidələri, zəhmətkeş, fədakar, yurd, torpaq təəssübünü hər şeydən üstün tutan insanları ilə əsl möcüzələr diyarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun söylədiyi sözlər bu möcüzənin sirrini belə açıqlayır: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.
Muxtar respublikamızda görülən işlərin həcmi, sözün həqiqi mənasında, hər birimizin qəlbini qürurla doldurur. Bu illərdə muxtar respublikada aparılan quruculuq, abadlıq işlərinin, iqtisadiyyatda, mədəni həyatda, insanların güzəranında baş verən dəyişikliklərin kökündə Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, düzgün idarəetmə dayanır. Bu inkişaf, sözün əsl mənasında, dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycanın hər bir guşəsində gedən quruculuğun, mənəvi-siyasi, iqtisadi intibahın, Azərbaycanı Azərbaycana qaytarmaq xəttinin tərkib hissəsi, konkret bir regionda, Naxçıvan Muxtar Respublikasında əyani ifadəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının 90 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur”.
Naxçıvan yaşadı, inkişaf etdi, çox qısa zamanda Azərbaycanın lider regionuna çevrildi. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər, inkişaf və tərəqqi proqramı uğurla həyata keçirilmiş, muxtar respublika ulu öndərimizin arzuladığı, görmək istədiyi kimi qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikası yeni hədəflərə doğru irəliləməkdə, Naxçıvanın daha parlaq gələcəyi üçün mühüm layihələr həyata keçirilməkdədir. İndi bu şəhərdə, ulu öndərimiz Heydər Əliyevin çox sevdiyi və bir vaxtlar çətin iş rejimində çalışdığı şəhərdə çox şey tanınmaz dərəcədə yaxşılığa doğru dəyişmiş və dəyişməkdədir. Bu, ilk növbədə, ümummilli liderimizin uzun illərə hesablanmış ideyalarının təntənəsidir. Bu təntənə müasir Naxçıvanın gerçək siması, real mənzərəsidir. Başımızın tacı saydığımız Naxçıvan bu möhtəşəmliyi ilə düşmənlərinə gözdağıdır. Öz qətiyyətli rəhbəri ilə bunları reallığa çevirən naxçıvanlılar ölkə Prezidenti cənab İlham Əliyevi muxtar respublikaya hər səfərində yeni quruculuq ünvanları ilə sevindirirlər. “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir”, – deyən ölkə başçısı muxtar respublikanın ölkəmizin inkişaf edən regionları arasında həmişə öz əhəmiyyətini qoruyub saxladığını xüsusilə qeyd edir.
Muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayan Naxçıvanın tarixi qədim, keçmişi parlaq, mədəniyyəti zəngin olduğu qədər, uğurlu gələcəyini təmin etmək üçün kifayət qədər güclü potensialı da vardır. Bu gün həm də ona sevinirik ki, həmin potensialdan yüksək səmərəliliklə istifadə olunur, Ulu Tanrının Naxçıvana bəxş etdiyi nə varsa, hamısına etibarlı varislik hissi ilə yanaşılır. Ona görə də qədim və günü-gündən cavanlaşan Naxçıvanımızla hər birimizin qürur hissi keçirməyə mənəvi haqqı var. Çünki həyatımızın hər hansı sahəsinə nəzər salsaq, üzümüzü təbəssüm hisləri bürüyəcək.
Müstəqil Azərbaycanın memarı olan ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sabitlik, quruculuq siyasəti Naxçıvanda etibarlı əllərdə olaraq uğurla davam etdirilir, yeni nailiyyətlərə imza atılır, paytaxt şəhərimiz, rayon mərkəzlərimiz, ucqar dağ kəndlərimiz inkişaf və tərəqqinin yeni zirvələrini fəth edirlər.

Məhəbbət Mirzəyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR