23 Dekabr 2024, Bazar ertəsi

Cari ilin oktyabr ayına qədər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 13 mindən çox insan ziyarət edib. Bunun 686 nəfəri 27 xarici ölkədən gələn qonaqlar olub. Yerli ziyarətçilərin sayı isə 12 mini ötüb.
Ötən dövr ərzində müxtəlif mövzularda muzeydə 60 açıq dərs keçilib. Dərslərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəblərinin tələbələri, orta məktəb şagirdləri iştirak ediblər.
Açıq dərslərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilib.

Naxçıvan Muxtar Respublikasında yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yaradılıb və 1999-cu il may ayının 10-dan fəaliyyətə başlayıb.
Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanılıb.
Muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Fəaliyyət göstərdiyi 15 il ərzində muzeyin 237 mindən çox ziyarətçisi olub. Onların 23 mindən çoxu 55 xarici ölkə vətəndaşıdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR