23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektləri və tikinti təşkilatları nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə xidmətin şöbə rəisi Əfqan Əliyev açaraq tədbirin mahiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Zakir Məmmədovun “Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi”, şöbə rəisi İlqar Seyidovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyevin “Əmək ehtiyatlarından səmərəli istifadədə və peşəkar kadr hazırlığında Məşğulluq Xidmətinin rolu”, İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Emin Zeynalovun “Naxçıvan Muxtar Respublikasında əmək bazarı, onun tənzimlənməsi və iqtisadi mahiyyəti” mövzularında çıxışları olub.

Çıxışlarda qeyd olunub ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.
Bildirilib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” “Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə görə, 1 aprel 2013-cü il tarixdən Azərbaycan Respublikasına 3 gündən artıq müddətə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 gün ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsi ilə və ya şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
Vurğulanıb ki, əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olma və yaşama qaydalarını pozmalarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası hüdudlarından inzibati qaydada kənara çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək cərimə olunurlar. Bu baxımdan işəgötürənlər də böyük məsuliyyət daşıyırlar.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR