22 Dekabr 2024, Bazar

Fevralın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edən Baş konsul Əli Əlizadə demişdir ki, xalqımız dəfələrlə erməni millətçiləri tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bu baxımdan daha dəhşətli olmuş, yüzlərlə günahsız insan öldürülmüş, əsir götürülmüş, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri dağıdılmışdır. Xocalı şəhərində azərbaycanlılara aid bütün tarixi izlər, milli-mədəniyyət nümunələri bir gecədə məhv edilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” Qərarın qəbul olunduğunu diqqətə çatdıran Əli Əlizadə hazırda ölkəmizdə soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışmış, soyqırımını tanıyan dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığını bildirmişdir.
Baş konsul Xocalı soyqırımına tezliklə Azərbaycana dost və yaxın olan digər ölkələr tərəfindən də hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini qeyd etmişdir.
Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri Seyid Yusif Bəşiri, İranda yaşayan azərbaycanlı iş adamı, Qarabağ müharibəsi veteranı Vahid Şərafətdinov çıxış edərək Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi dəyərləndirmişlər.
Sonra erməni təcavüzündən və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş, faciə qurbanlarının xatirəsinə ehsan verilmişdir. Xocalı faciəsindən bəhs edən fotostendə, eləcə də kitab, jurnal və bukletlərdən ibarət sərgiyə baxış olmuş, soyqırımından bəhs edən əyani vəsaitlər mərasim iştirakçılarına paylanmışdır.
Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan vilayətinin rəsmi şəxsləri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR