Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad rayonunun Əndəmic kəndindəki Dayaq məntəqəsində seminar-müşavirə keçirmişdir.
Müşavirəni giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açmış, bölgədə meyvəçiliyin inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi” mövzusunda çıxış etmişdir.
Nazirliyin mütəxəssisləri Həsən İsmayılov və Sabir Səfərov meyvə bağlarında aparılacaq aqrotexniki xidmət, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri haqqında məlumat vermişlər.
Sonda verilən suallar cavablandırılmış, sahibkarlara buklet-informasiya kitabçaları paylanmışdır.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti