23 Dekabr 2024, Bazar ertəsi

Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılmasına başlanılıb.
Hələlik, sifariş əsasında Türkiyə istehsalı olan 10 min ədəd sayğac gətirilib. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.
Sayğacların quraşdırılmasına cəlb ediləcək işçilər üçün “Naxçıvanqaz” İstehsalat Birliyində hazırlıq kursları təşkil olunub.
“Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, ilkin olaraq Naxçıvan şəhərində sınaq üçün 7 ədəd sayğac quraşdırılıb.

Bu sayğacların üstün cəhətləri ilə bağlı sualımızı “Naxçıvanqaz” İstehsalat Birliyinin Qaza nəzarət və satış şöbəsinin müdiri Elçin Nəsirov cavablandırdı. İlk olaraq onu bildirdi ki, sayğac quraşdırılarkən onun üzərinə 30 kub qaz avans kimi yüklənmiş olacaq. Abunəçilər təlimat kitabçası və üzərində istifadəetmə qaydaları göstərilən kartla təmin ediləcəklər. Şənbə, bazar və bayram günlərində mütəmadi, digər günlərdə isə axşam saat 1700-dən səhər 1000-dək sayğacların bağlanmasına məhdudiyyət qoyulub. Yeni texnoloji avadanlığın üstün cəhətlərindən biri ondadır ki, hər hansı fövqəladə vəziyyətdə sayğac avtomatik olaraq dayanır. Əgər abunəçinin sayğacında problem yaranarsa, birlik tərəfindən əl terminalı ilə məlumat sayğacdan götürülür, problemin mənbəyi aşkarlanır.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq sayda ödəmə məntəqələri yaradılıb. Həmin məntəqələr müasir avadanlıqlarla təmin edilib. Hal-hazırda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində bir məntəqə fəaliyyət göstərir. Sayğac quraşdırılan abonentlərin sayı artdıqca ödəmə məntəqələrinin də sayı artacaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR