22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır. “Əsrin faciəsi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açmışdır.
Tədbirdə şuranın əməkdaşları Xatirə İbrahimli, Akif Mahmud­ov, Şahin Qurbanov, Məhsəti Məmməd­ova və başqaları çıxış etmişlər. Çıxışlarda ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci rəhbərliyi dövründə Xocalı faciəsinə verilən siyasi-hüquqi qiymət xatırlanmış, bu faciənin tanıdılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışılmışdır.

 

*   *   *

“Xocalı faciəsi dünya ictimaiyyətinə tanıdılmaqla yanaşı, gənc nəslin tarixin bu dərsini unutmaması üçün Xocalı haqqında yazılmış müxtəlif tarixi kitablar, ədəbi əsərlərlə tanışlığı xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə isə kitabxanalarımızın üzərinə böyük vəzifələr düşür”.
Məmməd Sədi Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Xocalı faciəsinə həsr olunmuş tədbirdə bu fikir səsləndirilib.
Tədbirdə nazirliyin şöbə müdiri Gülbuta Babayeva “Xocalı soyqırımı insanlığa qarşı qətliamdır” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini Zahid Cəfərov və “N” hərbi hissənin zabiti Anar Nəbiyev XX əsrin 90-cı illərinin əvvəllərində xalqımıza qarşı ermənilər tərəfindən törədilən qanlı qətliamların miqyasından və Xocalıda günahsız insanlara qarşı törədilən qeyri-insani rəftardan bəhs ediblər.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş kitab, qəzet, jurnal və kataloqların nümayiş etdirildiyi sərgiyə baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR