23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin ayrı-ayrı institutları tərəfindən qədim diyarımızın tarixinin, ədəbiyyatının, coğrafiyasının, iqtisadiyyatının və digər sahələrinin öyrənilməsi istiqamətində son illər xeyli iş görülüb və görülməkdədir. Aparılan tədqiqatların monoqrafiya, kitab, buklet şəklində dərc olunması isə tariximizin təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bölmədə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Naxçıvanın coğrafiyasının öyrənilməsi ilə əlaqədar ikicildlik “Naxçıvan coğrafiyası” kitabının birinci cildinin nəşrə hazırlanmasıdır. Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bildirilib ki, “Naxçıvan coğrafiyası” kitabı muxtar respublikanın coğrafiyasının öyrənilməsində əhəmiyyətli addımdır. Bu kitab sayəsində Naxçıvan Muxtar Respublikasının coğrafiyası haqda geniş və əhatəli məlumat almaq mümkün olacaq.

Tədbirdə AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, institutun direktor müavini, professor Elbrus Əlizadə, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin dosenti Nazim Bababəyli, AMEA Coğrafiya İnstitutunun baş elmi işçisi, dosent Məhərrəm Həsənov və AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak ediblər. Müzakirələr zamanı kitabın elmi məziyyətləri haqqında ətraflı söhbət aparılıb, mütəxəssislərin rəy və fikirləri dinlənilib.
Qeyd olunub ki, ikicildlik “Naxçıvan coğrafiyası” kitabının I cildinin hazırlanması işləri əsasən yekunlaşıb və 2016-cı ilin sonuna qədər işıq üzü görməsi gözlənilir.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR