23 Dekabr 2024, Bazar ertəsi

Dünən Sədərək Rayon İcra Hakimiyyətində fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr edilmiş yığıncaq keçirilib. 

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb.
Sonra Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev, Uşaq-gənclər şahmat məktəbinin direktoru Elman Əliyev, Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov çıxış ediblər. Çıxışlarda Sədərək rayonunda idmanın müxtəlif növlərinin kütləviləşməsi istiqamətində görülən işlərdən, bədən tərbiyəsi və şahmatın ümumtəhsil məktəblərində tədrisi ilə əlaqədar yaradılan şəraitdən bəhs edilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan, qarşıya qoyulan vəzifələrdən danışıblar. Qeyd edilib ki, idmanın kütləviliyinə nail olunması üçün idman və şahmat məktəblərinin kollektivləri məşqlərin müntəzəm keçilməsinə, fəaliyyətin gücləndirilməsinə, həmçinin ümumtəhsil məktəblərində bədən tərbiyəsi və şahmat dərslərinin normal tədrisinə, bunun üçün ixtisaslı kadrların işə cəlb olunmasına diqqəti artırmalıdırlar.

Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, Sədərəkdə yaxşı nəticələr göstərən idmançılar yetişib. Bu istiqamətdə görülən işləri davam etdirərək idmanın müxtəlif növləri üzrə istedadlı gənclərin üzə çıxarılmasını və onların respublika səviyyəli yarışlarda iştirakını təmin etmək lazımdır. Unutmaq olmaz ki, gənclərimizin sağlamlığının qorunması, fiziki və əqli inkişafının təmin olunması məqsədilə idmana marağın artırılması hər bir idman müəlliminin, məşqçinin əsas vəzifəsi olmalıdır. İcra başçısının sözlərinə görə, rayonda 20-dən çox müasir idman zalı, idman qurğusu yeniyetmə və gənc­lərin istifadəsinə verilib. Sədərək rayonunda sakinlərin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində mühüm əhəmiyyətə malik olan bədən tərbiyəsi və idmanın inkişafına geniş yer verilir.
“2014-cü ildə idmanın müxtəlif növləri üzrə muxtar respublika birinciliklərində rayonun voleybol komandası çempion olub”, – deyən Həbib İbrahimov əlavə edib ki, 5 sədərəkli boksçu öz çəki dərəcələrində I, II və III yerləri tutub, yüngül atletika komandasının 5 üzvü mükafatlara layiq görülüb.
Fiziki tərbiyə dərslərinin ümumtəhsil məktəblərində tədrisinin vəziyyətindən də bəhs edən Həbib İbrahimov vurğulayıb ki, bədən tərbiyəsi və idman dərslərinin keçilməsi lazımi səviyyədə deyil. Onun sözlərinə görə, bu fənn lazımi idman qurğuları ilə təchiz olunmuş zallarda deyil, siniflərdə keçilir. Həmçinin qeyd olunan dərslərin axırıncı dərs saatlarına salınması, fənn müəllimlərinin öz işlərinə laqeyd münasibətləri şagirdlərin idman dərslərindən yayınmalarına səbəb olan amillərdəndir. 2015-ci ildə bu nöqsanlara yol verilməməsi üçün Uşaq-gənclər idman məktəbində, ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın təşkili nəzarətə götürülməlidir. Gənclər və İdman İdarəsi, həmçinin Təhsil Şöbəsi idmanın bütün növlərinin inkişaf etdirilməsi və bu sahədə kütləviliyə nail olunması üçün konkret tədbirlər görməlidir. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının rayon bölmələri də id­mançıların, məşqçi-müəllimlərin peşəkar­lıq səviyyələrinin artırılması qayğısına qalmalıdırlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR