22 Dekabr 2024, Bazar

“20 yanvar hadisələri  tariximizin faciəsi olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsidir. Bu hadisələr azadlığın və müstəqilliyin qanlar bahasına əldə olunduğunu bir millət olaraq tarixi yaddaşımıza həkk etmişdir”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” adlı elmi konfransda səsləndirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacı­yev baş verən hadisələrin səbəblərinin, o zamankı proseslərin və nəticələrinin elmi yanaşma baxımından öyrənilməsinin davam etdirilməsinin vacibliyini qeyd edib. Akademik vurğulayıb ki, bu istiqamətdə indiyə qədər ölkəmizdə bir çox fundamental tədqiqatlar aparılıb.

1990-cı ilin yanvarında təkcə paytaxt Bakıda deyil, Naxçıvanda da təcavüzkar qüvvələrin qırğın törətmək cəhdlərinə də diqqətçəkən bölmə sədri bu hadisələrin tarixi baxımdan öyrənilməsinin əhəmiyyətli olduğunu deyib.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “20 Yanvar faciəsinə gedən yol”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “20 Yanvar şəhidləri – iftixar mənbəyimiz”, elmi işçi Elnur Kəlbizadə “Qanlı Yanvarın ibrət dərsləri” mövzularında elmi məruzələrlə çıxış ediblər.     

*   *   *

Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü kitab və rəsm sərgiləri, digər ənənəvi silsilə tədbirlərlə qeyd olunur. Bu münasibətlə təşkil olunan mərasimdə əvvəlcə Azərbaycan xalqının müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Mərasimi giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır.
Sonra Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayevin “20 Yanvar faciəsinin ibrət dərsləri”, Hüquq fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədovun “20 Yanvar hadisələri beynəlxalq hüquq prizmasında”, Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Ramazan Abdullayevin “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzularında məruzələri dinlənilmişdir.     
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş slayd və fotosərgi, sənədli film nümayiş etdirilmiş, şeirlər bədii qiraət olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR