23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Qızlar Liseyi şagirdlərinin iştirakı ilə açıq dərs keçilib. Açıq dərsdə liseyin tarix müəllimi Gülşən Ağayeva “1970-1985-ci illərdə Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təməlinin qoyulması” mövzusunda danışıb. Bildirib ki, tarixdə elə nadir simalar olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir millətin və ya ölkənin taleyüklü məsələlərində ölçüyəgəlməz məsuliyyəti üzərlərinə götürərək böyük bir missiyanı şərəflə yerinə yetirirlər. Dünyada belə tarixi şəxsiyyətlər çox azdır. Ancaq xoşbəxtlikdən Tanrı Azərbaycan xalqına Heydər Əliyev kimi dahi bəxş etmiş, müdrik rəhbər misilsiz xidmətləri ilə xalqımızın əsl xilaskarına çevrilmişdir.
Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində – ölkə iqtisadiyyatının, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyduğu bir şəraitdə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıl həll edilməsi baxımından tarixi bir hadisə oldu. Tezliklə Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, təhsil və mədəniyyətin inkişafı sahəsində nəhəng işlər görüldü.

Xüsusilə 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə o dövrdə neft sənayesində maddi-texniki baza yaradılmasaydı, müstəqillik dövründə əldə edilən nailiyyətlər, o cümlədən nəhəng neft strategiyası da ola bilməzdi. Bütün bunlarla yanaşı, ötən əsrin sonlarında ölkəmizin ərazi bütövlüyünün pozulması ilə nəticələnən məlum hadisələrin, eyni zamanda Azərbaycanın parçalanmaq, dövlətçiliyinin itirilməsi təhlükəsinin qarşısı yenə də xalqın böyük tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində alındı.
Vurğulanıb ki, dahi şəxsiy­yətin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmiz tarix üçün çox qısa bir dövrdə sürətli inkişaf yoluna qədəm qoydu. Hələ ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə ölkəmizdə bir çox sahələr üzrə əldə olunmuş nailiyyətlər, eyni zamanda milli özünüdərkin yüksəlişi gələcək müstəqil dövlətin bərpasına xidmət edən strategiyanın tərkib hissəsi idi. Məhz bu strateji xətt 1993-cü ildən sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoydu və Azərbaycanın qısa müddətdə dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yer tutmasına imkan verdi.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR