Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına uyğun olaraq, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə xidmətin rəisi, polkovnik Səxavət Salmanov, muxtar respublika Ədliyyə nazirinin müavini Elnur İsmayılov, Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik edib, Silahlı Qüvvələrimizin sıralarında qulluğun böyük şərəf olduğunu vurğulayıblar.
Çağırışçılar adından çıxış edən Valeh Göydağlı Vətən qarşısındakı borclarını ləyaqətlə yerinə yetirəcəklərini, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını bildirib.
Valideyn Gültəkin Qələndərova övladının Vətənin keşiyində durmağa yollanmasından qürur hissi duyduğunu deyib, çağırışçılara ölkəmizə layiqli əsgər olmağı tövsiyə edib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Xəbərlər şöbəsi