22 Dekabr 2024, Bazar

Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq rayonda inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyət istiqamətlərindən danışıb, onlara yaradılan şəraitin müqabilində nümunəvi iş tələb olunduğunu deyib.

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev çıxış edərək bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasının qanunvericiliyin tələblərinə uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən rayon icra hakimiyyətləri ilə birlikdə yoxlamalar həyata keçirilib,  keçirilən yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, rayon icra hakimiyyətləri bu barədə məlumatlandırılıblar. Culfa rayonundakı inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğumun, nikahın və ölümün qeydiyyatı aparılır ki, əməliyyatlar 20 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən rəsmiləşdirilir. 2009-2013-cü illər ərzində Culfa rayonunun icra nümayəndəlikləri tərəfindən doğum, nikah və ölümün qeydiyyatı ilə bağlı 3103 əməliyyat aparılıb. Onlardan 591 əməliyyat 2013-cü ilin payına düşüb. Hüquqi maarifləndirmə tədbirləri olaraq 2009-2013-cü illər ərzində Culfa rayonunun icra nümayəndələri üçün 14 dəfə seminar təşkil olunub. Nazirlik tərəfindən bütün icra nümayəndələri müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər. Culfa rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 10 dəfə yoxlama keçirilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün metodik köməklik göstərilib. Lakin bütün bu görülən işlərə baxmayaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki nöqsanlar qalmaqdadır.
Vurğulanıb ki, Camaldın, Bənəniyar və Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin bu sahədəki fəaliyyətində nöqsanlara yol verilib. Bu nöqsanların aradan qaldırılması və bir daha təkrar edilməməsi üçün Qeydiyyat Şöbəsinin rəisi icra nümayəndələri ilə bağlı işini qanunvericiliyin tələbləri səviyyəsində təşkil etməli, hər bir icra nümayəndəsi işinə məsuliyyətlə yanaşmalı, qeyd olunan nöqsanlardan nəticə çıxarmalı və fəaliyyətində dönüş yaratmalıdır. Bununla yanaşı, son yoxlamalar göstərib ki, fəaliyyətləri qənaətbəxş sayılan Ərəfsə, Yaycı və Gülüstan kimi inzibati ərazi dairəsi üzrə nümayəndəliklər də vardır.
İclasa Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR