23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Müəllimlər İnstitutunda ali təhsil ocağının builki məzunlarının cəlb edildiyi elektron lövhədən istifadə qaydaları, yeni təlim metodlarının tətbiqi üzrə təşkil edilmiş ongünlük ixtisasartırma kursunu bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə müəllim və şagirdlərin ixtiyarındadır. Dərslərdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradıb. Buna görə də müəllimlər elektron lövhənin imkanlarından geniş istifadə etməyi bacarmalı, bu lövhələrdən maksimum şəkildə yararlanmaq üçün lazım olan pro­qramları yaxşı mənimsəməlidirlər. Kursun təşkilində məqsəd gələcəyin müəllimlərinin elektron lövhələrdən istifadə bacarığını yüksəltmək olub.
Sonra kursu bitirən 24 nəfərə sertifikatlar təqdim edilib.

Tədbirdən sonra həmsöhbət olduğumuz Naxçıvan Müəllimlər İnstitutunun informatika müəllimləri Səminə Rüstəmova və Kəmalə İbrahimova bildirdilər ki, kursun ilk günlərində iştirakçıların elektron lövhə ilə bağlı məhdud səviyyədə bilikləri olsa da, on gün ərzində onlar bu lövhələrdən peşəkarlıqla istifadə etməyi öyrənə biliblər. Sözsüz ki, kursda yaxşı nəticələr əldə edilməsinin bir səbəbi də kursa qatılanların bu işə maraq göstərmələridir. Əminliklə demək olar ki, onların qazandıqları biliklərin tədris prosesində böyük faydası olacaq.
Kursu uğurla başa vuranlardan Nuranə Vəliyeva, Xurşud Ələkbər­ova, İnci Məmmədova və başqaları dedilər ki, belə kursların təşkili vacibdir və müasir texnologiyalarla bağlı biliklərinin artırılmasında mühüm rol oynayır. Bu kurs vasitəsilə öyrəniblər ki, elektron lövhə müəllimin ən yaxın köməkçisi ola biləcək bir vəsaitdir. Ondan effektiv istifadə isə elə özlərindən – yəni bu lövhənin imkanlarından nə dərəcədə istifadə etmək bacarıqlarından asılıdır. Kursda interaktiv lövhədən daha səmərəli istifadə etmək üçün, ilk növbədə, onun proqram təminatını dərindən öyrəniblər və ondan istifadə zamanı köməyi ola biləcək resursları təyin ediblər.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR