23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində sen­tyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili barədə keçirilmiş müşavirədə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı tədbir keçirilib. Muxtar respublikanın ümumtəhsil müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının üzvü Məmməd Qəribov çıxış edərək bildirib ki, sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili barədə keçirilən müşavirədə qarşıya mühüm vəzifələr qoyulub. Qeyd olunub ki, Mükafat Komissiyasının yaradılmasında əsas məqsəd muxtar respublikada yaradıcı insanların potensialından düzgün istifadə etmək, onları yüksək səviyyəli əsərlər yaratmağa təşviq etməkdən ibarətdir. Eyni zamanda muxtar respublika əhalisinə milli-mənəvi və dini dəyərlərin təbliğini, regionda baş verən ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini çatdırmağı qarşısına məqsəd qoyan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri stimullaşdırmağa geniş imkanlar açacaq.

Məhz qeyd olunan bu məsələlərin həllində muxtar respublikamızın elmi-texniki, mədəni, tarixi potensialından lazımınca istifadə etmək fondun qarşısında duran əsas məsələlərdəndir. Bu baxımdan elm və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Bu müəssisələrdə çalışan yaradıcı insanlar tərəfindən elmi əsərlərin yazılmasına tələbkarlıq artırılmalı, yazılan hər bir əsər, təqdim olunan hər bir layihə əhəmiyyəti ilə bərabər, araşdırma nəticələrini də özündə əks etdirməlidir. Bundan əlavə, orta ixtisas təhsili və ümumtəhsil məktəblərində təh­sil alan tələbə və şagirdlərin bilik və baca­rıqlarının artırılmasının stimul­laşdırılma­sı, onların elmi biliklərə yiyələnməsində mütərəqqi ideyaların tətbiq edilməsi müəllim kollektivlərinin qarşısında duran əsas vəzifələrdəndir.
Sonra Babək və Culfa Rayon Təhsil şöbələrinin müdirləri Kamil Kazımov və Adəm Qasımovun çıxışları olub.
Tədbirə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev yekun vurub.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR