23 Dekabr 2024, Bazar ertəsi

İyunun 17-də Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl 91 yaşında vəfat etmişdir.
İyunun 19-da Türkiyə Böyük Millət Məclisində qardaş ölkənin siyasət tarixinin 50 ildən artıq bir dövrünə öz adını yazdırmış Süleyman Dəmirəllə vida mərasimi keçirilmişdir. Mərasimə görkəmli siyasətçinin yaşadığı evin qarşısından başlanılmış və daha sonra cənazə Türkiyə Böyük Millət Məclisinə gətirilmişdir.
Əvvəlcə Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, görkəmli siyasətçinin keçdiyi həyat yolu və siyasi fəaliyyəti barədə geniş məlumat verilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etmiş, Süleyman Dəmirəlin Türkiyənin siyasi tarixində mühüm yer tutduğunu bildirmişdir.
Hökumətin qərarı ilə Türkiyədə elan edilən milli matəmlə əlaqədar bütün ölkə ərazisində bayraqlar yarıya qədər endirilib.
Vida mərasimində hökumətin və parlamentin üzvləri, digər dövlətlərin yüksək vəzifəli şəxsləri, nüfuzlu siyasətçilər, mərhumun ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vida mərasimində iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının adından mərhumun cənazəsinə əklil qoyulmuşdur.
Vida mərasimindən sonra Süleyman Dəmirəlin cənazəsi böyük izdihamın müşayiəti ilə Türkiyə Böyük Millət Məclisindən Ankaradakı Kocatəpə məscidinə, oradan isə mərhumun doğulduğu İsparta vilayətinin İslamköy kəndinə aparılmışdır. Türkiyənin doqquzuncu Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəl iyunun 20-də İspartanın Atabəy rayonunun İslamköy kəndində dəfn edilmişdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR