İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib. Müsabiqədə iştirak etmək üçün sənəd təqdim etmiş 50 namizəddən 48-i test imtahanında iştirak edib.
İmtahanda namizədlərə ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, 100 sual təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları imtahanda müşahidəçi kimi iştirak ediblər. İmtahanlar şəffaflıq və obyektivlik şəraitində keçirilib, namizədlər öz bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdiriblər.
İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsi haqqında arayış təqdim olunub. Test imtahanından keçid balını toplamış namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.
Xəbərlər şöbəsi