23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin tələbələri ilə görüş keçirib.
Nazirlik əməkdaşlarının da iştirak etdiyi tədbiri rektor, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov açaraq qeyd edib ki, sözügedən sərəncam birgə uğurlu əməkdaşlığın formalaşması, muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov çıxış edərək adıçəkilən sərəncamın icrası məqsədilə hazırlanan tədbirlər planı, nazirliyin müvafiq struktur bölmələrində tələbələrin gələcək ixtisaslarını praktik şəkildə mükəmməl mənimsəmələri üçün yaradılan şərait barədə məlumat verib. Xalid İsgəndərov “Mühasibat uço­tunun təkmilləşdirilməsinin əhəmiyyəti” mövzusunda məruzə edərək müasir dövrdə mühasibat uço­tunun beynəlxalq səviyyədə unifikasiyası, mühasibat uço­tu sistemlərinin təkmilləşdirilməsi və hüquqi tənzimlənməsi, milli mühasibat uço­tu standartlarının tətbiqi, idarəetmə uçotunun aparılması mexanizmi məsələlərindən danışıb.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb. Nazirlik tərəfindən fakültəyə müxtəlif kitab və dərsliklər, elmi-tədqiqat nəşrləri təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR