23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2016-cı il üzrə iş planına uyğun olaraq “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlasının hazırlanması nəzərdə tutulub. Bununla bağlı olaraq AMEA-nın Naxçıvan Bölməsində tədbir keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu olduğunu bir daha təsdiqləyir. Ona görə də atlasda “Kitabi-Dədə Qorqud” dastanının Naxçıvanla bağlılığı dərindən araşdırılır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə daxil olan 87 kəndə ekspedisiya təşkil olunub. 200-ə yaxın informatordan məlumatlar toplanıb. 100-dən artıq informatorun şəxsi məlumatları isə artıq elektronlaşdırılıb. Bundan başqa, ekspedisiya zamanı “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən bir çox məişət əşyalarının rəsmləri çəkilib və haqlarında məlumatlar toplanılıb. Həmin məlumatlar atlasda yerləşdirilir.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və başqaları mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüblər.
Hazırda atlasın hazırlanması istiqamətində işlər davam etdirilir. Atlas ilin sonuna qədər nəşr olunacaq.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Müəllimlər İnstitutunda ali təhsil ocağının builki məzunlarının cəlb edildiyi elektron lövhədən istifadə qaydaları, yeni təlim metodlarının tətbiqi üzrə təşkil edilmiş ongünlük ixtisasartırma kursunu bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə müəllim və şagirdlərin ixtiyarındadır. Dərslərdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradıb. Buna görə də müəllimlər elektron lövhənin imkanlarından geniş istifadə etməyi bacarmalı, bu lövhələrdən maksimum şəkildə yararlanmaq üçün lazım olan pro­qramları yaxşı mənimsəməlidirlər. Kursun təşkilində məqsəd gələcəyin müəllimlərinin elektron lövhələrdən istifadə bacarığını yüksəltmək olub.
Sonra kursu bitirən 24 nəfərə sertifikatlar təqdim edilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada səhiyyənin inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb.
Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov fakültənin yaranması və inkişaf yolu haqqında məruzə ilə çıxış edib. Bildirib ki, universitetin Tibb fakültəsi 1999-cu ildə Təbiətşünaslıq fakültəsinin nəzdindəki Pediatriya ixtisasına 25 nəfərlik tələbənin qəbulu ilə fəaliyyətə başlayıb. Universitet Elmi Şurasının 3 iyun 2003-cü il tarixli qərarı ilə müstəqil Tibb fakültəsi kimi fəaliyyətini davam etdirir. Fakültənin nəzdində Təməl tibb fənləri, Tibbi klinik fənlər, Ümumi təbabət və gigiyena, Əczaçılıq və stomatologiya kafedraları fəaliyyət göstərir.
Qeyd olunub ki, yüksəkkeyfiyyətli tədrisin təşkili üçün fakültədə 6 kabinə və laboratoriya yaradılaraq lazımi avadanlıq və preparatlarla təchiz olunub. Həmçinin tələbələrin praktik biliklərinin artırılması məqsədilə onların Azərbaycan Tibb Universiteti ilə yanaşı, Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərinə yay istehsalat təcrübələrinə göndərilməsi təşkil olunur. Hazırda fakültədə 383 tələbə və 29 rezident təhsil alır ki, onlardan 77 nəfəri xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova məzunları təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıblar.
Sonra məzunlar müqəddəs Hippokrat andı içiblər.
Tədbirin bədii hissəsində məzunların, eləcə də İncəsə­nət fakültəsinin istedadlı tələbələrinin ifasında mahnılar səsləndirilib.

Nərmin Cabbarova

Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə 2015-ci ilin mart ayında keçirilmiş attestasiya imtahanlarında üzrlü səbəbdən iştirak etməyən, həmin imtahanlarda müəyyən olunmuş bal həddini aşmayan və yeni işə qəbul edilən müəllimlərin attestasiyası keçirilib. Ötən dövr ərzində muxtar respublikanın ayrı-ayrı rayonlarından müraciət etmiş 1142 müəllim qeydiyyata alınıb.
İmtahan Naxçıvan şəhər 4 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. İmtahanlarda müəllimlərə 80 sual təqdim edilib ki, onlardan 40-ı ixtisas, 25-i kurikulum, 10-u metodika, 5-i isə kompüter biliklərinə aid suallar olub. Sualların cavablandırılması üçün müəllimlərə 150 dəqiqə vaxt ayrılıb.
İmtahana Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və “İstedad XXI əsr” kursunun əməkdaşlarından ibarət 51 nəfər nəzarətçi cəlb edilib.
Qeyd edək ki, həmin gün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə də müəllimlərin işə qəbulu imtahanları keçirilib. İmtahanda müraciət etmiş 47 müəllim iştirak edib.

Ceyhun Məmmədov

AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı bitkilər və ağacların qorunduğu unikal bir məkandır. Nəbatat bağında bitkilərin biomüxtəlifliyinin öyrənilməsi və toxum genofondunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür, geniş elmi-tədqiqat işləri aparılır.
Qeyd edək ki, hər hansı bir ölkə­yə, şəhərə səyahət edərkən internet üzərindən oranın gəzməli-görməli yerlərini müəyyən edirik. Rusiya, Gürcüstan, Türkiyə, Yunanıstan, Fransa kimi ölkələrin gəzməli-görməli yerləri arasında Nəbatat bağları özünəməxsus yer tutur.
Məlumat üçün bildirək ki, Nəbatat bağlarının ən qədim nümunələrinə Çində və Aralıq dənizi sahili ölkələrində rast gəlinib. Bu bağlarda meyvə ağacları, tərəvəzlər, dərman istehsalında lazım olan bitkilər becərilib və onlardan istifadə edilib.
Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olan diyardır. Bu baxımdan burada Nəbatat bağının yaradılması əhəmiyyətli və mühüm addımdır. Nəbatat bağının yaradılması məqsədilə 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 10 hektar torpaq sahəsi ayrılıb, bu sahə su ilə təchiz edilib və nəticədə, belə bir gözəl məkan yaradılıb. Həmin torpaq sahəsi Babək rayonunun Şıxmahmud kəndi yaxınlığındadır.
Bəs bu gün həmin ünvanda fəaliyyət necə qurulub? Burada hansı işlər həyata keçirilir?

Ardını oxu...

Dünən muxtar respublikamızın orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
İmtahanlar Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında olmaqla, ümumilikdə, 12 mərkəzdə və Heydər Əliyev adına Hərbi Liseydə olub. İlk olaraq səhər saat 1000-da IX sinif şagirdləri imtahan veriblər. İki saat ərzində şagirdlər Azərbaycan dili və riyaziyyat fənlərindən cəmi 60 sual üzrə biliklərini sınayıblar, bir inşa yazı mövzusu üzrə bacarıqlarını ortaya qoyublar.
Saat 1500-da isə XI sinif şagirdlərinin son buraxılış imtahanlarına start verilib. Şagirdlər Azərbaycan dili, riyaziyyat və xarici dildən, xarici dil tədris olunmayan məktəbləri bitirənlər isə kimya fənnindən suallara cavab tapıblar və inşa yazı işləyiblər.
Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikası üzrə 3786 nəfər IX sinfi, 3348 nəfər XI sinfi bitirib. Əldə etdiyimiz məlumata görə, imtahanlarda iştirak fəallığı yüz faiz olub.
İmtahanların nəticələri yaxın günlərdə elan olunacaq.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsinin ayrı-ayrı institutları tərəfindən qədim diyarımızın tarixinin, ədəbiyyatının, coğrafiyasının, iqtisadiyyatının və digər sahələrinin öyrənilməsi istiqamətində son illər xeyli iş görülüb və görülməkdədir. Aparılan tədqiqatların monoqrafiya, kitab, buklet şəklində dərc olunması isə tariximizin təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bölmədə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Naxçıvanın coğrafiyasının öyrənilməsi ilə əlaqədar ikicildlik “Naxçıvan coğrafiyası” kitabının birinci cildinin nəşrə hazırlanmasıdır. Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bildirilib ki, “Naxçıvan coğrafiyası” kitabı muxtar respublikanın coğrafiyasının öyrənilməsində əhəmiyyətli addımdır. Bu kitab sayəsində Naxçıvan Muxtar Respublikasının coğrafiyası haqda geniş və əhatəli məlumat almaq mümkün olacaq.

Ardını oxu...

XIX əsrin sonu, XX əsrin əvvəllərində Zaqafqaziyada mühüm ictimai-mədəni hadisəyə çevrilən maarifçilik hərəkatı bu bölgədə yerləşən xalqların taleyində əhəmiyyətli dərəcədə dəyişiklik yaratdı. Həmin əsrin ilk illərindən təkəmseyrək şəkildə başlanan maarifçilik əsrin ortalarından sistemli hal almağa, sonlarında isə ədəbi-mədəni intibaha gətirib çıxardı. Bu dövrdə mətbuat, teatr ilk qədəmlərini atır, folklorun toplanması həyata keçirilir, ədəbi tənqid formalaşırdı. 

XIX əsrin 80-ci illərindən Naxçıvanda maarifçilik işinə başlayan ziyalılardan olan Eynəli bəy Sultanov həm də Tiflisdə nəşr olunan bir neçə mətbuat orqanı ilə əməkdaşlıq edirdi. Mətbuatda müxtəlif mövzular üzrə məqalələrlə çıxış edən E.Sultanovun xüsusi diqqətlə qələmə aldığı mövzulardan biri də folklorla bağlı idi.
E.Sultanov gənc yaşlarından Naxçıvanın kəndlərini, İrəvan quberniyasını gəzib-dolaşaraq Azərbaycan xalqının şifahi ədəbiyyatını toplamaqla məşğul olmuşdur. Folklor toplayıcılığından sonra onda şifahi xalq ədəbiyyatı ilə bağlı bəzi qənaətlər, nəzəri fikirlər formalaşmışdır. Tarixi keçmişimizi, mənəvi dəyərlərimizi özündə yaşadan, həmişə tədqiqə ehtiyacı olan folklor örnəklərini sistemli, ardıcıl şəkildə öyrənməklə xalqımızın tarixinin müəyyən məqamlarını, mənəvi aləmini, o cümlədən onun düşüncə tərzini bərpa etməyin mümkün olduğunu yaxşı bilən Eynəli bəy Sultan­ovun o dövrdə şifahi xalq ədəbiyyatı sahəsində fəaliyyəti ayrı-ayrı tədqiqatçıların nəzərindən yayınmamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2015-2016-cı tədris ilində keçirilən respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov əldə edilən nailiyyətlərin muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğının bəhrəsi olduğunu deyib, qaliblərə yeni-yeni nailiyyətlər arzulayıb. Bütün bu uğurların qazanılmasında ümumi təhsil müəssisələrində çalışan peşəkar müəllimlərin əməyi olduğunu xüsusi olaraq qeyd edən təhsil naziri istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər diləyib. Təhsil naziri şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik edib, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın təhsil müəssisələri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv əlaqə yaradılıb, “Qurtuluş Günü mənim həyatımda” mövzusunda dərs keçilib.

Ardını oxu...

Ordubad Texniki-Peşə və Sürücülük Məktəbində hərtərəfli şərait yaradılıb

İxtisaslı peşəkar kadrlara olan ehtiyac nəzərə alınaraq 1979-cu ildə Naxçıvan şəhərindəki 32 nömrəli texniki-peşə məktəbinin Ordubad şəhərində filialı yaradılır. Filial üçün şəhərin M.T.Sidqi küçəsində uyğunlaşdırılmış binada yer ayrılır. Təhsil ocağı 1980-ci ildə müstəqil şəkildə Ordubad Orta Texniki-Peşə Məktəbi kimi fəaliyyətini davam etdirməyə başlayır. 

Burada əməliyyatçı-mühasib, ərzaq malları satıcısı, tikişçi-operator, elektrik qaz qaynaqçısı, meyvə-tərəvəz ustası, bənna va sair peşələr öyrədilir. Məktəbi bitirənlərin əmək fəaliyyətinə başlamaları, işlə təmin olunmaları da diqqət mərkəzində saxlanılır. Məzunlar rayonda fəaliyyət göstərən fabrik və zavodlarda, kolxoz və sovxozlarda, ictimai iaşə, müxtəlif xidmət sahələrində ixtisaslarına uyğun işlərlə təmin edilirlər. Amma bu təhsil ocağı uzun illər həm orta, həm də peşə təhsili verdiyi üçün ixtisaslı kadrların hazır­lanmasında çətinliklər yaranırdı. Bu zaman gənclər seçdikləri peşələrə tam yiyələnə bilmirdilər. Üstəlik məktəbin fəaliyyət göstərdiyi bina da tam yararsız vəziyyətə düşmüşdü.
Bu il mayın 5-də isə məktəbin həyatında mühüm hadisə baş verib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Ordubad Texniki-Peşə və Sürücülük Məktəb Kompleksinin açılışı olub.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilib. Həmin pro­qram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çinin “Huawei” şirkətində istehsalat təcrübəsi keçəcək.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində müsabiqədən keçib Çinə istehsalat təcrübəsinə göndəriləcək tələbələrlə görüş olub.
Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir sıra ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüşlər keçirilir, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün köməklik göstərilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə yeni təhsil müəssisələri tikilib istifadəyə verilir, ümumtəhsil məktəbləri informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunur, müasir tədris şəraiti yaradılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada təhsilin keyfiyyəti yüksəldilmiş, qabaqcıl təhsil mühiti formalaşmışdır. Artıq muxtar respublikada təhsilin əsas keyfiyyət göstəricilərindən hesab olunan ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verənlərin sayı ilbəil artır.
2015-2016-cı tədris ilində də ali və orta ixtisas təhsili müəssisələrinə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə və Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd qəbulu başa çatdırılmışdır. Belə ki, bu il məktəbi bitirən 3138 məzundan 2469-u ali məktəblərə qəbul üçün sənəd vermişdir. Bu da məktəbi bitirənlərin 78,7 faizini təşkil edir. Məzunlardan 1225-i, yaxud 49,6 faizi oğlan, 1244-ü, yaxud 50,4 faizi qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin 205 məzunu ilə birlikdə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər təşkil etmişdir. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizi deməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində muxtar respublikada fəaliyyət göstərən Ekoloji Tərbiyə və Texniki Yaradıcılıq mərkəzləri tərəfindən keçirilən dərnək məşğələləri üçün hazırlanmış nümunəvi tədris proqramlarının təqdimatına həsr edilmiş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq muxtar respublikada məktəbdənkənar müəssisələrin qarşısına qoyulan vəzifələr barədə danışıb, bu müəssisələrdə nümunəvi tədris proqramlarının tətbiqinin günün tələbi olduğunu deyib. Qeyd edilib ki, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğı təkcə orta təhsil ilə məhdudlaşmayıb, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün də nümunəvi şəraitin yaradılmasına diqqət artırılıb. Uşaqların əməksevərlik ruhunda tərbiyə olunduğu və istedadlarının inkişaf etdirildiyi, eyni zamanda ekoloji problemlərin həllinə xüsusi diqqət yetirildiyi hazırkı dövrdə məktəblilərin elmi yaradıcılıq fəaliyyətinə cəlb olunmasının, ətraf mühitin qorunmasında xüsusi bacarıqlarının inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır.

Ardını oxu...

Dərs ilinin başa çatdığı yay dövründə məktəblilərin asudə vaxtlarının səmərəli keçməsində məktəbdənkənar tərbiyə müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan Babək Rayon Ekoloji Tərbiyə Mərkəzinin dərnəklərində aparılan məşğələlərdən reportaj hazırlamaq üçün rayona üz tutduq. Qeyd edək ki, ekoloji tərbiyə mərkəzinin əsas məqsədi şagirdlərə ekoloji biliklər verməklə təbiəti mühafizə, təbii sərvətlərdən səmərəli istifadə olunması və bu sərvətlərin qorunaraq gələcək nəsillərə çatdırılmasının dövlətimizin prioritet məsələlərindən biri olmasını aşılamaq, bugünkü məktəblilərin təbiətə məhəbbət ruhunda formalaşdırılmasına nail olmaqdır.

Öyrəndik ki, bu məktəbdənkənar tərbiyə müəssisəsində 26 adda dərnək fəaliyyət göstərir. Cədvəl üzrə məşğələlərdə iştirak etmək, dərnəklərdə ekoloji tərbiyənin necə aşılanması ilə tanış olmaq istədik. Əvvəlcə Babək Rayon Ekoloji Tərbiyə Mərkəzində olduq. Mərkəzin direktoru Ramiz Babayevdən mərkəzin neçənci ildən fəaliyyət göstərdiyini soruşduq. Direktor rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətə başladığı ildən xəbərsizdir. Öyrəndik ki, Fauna və ekologiya dərnəyinin rəhbəri elə Ramiz müəllimdir. Həmin gün dərnəyin məşğələsi olsa da, dərnək aparılmırdı. Kənd təsərrüfatı və ekologiya dərnəyi Babək qəsəbə 2 nömrəli tam orta məktəbdə təşkil edilib. Lakin dərnək rəhbəri Süsənbər Əsgərova nə özü yerində idi, nə də dərnək üzvləri. Eyni vəziyyətin Şəkərabad kənd tam orta məktəbində də şahidi olduq. Burada Heyvanşünaslıq və ekologiya dərnəyinin müəllimi Vaqif Məhərrəmov və şagirdləri yerində yox idi.

Ardını oxu...

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 5-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 16 imtahan mərkəzində aparılıb.
Bütün binalarda eyni vaxtda saat 1300-da başlanan imtahanda sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıqtipli olmaqla, 50 test tapşırığı təqdim edilib (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan veriblər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9061 nəfər qəbul proqramını seçərək təsdiqləyib. 5045 nəfər ali təhsil müəssisələrinin builki, 4016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikasında isə imtahan Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin binasında keçirilib. Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən 237 bakalavr imtahana buraxılıb.
İmtahan 2 imtahan rəhbəri və 20 nəzarətçinin iştirakı ilə aparılıb.

 Nərgiz İsmayılova

Bir neçə ildir, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin müxtəlif istirahət mərkəzlərində istirahəti təşkil olunur. Artıq bu ilin aprel ayının əvvəllərindən  sınaq imtahanlarında yüksək nəticələr göstərən və aztəminatlı ailələrin uşaqlarından ibarət məktəblilərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təmin olunub. Tədbir bu ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən keçirilib. İyun ayının 5-də yekunlaşan layihəyə əsasən, mərkəzin budəfəki qonaqları Kəngərli və Sədərək məktəbliləri olub.   

İstirahətin ilk günü Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Qəzənfər Abdullayev şagirdlərə proqram haqqında qısa məlumat verərək onlara xoş və mənalı istirahət arzulayıb. Şagirdlər əşyalarını yerləşdirdikdən sonra istirahət mərkəzinin mini-futbol meydançasında komandaların yarışı başlanıb, bilik yarışları keçirilib. Günün ikinci yarısında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Nəsrullah Musayevin çəkdiyi rəsm əsərləri şagirdlərin böyük marağına səbəb olub.

Ardını oxu...

Burada tədris yüksək səviyyədə qurulub

Cəmiyyətdə tez-tez işlədilən “təhsil almaq” ifadəsinə dilimiz çox öyrəşib. “Təhsil almaq” dedikdə fərdlərin cəmiyyətdə olan hər hansı sahəyə dair biliklərə yiyələnməsi kimi fikirlər yaranır nəzərimizdə. Bəs mütəxəssislər təhsil dedikdə nəyi nəzərdə tuturlar? Ümumiyyətlə “təhsil” kəlməsinin mənası nədir? Gəlin, elə buradan başlayaq…

Təhsil insanın mənəvi siması olub, mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Burada bilik həcmi əsas deyil, ondan sərbəst olaraq istifadə etmək keyfiyyətləri əsas sayılır. Göründüyü kimi, təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla onun siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Ona görə də gələcəyini düşünən hər bir dövlət təhsilin inkişafına diqqət yetirməyi özünün prioritet vəzifəsi sayır. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması da bunun bariz ifadəsidir. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ənənəvi Məzun günü keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək elm və təhsilin inkişafından, muxtar respublikada yerli kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb.
Rektor universitetin 2015-2016-cı tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirib ki, cari tədris ilində universitetdə bakalavr və magistratura pillələri üzrə 1451 gənc öz ali təhsilini başa vurub. Saleh Məhərrəmov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Maraqlı ssenari əsasında hazırlanan Məzun günündə universitetin inkişaf yoluna, tələbələrin elm və təhsildə, ictimai işlərdəki nailiyyətlərinə nəzər salınıb. Tədbir İncəsənət fakültəsinin, Tələbə Teatr Studiyasının hazır­ladığı rəngarəng konsert proqramı ilə davam edib. İncəsənət fakültəsinin xalq çalğı alətləri ansamblının müşayiəti ilə mahnı və şeirlər ifa olunub.
Bayram əhval-ruhiyyəli tədbirin sonunda məzunlar səhnəyə dəvət olunub, “Tələbəlik illəri” mahnısı səsləndirilib, xatirə şəkilləri çəkdirilib.

Mehriban SULTAN

Dünən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikanın tam orta məktəblərinin müəllimlərinin cəlb edildiyi Smart Notebook proqramları və elektron lövhədən istifadə qaydaları üzrə təşkil edilən 60 saatlıq, ongünlük  ixtisasartırma kurslarını bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirilib.  

Tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində məktəblərimizdə müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqları quraşdırılır, həmin avadanlıqlar internet şəbəkəsinə qoşulur. Son illərdə təhsil ocaqlarının elektron lövhələrlə təchizatı da diqqətdə saxlanılaraq ümumtəhsil məktəbləri 600-dən çox elektron lövhə ilə təmin edilib. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2015-2016-cı tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş ümumuniversitet elmi konfransı keçirilib.
Plenar iclası giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən Tələbə Elmi Cəmiyyəti istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu cəmiyyət tələbələrin nə qədər bilikli və bacarıqlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir.
Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.
Bildirilib ki, hər tədris ilinin başlanğıcında fakültələr üzrə Tələbə Elmi cəmiyyətlərinin sədrləri və üzvləri seçilir, tələbələrə müxtəlif mövzular təqdim edilir, elmi rəhbərlər təyin olunur. Tədris ilinin sonuna kimi tələbələr öz elmi işləri üzərində çalışır, araşdırmalar aparırlar. İlin sonuna yaxın fakültələrdə yekun konfranslar keçirilir. Daha bacarıqlı tələbələr seçilərək diplom və hədiyyələrlə təltif edilirlər. Həmçinin qaliblər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan tələbə elmi konfranslarında iştirak etmək hüququ qazanırlar.
Mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Aysel Əsgərli “FOREX-in mahiyyəti, əhəmiyyəti və Azərbaycan Respublikasında təşkili xüsusiyyətləri” mövzusunda məruzə edib.
Konfrans 46 bölmə üzrə işini davam etdirib.

Nərmin CABBAROVA

...Məktəbliləri aparan avtobuslar dağın sinəsi ilə çəkilmiş yolla irəliləyib Ağbulaq İstirahət Mərkəzinə çatır. Şagirdlərin ən sevimli ünvanlarından birinə çevrilən bu məkan bu dəfə culfalı məktəbliləri öz qoynuna alır. Mərkəzdə şagirdlərə proqram haqqında qısa məlumat verildikdən sonra onlar əşyalarını yerləşdirib mərkəzin mini-futbol meydançasında futbol oynamağa başlayırlar.

İlk günün ən maraqlı hissəsi Naxçıvan Dövlət Uşaq Teatrı kollektivinin hazırladığı Abdulla Şaiqin “Danışan kukla” tamaşası olur. Şagirdlər bu tamaşanı böyük həvəslə izləyirlər. Səhnə əsərinin daşıdığı tərbiyəvi əhəmiyyət olduqca böyük idi. Əsər gücün, pulun, düşkün mənəviyyatın və sosial ehtiyacın canlı insanı necə kuklaya çevirdiyini göstərir. Quruluşçu rejissoru Nurbəniz Niftəliyeva olan tamaşadan sonra Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuray Rzabəyli öz fikirlərini bizimlə bölüşür. Məlumat üçün bildirim ki, Nuray məktəbin ən fəal şagirdlərindəndir. X sinifdə təhsil alır. Test-sınaq imtahanlarında 600-dən yuxarı bal toplayır. Onun dediklərindən:

Ardını oxu...

May ayının 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 24 binada aparılıb. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 654 abituriyentin iştirakı nəzərdə tutulmuşdu.
İmtahan saat 1100-da başlanıb və 3 saat davam edib. İmtahan 5 imtahan rəhbəri və 64 nəzarətçinin iştirakı ilə keçirilib. 2 imtahan rəhbəri və nəzarətçilər TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nümayəndələridir.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nərgiz İsmayılova

Ötən il fəaliyyətə başlayan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə ilkin olaraq müxtəlif siniflər üzrə 160 şagird qəbul edilib. Hazır­da 150 şagird burada təhsilini davam etdirir.
Liseyə bu il üçün qəbul imtahanı başa çatıb. Qəbul imtahanında 474 şagird iştirak edib. İmtahanı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad – XXI əsr” kursu keçirib. Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbdə 2 imtahan rəhbərinin nəzarəti ilə keçirilən imtahan saat 1100-da başlayıb və 1330-da bitib. İmtahanda VI sinfi bitirən şagirdlər iştirak ediblər. Şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 16, fizika üzrə 24, riyaziyyat üzrə 24, xarici dil, tarix, biologiya və coğrafiya fənlərinin hər biri üzrə 9 olmaqla, 100 sual təqdim edilib. Onların bilik və bacarıqlarını üzə çıxarmaq üçün imtahanda hərtərəfli şərait yaradılıb. İmtahan nəticələrini öyrənmək istəyən valideynlər Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə müraciət edə bilərlər.

Nərgiz İsmayılova

Mayın 20-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turu keçirilib.
Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi Alenina Olefya, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak ediblər.
Zona turu başlamazdan əvvəl Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin direktoru Pərvin Mirzəyeva çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb, bu sahədə qazanılan uğurlardan bəhs edib.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndə­liyinin rəhbəri Valentin Denis­ov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina qeyd ediblər ki, olimpiadanın əsas məqsədi şagirdlərin biliklərini artırmaq və iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına dəstək olmaqdır. Çıxış edənlər belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, olimpiada iştirakçılarına uğurlar arzulayıblar.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsinin qaliblərindən olan AMEA Naxçıvan Bölməsi əməkdaşlarının mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə elmin, sənayenin, təsərrüfatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi məqsədilə ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi elan edilmişdi. Bununla əlaqədar olaraq bu il mayın 5-də müsabiqə qaliblərinin təltif olunmasına həsr edilmiş tədbir keçirilib. Müsabiqə komissiyasının qərarına əsasən 11 ixtira patenti qalib olub.

Ardını oxu...

Mayın 18-də Eynəli bəy Sultanovun 150 illik yubileyi münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultan­ovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının yubileyi muxtar respublikada geniş qeyd olunur.
Vurğulanıb ki, Eynəli bəy Sultanov Azərbaycan ədəbiyyatı, mətbuatı və teatrı, habelə ictimai fikir tarixində mühüm yer tutur. Onun xalqımızın maariflənməsi və mədəni tərəqqisi yolunda göstərdiyi xidmətlər Azərbaycan ictimai fikir tarixinin mühüm səhifəsini təşkil edir.
Bildirilib ki, 1880-1886-cı illərdə İrəvan kişi gimnaziyasında təhsilini davam etdirən gənc Eynəli öz bilik səviyyəsini xeyli zənginləşdirib, Avropa ədəbiyyatını və Qərb maarifçiliyini dərindən mənimsəyib. 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxdıqdan sonra yüksək hazırlığı, mənəvi yetkinliyi, ədəbi istedadı nəzərə alınaraq məktəbin pedaqoji şurasının qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilib. O, hələ gimnaziyada oxuyarkən Naxçıvanda maarifçi mühitin formalaşmasında yaxından iştirak edib, 1882-1883-cü illərdə burada “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaradıb. Bu mərkəzlərdə dövrün ictimai-siyasi məsələləri tez-tez müzakirə edilir, fanatizmə qarşı mübarizənin yolları araşdırılır, məktəblər, kitabxanalar açmaq qərara alınır və digər mədəni tədbirlər həyata keçirilirdi.

Ardını oxu...

 Ordubad şəhərindəki internat məktəbindən reportaj

Uzun illərdir, qəzetdə fəaliyyət göstərdiyimə, özüm də təhsil işçisi olduğuma görə təhsil mövzusunda onlarla məqalə yazmışam. Bu dəfə seçdiyim mövzu mənə doğma olsa da, çətinlik çəkdiyimi etiraf etməliyəm. Haradan, necə başlayacağımı bilmirəm. Çünki bu dəfə hazırlayacağım yazı qapalı bir təhsil müəssisəsi – Ordubad şəhərindəki internat məktəbi barədədir. Uzun illər bundan əvvəl bu məktəbdə olmuşdum. O zaman məktəbdə xeyli nöqsanlarla rastlaşmışdım. Yararsız vəziyyətdə olan məktəb binasında dərsin keyfiyyəti çox aşağı idi. Yataqxana şəraiti də  yaxşı vəziyyətdə deyildi. 2006-cı ildə yeni məktəb binası tikilərək istifadəyə verilib. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin iştirak etməsi məktəb kollektivinin böyük sevincinə səbəb olub. Yolumuz yenidən həmin məktəbədir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin tələbələri ilə görüş keçirib.
Nazirlik əməkdaşlarının da iştirak etdiyi tədbiri rektor, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov açaraq qeyd edib ki, sözügedən sərəncam birgə uğurlu əməkdaşlığın formalaşması, muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

May ayının 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 27 binada aparılıb. Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 743 abituriyent iştirak edib.
6 imtahan rəhbəri və 75 nəzarətçinin rəhbərliyi ilə keçirilən imtahan saat 1100-da başlanıb və 3 saat davam edib.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Sara Əzimova

Mayın 13-də AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Kimya tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb, yeni kitabın işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Kimya tarixinə dəyərli töhfə” mövzusunda məruzə edib. Bildirilib ki, Bayram Rzayev öz ixtisası, kimyaçı kadrların yetişdirilməsi sahəsində məhsuldar fəaliyyət göstərən alimlərimizdən biridir. Onun kimya elminin müxtəlif elmi-nəzəri məsələləri ilə bağlı işıq üzü görən kitabları maraqla qarşılanıb. Bayram Rzayev yaşının bu çağında da gənclik həvəsi ilə öz axtarışlarını davam etdirir.
Müəllifin yeni çapdan çıxmış “Kimya tarixi” kitabı da elmə verilmiş dəyərli töhfədir. Uzun illərin axtarışları ilə ərsəyə gətirilən kitabda kimya elminin keçdiyi inkişaf mərhələləri öz əksini tapıb. Bu baxımdan “Kimya tarixi” kimya ixtisası üzrə təhsil alan tələbələr, bu ixtisas üzrə çalışan müəllimlər üçün dəyərli vəsaitdir.

Ardını oxu...

Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq İstirahət Mərkəzi artıq məktəblilərin sevimli ünvanına çevrilib. Bu ilin aprel ayının əvvəllərindən sınaq imtahanlarında yüksək nəticələr göstərənlərin və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində istirahətinə start verilib. Mərkəzin budəfəki qonaqları Ordubad rayonunun məktəbliləri idi. Qeyd edək ki, bu layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublika Təhsil, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən həyata keçirilir. Növbəti səfərdə biz də mərkəzdə olduq, müəllim və şagirdlərin təəssüratlarını öyrəndik.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Müasir arıçılıq: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda universitetin müəllim və tələbələri ilə yanaşı, muxtar respublikanın müvafiq dövlət orqanlarının nümayəndələri, ölkəmizin digər ali təhsil ocaqlarından, həmçinin Türkiyənin İqdır Universitetindən dəvət olunan alimlər, arıçı sahibkarlar iştirak ediblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə açaraq Azərbaycanda qədim tarixə malik arıçılığın əsas aqrar sahələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, muxtar respublikada bu sahə uzun illərdir, inkişaf etdirilir və zəngin təcrübə qazanılıb.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika konfransı keçirilib.
AMEA Naxçıvan Bölməsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun nümayəndələrinin və muxtar respublikanın orta məktəblərində çalışan qabaqcıl müəllimlərin iştirak etdikləri konfransın plenar iclasını institutun rektoru, professor Oruc Həsənli açıb. O bildirib ki, Azərbaycan təhsilinin inkişafı, dünya təhsilinə inteqrasiyası görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə təhsilin müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verib, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirib.
Vurğulanıb ki, “Təhsil millətin gələcəyidir”, – deyən görkəmli dövlət xadimi təhsildə yeni uğurlar qazanmaq üçün həmişə müasir metodların, yeni texnologiyaların, dünya təcrübəsinin tətbiqini diqqətdə saxlamağı tövsiyə edirdi. Odur ki bu gün Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərə görə xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Kəngərli rayonunda gənclər arasında siyasi biliklər üzrə olimpiada keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək ulu öndərimizin ölkəmizin çiçəklənməsi yolunda misilsiz xidmətləri haqda danışıb, ümummilli liderimizin siyasi fəaliyyəti barədə hər bir gəncin ətraflı məlumata malik olmasının əhəmiyyətindən bəhs edib, olimpiadada iştirak edənlərə uğurlar arzulayıb. Qeyd edilib ki, belə tədbirlərin təşkilində məqsəd gənclərin siyasi fəallığını artırmaq, siyasi biliklərə malik gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.
Adıçəkilən təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sədri Süleyman Süleymanov gənclərin belə tədbirlərdə fəal iştirak etməsini müsbət hal kimi dəyərləndirib.
Sonra olimpiadaya start verilib. 50 gəncin iştirak etdiyi olimpiadada siyasi biliklərini sınayanlara 50 sual təqdim olunub.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri olimpiadanın nəticələrinə əsasən, gənc fəallardan Ağa Seyidov I, Ülkər Gülməmmədova, Yunis Ələkbərov, Vüsalə Musayeva, Gülnar Nəcəfova II, İlqar Əliyev isə III yerə layiq görülüblər.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikanın tam orta məktəblərinin müəllimlərinin cəlb edildiyi, Word, MS Windows, MS Excel proqramları və elektron lövhədən istifadə qaydaları üzrə təşkil edilən ongünlük ixtisasartırma kurslarını bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirildi. 

Tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək qeyd etdi ki, ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. Dərslərdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradıb. Buna görə də müəllimlər elektron lövhənin imkanlarından geniş istifadə etməyi bacarmalı, bu lövhələrdən maksimum şəkildə yararlanmaq üçün lazım olan proqramları yaxşı mənimsəməlidirlər. Kursun təşkilində də məqsəd müəllimlərin elektron lövhələrdən istifadə səviyyəsini yüksəltməkdir.
Sonra kursu bitirənlərə sertifikatlar təqdim edildi.
Tədbirdən sonra həmsöhbət olduğumuz Naxçıvan Müəllimlər İnstitutunun informatika müəllimləri Səminə Rüstəmova və Kəmalə İbrahim­ova bildirdilər ki, kursun ilk günlərində iştirakçıların elektron lövhə ilə bağlı məhdud səviyyədə bilikləri olsa da, on gün ərzində onlar bu lövhələrdən peşəkarlıqla istifadə etməyi öyrənə biliblər. Sözsüz ki, kursda yaxşı nəticələr əldə edilməsinin bir səbəbi də kursa qatılanların bu işə böyük maraq və həvəs göstərmələridir. Əminliklə demək olar ki, onların qazandıqları biliklərin tədris prosesində böyük faydası olacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Universitetinin Ərəb dili ixtisası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin hamiliyinə verilib. Universitetin bu ixtisas üzrə 2-ci və 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarədə olublar. İdarənin rəisi Vüqar Babayev bildirib ki, dini dəyərlərə muxtar respublikamızda yüksək ehtiramla yanaşılır. Müqəddəs sayılan ünvanlar, qədimdən mövcud olan pirlər, məscidlər təmir edilir, yeni məscidlər inşa olunur. İnsanların dini azadlıqları qorunur. “Multikulturalizm ili”ndə dini dəyərlərin gənclər tərəfindən başa düşülən şəkildə əxz olunması, həmin dəyərlərə əməl edilməsi diqqət mərkəzində saxlanılır. Çünki multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub, burada başqa dinlərə də hörmətlə yanaşılıb.
Vüqar Babayev diqqətə çatdırıb ki, bu gün muxtar respublikamızda 217 məscid, 26 pir və ziyarətgah mövcuddur. Onların fəaliyyətinə hərtərəfli şərait yaradıldığını bildirən idarə rəisi rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə tələbələrə geniş məlumat verib. Tələbələr idarənin kitabxanası ilə yaxından tanış ediliblər.
Sonra tələbələr Heydər məscidində olublar. Burada Naxçıvan Muxtar Respublikasının qazisi Sahib Məmmədov muxtar respublikada yaradılmış dini icmaların fəaliyyəti, iş prinsipləri barədə danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Muxtar Məmmədov

Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliyin və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Xəmsə” milli intellektual oyununun VIII Azərbaycan çempionatı başa çatıb. Gəncə şəhərində keçirilən yarışda Naxçıvan Muxtar Respublikasını “Əlincə” və “Savalan” komandaları təmsil edib.
Zona seçim turunun mükafatçısı olan “Əlincə” komandası respublika çempionatında uğurla çıxış edib. Gərgin keçən mübarizənin ilk mərhələsində “A” qrupunda ikinci olan komandamız (6199 xal) ikinci mərhələyə vəsiqə qazanıb. Reqlamentə əsasən, bu mərhələyə yüksələn 16 komanda 4 qrupda mübarizə aparmalı olub. “Əlincə” komandası “B” qrupunda da 6400 xal toplayaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələni də uğurla adlayan komandamız dördlü finalda Bakı Dövlət Universiteti, “Prometey” (Abşeron) və “Feniks” (İmişli) komandaları ilə mübarizə aparmaq hüququ qazanıb. Final mərhələsində isə yalnız Bakı Dövlət Universitetinin komandasından (6301 xal) geri qalan “Əlincə” (5699 xal) komandası Azərbaycan çempionatını ikinci pillədə başa vurub. Komandanın üzvü Seymur Mütəllimzadə isə çempionatın “Ən yaxşı oyunçu”su adını qazanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi “İlin ən yaxşı gənclərlə işləyən qurumu” adına layiq görülüb.

 Ceyhun Məmmədov

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçirilib. 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın keçirilməsində məqsəd ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
Naxçıvan Dövlət Universitetinin komandası da ali məktəbin İnformatika kafedrasının dosenti Elşən Məmmədovun rəhbərliyi ilə olimpiadaya qatılıb.
Hər təhsil müəssisəsindən maksimum 4 komandanın iştirak edə biləcəyi olimpiadada Naxçıvan Dövlət Universitetini 1 komanda təmsil edib. İlkin mərhələdə respublikanın 22 ali təhsil müəssisəsindən 55 komandanın iştirakı ilə keçirilən olimpiadanın həmin mərhələsində geniş dünyagörüşə və yüksək intellektə malik olan Naxçıvan Dövlət Universitetinin komandası uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsi aprel ayının 30-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Mina QASIMOVA

 (Oçerk)

Pəncərədən bayıra baxanda gördü ki, axşamdan yağmağa başlayan çiskin yağış hələ kəsməyib. Elə o anda da düşündü ki, burada təəccüblü nə var ki? Yaz yağışı belə olar, ruzi-bərəkətdir indiki yağış.
Məktəbə bu gün bir qədər tez getmək, təmiz yağış havasından udmaq istədi. Çayını içib, evdən çıxdı. Doğulub boya-başa çatdığı Milax kəndinin əsrarəngiz gözəlliyini seyr edə-edə məktəbə tərəf getməyə başladı. Məktəbin 15-20 il əvvəlki görkəmini yadına salmaq istədi. Sifəti bir anlığa tutuldu, sonra bu ifadəni təbəssüm əvəz etdi. Yadına düşdü ki, təkcə məktəb binası yenilənməyib, bütövlükdə kənd yeniliyə qovuşub: yeni tikililər, geniş asfalt yol, ilbəil artırılan yaşıllıqlar. Bütün bunlar insanların da həyata baxışlarını dəyişdirib. Ucqar dağ kəndinin bugünkü siması Nəbi müəllimin ovqatına elə bil yeni çalarlar gətirdi. Dəfələrlə bu hissləri yaşamışdı. Yaşadıqca da sanki cavanlaşırdı.
Məktəbə doğru irəlilədikcə düşüncələrinə hakim kəsilən məqamlar getdikcə çoxalırdı.
Budur, məktəb binasının həyətinə çatıb. Hələ bir o qədər qələbəlik deyil. Beş-on dəqiqə sonra şaqraq uşaq səsləri məktəb həyətinə bir sevinc bəxş edəcək. Uşaq vaxtı biz görə bilmədiyimiz günlərdir, şükür Allaha, bu gün uşaqlarımız görürlər. Bu fikirlərlə məktəbin binasına daxil oldu. Hər şey yerli-yerində idi. Sonra sinifləri gəzdi, otaqlar dərs məşğələlərinə hazır idi.

* * *

Müəllimlər ikibir, üçbir müəllimlər otağına daxil olur, bir-birlərilə hal-əhval tutur, ilin ruzili, bərəkətli olacağından söhbət edirdilər.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, ötən həftə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil, peşə və orta ixtisas məktəblərində təhsil alan şagird, tələbə və müdavimlər arasında keçirilən “Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yazıçılar Birliyi və “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkil etdiyi müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, hazırcavab, geniş dünyagörüşə malik olan istedadlı uşaq, yeniyetmə və gənclər iştirak ediblər. Müsabiqə ümumtəhsil məktəblərinin I-IV, V-VIII, IX-XI sinif şagirdləri, digər təhsil müəssisələrinin isə müdavim və tələbələri arasında 6-10, 10-15 və 15 yaşdan yuxarı qruplar üzrə fərdi qaydada keçirilib. Birinci mərhələdə qalib çıxan ümumtəhsil məktəbi hər yaş qrupu üzrə 2 nəfər olmaqla, 6 şagird ilə, digər təhsil müəssisələri isə 3 nəfər ilə təmsil olunublar. Məlumat üçün bildirək ki, sorğu anketinə daxil edilmiş hər sual 5 balla qiymətləndirilib. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt verilib. Müsabiqə iştirakçısı oxumuş olduğu daha çox kitaba dair sualları düzgün cavablandırmaqla yüksək bal qazanıb. Aprelin 8-də Təhsil Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, 27 nəfər müsabiqənin qalibi olub. Müsabiqədə birinci yeri tutan yeniyetmə və gəncləri oxucularımızla yaxından tanış etmişik. Bu dəfə isə ikinci yerin sahiblərini oxucularımıza təqdim edirik. 

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını yüksək dəyərləndirib, bu qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən bu qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycan ilə yanaşı, Türkiyə, Macarıstan, Almaniya və digər ölkələrdən gəlmiş geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu tədbirdə nümayiş olunub. Dövrünün möhtəşəm hadisələrindən olan Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır.

Ardını oxu...

 Bu mövzuda elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda keçirilən respublika elmi konfransının plenar iclasını ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açıb.
O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanılıb. Ənənəvi təhsil sistemi artıq öz dövrünü başa vurub, yerini yeni kurikulum təhsil sisteminə verib.
Qeyd edilib ki, Azərbaycan təhsil sistemində milli və ümumbəşəri dəyərlər nəzərə alınaraq ilk dəfə “Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu” hazırlanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Ümumtəhsil Konsepsiyası (Milli Kurikulumu)” təsdiq edilib. Bu sənəd çərçivə sənədi olub, ümumtəhsil üzrə məzmun standartlarını və təlim nəticələrini, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri əhatə edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisaslarının tələbələri ilə görüş keçirib. Ali məktəbdə keçirilən tədbiri rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov açıb.
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov sözügedən sərəncamın icrası məqsədilə ali məktəblə birgə hazırlanan tədbirlər planı barədə məlumat verib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, ötən həftə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil, peşə və orta ixtisas məktəblərində təhsil alan şagird, tələbə və müdavimlər arasında keçirilən “Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yazıçılar Birliyi və “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkil etdiyi müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, hazırcavab, geniş dünyagörüşə malik olan istedadlı gənclər iştirak ediblər. Müsabiqə ümumtəhsil məktəblərinin I-IV, V-VIII, IX-XI sinif şagirdləri, digər təhsil müəssisələrinin isə müdavim və tələbələri arasında 6-10, 10-15 və 15 yaşdan yuxarı qruplar üzrə fərdi qaydada keçirilib. Birinci mərhələdə qalib çıxan ümumtəhsil məktəbi hər yaş qrupu üzrə 2 nəfər olmaqla, 6 şagird ilə, digər təhsil müəssisələri isə 3 nəfər ilə təmsil olunublar. Məlumat üçün bildirək ki, sorğu anketinə daxil edilmiş hər sual 5 balla qiymətləndirilib. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt verilib. Müsabiqə iştirakçısı oxumuş olduğu daha çox kitab üçün sualları düzgün cavablandırmaqla yüksək bal qazanıb. Aprelin 8-də Təhsil Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, 27 nəfər müsabiqənin qalibi olub. Müsabiqədə yer tutan yeniyetmə və gəncləri oxucularımızla yaxından tanış etmək üçün onları redaksiyamıza dəvət etdik. Birinci yerin qalibi olan məktəbliləri sizə təqdim edirik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil, peşə və orta ixtisas məktəblərində təhsil alan şagird, tələbə və müdavimlər arasında keçirilən “Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yazıçılar Birliyi və “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkil etdiyi müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, hazırcavab, geniş dünyagörüşə malik şagird, müdavim və tələbələr iştirak ediblər. Müsabiqənin birinci mərhələsi mart ayında şəhər və rayon təhsil şöbələri tərəfindən keçirilib.
Müsabiqə ümumtəhsil məktəblərinin I-IV, V-VIII, IX-XI sinif şagirdləri, digər təhsil müəssisələrinin isə müdavim və tələbələri arasında 6-10, 10-15 və 15 yaşdan yuxarı qruplar üzrə fərdi qaydada keçirilib. Birinci mərhələdə qalib çıxan ümumtəhsil məktəbi hər yaş qrupu üzrə 2 nəfər olmaqla, 6 şagird ilə, digər təhsil müəssisələri isə 3 nəfər ilə təmsil olunublar.
Məlumat üçün bildirək ki, sorğu anketinə daxil edilmiş hər sual 5 balla qiymətləndirilib. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt verilib. Müsabiqə iştirakçısı oxumuş olduğu daha çox kitab üçün sualları düzgün cavablandıranda yüksək bal qazanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib. Aprelin 5-də universitetin bu ixtisas üzrə 2 və 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Burada tələbələri prokurorluğun kriminilastik avtomaşınının iş prinsipi ilə tanış ediblər. Tələbələrə cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri barədə danışılıb. Cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elan etmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri izah olunub.
Tələbələrə “Prokurorluq haqqında” Qanuna əsasən prokurorluğun fəaliyyət istiqamətləri barədə də məlumat verilib. Qeyd edilib ki, həmin istiqamətlər dövlət ittihamını müdafiə etmək, məhkəmə qərarlarından protest vermək, məhkəmədə iddia qaldırmaq, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etməkdən ibarətdir.

Ardını oxu...

 Ağbulaq İstirahət Mərkəzindən reportaj 

Ötən şənbə, səhər saat 900-da Naxçıvan şəhərindən olan, sınaq imtahanlarında yüksək nəticələr göstərən və aztəminatlı ailələrin uşaqlarından ibarət bir qrup məktəbli Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzinə birgünlük istirahətə yollandı. Bu layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublika Təhsil, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən həyata keçirilir.

Ardını oxu...

Aprel ayının 3-də Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin rezidenturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin binasında keçirilən imtahan saat 1100-də başlayıb və 2 saat 30 dəqiqə davam edib. Namizədlərə 100 test tapşırığı təqdim olunub. Namizədin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar. Müsabiqəyə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılır.

Ardını oxu...

“Naxçıvan” Universitetində Pedaqoji fakültənin əyani şöbə üzrə III kurs tələbələrinin 2015-2016-cı tədris ilinin ikinci yarısında keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfrans keçirilib.
Konfransda çıxış edən ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev bildirib ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri sınaqdan çıxarmaları, pedaqoji mühitə alışmaları, müəllimlik sənətinin sirlərinə daha dərindən yiyələnmələri, ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmləndirilməsi, yüksək intellektli müəllim hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor pedaqoji təcrübənin uğurla başa çatması münasibətilə tələbələri təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.
Təcrübə müddətində tələbələrin göstərdiyi fəallığı vurğulayan pedaqoji təcrübənin qrup rəhbərləri bildiriblər ki, 2015-2016-cı tədris ilinin birinci yarısında “Naxçıvan” Universitetinin 98 tələbəsi Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbdə, 8 və 15 nömrəli tam orta məktəblərdə pedaqoji təcrübə keçiblər.
Təcrübəçi tələbələrdən bir neçəsi çıxış edərək təcrübə zamanı onlar üçün yaradılmış şəraitdən, göstərilən qayğıdan danışıblar.
Sonra tələbə-gənclər görülmüş işlərə dair hesabatı, gündəliyi, sınaq dərslərinin nümunəvi icmallarını, protokolları və əyani vəsaitləri, həmçinin keçirilmiş tərbiyəvi-əxlaqi tədbirlərin mətninə aid sənədləri təhvil veriblər.
Sonda təcrübədə fərqlənən tələbələrə diplom və fəxri fərmanlar təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR