22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsində “Ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev açaraq Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, 1995-ci il noyabr ayının 12-də qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk Əsas Qanunu olduğunu vurğulamışdır.

Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov “Ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında bir çox demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxmışdır. Bunun üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Vurğulanmışdır ki, Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar aparılmış, böyük inkişaf və tərəqqiyə nail olunmuşdur.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR