22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə Culfa rayonunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə təşkilatın sədri Qadir İbrahimov açaraq məruzə edib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası çox mürəkkəb bir tarixi şəraitdə yaradılıb. 1988-92-ci illərdə özünün ən mürəkkəb dövrünü yaşayan Azərbaycan bu müddət ərzində müstəqilliyini qazanmış, lakin sonrakı proseslər ölkəni faktiki olaraq qarşısıalınmaz böhrana sürükləmişdi. Köhnə iqtisadi model çökmüş, təfəkkür, idarəçilik prinsipləri dəyişmişdi. Yeni situasiyanı idarə etmək üçün prosesləri nəzarət altında saxlaya biləcək bir sistemin yaradılması isə mümkün olmamışdı. Eyni zamanda ermənilər Dağlıq Qarabağda müharibəyə başlamış və Azərbaycan torpaqlarını işğal etmişdilər.

Bunlara şimalda və cənubda separatçı qüvvələrin Azərbaycanı parçalamaq cəhdləri də əlavə olunmuşdu. Bütün bunlar isə Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə 1992-ci ildə ölkə­mizdə böyük nüfuz sahibi olan 91 ziyalı həmin dövrdə muxtar respublikaya rəhbərlik  edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə müraciət edərək onu Bakıya gəlməyə və bu böhrana son qoymağa, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə dəvət etmişdilər. Bu, təkcə müasir Azərbaycan tarixinə “91-lər” kimi düşmüş 91 nəfər Azərbaycan vətəndaşının müraciəti deyildi. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıtması bütün Azərbaycan xalqının istəyi, arzusu idi. Daim xalqını düşünən, onunla bir yerdə olan və ömrünün böyük hissəsini bu dövlətin inkişafına həsr edən ümummilli liderimiz Heydər Əliyev bu çağırışa müsbət cavab verdi. Amma həmin dövrdə ölkəmizə “rəhbərlik edən” naşı siyasətçilər görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya gəlməsinə mane oldular və Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın      21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi.
Bildirilib ki, 1992-1993-cü illərdə partiyanın yerlərdə rayon təşkilatı və özəklərinin yaradılması prosesi gedirdi. 7 fevral 1993-cü ildə partiyanın Culfa Rayon Təşkilatı yaradılıb. Həmin gün Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının  təsis konfransı dahi rəhbərimiz Heydər Əliyevin iştirakı ilə rayon Mədəniyyət Evində keçirilib. Konfransda 25 ərazi ilk təşkilatından 450 nəfər nümayəndə iştirak edib. Konfransda ulu öndərimiz Heydər Əliyev çıxışında mövcud tarixi şəraitdən, vəziyyətdən, yeni yaradılan rayon təşkilatı qarşısında duran vəzifələrdən danışıb. Rayon təşkilatı yarandığı gündən ötən müddət ərzində ulu öndərimizin təsis konfransındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri, partiyanın tarixi qurultaylarının, muxtar respublika təşkilatının tarixi  konfranslarının qərarlarını layiqincə yerinə yetirməyə çalışıb. Ötən illər ərzində rayon təşkilatı 9 konfrans keçirib, fəaliyyətini daim canlandırmağa çalışıb, ərazi ilk təşkilatlarının inkişafına şərait yaradıb. Bu ilin 10 ayında rayon üzrə partiya sıralarına qəbul olunanların 78,3 faizini gənclər təşkil edib.  Hazırda rayon üzrə 90 ərazi ilk partiya təşkilatı öz ətrafında 5310 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2425 nəfəri qadınlar, 1918 nəfəri isə gənclərdir.
Məruzə ətrafında YAP Culfa Rayon Təşkilatının Qadınlar Şurasının sədri Təranə Bayramovanın, Heydər Əliyev adına Gənc­lər Birliyinin sədri Təbriz Hüseynzadənin, gənc partiya üzvü Rəmziyyə Kərimlinin, Yeni Azərbaycan Partiyası Ərəzin kənd ərazi ilk təşkilatının sədri Əbülfəz Ağayevin, Dizə kənd tam orta məktəbi ərazi ilk təşkilatının sədri Ədalət Əhməd­ovun çıxışları olub.
Sonra partiya sıralarına yeni daxil olmuş bir qrup rayon sakininə üzvlük vəsiqələri təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR