23 Dekabr 2024, Bazar ertəsi

Haqqında söhbət açacağımız Əli Allahverdiyev qəbul imtahanında 700 bal toplayıb

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi. İmtahanda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri məzunlarının yüksək nəticələr əldə etməsi hamını sevindirir. Bu sevincin ən böyüyünü isə Şərur rayonunun Zeyvə kənd tam orta məktəbinin kollektivi yaşayır. Çünki məktəbin məzunu, 1998-ci il təvəllüdlü Əli Allahverdiyev I qrup üzrə 700 bal toplayıb. Bu gün kütləvi informasiya vasitələrinin əksəriyyəti Əlinin qazandığı bu uğurdan yazır. Düzdür, qəbul imtahanında 9 nəfər 700 bal toplayıb. Ancaq Əlinin digərlərindən fərqi ondadır ki, o nə fərdi hazırlıq keçib, nə də kurslarda hazırlaşıb. 11 il öz üzərində çalışan Əli sınaqlarda da yüksək bal toplayıb. Belə ki, 10-cu sinifdə sınaq imtahanından 700 bal, 11-ci sinifdə isə 690 bal toplayıb. Əli eyni zamanda bir sıra beynəlxalq fənn olimpiadalarında da uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş medal, Nigeriyada fənn olimpiadasında qızıl medal, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl, 2 bürünc medal qazanıb.

Ardını oxu...

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-də başlandı və 3 saat davam etdi. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1206 abituriyent iştirak edirdi. İmtahana 118 nəzarətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunmuşdu. Abituriyent­lərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan aparılan yerlərdə normal şərait yaradılmışdı.
İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. 7 nömrəli tam orta məktəbdə imtahanlarda iştirak edəcək Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin məzunu Məhərrəm Mustafayev dedi ki, bir azdan imtahanların başlanacağı xəbəri onu bir az həyəcanlandırıb. Ancaq o, əmindir ki, imtahan zalında həyəcanına qalib gələ biləcək, gələcəyi üçün mühüm mərhələ olan bu imtahandan uğur qazanacaq, valideynlərinin və müəllimlərinin üzünü güldürəcək.

Ardını oxu...

“Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda Naxçıvanda keçirilən beynəlxalq konfransdan sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadədən Naxçıvanda elmin inkişafı, bu sahədə qazanılan uğurlar barədə fikirlərini öyrəndik.

Naxçıvanda elmin inkişafına yüksək diqqət və qayğı göstərildiyini bildirən Akif Əlizadə dedi ki, buraya hər gəlişimdə çox böyük yeniliklərlə qarşılaşıram. Bu gün AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşları, sözün həqiqi mənasında, dəyərli nəticələrə imza atırlar. Biz Naxçıvanda bölmənin müxtəlif institutlarını gəzdik, onların fəaliyyəti ilə yaxından tanış olduq. Yaradılan şərait qəlbimizi qürur hissi ilə doldurdu. Qeyd edim ki, buradakı bir neçə institutun fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Naxçıvanda dərman bitkilərinin istehsalata tətbiqi ilə bağlı böyük nailiyyətlər əldə edilməsi bizi xüsusilə sevindirdi.

Ardını oxu...

İyulun 6-da Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin foyesində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisinə baxış olmuşdur. Bu sərgi bir daha göstərdi ki, Naxçıvanda elmin istehsalata tətbiqi yüksək səviyyədə həyata keçirilir. Bu sahədə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu da xeyli iş görmüşdür.

Naxçıvanın biomüxtəlifliyinin tədqiqi vəziyyəti AMEA Naxçıvan Bölməsi yaranana qədər sistemli olma­mış, ərazinin malik olduğu taksonomik vahidlər müəyyən­ləş­dirilmə­miş, böyük əksəriyyət bitki və heyvanların aid olduqları qruplar, demək olar ki, tam tədqiq edilməmişdir. Bu çatışmazlıqları aradan qaldırmaq üçün Bioresurslar İnstitutunun əməkdaşları ərazinin tədqiq edilməmiş bitki və heyvanlar aləminin şöbə və siniflərinin bir çoxunu ciddi surətdə öyrənərək maraqlı nəticələr almışlar.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri Naxçıvana gəlmişlər. İyulun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və akademiyanın Rəyasət Heyətinin üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edərək gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyində olmuşlar.
Muzeylə tanışlıq zamanı ulu öndərin həyat və fəaliyyəti, siyasi-nəzəri irsi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, burada nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən dəyərli mənbələrdir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar və Təbii Ehtiyatlar insti­tutlarında olmuş, bölmənin Distant Təhsil Mərkəzinin açılışında iştirak etmişlər.

Ardını oxu...

Heç kimə sirr deyildir ki, dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan regionlarının tarixinin dərindən araşdırılması, yazılması, elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırılması tarixçi alimlərimizin qarşısında duran başlıca vəzifələrdən biridir. Ölkəmizdə də bu istiqamətdə ilk addımların atılmasına, bəzi əsərlərin yazılmasına baxmayaraq, görülməli işlərin hələ çox olduğu şübhə doğurmamalıdır. Atılan addımlar ilk olsa da, onları uğurlu saymaq olar. Bu baxımdan təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yaxşı tanınan görkəmli alimlər – akademik İsa Həbibbəyli, akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Qadir Qədirzadə və Vəli Baxşəli­yevin daxil olduğu redaksiya heyəti və digər alimlər tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən, “Naxçıvan tarixi” çoxcildliyinin yazılması və nəfis şəkildə nəşr edilməsi Azərbaycan elmində atılmış uğurlu addımlardan biri kimi qiymətləndirilməlidir. Üçcildlik “Naxçıvan tarixi”nin hələlik iki cildinin nəşr edilməsi təkcə müəlliflərin deyil, bütövlükdə Azərbaycan tarixşünaslığının böyük uğurlarından biridir.

“Naxçıvan tarixi”ni yazarkən müəlliflər ümummilli lider Heydər Əliyevin məşhur kəlamını epiqraf kimi qəbul etmişlər: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”. Əsəri zəngin arxeoloji materiallar, ən mötəbər arxiv materialları və müxtəlif dillərdə olan mövcud ədəbiyyat əsasında yazan müəlliflər başlanğıcdan sonadək bu tövsiyəyə sadiq qalmış, Naxçıvanın gerçək tarixini qələmə almış, belə demək mümkünsə, bölgə tarixi yaradanlara sadiq qalmışlar.

Ardını oxu...

Ölkəmizin regionlarında, o cümlədən Naxçıvanda elmin inkişaf etdirilməsi və elmi potensialın məqsədəuyğun yönləndirilməsi dövlətimizin ən ali məqsədlərindən biridir. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin təsis edilməsi ilə bağlı müdrik qərar qəbul etmişdir. 

Dahi rəhbər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə demişdir: “Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”.

Ardını oxu...

İyulun 3-də Naxçıvan Müəllimlər İnstitutunda “Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti” kitabının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, muxtar respublika oxucularını təbrik etmişdir.
Qeyd olunmuşdur ki, görkəmli pedaqoqun 1892-ci ildə Ordubadda açdığı “Əxtər” (“Ulduz”) və 1894-cü ildə Naxçıvanda yaratdığı “Tərbiyə” məktəbləri Azərbaycanda milli və dünyəvi məktəbin genişlənməsinə, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr vermişdir. Bununla yanaşı, 1896-cı ildə Naxçıvan qəzasında ilk dəfə olaraq qız məktəbi açmışdır. XIX əsrin sonunda Naxçıvan kimi ucqar bir bölgədə, dindar bir yerdə qızlar üçün məktəb açmaq böyük hünər tələb edirdi. Naxçıvan din xadimlərinin, molla və müctəhidlərin təzyiq və hücumlarına baxmayaraq, Sidqi öz mütərəqqi fikirlərindən dönməmiş, qız məktəbinin açılmasına nail olmuşdur.

Ardını oxu...

Dünən TQDK ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), 9 illik və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirib.  

Qeyd olunan imtahanlar, bütövlükdə, ölkəmizin 14 şəhər və rayonunda – Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunub və bütün binalarda eyni vaxtda – saat 1000-da başlanıb.
Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan şəhər 1, 7, 14 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlarda 2144 abituriyent iştirak edib. İmtahan keçirilən məktəblərin hamısında əvvəlcədən görülən hazırlıq işləri, abituriyentlərin bilik və bacarıqlarını üzə çıxarmaq üçün yaradılan şərait imtahanların şəffaf keçirilməsini təmin edib. İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Onların fikirlərini öyrəndik. Valideyn Rəşadət Dadaşlı dedi:
– Qızım Turac V ixtisas qrupu üzrə imtahan verəcək. Övladımın ən böyük arzusu tələbə adını qazanmaqdır. Ötən­ilki imtahanlarda iştirak edib, ancaq müvəffəqiyyət qazana bilməyib. Amma məqsədinə çatmaq üçün 1 il ərzində öz üzərində ciddi çalışıb. Bu dəfə əminik ki, tələbə adını qazanacaq.

Ardını oxu...

Görkəmli alim Əziz Şərifin anadan olmasının 120 illiyinin Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilməsi naxçıvanlıların sevincinə səbəb olub.
Hələ orta məktəbin 8-ci sinfində oxuyanda ədəbiyyat müəllimimiz Əziz Şərifdən geniş söhbət açardı. Qeyd etmək yerinə düşər: həmin illərdə yazıçı M.Şoloxovun, S.Rəhim­ovun və Əziz Şərifin yaradıcılığı mənim çox marağıma səbəb olmuşdu. Tale elə gətirdi ki, sonralar rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovla görüşmək mənə nəsib oldu. Onun yaşadığı Vyoşinsk stanitsasında yaradıcılıq ezamiyyətində oldum. Yazıçı Süleyman Rəhimovla və Əziz Şəriflə dostluq münasibətlərim yarandı.
Böyük yazıçımız Mirzə Cəlillə bağlı axtarışlarım məni Əziz Şəriflə dostlaşdırdı. Məsələ belə olmuşdu. Bir dəfə Bakıda olarkən (1976-cı ilin mayı) həmişəbahar buketi alıb Fəxri xiyabana – Mirzə Cəlilin və Həmidə xanımın, oğlanları Midhətin məzarlarını ziyarət etməyə getmişdim. Onlar üçü də yan-yana dəfn ediliblər. Çox mütəəssir olmuşdum. Və həmin gün onların yaşadıqları evi axtarıb tapmışdım. O vaxtlar muzey yaradılmamışdı. Oradan birbaşa Nizami adına Ədəbiyyat Muzeyinə getmişdim. Mənə demişdilər ki, yazıçı ilə bağlı xatirə əşyaları fondda saxlanılır. Birtəhər, xahiş-minnətlə oradakı xatirə əşyalarının siyahısı ilə tanış olmuş və əşyaların adlarını dəftərçəmə köçürmüşdüm (o siyahı indi də qalır). Naxçıvana qayıdandan sonra axtarışlarımı davam etdirmişdim və belə axtarışların birində Əziz Şərifin Mirzə Cəlilin qızı Münəvvər xanıma yazdığı məktubu tapmışdım. Məktub 24 fevral 1957-ci ildə rusca yazılıb:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə rübdə bir dəfə kurslar təşkil edir.
Komitədə təşkil olunan növbəti tədbiri şöbə müdiri Rəşad Kərimov açıb.
Naxçıvan Müəllimlər İnstitutunun Psixoloji xidmət bölməsinin rəhbəri Mənsim Tarverdiyev çıxış edərək bildirib ki, nitq qüsuru olan uşaqlar həmyaşıdları ilə ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək qalmağı xoşlayır, qapalı böyüyür. Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilər bu məsələlərə xüsusi diqqət etməli, belə uşaqları daim nəzarətdə saxlamalı, onların cəmiyyətə inteqrasiyası üçün digər uşaqlarla daha çox ünsiyyət qurmalarını təmin etməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara mövzu ilə bağlı elektron material paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyib: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür”.

Bu gün muxtar respublika ərazisində aparılan tədqiqatlar, əldə olunan elmi nəticələr, mühüm elmi nəşrlərin hazırlanması ulu öndərin arzularının gerçəkləşməsi, Naxçıvanın qədim tarixinin öyrənilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinin göstəricisidir. Həyata keçirilən tədbirlər sırasında Naxçıvanda Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının birgə fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. 2006-cı ildən muxtar respublikamızda müxtəlif ərazilərdə arxeoloji qazıntılar aparan ekspedisiya tərəfindən Naxçıvanın Tunc və Dəmir dövrlərinə aid abidələri araşdırılıb, II Kültəpə və Maxta Kültəpəsində arxeoloji qazıntılar aparılıb. ABŞ arxeoloqları AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən, Naxçıvanda, xüsusilə Arpaçay vadisində olan tarix və mədəniyyət abidələrinin qeydə alınması və pasportlaşdırılması prosesində də iştirak ediblər. Azərbaycan və ABŞ tədqiqatçıları başlıca olaraq Şərur, Sədərək və Kəngərli rayonlarının ərazisində tədqiqat aparırlar.

Ardını oxu...

İyul ayının 2-də Naxçıvan şəhərində əvvəlki il məzunları üçün ümumi və orta təhsil bazasından Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə və V ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək. İmtahanlara 205 nəzarətçi-müəllim, 17 imtahan rəhbəri cəlb ediləcək. İmtahanda iştirak etmək üçün bu günə qədər 2000-dən çox abituriyent qeydiyyatdan keçib. Bu barədə məlumat qəzetimizə TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsindən daxil olub.
Regional bölmədən o da bildirilib ki, imtahanlar Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçiriləcək. Bütün məktəblərdə imtahanlar saat 1000-da başlayacaq. V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11 illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verəcəklər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrə əsasən iştirak edəcəklər.

 Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində bu mövzuda Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilən elmi konfrans keçirilib.

Elmi konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. O, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2015-ci il 14 yanvar tarixli Sərəncamının görkəmli şairə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsi olduğunu bildirib. Natiq Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin bədii fikrimizin zənginləşməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Qeyd olunub ki, böyük söz ustası xalqımızın yüz illərboyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Şair Azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Saleh Məhərrəmov bildirib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı Vətənlə, xalqımızın həyat tərzi, mədəniyyəti, tarixi ilə sıx bağlı olub.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan” Universiteti tələbələrinin məzun günü keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli açaraq məzunları təbrik edib. Bildirilib ki, bu gün “Naxçıvan” Universiteti, sözün əsl mənasında, inkişaf mərhələsini yaşayır. Təhsil ocağına göstərilən qayğının nəticəsidir ki, ötən ildən universitetdə tədrisin səviyyəsini yüksəltmək məqsədilə bir neçə tədris korpusu tikilib. Qeyd olunub ki, 2014-2015-ci tədris ilinə qədər 27 ixtisas üzrə tədris aparan “Naxçıvan” Universiteti 2015-2016-cı tədris ilindən daha 4 ixtisas üzrə də təhsil verəcək. O da vurğulanıb ki, bu il universitetdə bakalavr pilləsi üzrə 158 nəfər tələbə təhsilini başa vurub.
Ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, Pedaqoji fakültənin dekanı Məftun İsmayılov çıxışlarında məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya, onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzun mükafatlandırılıb.
“Dəniz” vokal instrumental ansamblı üzvlərinin ifasında səslənən bir-birindən maraqlı musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Nuray ƏSGƏROVA

Bu gün müəllim və tələbənin eyni məkanda olma məcburiliyini aradan qaldırmaq imkanlarına malik olan distant təhsil forması sosial sifarişə yönəlikliyi ilə diqqəti cəlb edir. Artıq cəmiyyətdə təlimin bu yeni formasının potensial istifadəçiləri olan konkret sosial qruplar formalaşır. Distant təhsil həm də müasir texnologiyanın məhsulu kimi hər bir ölkənin ali məktəblərinin dünya təhsil şəbəkəsinə qoşulmasına şərait yaradır. Onu görə də Naxçıvan Dövlət Universitetində distant təhsilin elmi-texnoloji, pedaqoji-metodik əsaslarının işlənib hazırlanmasına xüsusi diqqət yetirilir. Son dövrlər distant təhsil üzrə professor-müəllim heyəti və tələbələr üçün təhsil-metodik materialların xüsusi dəstinin tərtib edilməsi, elektron kitabxana fondları ilə iş aparılması sahəsində xeyli işlər görülmüş, faydalı tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, mayın 30-da Bakı şəhərində “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı üzrə X milli yarış keçirilmişdir. Həmin yarışda “Naxçıvan” Universitetinin  “Enactus” komandası vitse-çempion adına layiq görülmüşdür.

“Naxçıvan” Universitetində vitse-çempion adını qazanmış komandanın universitet mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda elm və təhsilin inkişafına göstərilən qayğıdan danışmış, bu uğurun istedadlı gənclərə göstərilən dövlət qayğısı sayəsində qazanıldığını diqqətə çatdırmışdır.
Universitetin “Enactus” komandasının rəhbəri, İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev beynəlxalq pro­qram üzrə X milli yarış barədə danışmışdır. Bildirilmişdir ki, “Naxçıvan” Universitetinin komandası iki layihə ilə çempionata qatılmışdı. Layihələrdən birincisi qədim xalq sənətimiz olan keçəçilik sənətinin təbliği və yaşadılmasına xidmət edən “Güzəm”, digəri isə gözdən əlil vətəndaşlarımızın və bölgəmizə gələn turistlərin rahat hərəkətini tənzimləyən “Bələdçim ” layihəsi olmuşdur. Azərbaycan ali məktəblərinin təqdim etdikləri layihələr içərisində “Ən yaxşı sosial layihə” üzrə “Naxçıvan” Universitetinin “Bələdçim” layihəsi nominasiyanın qalibi adını qazanmışdır.
Tələbələr göstərilən qayğıya, onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra komandanın kapitanına və komanda üzvlərinə kubok, diplom və mükafatlar təqdim edilmişdir.
Məlumat üçün onu da qeyd edək ki, “Xəmsə” və “Nuh yurdu” bilik yarışlarında qalib olmuş tələbələr də mükafatlandırılmışlar.

Nuray ƏSGƏROVA

Uşaqlar ailənin xoşbəxtlik simvolu, gələcəyin yaradıcı və qurucularıdır. Gələcək nəslin ilk tərbiyəçisi olan ana öz övladını hərtərəfli qayğı ilə əhatə etməli, ona böyüyə hörmətlə yanaşmağı, insanları sevməyi, Vətənə sədaqətli olmağı öyrətməlidir.
Azyaşlı uşaqların asudə vaxtlarının əsasını oyun təşkil edir. Oyun fəaliyyəti ilə uşaq öz gələcəyinin əsasını yaradır. Oyun ilə gələcək mühitini qurur, oyuncaq ilə əşyalarını, oyun yoldaşları ilə isə gələcək münasibətlərini tarazlayır. Uşaqlar oyun oynadıqda valideynlər onların davranışlarına diqqət etməlidirlər. Çünki uşaq oyun fəaliyyətində özünü necə aparırsa, bu, gələcəkdə onun xasiyyəti kimi formalaşa bilər. Onu daha çox oynaya-oynaya öyrənə biləcəyi oyunlara sövq etmək lazımdır. Didaktik oyunlar uşaqların boş vaxtlarını səmərəli keçirmələri üçün mühüm vasitələrdəndir. Yəni uşaq həm əylənsin, həm də öyrənsin.
Bütün dövrlər üçün uşağın asudə vaxtının yaxşı dəyərləndirilməsinin ən ideal vasitəsi oxumaqdır: bu, kitab, qəzet, jurnal və ya elektron məlumat bazası ola bilər. Qiraət zamanı da uşaq nəzarətsiz buraxılmamalıdır. Oxunan məlumatın keyfiyyəti, mövzusu mühümdür. Özündə həyati məlumatları əks etdirən, nə çox fantaziyalarla dolu, nə çox dedektiv xarakterli, nə də çox şiddət xarakterli material oxumaq düzgün deyil. Burada da yenə iş valideynin üzərinə düşür. Belə ki, uşaqlara boş vaxtlarında folklor nümunələri olan nağıllar, dastanlar oxutmaq daha yaxşı olar. Bu həm də onların milli ruhda böyümələrinə müsbət təsir göstərər. Folklor nümunələri milli ruhumuzu, adət-ənənəmizi, milli ornamentlərimizi özündə ehtiva edir. Nağıl oxuyan uşaq öz təxəyyülündə fantaziyanı gerçəyə çevirə bilir. O, nağıllarda olan müsbət xarakterlərə rəğbəti ayırd edərək gələcək həyatında xeyirxah olmağa can atır. Qəhrəmanlıq dastanlarında uşaq müsbət obrazları özünə ideal seçir. Koroğluya, Qaçaq Nəbiyə bənzəməklə igid, qorxmaz, cəsur olmağı öyrənir. Bunlar uşaqları vətənpərvərlik ruhunda tərbiyə etmək baxımından önəmlidir.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respub­likanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsinin qalibləri dünən mükafatlandırılıblar.
“Ümummilli lider Heydər Əliyev və Naxçıvandan başlanan qurtuluş tarixi” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilib.
Tədbirdə muxtar respublikanın Təhsil naziri Piri Nağıyev çıxış edərək qalibləri təbrik edib. Nazir bildirib ki, belə müsabiqələrin keçirilməsi ulu öndərimizə ümum­xalq məhəbbətinin bariz nümunəsidir. İnşa-yazı müsabiqəsi intellekt yarışması olmaqla yanaşı, həm də ictimai məzmun daşıyır. Çünki Naxçıvan məktəbliləri ulu öndərin zəngin siyasi irsini, ideyalarını mənimsəməklə vətənpərvərliyi öyrənirlər.
Sonda inşa-yazı müsabiqəsinin qaliblərinə diplom və pul mükafatları təqdim edilib.

Xəbərlər şöbəsi

Dünən muxtar respublikamızın orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
İmtahanlar Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında olmaqla, ümumilikdə, 12 mərkəzdə və Heydər Əliyev adına Hərbi Liseydə olub. İlk olaraq, səhər saat 1000-da IX sinif şagirdləri imtahan veriblər. İki saat ərzində şagirdlər Azərbaycan dili və Riyaziyyat fənlərindən cəmi 60 sual üzrə biliklərini sınayıblar, bir inşa-yazı mövzusu üzrə bacarıqlarını ortaya qoyublar.
Saat 1500-də isə XI sinif şagirdlərinin son buraxılış imtahanlarına start verilib. Şagirdlər Azərbaycan dili, Riyaziyyat və xarici dildən, xarici dil tədris olunmayan məktəbləri bitirənlər isə Kimya fənnindən suallara cavab tapıblar və inşa-yazı işləyiblər. İmtahanların keçirildiyi Naxçıvan şəhər 7 nömrəli və 14 nömrəli tam orta məktəblərdə olduqda burada təşkil olunmuş yanğın təhlükəsizliyi və tibb xidmətinin şahidi olduq.
Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikası üzrə 160 nəfəri Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaqla, ümumilikdə, 3714 nəfər IX sinfi, 206 nəfəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu olmaqla, 3537 nəfər XI sinfi bitirib. Əldə etdiyimiz məlumata görə, imtahanlarda iştirak fəallığı yüz faiz olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərindəki Monolit Plazada “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) X Azərbaycan milli yarışı keçirilib.
Yarışın məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, tələbələrə azad sahibkarlıq ideyasını aşılamaq, onların təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.
Yarışda Azərbaycan Dövlət İqtisad, Dövlət Aqrar, Dövlət Mədəniyyət və İncəsənət, Texnologiya, Memarlıq və İnşaat, Gəncə Dövlət, Sumqayıt Dövlət, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin komandaları iştirak ediblər. Tədbirdə çıxış edənlər “Enactus Azərbaycan”ın fəaliyyətindən danışıb, gənclərin fəallığını vurğulayıblar.
Sonra püşkatma mərasimi olub. Püşk­atmadan sonra komandalar və “Enactus Azərbaycan”ın qonaqları birlikdə üç mövzu əsasında forum keçiriblər. Komandaların seçdikləri mövzu ətrafında müzakirələr olub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində idmanın inkişafı və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkə­də, o cümlədən muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, bu günlərdə başlayacaq “Bakı-2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin, ölkənin iqtisadi qüdrətinin təzahürüdür. Rektor Naxçıvan Dövlət Universitetində idmanın müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazır­lığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər, ali məktəbin son illər idmanda qazandığı nailiyyətlər barədə məlumat verərək bildirib ki, idmanın inkişafı tələbələrin fiziki və mənəvi sağlamlığı, onların asudə vaxtlarının düzgün təşkili və zərərli vərdişlərdən çəkindirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Universitetin Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, tələbə idman klubunun sədri Məmmədəli Rəhim­ov ali təhsil müəssisəsinin idman uğurlarına nəzər salaraq xatırladıb ki, futbol, qızlardan ibarət badminton komandaları müxtəlif vaxtlarda Azərbaycan çempionu olub, tələbə idmançılarımız beynəlxalq yarışlarda, hətta dünya universiadasında uğurlu nəticələr göstəriblər. Birinci Avropa Oyunlarına vəsiqə qazanan ilk naxçıvanlı idmançı, boks üzrə Azərbaycan çempionu Tayfur Əliyev də məhz Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Ardını oxu...

İyunun 9-da AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: öyrənilməsi, istifadə olunması və perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubov təbii sərvətlərin qorunması, öyrənilməsi, istifadəsi istiqamətində görülən işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin müdiri Əli Vəliyev “Naxçıvan Muxtar Respublikasında filiz yataqlarının vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Naxçıvan diyarı özünün təbii sərvətləri, o cümlədən faydalı qazıntıları ilə çox qədimdən diqqət mərkəzində olub.
Qeyd olunub ki, muxtar respublika ərazisində ilk geoloji tədqiqatların aparılmasına XIX əsrin ortalarından başlanılıb və epizodik xarakter daşıyaraq Qafqazın stratiqrafiyasının bir sıra məsələlərinin araşdırılmasına istiqamətlənib. 1925-ci ildən Naxçıvan Muxtar Respublikasının geologiyasının planlı şəkildə öyrənilməsinə başlanılıb və təbii ehtiyatlarla zəngin olan bu regionun geoloji quruluşu və faydalı qazıntıları haqqında yeni məlumatlar əldə edilib, məlum faydalı qazıntı yataqları yerləşən rayonların ilk geoloji xəritələri tərtib olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli “Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması haqqında” Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayacaq Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu üçün nazirlikdə sənəd qəbulu komissiyası yaradılıb. Muxtar respublikanın ümumtəhsil məktəblərindən liseyin VII-X siniflərinə qəbul olunmaq üçün 1060 oğlan şagird sənədlərini təqdim edib. Keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 160 şagird liseyin müvafiq siniflərinə qəbul olunub.
Liseyin pedaqoji kadr potensialını təmin etmək də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə sənəd qəbulu komissiyası 1 may 2015-ci il tarixdən 31 may 2015-ci il tarixədək sənəd qəbulu prosesini həyata keçirib. Müxtəlif ixtisaslar üzrə 71 nəfər müəllimin sənədləri qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dünən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə liseydə pedaqoji fəaliyyət göstərmək üçün sənəd təqdim etmiş müəllimlərin test formasında imtahanı keçirilib.
İmtahan test kitabçalarında hər müəllimə 100 sual təqdim edilib. Sualların 80-i ixtisasdan, 10-u informatika fənnindən, 10-u isə məntiq və dünyagörüşdən ibarət olub.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticələrinə təsir etməyəcək.

Xəbərlər şöbəsi

İyunun 5-də Naxçıvan Dövlət Universitetində “Azərbaycanda təhsil qurucu­luğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransda pedaqoji tədqiqatlar sahəsində regionda tanınmış elm xadimləri, ali və orta məktəblərin müəllimləri iştirak ediblər.
Konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev Azərbaycanda aparılan təhsil islahatlarının uğurlarından, muxtar respublikada təhsilin inkişaf səviyyəsindən danışıb.
”Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan təhsilinin böyük hamisi, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin gələcək inkişaf yollarını müəyyənləşdirməsidir. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili də bugünkü səviyyəyə yüksələ bilməzdi”, – deyən nazir bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr, bütövlükdə müasir təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ardını oxu...

O, arxeologiyada özünəməxsus “Vəli Baxşəliyev ritmi”ni yarada bilib. Bu “ritmə” neçə illərdən bəri onunla birlikdə axtarışlar aparan ABŞ-ın Corciya Universitetinin, Fransanın Lion Universitetinin əməkdaşlarının da “köklənməsi” Vəli müəllimin yaratdığı arxeoloji mühitin geniş coğrafiyasından soraq verir. Bütün bunlar heyranlıq da doğurub, heyrət də. Hər məsələyə yetərincə tələbkarlıq göstərənlər də onu elm mücahidi kimi qəbul ediblər.
Milli arxeologiyamız Vəli müəllimin əli ilə bir çox elmi həqiqətlərə imza atıb. Onun tədqiqatları uzun illərin gərgin axtarışlarının, dərin elmi ümumiləşdirmələrin, örnək yeni təfəkkür tərzinin nəticəsi kimi arxeologiyada öz yerini alıb.
Onun fəaliyyət coğrafiyası həsəd doğuracaq qədər genişdir. 1995-1999-cu illərdə İstanbul Universitetinin əməkdaşları ilə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirakı milli bitkinlik, elmi yetkinlik sarıdan ciddi sınaq idi.

Ardını oxu...

Bu mövzuda ali təhsil ocağında dəyirmi masa təşkil edilib

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən növbəti dəyirmi masa “Ailə və onun mənəvi əsasları” mövzusuna həsr olunmuşdu.

Universitetin müxtəlif fakültələrində təhsil alan, fəallıqları ilə seçilən tələbə-gənclərin iştirak etdiyi dəyirmi masada universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək Azərbaycan xalqının sahib olduğu qədim və zəngin ailə ənənələrindən, ailənin milli dəyərlərin yaşadılmasında, cəmiyyətin düzgün idarə olunmasında, xalqın fiziki və mənəvi sağlam­lığındakı əhəmiyyətli rolundan danışıb.
Qeyd olunub ki, sabahın ziyalıları olacaq tələbə-gəncləri həm də gələcəyin ailə başçısı, valideyn kimi formalaşdırmaq baxımından ali təhsil müəssisələrinin, burada çalışan professor-müəllim heyətinin üzərinə mühüm vəzifələr düşür.

Ardını oxu...

Gənclər arasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Nuh yurdu” intellektual oyunu keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən oyunun məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. İntellektual oyunda yaşı 17-dən 29-dək gənclərdən ibarət 5 oyunçu olmaqla, 8 komanda iştirak edib.
Gərgin keçən mübarizə nəticəsində Naxçıvan Dövlət Universitetinin “Savalan” komandası birinci yerə, “Naxçıvan” Universitetinin “Vətən” və “İrəli” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib olublar. Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və kitablarla təltif ediliblər.

Xəbərlər şöbəsi

YUNESKO 2015-ci ili beynəlxalq “Naser Xosrov Ələvi ili” elan etmişdir. Bu il Yaxın Şərqin görkəmli söz ustasının anadan olmasının 1000-ci ildönümüdür.
Bu günlərdə bu münasibətlə İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki Şəhid Behişti Universitetində beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrini təmsil edən 150 qonaq iştirak etmişdir. Konfransda Naser Xosrov yaradıcı­lığının müxtəlif cəhətlərini işıqlandıran maraqlı mövzularda məruzələr dinlənilmişdir. Onu da qeyd edək ki, Naser Xosrov Azərbaycanda da maraqla oxunur. Onun “Səfərnamə” əsəri Tahir Məhərrəmli tərəfindən keçən əsrin 90-cı illərində dilimizə tərcümə edilib Bakıda nəşr olunmuşdur.
Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil etmişdir. Alimin “Naser Xosrov Ələvinin “Səfərnamə” əsəri və Xaqani Şirvaninin Məkkə ziyarəti mövzusunda yazdığı əsərlərin müqayisəli təhlili” mövzusunda məruzəsi maraqla qarşılanmışdır. O eyni zamanda bir iclasa sədrlik etmişdir. Konfransın materialları dərc olunmuşdur.
Qeyd edək ki, Əbülfəz Quliyev Tehran Milli Kitabxanasında Naxçıvan diyarının görkəmli şəxsiyyətlərindən dilçi-mütəfəkkir Hinduşah Naxçıvaninin “Sihahül-əcəm” əsəri (XIII əsr) ilə tanış olmuş, həmin əsərin fotosurətini əldə etmiş və onu AMEA Naxçıvan Bölməsinin Əlyazmalar fonduna təqdim etmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisasının yeni binasının istifadəyə verilməsi bu ixtisasın aqrar sektorun inkişafı, ərzaq proqramının yerinə yetirilməsi və əhalinin ekoloji cəhətdən təmiz, sağlam qidalanmasında əhəmiyyətli rol oynadığını bir daha təsdiqləyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri binanın açılışı zamanı laboratoriya və fənn kabinələri ilə tanış olarkən bildirib ki, Baytarlıq təbabəti ixtisası üçün müasir tədris şəraitinin yaradılması muxtar respublikada ərzaq təhlükəsizliyi tədbirlərinin də gücləndirilməsinə stimul verir. Müəllim və tələbələr yaradılan şəraitdən bəhrələnərək bundan sonra daha əzmlə çalışmalı, baytar həkimlərin mütəxəssis kimi formalaşması üçün digər əlaqəli müəssisə və təşkilatlarla əlaqə qurulmasına, muxtar respublikada hazır­da fəaliyyət göstərən laboratoriyalarda dərslərin əyani şəkildə keçirilməsinə diqqət artırılmalıdır.
Bu günlərdə Baytarlıq təbabəti ixtisasının müəllim-tələbə kollektivi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin laboratoriyasına gedərək orada qurulmuş cihazların iş prinsipi ilə tanış olublar. Tələbələr ərzaq məhsullarının keyfiyyət göstəricilərinin yoxlanma qaydalarını öyrəniblər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ənənəvi məzun günü keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda elm və təhsilin inkişaf strategiyasının uğurlarından, muxtar respublikada gənclərin ali təhsil alması, yerli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Rektor universitetin müxtəlif sahələrdə qazandığı nailiyyətlərdən söz açaraq bildirib ki, tələbəlik illəri insan ömrünün ən məsuliyyətli dövrüdür. İnsanın əqli, fiziki cəhətdən formalaşması, dünyagörüş, intellekt qazanması, özünü­dərki məhz bu dövrə təsadüf edir. Ona görə də Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivi, professor-müəllim heyəti tələbə-gənc­lərin əsl ziyalı, kamil mütəxəssis, başlıcası isə layiqli vətəndaş kimi yetişməsi üçün var-qüvvələrini əsirgəməməlidir. Bildirilib ki, 2014-2015-ci tədris ilində universiteti bakalavr pilləsi üzrə 928, magistratura üzrə 136 nəfər bitirib. 218 nəfər isə ikinci ali təhsili başa vurub. Builki məzunlardan 38 nəfəri xarici ölkə vətəndaşıdır. Muxtar respublika rəhbəri məzunların ixtisaslı kadr kimi işlə təmin olunmasına xüsusi qayğı göstərir. Rektor məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində, şəxsi həyatlarında uğurlar arzulayıb.
Məzunlar adından Tarix-filologiya fakültəsini bitirən Svetlana Ağasoy, Sosial idarəetmə və hüquq fakültəsində Prezident təqaüdçüsü kimi ali təhsilini uğurla başa vuran Ramazan Abdullayev elmin çətin və məsuliyyətli yollarında onlara dəstək olmuş müəllimlərinə, universitet kollektivinə minnətdarlıq ediblər.

Ardını oxu...

Mayın 29-da “Gənclik” Mərkəzində Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin məzun olması münasibətilə tədbir keçirilib.
Ali təhsil ocağının müəllim və məzunları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki büstü önünə gül dəstələri qoyublar. Sonra “Gənclik” Mərkəzində davam etdirilən tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinə həsr olunmuş slayd nümayiş etdirilib. Aparıcılar tədbiri açıq elan etdikdən sonra Naxçıvan Müəllimlər İnstitutunda təhsilin səviyyəsindən, fundamental tədris bazasından, onlara göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbirdə institutun xor kollektivinin, “Nəqşi-cahan” şən və hazırcavablar klubunun çıxışları olub, eləcə də məzunların ifasında şeirlər söylənilib, mahnılar oxunub, milli rəqslərimiz oynanılıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. Ötən dövr ərzində Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti genişləndirilib, ali təhsilli müəllim kadrlarının hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilib. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilib, ali təhsil ocağının binası yenidən qurulub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Muxtar respublikamızda pedaqoji kadrlara ehtiyacın ödənilməsində Naxçıvan Müəllimlər İnstitutunun öz yeri olduğunu vurğulayan rektor bu il Pedaqoji fakültə üzrə 140, Təbiət və incəsənət fakültəsi üzrə isə 79 nəfər olmaqla, 219 nəfər tələbənin məzun olduğunu bildirib, onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardını oxu...

Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru xanım Stefanie Dufaux və təşkilatda dil assistenti vəzifəsində çalışan xanım Kristina Nefger Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəbin strukturu, buradakı kadr hazırlığı barədə qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, bu ali məktəb dünyanın 12 ölkəsinin 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edir, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, Rusiya, Gürcüstan, Cənubi Koreya, Rumıniya, Çexiya kimi ölkələrin ali məktəblərində davam etdirirlər.
Rektor təşkilatın Bakı Məlumat Mərkəzinin əvvəlki rəhbəri xanım Nikola Ullişin universitetdə olub bakalavr və magistrantlar arasında Almaniyada yay dil kurslarında iştirak etmək üçün onlayn imtahanların təşkilində iştirak etdiyini, DAAD-ın Naxçıvan Dövlət Universitetində “Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti” mövzusunda təlim kursunu reallaşdırdığını xatırladıb. O, Naxçıvan Dövlət Universitetində rus, ingilis, fransız, alman dillərinin, habelə Şərq dillərinin tədrisinin keyfiyyətindən, bunun üçün ali məktəbdə yetərli elmi kadr potensialı olmasından danışaraq müxtəlif dillərin tədrisinin məhz həmin xalqın mənsub olduğu ölkədə həyata keçirilməsinin, xarici mütəxəssislərin universitetə tədrisə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin yekunu müzakirə olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 2014-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” müsabiqəsi təşkil etmişdi. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət sifarişi almışdı. Layihəyə əsasən, ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanmış, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək ölkə ictimaiyyətinə çatdırılmışdır. Tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yeri tutmuş, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer almışdır. Rektor vurğulayıb ki, bu uğur Azərbaycanda, o cümlədən Naxçıvanda elm və təhsilin inkişafına, ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, kadr hazırlığına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində qazanılıb.

Ardını oxu...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası may ayının 24-də 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən və 801 abituriyentin iştirak etdiyi imtahanlara 6 imtahan rəhbəri və 80 nəzarətçi-müəllim cəlb olunub. İmtahan saat 1100-də başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Xəbərlər şöbəsi

“Naxçıvan” Universitetində 2014-2015-ci tədris ilində yerinə yetirilmiş Tələbə Elmi Cəmiyyəti tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfrans keçirilib.
Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulayıb. Bildirilib ki, ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkilini və əlaqələndirilməsini Tələbə Elmi cəmiyyətləri yerinə yetirir.
Konfransda ali təhsil ocağının tələbələrindən Müseyib Bayramovun “Biləv Su Elektrik Stansiyasının inşasının Gilançay hövzəsinin ekoloji mühitinə təsiri”, Zülfiyyə Novruzovanın “Naxçıvan” Universiteti gənc inkişaf etmiş universitetlərlə müqayisədə”, İsmayıl Salahlının “Beynəlxalq uçot sistemində mühasibat uçotunun nəzəri-metodoloji əsasları” mövzularında çıxışları dinlənilib.
Plenar iclas öz işini “Pedaqogika və psixologiya”, “Azərbaycan dili və ədəbiyyat”, “İqtisadiyyat”, “Ümumi tarix”, “Təbiət elmləri”, “İdarəetmə”, “Xarici dillər”, “Riyaziyyat və informatika” bölmələri üzrə davam etdirib.

Nuray ƏSGƏROVA

“Naxçıvan” Universitetində “Ana dilimizin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. Konfransı ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri professor Sədaqət Həsənovanın “Azərbaycan dilçiliyinin dialektologiya ilə bağlı problemləri”, Mədəd Səfər­ovun “Doğma dilimiz milli dəyərlərimizin özülüdür”, dosent Qənirə Əsgərovanın “Dilimizin orfoqrafik problemləri” və Nicat Yaqubovun “Azərbaycan ədəbi dilinin qorunmasında telekanalların rolu və televiziya aparıcılarının dili” mövzularında çıxışları olub. Çıxışlarda dilimizin aktual problemlərindən bəhs edilib. Bildirilib ki, Azərbaycan dilinin tətbiqində yanlışlıqlar, əcnəbi dillərə üstünlük verilməsi kimi zərərli vərdişlər davam etməkdədir. Bəzi hallarda elmi konfranslarda, mədəni-kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, eləcə də elmi məqalələrdə Azərbaycan dilinin üslub və qrammatik qaydalarına riayət olunmadığının şahidi oluruq.

Ardını oxu...

Müəllim, məktəb, cəmiyyət. Bu üç məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Dünən də, bu gün də müəllim başlıca sima olub, məktəb cəhalət dərdinin dərmanı funksiyasını yerinə yetirib. O ölkələrdə müəllim əməyi qiymətləndirilirsə, təhsilin inkişafına qayğı göstərilirsə, orada inkişaf və tərəqqi vardır. Bu gün qürur hissi ilə deyə bilərik ki, ölkə­mizdə, eləcə də muxtar respublikamızda təhsilin inkişafı üstün istiqamət verilən başlıca sahələrdən biridir. “Ziyalı sözü” rubrikasında bu mövzu ilə bağlı suallarımızı Şərur rayonunun Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova cavablandırır.

– İnkişaf etmiş ölkələrdə həyatın hər sahəsində qazanılan nailiyyət və uğur həmin ölkənin təhsilinin hansı səviyyədə qurulması ilə bağlıdır. Bu baxımdan ölkəmizdə təhsil sahəsinin inkişafını necə xarakterizə etmək olar?

– Bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması üçün görülən işlər və qazanılan uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.

Ardını oxu...

Dünən memorandum imzalanmazdan əvvəl çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müqavilənin Naxçıvan Dövlət Universiteti ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Bu nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya eroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, nəticə etibarilə, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənc­lərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Ordubad rayon birinciliyi keçirilib.
Tədbiri Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev açıb.
Sonra Gənclər və İdman Nazirliyinin Gənc­lərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək intellektual oyunun keçirilməsinin məqsədindən danışıb.
İntellektual oyunun keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. İntellektual oyunda 8 komanda iştirak edib. İki mərhələ və final qarşılaşmasından ibarət olan oyunun nəticəsinə əsasən, birinci yerə Əndəmic kənd tam orta məktəbinin “Dərya” komandası layiq görülüb. Digər iki pillədə Nüsnüs kənd tam orta məktəbinin “Qütb ulduzu” və Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Olimp” komandaları qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun Məmmədov

Müstəqillik əldə etdikdən sonra inkişaf istiqamətləri müəyyənləşdirilən ölkəmizdə iqtisadiyyatın, sənayenin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına ciddi diqqət yetirilməklə yanaşı, təhsilə də böyük qayğı ilə yanaşılır. Həyata keçirilən təhsil islahatları günümüzün aktual məsələlərindən olmaqla yeni pedaqoji və metodik ədəbiyyatların yaranmasını da şərtləndirməkdədir. Son illər bu sahədə alimlər tərəfindən elmi-metodik vəsaitlər, dərsliklər yazılmışdır və yazılmaqdadır.

Bu günlərdə çapdan çıxan və pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan “Didaktika” adlı dərs vəsaitini də müasir təhsil islahatının tələbləri baxımından uğurlu nəşr hesab etmək olar.
Professor Fərahim Sadıqovun və Əməkdar elm xadimi, professor Oruc Həsənlinin birgə ərsəyə gətirdikləri “Didaktika” adlı dərslik təlim və tərbiyənin mahiyyətinə uyğun olaraq, üç bölmə üzrə tərtib olunmuşdur. Birinci bölmədə “Pedaqoji elmin nəzəri metodoloji məsələləri”, ikinci bölmədə “Şəxsiyyətin formalaşdırılması məsələləri”, üçüncü bölmədə isə “Təlim və təhsilin ümumi məsələləri” elmi-nəzəri cəhətdən müasir baxışlara uyğun işlənmiş, təlim və tərbiyənin təcrübi istiqamətləri təqdim olunmuş təhlillərlə əsaslandırılmışdır.

Ardını oxu...

Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İntibahın şəfəqlərilə böyüyürük biz” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin uşaqları arasında müsabiqəyə start verilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqların Vətənə məhəbbət, milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsinin təbliğini gücləndirmək, uşaqlar arasında intellekt səviyyəsini yüksəltmək, onların malik olduqları bacarığı, istedadı üzə çıxarmaq, məktəbəqədər təhsil müəssisələrində digər uşaqlarla bərabər, sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafına, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və incəsənətin müxtəlif növlərindən istifadə etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, muxtar respublikanın son 20 ildə keçdiyi intibah yolunu uşaqlara mənimsətməkdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.
Tədbiri Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli açıb. Sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərli çıxış edərək intellektual oyunun keçirilməsi məqsədindən danışıblar.
İntellektual oyunda 12 komanda iştirak edib. Üç mərhələ və final oyunundan ibarət olan intellekt nümayişində birinci yerə Əlincə kənd tam orta məktəbinin “Liderlər” komandası layiq görülüb. Digər iki pillədə isə Qazançı kənd tam orta məktəbinin “Qazançı” komandası və Culfa şəhər 3 nömrəli tam orta məktəbin “Əlincə” komandası qərarlaşıblar.
Yer tutmuş komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”. Bu fikir Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan tarixi” çox­cildliyinin ikinci cildinin  nəşr olunması ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib. 

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova tədbiri giriş sözü ilə açaraq “Naxçıvan tarixi”nin ikinci cildi barədə ümumi məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli Sərəncamı ilə hazırlanmasına və nəşrinə başlanılan çoxcildliyin ikinci cildi XVIII əsrin ortalarından başlayaraq XX əsrin otuzuncu illərinin sonunadək olan ikiəsrlik bir dövrü əhatə edir. Kitabda yeni mənbələr, arxiv sənədləri, tədqiqat əsərləri, dövri mətbuat materialları əsasında Naxçıvan xanlığının yaranması, onun xarici dövlətlər və qonşu xanlıqlarla münasibəti, çar Rusiyasının Naxçıvan xanlığını ilhaq etməsi, Naxçıvanın sosial-iqtisadi, ictimai-siyasi həyatı və mədəniyyət tarixi işıqlandırılıb.

Ardını oxu...

Azərbaycan xalqı öz müstəqilliyinə qovuşduqdan sonra onun sosial-iqtisadi inkişafında xeyli irəliləyişlər baş vermış, respublikamız regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Ötən illər ərzində ölkədə siyasi və iqtisadi potensial möhkəmləndirilmiş, elm, təhsil və mədəniyyətin inkişafında bir sıra yeniliklərə imza atılmışdır. Bu dövr ərzində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanın da siyasi-iqtisadi inkişafına, onun tarixinin yazılmasına xüsusi diqqət yetirilmişdir.

Ümummilli lider Heydər Əliyev Naxçıvan tarixinin öyrənilməsinin zəruriliyini vurğulayaraq demişdir: “Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir, gözəl bir diyarıdır və Azərbaycan ərazisində ən qədim insan məskənlərindən biridir. Naxçıvanın tarixini tarixçilər müxtəlif cür deyirlər. Biri deyir, onun üç min il tarixi var. Biri deyir, onun bizim eradan çox-çox əvvələ aid böyük tarixi var. Bu fərziyyələrin hər birinin əsası var. Sadəcə, bizim tarixçilər, arxeoloqlar gərək bundan sonra Naxçıvanın tarixi haqqında daha da geniş axtarışlar aparsınlar və Naxçıvanın tarixini ətraflı yazıb hazırlasınlar”. Ulu öndərin bu tövsiyələrini əsas tutan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 6 avqust 2012-ci il tarixdə “Naxçıvan tarixi” çoxcildliyinin hazır­lanması və nəşr olunması barədə Sərəncam imzalamışdır. “Naxçıvan tarixi” çoxcildliyinin üç cilddə hazırlanması nəzərdə tutulmuşdu. Çoxcildliyin ikinci cildi bu günlərdə işıq üzü görmüşdür. İkinci cild XVIII əsrin ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək olan böyük bir tarixi dövrü əhatə edir. “Giriş”, beş fəsil, istifadə olunmuş ədəbiyyat siyahısı və illüstrativ materiallardan ibarət olan bu cilddə Naxçıvan tarixinin bu dövrü haqqında bütöv təsəvvür əldə etmək mümkündür. Burada Naxçıvan xanlığının yaranması və fəaliyyəti, Naxçıvanın Rusiya tərəfindən işğalı, XIX və XX əsrlərdə Naxçıvanın sosial-iqtisadi vəziyyəti, XX əsrin 30-cu illərində baş verən hadisələr haqqında mənbə və ədəbiyyat materialları ümumiləşdirilmişdir.

Ardını oxu...

Qədim Daş dövrü. Nахçıvаn ərаzisində Dаş dövrü yахşı öyrənil­mədi­yindən оnun bütün inkişаf mərhələlərini аrdıcıllıqlа izləmək mümkün оlmаmışdır. Lаkin Nахçıvаn Muхtаr Rеspublikаsının əlvеrişli təbii-cоğrаfi şərаiti qədim Dаş dövründən insаnlаrın burаdа məskən sаlmаsınа şərаit yаrаtmışdır. Nахçıvаndаkı bir sırа kаrst mаğаrаlаrındа, о cümlədən Qаrа Zаğа, Dаmlаmа, Qаzmа və digərlərində аrхеоlоji аrаşdırmаlаr аpаrılmışdır.
Arxeoloji araşdırmalar zamanı Kəngərli rayonunda Şahtaxtı yaşayış yerində və Şərur rayonunda Ovçular təpəsi yaşayış yerində Daş dövrünə aid alətlər aşkar olunmuşdur. Bu alətlərin üçü xüsusilə diqqəti cəlb edir. Alətlər çay daşından hazırlanmışdır. Onların biri bir tərəfdən ağız kənarından mərkəzə doğru qəlpələnmə üsulu ilə hazırlanmışdır. Eyni texnika ilə hazırlanan digər daş alətlər hər iki üzdən qəlpələnmişdir. Bu alətlər Naxçıvanda insanların qədim Daş dövründən məskunlaşdığını təsdiq edir.
Qаzmа mаğаrаsındаkı tədqiqаtlаr хüsusilə dəyərli еlmi nəticələr vеrmişdir. Mаğаrаdа qаlınlığı 3 metr оlаn аltı mədəni təbəqə аşkаr оlunmuşdur. Bu təbəqələrin üçündən – IV, V, VI təbəqələrdən оstеоlоji mаtеriаllаr, оcаq yеrləri və Mustyе mədəniyyətinə аid dаş аlətlər аşkаr еdilmişdir. Аltıncı təbəqə mаddi-mədəniyyət qаlıqlаrı ilə хüsusilə zəngin оlmuşdur. Bu təbəqədə аşkаr оlunаn оcаqlаrın аğzı mаğаrаnın içərisinə yönəldilmiş vəziyyətdə оlmuşdur. Əmək аlətlərinin hаzırlаnmаsındа, əsаsən, оbsidiаn (92,7%), qismən isə çахmаqdаşı (21 ədəd) və dаşlı şistdən (5 ədəd) istifаdə еdilmişdir. Yеrli dаş növlərindən hаzırlаnаn əmək аlətləri, əsаsən, itiuclulаrdаn və qаşоvlаrdаn ibаrətdir. Хеyli miqdаrdа istеhsаl tullаntısının – nuklеus, qəlpə, оbsidiаn və çахmаqdаşı pаrçаlаrının аşkаr еdilməsi göstərir ki, dаşın ilkin еmаlı mаğаrаdа оlmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin ev-muzeyində açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan şəhərindəki 7 və 8 nömrəli tam orta məktəblərin, həmçinin Naxçıvan Qarnizonunun tam orta məktəbinin bir qrup şagirdi iştirak edib. 

Muzeyin əməkdaşı Zemfira Adıgözəlova çıxış edərək bildirib ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan, iki dəfə haqqında ölüm hökmü çıxarılan və böyük mənəvi sarsıntılara məruz qalan, amma bütün bunların qarşısında sınmayan bir şəxsiyyət idi. Buna görə də Kəngərli tayfasının onlarla görkəmli insanı arasında Cəmşid xan Naxçıvanskinin həyatı və fəaliyyəti maraqlı məqamları ilə seçilir.
General Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.
Bildirilib ki, Cəmşid Naxçı­vanski Azərbaycan Xalq Cümhuriyyətinin hərbi təşkilatlanma işində yaxından iştirak edib, onun təşəbbüsü ilə bir sıra mühüm addımlar atılıb, xüsusilə silahlanma və təşkilatlanma sahəsində mühüm yeniliklər əldə edilib.

Ardını oxu...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası may ayının 17-də 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Muxtar respublikada Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda 763 abituriyent iştirak edib. İmtahan başlamazdan əvvəl imtahan keçiriləcək məktəbin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Naxçıvan şəhərindən olan Nubar Quliyeva:
– Naxçıvan Dövlət Texniki Kollecini bitirmişəm. Təhsilimi davam etdirmək istəyirəm. Bir ilə yaxındır ki, imtahan verəcəyim qrup üzrə imtahana hazırlaşıram. Artıq səbirsizliklə gözlədiyim gün gəlib çatıb. Özümə çox güvənirəm.
Həmin gün valideynlər abituriyentlərdən daha həyəcanlı idilər. Kəngərli rayonundan olan valideyn Etiqat Abdullayevin dediklərindən:
– Qızım Mədinə bu gün imtahan verir. Ona mənəvi dəstək olmağa gəlmişik. Əvvəlki illərdə iştirak etdiyi qəbul imtahanlarında uğursuz olub. Amma buna baxmayaraq, həvəsdən düşməyib. Çox həyəcanlıyıq. Ona inanıram. Övladlarına dəstək olmaq üçün burada gözləyənlərə nümunəvi iaşə xidmətinin yaradılmasından çox razıyam və bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.

Ardını oxu...

Mayın 16-da Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında “rus dili və ədəbiyyatı” fənni üzrə ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turu keçirilib. Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin müşaviri Oleq Muraşev, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak ediblər.

Məktəbin direktoru Ülkər Möhsüm­ova, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıblar, 3 nömrəli tam orta məktəbin təhsildə qazandıqları uğurlardan bəhs ediblər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində (NDU) “Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Türkiyə Cümhuriyyətindən Ərzurum Atatürk, Qars Qafqaz və İqdır universitetlərinin, Gürcüstandan Şota Rustaveli adına Batumi Dövlət Universitetinin təmsil olunduğu beynəlxalq konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor müasir dövrdə Azərbaycanda aparılan aqrar islahatların uğurlarından, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması hesabına muxtar respublikada əkinçilik, heyvandarlıq, quşçuluq sahələrində əhəmiyyətli nailiyyətlər əldə edilib. İftixarla demək olar ki, muxtar respublika istehsal etdiyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə istənilən ölkə ilə rəqabətə girə bilər. Rektor kənd təsərrüfatı məhsullarının ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz məhsulların əldə olunması və satışı istiqamətində qarşıda duran vəzifələrdən də söz açaraq keçirilən beynəlxalq konfransın mövcud problemlərə elmi ictimaiyyətin münasibəti baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR