23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə yeni təhsil müəssisələri tikilib istifadəyə verilir, ümumtəhsil məktəbləri informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunur, müasir tədris şəraiti yaradılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada təhsilin keyfiyyəti yüksəldilmiş, qabaqcıl təhsil mühiti formalaşmışdır. Artıq muxtar respublikada təhsilin əsas keyfiyyət göstəricilərindən hesab olunan ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verənlərin sayı ilbəil artır.
2015-2016-cı tədris ilində də ali və orta ixtisas təhsili müəssisələrinə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə və Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd qəbulu başa çatdırılmışdır. Belə ki, bu il məktəbi bitirən 3138 məzundan 2469-u ali məktəblərə qəbul üçün sənəd vermişdir. Bu da məktəbi bitirənlərin 78,7 faizini təşkil edir. Məzunlardan 1225-i, yaxud 49,6 faizi oğlan, 1244-ü, yaxud 50,4 faizi qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin 205 məzunu ilə birlikdə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər təşkil etmişdir. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizi deməkdir.

Ali təhsil müəssisələrinə sənəd qəbulu qruplar üzrə aşağıdakı kimi olmuşdur: birinci ixtisas qrupu üzrə 354 oğlan, 423 qız olmaqla, 777 nəfər, ikinci ixtisas qrupu üzrə 528 oğlan, 97 qız olmaqla, 625 nəfər, üçüncü ixtisas qrupu üzrə 189 oğlan, 504 qız olmaqla, 693 nəfər, dördüncü ixtisas qrupu üzrə 57 oğlan, 146 qız olmaqla, 203 nəfər, beşinci ixtisas qrupu üzrə 97 oğlan, 74 qız olmaqla, 171 nəfər sənəd vermişdir. Naxçıvan şəhər ümumtəhsil məktəblərindən sənəd verən 508 məzundan 168-i birinci, 138-i ikinci, 124-ü üçüncü, 47-si dördüncü, 31-i isə beşinci ixtisas qrupu üzrə, Şərur rayon ümumtəhsil məktəblərindən sənəd verən 512 məzundan 139-u birinci, 121-i ikinci, 157-si üçüncü, 45-i dördüncü, 50-si isə beşinci ixtisas qrupu üzrə, Babək rayon ümumtəhsil məktəblərindən sənəd verən 452 məzundan 142-si birinci, 140-ı ikinci, 102-si üçüncü, 42-si dördüncü, 26-sı isə beşinci ixtisas qrupu üzrə, Ordubad rayon ümumtəhsil məktəblərindən sənəd verən 251 məzundan 78-i birinci, 72-si ikinci, 80-i üçüncü, 16-sı dördüncü, 5-i isə beşinci ixtisas qrupu üzrə, Culfa rayon ümumtəhsil məktəblərindən sənəd verən 302 məzundan 125-i birinci, 54-ü ikinci, 83-ü üçüncü, 15-i dördüncü, 25-i isə beşinci ixtisas qrupu üzrə, Şahbuz rayon ümumtəhsil məktəblərindən sənəd verən 136 məzundan 41-i birinci, 38-i ikinci, 33-ü üçüncü, 12-si dördüncü, 12-si isə beşinci ixtisas qrupu üzrə, Kəngərli rayon ümumtəhsil məktəblərindən sənəd verən 146 məzundan 40-ı birinci, 19-u ikinci, 77-si üçüncü, 7-si dördüncü, 3-ü isə beşinci ixtisas qrupu üzrə, Sədərək rayon ümumtəhsil məktəblərindən sənəd verən 48 məzundan 8-i birinci, 16-sı ikinci, 3-ü üçüncü, 4-ü dördüncü, 17-si isə beşinci ixtisas qrupu üzrə, Təhsil Nazirliyinə birbaşa tabe olan Heydər Əliyev adına tam orta məktəbdən sənəd verən 58 məzundan 20-si birinci, 16-sı ikinci, 17-si üçüncü, 3-ü dördüncü, 2-si isə beşinci ixtisas qrupu üzrə, Naxçıvan Qızlar Liseyindən sənəd verən 38 məzundan 11-i birinci, 3-ü ikinci, 15-i üçüncü, 9-u isə dördüncü ixtisas qrupu üzrə, Naxçıvan Qarnizonu tam orta məktəbindən sənəd verən 18 məzundan 5-i birinci, 8-i ikinci, 2-si üçüncü, 3-ü isə dördüncü ixtisas qrupu üzrə seçim etmişlər.

Ali məktəblərə sənəd qəbulu aşağıdakı kimi olmuşdur: 

 

Bu il orta ixtisas məktəblərinə qəbul üçün sənəd verən məzunların da sayı artmışdır. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərindən ümumi orta təhsil bazasından 855, tam orta təhsil bazası üzrə isə 464 olmaqla, 1319 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd vermişdir. Həmin məzunların orta ixtisas məktəblərinə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 952, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 474 şagird sənəd vermişdir. Bu il mayın 22-də Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilmişdir. Nəticələrə əsasən, 53 şagird liseyə qəbul olmuşdur.

Orta ixtisas məktəblərinə sənəd qəbulu aşağıdakı kimi olmuşdur:

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə 191 məzun sənəd vermişdir. Onların 32-si Naxçıvan şəhəri, 39-u Şərur rayonu, 28-i Babək rayonu, 13-ü Ordubad rayonu, 31-i Culfa rayonu, 12-si Şahbuz rayonu, 23-ü Kəngərli rayonu, 4-ü Sədərək rayonu, 6-sı Heydər Əliyev adına tam orta məktəbin, 3-ü isə Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları olmuşlar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR