23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, cari ilin ilk 8 ayı ərzində komitə tərəfindən 295 istehsal müəssisəsində müşahidə xarakterli monitorinq aparılıb, etil spirti və alkoqollu içkilər istehsal edən 3 müəssisədə dövlət nəzarəti həyata keçirilib, 17 neft məhsullarının satışına və 8 əczaçılıq fəaliyyətinə təsdiqedici sənəd verilib.

Pozuntuların aradan qaldırılması məqsədilə komitə tərəfindən 197 istehsal müəssisəsinə nöqsanların aradan qaldırılması üçün şifahi irad bildirilib, 11 sexdə şərait olmadığından və 1 sexdə məhsulun əmtəə görünüşü standartın tələblərinə cavab vermədiyindən istehsal müvəqqəti olaraq dayandırılıb, nöqsanlar aradan qaldırıldıqdan sonra istehsala icazə verilib. Bəhs olunan dövrdə 2224 ədəd sertifikat verilib ki, bunlardan1734 ədədi xaricdən idxal olunmuş məhsullara verilən tanınmalardan ibarətdir. 86 istehsal müəssisəsinin istehsal etdiyi sabit keyfiyyətli 176 adda məhsula AZS uyğunluq nişanından istifadə hüququ verilib.

Bundan başqa, daşınmaz əmlak obyektlərinə ekoloji tələblərlə bağlı 8, ictimai iaşə sahəsi ilə bağlı 73, qida məhsulları ilə bağlı 28, sənaye məhsulu ilə bağlı 6, avro-4 normalarının tətbiqi, avro benzin və avro dizel yanacağının keyfiyyəti ilə bağlı 3, uşaq oyuncaqlarının satışı ilə bağlı 17, ərzaq məhsullarının topdansatışı ilə bağlı 13, stomatoloji kabinələrlə bağlı 6, foto xidmətlərlə bağlı 17, avtoservislərlə bağlı 11, məişət elektrik cihazlarının təmiri ilə bağlı 17 olmaqla, ümumilikdə, 199 təsərrüfat subyektinə standartın məcburi tələbləri barədə maarifləndirici məktublar göndərilib.
Məlumatda o da bildirilir ki, ticarət obyektlərində 112391,32 manat dəyərində keyfiyyətsiz məhsulların satışının qarşısı alınıb, o cümlədən 12952,65 manat dəyərində məhsul aidiyyəti orqanın iştirakı ilə məhv edilib, 22670,57 manat dəyərində məhsul əmtəə görünüşü pozulduğundan satışdan çıxarılıb, 1744,7 manat dəyərində məhsul istehsalçı müəssisəyə geri göndərilib, 61987,4 manat dəyərində məhsulun satışına qadağa qoyulub, 1508 manat dəyərində məhsul təkrar emala, 11528 manatlıq məhsul təsərrüfatda yem məqsədilə “N” hərbi hissəyə təhvil verilib.
Məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarət edilməsi məqsədilə “Zümrüd” Kiçik Müəssisəsi tərəfindən istehsal olunan məktəbli formaları və köynək, Naxçıvan “Alt Trikotaj” ASC-də istehsal edilən tələbə oğlanlar üçün geyim və məktəbli formaları, Naxçıvan “Tikiş” ASC-də istehsal olunan tələbə qızlar üçün geyim formaları və müəllim formaları, Naxçıvan Qızlar Liseyində liseydə təhsil alan şagirdlər üçün istehsal olunan geyim formaları, həmçinin 20 dərzi sexində məktəbli formalarının istehsalı, 3 ticarət mərkəzində xaricdən gətirilmiş məktəbli formaları barədə maarifləndirici tədbirlər həyata keçirilib.
Təhsil, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması və onların yerli məhsullarla təminatına diqqətin artırılması məqsədilə aidiyyəti orqanla birlikdə 20 məktəbəqədər təhsil müəssisəsində, Əlillərin Bərpa və Uşaq Bərpa mərkəzlərində, 1 peşə liseyində və Ahıllar evində araşdırmalar aparılıb. Araşdırmalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı 7 istixanada monitorinq aparılıb, bostanlardan götürülmüş 41 halda torpaq laborator analizdən keçirilib. Qida məhsulları istehsal edən 149 müəssisədə istehsal olunan məhsullara 132 ədədi milli standartlara (АZS), 79 ədədi dövlətlərarası standartlara (ГОСТ) və 7 ədədi texniki şərtlərə əsasən, 218 uyğunluq sertifikatı verilib.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 35 sertifikat verilib, 6 müəssisədə istehsal olunan 63 addа məhsulun etiket layihələri texniki normativ-hüquqi aktlara uyğun olaraq hazırlanıb.
Yerlərdə elektrik və qaz sayğaclarının standartlara uyğunluğunun yoxlanması və plomblanması ilə bağlı verilmiş tapşırığın icrası məqsədilə 10543 ədədi elektrik, 27252 ədədi qaz və 1397 ədədi su sayğacı olmaqla, 39192 ədəd sayğacın plomb­lanması və bunların 1130 ədədinin dövlət və özəl müəssisələrin, 38062 ədədinin isə yaşayış mənzillərinin payına düşdüyü də verilən məlumatlar sırasındadır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR