23 Dekabr 2024, Bazar ertəsi

 Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin I kurs tələbələrinin iştirakı ilə açıq dərs keçilib.

“Muxtariyyət ili”nə həsr olunmuş açıq dərsdə universitetin müəllimi Həbibə Allahverdiyeva “Naxçıvan milli geyimləri” mövzusunda danışıb. Bildirilib ki, milli geyimlərimiz xalqımızın maddi və mənəvi mədəniyyətinin uzun sürən inkişafı nəticəsində yaranıb. Qədim xalq sənətinin zəngin və örnək nümunələri kimi yaranan parça istehsalı və geyimlərin tikilməsi dekorativ tətbiqi sənətin mühüm bir qolunu təşkil edir. Bu sənət sahələri ilə əcdadlarımız hələ Tunc dövründən məşğul olmağa başlayıb, əyilmə və hörmə şəklində də olsa, tikmə işləri ilə sənət nümunələri yaradıblar. Dövrümüzə qədər gəlib çatmış ən qədim parça nümunələri, təxminən, eramızdan əvvəl II min­illiyin sonu və I minilliyin əvvəllərinə aiddir. Arxeoloji qazıntılar nəticəsində əldə edilən nümunələr göstərir ki, uzaq keçmişdə toxunmasına baxmayaraq, bu parçalar müxtəlif bitkilərdən və ağac köklərindən hazırlanmaqla çox əlvan rəngli boyalarla boyanıb.

Ardını oxu...

Noyabr ayının 7-də Babək rayonunun Zeynəddin kəndində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rayonun ümumtəhsil məktəbləri arasında bilik yarışı keçirilib.
Yarış başlanmazdan əvvəl Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Nicat Fətullayev, Zeynəddin kənd tam orta məktəbinin tarix müəllimi Limunət Məmmədova, Məmmədrzadizə kənd tam orta məktəbinin tarix müəllimi Zakir Orucov çıxış ediblər.
Bildirilib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir.
Sonra bilik yarışına start verilib. Yarışın nəticələrinə görə, birinci yeri Kərimbəyli kənd tam orta məktəbinin komandası tutub. Qaraqala kənd tam orta məktəbinin komandası ikinci, Vayxır kənd tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblər rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunublar.

Xəbərlər şöbəsi

Noyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.
“Nuh yurdu” intellektual oyununun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Oyunda 8 komanda iştirak edib. Komandalar arasında gedən gərgin mübarizə nəticəsində “Zirvə” komandası I, “Nuh yurdu” komandası II, “Odlar yurdu” komandası isə III yerləri qazanıblar.
Oyunda qalib gələn komandalar təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunublar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, habelə ümumtəhsil məktəblərinin şagirdləri arasında hüquq olimpiadasına dünən start verilib.

İki turda nəzərdə tutulmuş olimpiadada iştirak etmək üçün muxtar respublikanın 3 ali, 3 orta ixtisas təhsili müəssisələrindən, o cümlədən Naxçıvan şəhəri də daxil olmaqla muxtar respublikanın 7 rayonu üzrə 176 tam orta ümumtəhsil məktəbindən, ümumilikdə, 981 tələbə və şagird qeydiyyata alınıb.
Olimpiadanın ilk turu noyabrın 5-də Naxçıvan şəhəri üzrə 12 nömrəli tam orta məktəbdə, həmçinin bütün rayon mərkəzlərində keçirilib. Olimpiadada Naxçıvan şəhəri və muxtar respublikanın 7 rayonunun 176 məktəbinin 677 X-XI sinif şagirdi iştirak edib. Test üsulu ilə keçirilən birinci turda məktəblilər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına dair 60 sual üzrə biliklərini sınayıblar.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Univesitetinin Tarix-filologiya fakültəsinin II kurs tələbələrinin iştirakı ilə açıq dərs keçilib.
Açıq dərsdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrləri abidələri” mövzusunda mühazirə oxuyub. Bildirib ki, Son Tunc dövrü abidələri arxeoloji ədəbiyyatda Son Tunc və Erkən Dəmir dövrlərinin nümunələri kimi xarakterizə edilib. Tunc dövründən Dəmir dövrünə keçid olan bu mərhələ, başlıca olaraq, eramızdan əvvəl II minilliyin ikinci yarısını əhatə edir. Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından başlayaraq Azərbaycan ərazisində yaşayan tayfaların sosial-iqtisadi və mədəni həyatında xeyli irəliləyiş olub. Bunu muxtar respublikamızda Araz vadisindəki I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun və digər yaşayış yerlərindən əldə olunmuş arxeoloji abidələr də sübut edir. Мəlum olduğu kimi, bu yaşayış yerlərində Tunc dövrünün əvvəlki mərhələlərində də əhali məskunlaşıb. Son Tunc dövründə bu abidələrdə Orta Tunc dövrü üçün xarakterik olan boyalı qabların istehsalı davam edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı işlər görülür.
Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılmış, 3409 kompüter verilmiş və onların 84 faizi internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda ümumtəhsil məktəblərində təhsil alan əlaçı şagirdlərdən 773 nəfərinə Ali Məclisin Sədri tərəfindən kompüter dəstləri və noutbuklar hədiyyə olunmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabının təqdimat mərasimi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq professor Şahlar Əsgərovun Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı xidmətlərindən danışıb.
Universitetin Ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məhəmməd Hacıyev “Dəyərlərin qiymətləndirilməsinin elmi əsasları” adlı məruzəsində bildirib ki, professor, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü Şahlar Əsgərov 300-dən çox elmi, 700-ə qədər publisistik məqalənin, numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir. Şahlar müəllimin ictimai elmlər sahəsində apardığı axtarışların bəhrəsi olan və elmi nəticələri ilə seçilən “Keçid dövrünə fəlsəfi baxış”, “Təhsilimiz dünən, bu gün və sabah”, “Düşüncə tərzi”, “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” adlı kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Nəfis şəkildə tərtib olunmuş “Kamilləşən düşüncə” adlı kitabda isə bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyardan yanaşılır. Kitab qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət etməklə yanaşı, bəşəriyyətin inkişafı probleminin yeni həlli yollarını irəli sürmək baxımından da əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında gənclərin peşə istiqamətinə cəlbi ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter almaqdadır. Bu il sentyabrın 15-də – “Bilik Günü”ndə Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu barədə demişdir: “Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir”.

Ardını oxu...

Bu fikirdə böyük məna yükü var. Əməli fəaliyyətində təhsilin inkişafı  naminə çalışan hər kəs bu sahədə yaradılan sağlam körpünün “mühəndisi” kimi tanınır. Naxçıvan Muxtar Respublikasının timsalında bu həqiqəti bütün dolğunluğu ilə görmək mümkündür. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət ilə yanaşı, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalığı da mühüm rol oynayır.  Ulu diyarımızdakı təhsil ocaqları iki amilin vəhdətində ilbəil uğurlarının sayını artırmaqla təhsilin inkişafına öz töhfələrini verirlər. Bu yazımızda təhsil sahəsində yüksək uğurlar qazanan Culfa rayonunun təhsilindən bəhs etməyə çalışacağıq.

Ardını oxu...

Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü Şahlar Əsgərov ilə Naxçıvan Dövlət Universitetində görüş keçirilib.
Qeyd edək ki, professorun hələ 40 il öncə əldə etdiyi nəticələrdən bu gün NASA və Amerika Aeronavika və Astronavika İnstitutu öz tədqiqatlarında, həmçinin kosmik tədqiqatlarda geniş istifadə edirlər. Bu isə onu göstərir ki, Şahlar müəllimin elmi işləri uzunömürlüdür. XX əsrdə raketlər kimyəvi yanacaqla işləyirdisə, XXI əsrdə onları ion mühərrikləri əvəz edəcək. Hal-hazırda kosmosa aparatların çıxarılmasında bu mühərriklərin rolu getdikcə artır. Bu mühərriklərin ömrünü uzatmaq üçün Ş.Əsgərovun elmi işləri müstəsna əhəmiyyət daşıyır. Bu elmi araşdırmaları ilə Şahlar Əsgərov dünya üzrə ən qabaqcıl alimlər sırasında layiqli yer tutub.

Ardını oxu...

Oktyabr ayının 26-da “İstedad – XXI əsr” MMC muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında ümumi test-sınaq imtahanı keçirib. Ənənəvi olaraq təşkil edilən belə imtahanlarda məqsəd şagirdlərin biliyinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanlar səhər saat 1000-da başlayıb və üç saat davam edib. Sual kitabçasında şagirdlərə hər qrup üzrə 5 fənnə aid 125 sual təqdim olunub. Şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb. Qeyd edək ki, muxtar respublika üzrə test-sınaq imtahanlarında 8050 şagird iştirak edib.
Məlumat üçün bildirək ki, ilk dəfə ola­raq test-sınaq imtahanında şagirdlərə iş nömrəsi verilib və kodlaşma aparılıb. Həmin iş nömrəsi vasitəsilə şagirdlər imtahan-nəticə vərəqlərini www.istedad21.com saytından öyrənə bilərlər.

Xəbərlər şöbəsi

Naxçıvan Özəl Universitetində Qafqaz Universitetinin Layihələr şöbəsinin müdiri Üzeyir Bağırovun təqdimatında ENOTES TEMPUS proqramı çərçivəsində Avropa Kompüter İstifadəçi Sertifikatı (ECDL) layihəsinin tanışlıq mərasimi olmuşdur.
Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli ölkə­mizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən yüksək qayğıdan danışmış, Naxçıvan Özəl Universitetinin keçdiyi inkişaf yolu, eləcə də genişlənməkdə olan beynəlxalq əlaqələri barədə geniş məlumat vermişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Regionda arıçılığın inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetin müəllim və tələbələri ilə yanaşı, ölkəmizin digər universitetlərindən dəvət olunmuş mütəxəssis alimlərin, muxtar respublikanın aidiyyəti qurumlarının, arıçı sahibkarların iştirak etdiyi beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor Azərbaycanda qədim tarixə malik arıçılığın X-XII əsrlərdə daha da inkişaf etdiyini, halallıq və zəhmət sevən əsas aqrar sahələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub. Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Avropa kompüter səviyyəölçmə sertifikatı Azərbaycan milli operator və test mərkəzləri layihəsi çərçivəsində görüş keçirilib.
Qafqaz Universitetinin layihə ofisinin rəhbəri Üzeyir Bağırov çıxış edərək bildirib ki, dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində Avropanın Kompüterdən İstifadə Lisenziyası (ECDL) daha geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı informasiya texnologiyalarının əsas konsepsiyalarının mənimsənilməsini, fərdi kompüterlərdən və əsas tətbiqi proqramlardan istifadə biliyini təsdiq edir. Layihənin əsas məqsədi Azərbaycanda kompüter biliklərinin standartlarını müəyyənəşdirməkdir. Muxtar respublikada müxtəlif ixtisaslar üzrə ali təhsil alan şəxslər Naxçıvan Özəl Universitetində təməl, orta və ali səviyyəyə uyğun müəyyənləşdirilmiş qruplar şəklində hazırlıq kursu keçəcək, seçdikləri modul üzrə imtahan verdikdən sonra ECDL sertifikatı əldə edəcəklər. Orta səviyyə sertifikatı alan və 3 ali səviyyə imtahanından müvəfəqiyyət qazananlar ECDL ekspert səviyyə setifikatı alacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planı təsdiq edilib.Tədbirlər Planına əsasən, oktyabrın 22-də Heydər Əliyev adına tam orta məktəbin 10 illik yubileyi geniş şəkildə qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 21 oktyabr tarixli Sərəncamı ilə Heydər Əliyev adına tam orta məktəbin 2 müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Fəxri ada layiq görülən müəllimlərin ürək sözlərini oxucularımıza təqdim edirik:
Ruqiyyə ZEYNALOVA: – Müxtəlif təhsil ocaqlarında çalışmışam. 2004-cü ildən Heydər Əliyev adına tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirirəm. Bu məktəbdə işləmək mənim üçün həm qürurverici, həm də məsuliyyətlidir. Məktəbimiz əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikanın digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatıb. Bu nailiyyətdə mənim də payım olduğu üçün çox sevinirəm. Yubiley ərəfəsində “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” adına layiq görülməyimi məktəbin fəaliyyətinə verilən yüksək mükafat kimi dəyərləndirirəm. Gəncləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət ruhunda yetişdirmək şərəfli vəzifədir.
Məktəbimizin ilbəil artan uğurları ölkə Prezidentinin tövsiyələrinə əməl edilməklə qazanılır, yeni təhsil ənənələri yaradılır. Keçilən dərslərdə dövlət rəmzlərinə, müstəqilliyimizə, Azərbaycan xalqının tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Bu gün məktəbimizdə fiziki cəhətdən hazırlıqlı, bilikli, eyni zamanda Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Təhsil ocağımızın yubileyinin keçirilməsinə və muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram.

Ardını oxu...

Mənşəcə, Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, mütərcim, şair, katib, dövlət xadimi Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani 1245-ci ildə Giran şəhərində anadan olmuşdur. Hinduşah Naxçıvaninin ailəsi Azərbaycan elminə, mədəniyyətinə bir çox görkəmli şəxslər bəxş etmişdir ki, onlar “Naxçıvani” nisbəsi ilə tanınmışlar. Hinduşah Naxçıvani təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan Müstənsəriyyədə almışdır. Burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənmiş, fars və ərəb dillərinə dərindən bələd olmuşdur. O, dövrünün məşhur bilicilərindən sayılan Əl-Cüveynidən dərs almışdır.

Ardını oxu...

Ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsində biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulması prioritet məsələlərdən biridır. Bu baxımdan informasiya-kommunikasiya texnologiyalarının (İKT) daha çox tətbiq olunduğu təhsil sisteminin yaradılması və onun məzmun və texnoloji baxımından daim təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyatın müxtəlif sahələrinin tədrisi zamanı tələbələrin yeni innovativ bacarıqlarının yüksəldilməsi məqsədilə fənlərin interaktiv metodlarla tədris olunması onların mənimsənilməsində mühüm rol oynayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 21 avqust 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar Tədbirlər Planı” çərçivəsində oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Özəl Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev adına tam orta məktəb: uğurlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə, təhsil işçilərinə yüksək diqqətlə yanaşıb, Azərbaycan təhsilinin inkişafı və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə bir çox mühüm layihələr həyata keçirib. Bu uzaqgörən siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
“Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, özünün intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı prioritet sahə kimi önə çəkilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir”, – deyən Piri Nağıyev əlavə edib ki, Naxçıvanda aparılan tikinti-quruculuq işlərinin önündə təhsil işçilərinin fəaliyyəti üçün yüksək təhsil şəraitinin yaradılmasına xidmət edən təhsil qurucu­luğu dayanır. Naxçıvanın ən ucqar dağ kənd­lərini də əhatə edən 56 min 926 şagird yerlik 150-yə yaxın orta məktəb binasının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Naxçıvan Muxtar Respublika Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Nuh yurdu” intellektual bilik yarışının final mərhələsi keçirilib. İntellektual bilik yarışının keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək olub. Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən və 12 komandanın iştirak etdiyi final yarışının nəticələrinə görə, birinci yerə Ordubad rayonunun “Dübəndi”, ikinci yerə Babək rayonunun “İstedadlar”, üçüncü yerə isə Naxçıvan şəhərinin “Nəqşi-cahan” komandaları layiq görülüblər.
Qalib komandalara təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində şəxsiyyətin yetişməsində genetika və mühitlə yanaşı, təhsilin də rolu çox böyükdür. Təhsil təkcə ölkədaxili ziyalı mühitin formalaşmasına xidmət etmir, eyni zamanda beynəlxalq aləmdə ölkənin rolunu müəyyən edən əsas amillərdən biridir. Təhsil ocaqları uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, səviyyəli mütəxəssis kimi yetişdirmək üçün mövcuddur. Bu mənada bəşəriyyət tarix boyu təhsilə özünün mənəvi təkamül gücü kimi baxmışdır.

Azərbaycanda da hələ ötən əsrin 70-ci illərindən etibarən təhsilin inkişafı ön plana çəkilmiş, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təhsilin bütün pillələri üzrə mühüm dəyişikliklər həyata keçirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda təhsil özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, dünya təhsil sisteminə inteqrasiya olunmuşdur.
Azərbaycanda təhsil sahəsində qazanılan uğurlar və əldə olunan nailiyyətlər içərisində Naxçıvan təhsilinin özünəməxsus rolu və payı vardır. Muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğı sayəsində təhsilin bütün pillələri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır.

Ardını oxu...

Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblər sırasında builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdən yazı hazırlamaq üçün həmin təhsil ocağına gedərkən yol boyu 19 il bundan əvvəl muxtar respublikadakı məktəblərin vəziyyətini gözlərim önündə canlandırdım. O məktəbləri ki, yaşlı və orta nəsil yaxşı xatırlayar: minimum tələblərə cavab verməyən soyuq sinif otaqları, köhnəlmiş tədris avadanlıqları təhsil ocaqlarında tədrisin səviyyəsini yüksəltməyə qəti imkan vermirdi. Ümumilikdə, muxtar respublikada müasir tələblərə cavab verən məktəb binaları barmaqla sayılacaq qədər az idi. İndi isə təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kəndlərində belə, ən müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Məktəblilər pulsuz dərsliklərlə təmin olunurlar. Tədris ocaqlarında fəaliyyət göstərən kitabxanalar da eləcə.

Ardını oxu...

Qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı arxeoloji abidələrlə zəngindir. Onlar həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Abidələrimizin tədqiqi zamanı əldə olunmuş elmi nəticələr nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasının öyrənilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.
Bu gün Naxçıvanda maddi və mədəniyyət abidələrimizə diqqət və qayğı yüksək səviyyədədir. Son illər arxeoloji abidələrdə, ilk insan məskənlərində aparılan arxeoloji tədqiqatlar tarixi keçmişimizin daha dərin qatlarını üzə çıxarıb. Bir neçə ildir ki, muxtar respublikanın müxtəlif ərazilərinə beynəlxalq ekspedisiyalar təşkil olunur, dəyərli maddi-mədəniyyət nümunələri əldə edilir. Bu il də muxtar respublikamızda arxeoloji qazıntılar uğurla həyata keçirilib. Həmin araşdırmalar barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bizə ətraflı məlumat verdi:

Ardını oxu...

Dünyaya inteqrasiya yolunu tutan, tərəqqi əsrinin tələblərinə cavab verməyə çalışan Naxçıvan Dövlət Universitetində son 19 ildə tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olmaqla, bu sahədə atılan mühüm addımdır. 2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-Sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetində olub. Layihənin təqdimatı keçirilib, müzakirələr aparılıb, yerli mütəxəssislər məlumatlandırılıblar. Layihənin həyata keçirilməsinə KOICA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılıb.

Ardını oxu...

Müəllimlərimizin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir

Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirmək kimi şərəfli işin öhdəsindən layiqincə gələn müəllimlərin əməyi ölkəmizdə hər zaman yüksək qiymətləndirilir, onlar fəxri adlara layiq görülür, orden və medallarla təltif olunurlar. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə muxtar respublikada fəaliyyət göstərən 4 müəllim “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 4 nəfər müəllim isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə bir qrup təhsil işçisi “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülmüşdür. Həmin müəllimlərdən bir neçəsini redaksiyamıza dəvət edib onlarla həmsöhbət olduq:

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçirdiyi müşavirədə ümumtəhsil məktəblərinin kitabxanalarında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Mövzu ilə bağlı məruzə edən təhsil naziri Piri Nağıyev bildirib ki, bu gün muxtar respublikamızda kitabxana şəbəkələrinin genişləndirilməsi, kitabxanaların yeni ədəbiyyatlarla, informasiya texnologiyaları ilə zənginləşdirilməsi daim diqqətdə saxlanılan məsələlərdəndir. Belə ki, 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinə 2 milyon 7 min 482 nüsxə dərslik verilib. Onların 254 min nüsxəsi 2014-cü ilin avqust-sentyabr aylarında gətirilib. Bununla yanaşı, ümumtəhsil məktəblərinin kitabxanalarına 620 min 117 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatlar verilib.
Nazir bildirib ki, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual mənəvi potensialının artırılmasında kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Qeyd olunan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin təmin olunması üçün muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində ümumtəhsil məktəblərinin kitabxanalarında lazımi şərait yaradılıb, məktəb kitabxanaları kompüterlər, hər cür maddi-texniki baza və əyani vəsaitlərlə təmin olunublar.­

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün növbəti açıq dərs keçilib.
Əvvəlcə mərkəzin elmi katibi Emin Məmmədov tələbələrə mərkəz haqqında məlumat verərək bildirib ki, 90 il bundan əvvəl yaradılan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçib, milli istiqlaliyyət yolunda Naxçıvanda cəsarətli addımlar atılıb. Bu gün də Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olmaqla ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, tarixinin öyrənilməsinə və elmi potensialının gücləndirilməsinə dəyərli töhfələr verir. Muxtar respublikada inkişaf və tərəqqi dövrü kimi səciyyələnən son illərdə Naxçıvan tarixinin öyrənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində universitetin Azərbaycan Respublikası Təhsil Nazirliyinin məqsədli təqaüdünə layiq görülmüş tələbələri ilə görüş keçirilib.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda, o cümlədən muxtar respublikada təhsil quruculuğu sahəsində qazanılan uğurlardan danışıb. Rektor Azərbaycan Respublikası təhsil nazirinin “Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə” 17 sentyabr 2014-cü il tarixli əmri ilə tədbir iştirakçılarını tanış edərək bildirib ki, əmrə əsasən, pedaqoji kadr hazırlayan ali məktəblərə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını seçən 300 tələbə üçün 100 (yüz) manat məbləğində Təhsil Nazirliyinin məqsədli aylıq “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Naxçıvan Dövlət Universitetinin yüksək bal toplayan və müəllimlik ixtisasını seçən 34 tələbəsi bu təqaüdə layiq görülüb. Rektor tələbələri bu münasibətlə təbrik edərək onlara təhsil sahəsində daha böyük nailiyyətlər qazanmağı arzulayıb.
Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına bu il 665 balla qəbul olunmuş Şəhla Salayeva tələbələr adından təhsildə fərqlənən gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlıq edib.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid tələbələri təbrik edərək universitetdə müxtəlif ictimai, sosial təşkilat və qurumlar, mədəniyyət və idman kollektivləri, elmi dərnək və kurslar haqqında məlumat verərək tələbələri universitetin ictimai işlərində fəal olmağa çağırıb.

Mehriban SULTAN

YUNESKO-nun qərarına əsasən, 1966-cı ildən etibarən hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.
Bəşər tarixinin hər bir mərhələsində cəmiyyətin tərəqqisi, bilavasitə, təhsilin inkişafından asılı olmuşdur. İnsan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi müasir dünyamızda təhsilin rolu hər keçən gün daha da artmaqdadır.Təhsilin inkişafı isə yüksəkixtisaslı, peşəkar və təcrübəli müəllimlər ordusunun formalaşmasından asılıdır. Müəllim gənc nəslin mənəvi inkişafının memarıdır. Cəmiyyət ən qiymətli sərvəti olan uşaqları müəllimə etibar edir. Xalqın, dövlətin gələcəyini yetişdirmək kimi ali vəzifə müəllimlərin əsas fəaliyyət istiqamətini təşkil edir.
Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, bu şərəfli peşə sahiblərinə xüsusi ehtiramla yanaşılmışdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir. Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti bu gün də ölkə­mizdə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir. Ölkə başçısının imzaladığı sərəncama əsasən, hər il ölkəmizdə “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir, təhsilin inkişafında xidmətləri olan müəllimlər müxtəlif fəxri adlara layiq görülürlər.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu fəaliyyətə başladığı ilk illərdən muxtar respublikada dənli taxıl və paxlalı bitkilər üzrə yeni sortların alınmasına çalışıb. Bu məqsədlə 2004-2005-ci illərdə İCARDA-dan introduksiya məqsədilə Flip 03-115C genetik mənbələrindən alınmış noxud və IB-CB-WT pitomnikindən olan entry 119/N-H arpa nümunələri əldə edilib. Həmin nümunələrdən institutun Babək rayonunun Hacıvar kəndi yaxınlığında yerləşən təcrübə sahəsində kütləvi, Nəbatat bağının təcrübə sahəsində isə fərdi seçmə yolu ilə yeni sortların alınmasına nail olunub. Yaradılmış noxud və arpa sortları nümunələri Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr edilərək “Qaraca-85” (noxud) və “Qılçıqlı-85” (arpa) sortları adı altında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdi. Uzun müddət respublikanın 8 rayonunda sınaqdan keçirilən bu nümunələr, nəhayət, bu il yüksək göstəricilərinə görə sort adını doğruldub, muxtar respublikada dənli taxıl və paxlalı bitkilər üzrə yeni sortların alınmasına patent və sertifikatlar verilib.
Hazırda sortların artırılması üçün təcrübə sahələrində əkinləri planlaşdırılıb, eyni zamanda nümunələri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində ali məktəbin beynəlxalq layihələrdə iştirakının prioritet istiqamətləri və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq beynəlxalq layihələrin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbələrin xaricdə təhsil almaları, yeni informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətindən bəhs edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu da məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanmasına geniş imkanlar açmışdır.
Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçilir. Bunun üçün 8 avtomobildən, minik və yük avtomobillərinin bazasında yığılmış 2 avtotrenajordan istifadə olunur. Təlim kursu başa çatdıqdan sonra müdavimlər bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücülük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan verirlər.
2014-cü ilin üçüncü rübündə də məktəb öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. Həmin müddətdə məktəbdə 4-ü qadın­lardan ibarət olmaqla, 28 qrup açılmış, qruplarda 740 müdavim təhsil almışdır. Ötən 3 ayda məktəbdə təhsili başa vuran 765 müdavimə şəhadətnamə verilmişdir. Həmin müdavimlərdən 120-si qadınlar, 180-i isə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən gənclər olmuşdur. Davamiyyət və mənimsəmə faizi aşağı olduğuna görə 15 müdavim məktəbdən xaric edilmişdir.
Naxçıvan Texniki-Peşə və Sürücü­lük Məktəbi peşəkar sürücülərin və ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətini davam etdirir.

“Şərq qapısı”

Naxçıvan Dövlət Universitetində 2014-2015-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Universitet kollektivinin, Təhsil Nazirliyinin əməkdaşlarının, təcrübəçi tələbələrin iştirak etdiyi konfransı universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid açaraq pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər haqqında danışıb. Bildirilib ki, ali təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, peşə vərdişlərinə yiyələnmək baxımından pedaqoji təcrübənin əhəmiyyəti böyükdür. 2014-2015-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin 272 tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində pedaqoji təcrübə keçəcək. Tələbələr Naxçıvan şəhər tam orta məktəbləri ilə yanaşı, Naxçıvan Qızlar Liseyində, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də təcrübədə olacaqlar. Surə Seyid həmçinin pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsinin, tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən də danışıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Tədrisin kredit sisteminə uyğun qurulmasının əsasları” mövzusunda keçiriləcək biraylıq təlim kursuna start verilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan təlim kursu orta ixtisas təhsili müəssisələrinin müəllimləri üçün nəzərdə tutulub.
Təlim kursunun açılış mərasimində çıxış edən universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid son illər Azərbaycanda aparılan təhsil islahatlarından, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının uğurlarından, dünya təhsil sisteminə inteqrasiyanın əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti 2009-cu ildən Boloniya sisteminə qoşulub və 2012-ci ildən bu sistemin tətbiqinə başlanılıb. Hazırda ali məktəbdə Boloniya sisteminin tam tətbiqi istiqamətində bir sıra işlər görülür. Tədris işləri üzrə prorektor iyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıya qoyulan tələblər barədə məlumat verərək muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində də Boloniya sisteminə keçməyin zəruriliyini vurğulayıb.

Ardını oxu...

Bir neçə gün bundan əvvəl ölkəmizin hər yerində yeni dərs ilinin başlandığını bildirən zənglər çalındı, yeniyetmə və uşaqlar onlar üçün uğurlu gələcəyin yollarını düzgün müəyyənləşdirməkdə ən böyük yardımçıları olan məktəb qapılarından içəri daxil olaraq siniflərdə öz yerlərini tutdular. Bir sözlə, üçaylıq sükutdan sonra sevimli təhsil ocaqları yenidən səsli-küylü günlərinə qovuşdu. Hər təzə dərs ili yeni-yeni arzuların başlanğıcıdır. Məktəb isə gələcəklə bağlı müxtəlif arzuları ürəyində yaşadan yüz minlərlə insanı – şagirdləri və müəllimləri özündə cəmləşdirən müqəddəs bir məkandır. Bu məkana ehtiramla yanaşmaq hər kəsin vətəndaşlıq borcudur.

Ötən dərs ilinin yekunlarına və qazanılmış nailiyyətlərə nəzər salanda aşkar görünür ki, Sədərək Rayon Təhsil Şöbəsində də bu məsələyə, doğrudan da, məhz vətəndaşlıq yanğısı ilə yanaşılır. Necə deyərlər, yekunlar barədə danışmağa fakt da var, ortaya çıxarılası uğurlu nəticələr də.­
Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonda 4 tam orta məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində 1234 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 116 müəllim məşğul olur.

Ardını oxu...

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk və onun rəhbərlik etdiyi işçi qrupu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin  tətbiqi ilə əlaqədar Naxçıvan Dövlət Universitetində olub. 

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid layihənin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi və tövsiyəsi ilə ali təhsil ocağında elektron universitetin yaradılması, distant təhsilin tətbiqi ilə bağlı mühüm işlər görülüb. KOİCA ilə birgə gerçəkləşdiriləcək layihədə isə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və sairdən ibarət elektron təhsil şəbəkəsinin yaradılması, müasir texnologiyaların alınıb quraşdırılması, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılıb. Tədris işləri üzrə prorektor xatırladıb ki, bu barədə bir neçə dəfə birgə müzakirələr aparılıb, layihənin davamı olaraq, universitetin bir qrup nümayəndəsi may ayında on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunaraq layihə ilə bağlı təlim keçib. Hazırda Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti layihə ilə əlaqədar Cənubi Koreyada səfərdədir.

Ardını oxu...

15-17 sentyabr 2014-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu tərəfindən XVII Beynəlxalq Türk Tarix Konqresi təşkil edilib. 15-dən artıq ölkəni təmsil edən 238 nümayəndənin iştirak etdiyi konqresdə Azərbaycanı 4 nəfəri Naxçıvandan olmaqla, 30 elm adamı təmsil edib. Dünyanın müxtəlif ölkələrini təmsil edən tarixçi, filoloq, iqtisadçı alimlərin iştirak etdiyi konqresin plenar iclasında Türk Tarix Qurumunun rəhbəri Məhmət Əli Bəyxan çıxışında Naxçıvanda elmin inkişafına da toxunub.

Ardını oxu...

2013-2014-cü tədris ilindən etibarən Naxçıvan Özəl Universitetində “xarici dil” (ingilis dili) ixtisası üzrə 1+4 sistemində dil səviyyə imtahanlarının keçirilməsinə başlanılmışdır. Bu sistemin mahiyyəti tələbələrin başlanğıc olaraq kursa hazırlığını və normal dil səviyyəsinin inkişaf etdirilməsini, həmçinin gələcək kurslar ərzində nəzərdə tutulmuş biliklərin daha da möhkəmləndirilməsindən ibarətdir. Xarici dil (ingilis dili) tədrisinin yüksək tətbiqi məqsədilə universitetə yeni daxil olmuş tələbələrin xarici dil səviyyəsi yoxlanılır, keçirilmiş imtahanların nəticələrinə uyğun olaraq, tələbələr hazırlıq kurslarına cəlb edilirlər.
Yazılı və şifahi mərhələdən ibarət dil-səviyyə imtahanında 27 tələbə iştirak etmişdir. Yazılı imtahanda tələbələrin bilik səviyyələri, düzgün orfoqrafik qaydalara əməl olunması, söz ehtiyatı, dünyagörüşü və digər bacarıqları yoxlanılmışdır. Bunun üçün tələbələr “Doğma yurdum – Azərbaycan” mövzusunda inşa yazmışlar. İmtahanın şifahi mərhələsində isə fərdi qaydada qiymətləndirmə aparılmışdır. Tələbələr Xarici dillər (ingilis) kafedrası tərəfindən hazırlanmş bilet­lər əsasında suallara cavab vermişlər.
Məlumat üçün qeyd edək ki, imtahanda heç bir tələbə müvəffəq qiymət ala bilməmiş, onlar 1+4 layihəsi çərçivəsində hazırlıq kurslarına cəlb edilmişlər.

Nuray Əsgərova

Bu il aparılan arxeoloji tədqiqatlar Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyasının bir sıra  problemli məsələlərinin öyrənilməsində mühüm rol oynayacaq

Son on il ərzində Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlar nəticəsində yüzlərlə yeni tarix və mədəniyyət abidələri qeydə alınmışdır. Milli-mənəvi dəyərlərimizin bir parçası olan bu abidələrin qorunması və tədqiqi dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Dövlət qayğısının nəticəsidir ki, bu il Naxçıvan Muxtar Respublikasının bir çox abidələrində, o cümlədən Xaraba Gilan, Qızqala, Meydantəpə, Qalacıq, II Kültəpə, Şahtaxtı və digər abidələrdə araşdırmalar aparılmış, Naxçıvan tarixi üçün maraqlı nəticələr əldə olunmuşdur.

Bu il həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsinin “Yeni yol arxeoloji ekspedisiyası” təşkil edilmişdir. Arxeoloji ekspedisiyanın apardığı araşdırmalar nəticəsində yeni abidələr qeydə alınmışdır. Bu abidələrin ikisi – III Kültəpə yaşayış yeri və Dəyirman yeri xüsusilə diqqəti cəlb edir. Arxeoloji və geomorfoloji araşdırmalar bu yaşayış yerlərinin e.ə. IV minillikdə baş verən daşqın nəticəsində qalınlığı 2-3 metr olan lil qatı ilə örtüldüyünü göstərir. Bu abidələr “Nuh tufanı” əfsanəsinin gerçək hadisələrdən qaynaqlandığını təsdiq edən tutarlı dəlillərdən biridir. Yeni qeydə alınan abidələrlə birlikdə Sirabçay və Naxçıvançay hövzəsində Eneolit dövrünə aid abidələrin sayı 23-ə çatmışdır. Uzun illərdir ki, qafqazşünas arxe­oloqlar Naxçıvanı “Qafqazın Mesapotamiyası” adlandırırdılar. Bu ərazidə qeydə alınan yeni abidələr isə Naxçıvançay və Sirabçay vadisini “Yeni Mesapotamiya” adlandırmağa imkan vermişdir. Bu isə o deməkdir ki, Mesapotamiya abidələri Yaxın Şərq mədəniyyəti üçün nə dərəcədə əhəmiyyətlidirsə, Sirabçay vadisinin abidələri də Cənubi Qafqaz üçün o dərəcədə əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan şəhəri

15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov açaraq bildirib ki, 2013-2014-cü tədris ilində Naxçıvan şəhərinin tam orta məktəblərində 8643 şagird oxuyub, onların təlim-tərbiyəsi ilə 1630 müəllim məşğul olub.
Bu gün Naxçıvan şəhər məktəblilərinin hər 12 nəfərinə bir kompüter dəsti düşür. Müəllim və şagirdlərin ixtiyarında 62 elektron lövhə var. Dərslərin elektronlaşdırılması, ağıllı lövhədən istifadə, müasir dərsə verilən üstünlüklərin tətbiqi şagirdlərin hərtərəfli biliklərə yiyələnməsində mühüm vasitədir. Həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, ali və orta ixtisas təhsili məktəblərinə qəbulun həm kəmiyyət, həm də keyfiyyət faizi ilbəil artır.
Qeyd olunub ki, 2014-cü ildə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi 17 tam orta məktəbi bitirən 704 məzunun 634 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onlardan 381 nəfəri birinci turda ali məktəblərə qəbul olunub; 42 məzun isə müxtəlif orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüb. Ümumilikdə, sənəd verənlərin 66,7 faizi ali və orta ixtisas təhsili məktəblərinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 67-si 500-700, onlardan 50-si 500-600, 13-ü 600-650, 4-ü isə 650-700 intervalında bal toplayıb.

Ardını oxu...

15 sentyabr – Bilik Günü ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Bu münasibətlə Naxçıvan Dövlət Universitetində yığıncaq keçirilib. Tədbir universitetin tarixi inkişaf yolunu əks etdirən və Universitet televiziyasının hazırladığı filmin nümayişi ilə başlayıb.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı, Azərbaycanda aparılan təhsil islahatları Naxçıvan Dövlət Universitetində də öz real inikasını tapmaqdadır. Vurğulanıb ki, universitetin 108 hektarlıq ərazisində tikilən, əsaslı təmir olunaraq istifadəyə verilən tədris korpusları, Tələbə Sosial Xidmət Mərkəzi, Tələbə evi, Qonaq evi, idman meydançaları ölkədə və Naxçıvan Muxtar Respublikasında təhsilə, kadr hazırlığına göstərilən yüksək qayğının təzahürüdür.
Rektor Naxçıvan Dövlət Universitetinin tarixi inkişaf yoluna nəzər salaraq bu ali məktəbin yüksəkixtisaslı mütəxəssislər yetişdirən professor-müəllim heyətinə, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağı olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti dünyaya inteqrasiya yolu tutmaqla bir çox beynəlxalq layihələrdə uğurla iştirak edir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il ölkəmizdə sen­tyabrın 15-i “Bilik Günü” kimi qeyd olunur.
Gənclərə göstərilən qayğı, onların təhsili üçün yaradılan şərait hər bir ölkənin gələcəyinə xidmət edir. “Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”, – deyən xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik təməlini qoyarkən onun əsas sütunlarından birinin təhsil olduğunu vurğulamış, bu sahənin inkişafını dövlətin əsas vəzifəsi sırasına çəkmişdir. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində xalqımızın təhsillənməsi, gənc kadrların formalaşması, təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində taleyüklü tədbirlər görülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra isə təhsil sistemi milli mənafelər əsasında qurulmağa başlanmış, bu sahədə ardıcıl islahatlar həyata keçirilmişdir.
Bu gün ümummilli liderimiz tərəfindən əsası qoyulan təhsil strategiyasını inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli intellektual potensialın formalaşdırılması, elmin, təhsilin sürətli inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” konsepsiyasını əsas istiqamət kimi götürən dövlət başçısı tərəfindən Azərbaycanda insan kapitalının formalaşdırılması sahəsində köklü islahatlar aparılır.

Ardını oxu...

Mövzu haqqında danışmazdan əvvəl yaşlı qohumlarımdan eşitdiklərimi  xatırlamaq istəyirəm: kəndimizdə məktəbə gedən şagirdlərin ən böyük çətinliklərindən biri dərslik problemi olurdu. Elə ailələr var idi ki, kitab almağa imkanı yox idi. Yuxarı siniflərdə isə bu problem daha da böyüyürdü. Elə dərslik olurdu ki, bir kitabdan şagirdlərin hamısı istifadə edirdi. Bir sözlə, çox çətin idi oxumaq. Ancaq indi nə var ki oxumağa? Nəvəmin kitablarına baxıram; hamısını məktəb verib, özü də pulsuz...

Artıq neçə illərdir ki, ümumtəhsil məktəblərinin şagirdləri pulsuz dərsliklərlə təmin olunurlar. Dərsliklərdən əlavə, latın qrafikası ilə çap olunan bədii ədəbiyyatlar da məktəb kitabxanalarına verilib və bu proses indi də davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında hansı məktəb kitabxanasına üz tutsaq, orada zəngin kitabxana ilə rastlaşarıq. Yəni indi heç bir Naxçıvan məktəblisi dərslik problemi yaşamır.
Bəs bu dərsliklər necə qorunur? Onlardan necə istifadə olunur? Etiraf edək ki, bu gün muxtar respublikanın əksər məktəblərində dərsliklərimiz lazımi səviyyədə qorunmur. Hətta məktəbdən alınan bu dərsliklər bəzən geri qaytarılmır. Qaytarılanda isə kitab yararsız halda olur. Kitabları bu vəziyyətə salmamaq üçün həm məktəb kollektivi, həm də valideynlər diqqətli olmalıdırlar. Çünki həmin dərsliklər birillik deyil. Hansı kitab olursa-olsun, şagirdlərə ona hörmətlə yanaşmağı aşılamalıyıq.

Ardını oxu...

Sentyabrın 10-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində muxtar respublikanın təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev 2013-2014-cü tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Hazırda Naxçıvan şəhərində 9 nömrəli, Şərur rayonunda Püsyan, Dizə, Kürkənd, Axura, Diyadin, Babək rayonunda Nehrəm kənd 2 nömrəli, Qahab, Naxışnərgiz, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli, Aşağı Əylis, Culfa rayonunda Bənəniyar, Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli, Nursu, Kəngərli rayonunda Qarabağlar kənd 1 nömrəli tam orta məktəbləri, eyni zamanda Sədərək və Kəngərli Rayon Təhsil şöbələri üçün binalarda, Kəngərli rayonundakı Şahmat Məktəbinin binasında tikinti və ya əsaslı yenidənqurma işləri aparılır. Bunlarla yanaşı, Şərur rayonunda Cəlilkənd, Babək rayonunda Qoşadizə, Güznüt, Culfa rayonunda Şurud, Ordubad rayonunda internat və Şahbuz rayonunda Gömür, Güney Qışlaq kənd tam orta məktəb binaları əsaslı təmir olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Süleyman Cabbarovun “Tibbi terminlər lüğəti” adlı kitabı işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının qərarı ilə çap olunmuş kitabın rəyçisi tibb üzrə fəlsəfə doktoru Adil Mirişlidir. Lüğətdə daha çox işlənən tibbi terminlər müxtəlif ədəbiyyatlardan seçilərək qısa izahla yazılmışdır. Tərtibat zamanı dilimizin bütün üslublarının lüğət tərkibləri nəzərdən keçirilmiş, işlənmə tezliyi nəzərə alınaraq əsas terminlər lüğətə daxil edilmişdir. Lüğətin əhatə etdiyi leksik arsenal öz əhatə dairəsinə görə izahlı tərcümə xarakteri daşıyır. Mənası geniş oxucu kütləsi üçün aydın olmayan bəzi söz və terminlərin qarşısında qısa izah və ya üslubi işarələr (izahlar kursivlə, terminlər isə mötərizədə) verilir.
175 səhifədən, 1200-ə yaxın söz və termindən ibarət lüğət təbabətin müxtəlif sahələrində işləyən şəxslər, ali və orta tibb təhsili alan tələbələr, baytarlar, bioloqlar, eləcə də təbabətlə maraqlanan digər şəxslər, bütövlükdə, hər bir səhiyyə işçisi üçün əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Xalqımızın ümummilli lideri Heydər Əliyev xalq maarifinin, milli təhsilin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə heç nəyi əsirgəmirdi. “Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyən ulu öndər Azərbaycanın qloballaşan dünyada layiqli yer tutması, xalqın xoş və firavan gələcəyi üçün yeniyetmə və gənclərin təhsilinə böyük önəm verirdi. Onların hərtərəfli biliyə, dünyagörüşə malik vətəndaşlar kimi yetişmələri üçün hər cür şərait yaradırdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada təhsil ocaqları üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yenilənmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. O illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məsələnin həllinə nail olmaq məqsədilə ulu öndər Heydər Əliyev hər il azərbaycanlı gənc­lərin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. Həmin dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı gənc göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev ABŞ-da dərc olunan “Geoloji ehtiyatlar və mühəndislik” (Journal Geological Resource and Engineering (ISSN 2328-2193 David Publishing Company) beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilmişdir.
Həmyerlimiz həmçinin 30 iyun 2014-cü ildə Beynəlxalq Ekologiya, İnsan və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının (International Academy of Ecology, Man and Life Protection Sciences) ekologiya bölməsi üzrə həqiqi üzvü seçilmişdir.
Xatırladaq ki, professor Əlövsət Quliyev 2011-ci ildən YUNESKO-nun Qədim Hidravlik Sistemlər (kəhrizlər) üzrə dövlətlərarası idarə heyətinin, 2013-cü ilin oktyabr ayından isə Dünya Su Assosiasiyasının (International Water Assosaction (IWA) üzvüdür.
Alimə yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.

Xəbərlər şöbəsi

Hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsindən asılıdır. Məhz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil strategiyasının məqsədi də ölkəmizdə insan kapitalının inkişafına nail olmaqdan ibarətdir. Bu səbəbdən ölkə­mizdə qabaqcıl təhsil sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Hazırda Naxçıvan Muxtar Respublikasında təhsilin mahiyyətcə yeni müstəviyə keçirilməsi, yeni təhsil müəssisələrinin yaradılması və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil almalarına, həmçinin onların cəmiyyətə inteqrasiya olunmalarına əlverişli mühit yaranmışdır.

Ardını oxu...

Son illər məktəblilərin keyfiyyətli geyim və idman formaları, ayaqqabı, məktəbli ləvazimatları ilə təmin edilməsi məqsədilə Naxçıvan şəhərində təşkil edilən məktəbli yarmarkaları valideynlər tərəfindən yüksək dəyərləndirilir. Belə yarmarkalarda valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir problemlə üzləşmirlər. Üstəlik, həmin ləvazimatların qiymətləri digər ticarət obyektlərində satılan ləvazimatların qiymətlərindən ucuz olur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, cari ilin məktəbli yarmarkası sen­tyabrın 1-dən təşkil olunaraq sen­tyabrın 15-dək davam edəcək. Yarmarka hər gün saat 900-dan 1400-dək əhaliyə xidmət göstərəcək.­
Naxçıvan şəhərindəki Mərkəzi bazarda keçiriləcək yarmarkadan valideynlər öz övladlarına istədikləri ləvazimatları ala bilərlər.

Xəbərlər şöbəsi

İbtidai təlim dövrü uşaq həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Bu zaman onun təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaratmaq mümkündür. Şagirdlərdə müxtəlif qabiliyyət və yönümün vaxtında üzə çıxarılması, möhkəmləndirilməsi, materialın şüurlu surətdə mənimsədilməsi, onların idrak qabiliyyətlərinin inkişaf etdirilməsi üçün təlimin inteqrasiyası vacibdir. “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”nda təhsilin inteqrativliyi əsas prinsip kimi nəzərdə tutulmuşdur. Milli kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında vahid, sistemli dünyagörüşün formalaşmasına kömək edir.
İnteqrativ kurikulum şagirdyönümlü, humanistləşən təhsilin fəlsəfəsidir və təlim strategiyalarının qurulması işində böyük rol oynayır. Qeyd olunan konsepsiyada ümumi təhsilin pillələri və bu pillələr arasında əlaqə və ardıcıllığın gözlənilməsi, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik inkişaf etdirilməsi vacib pedaqoji tələb kimi qoyulmuşdur.

Ardını oxu...

2004-cü ilin sentyabrında Naxçıvan şəhərinin Babək məhəlləsində yaradılan nümunəvi tam orta məktəbə ümummilli lider Heydər Əliyevin adı verilmiş, məktəbin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil və tədrisin təşkili ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Ötən müddət ərzində ölkə Prezidentinin tapşırıq və tövsiyələri icra olunmuş, məktəb ulu öndərin adına layiq yol keçərək qabaqcıl tədris mərkəzinə çevrilmişdir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında”
2014-cü il 21 avqust tarixli Sərəncamından


2004-cü il sentyabrın 2-si. Muxtar respublika sakinlərinin yaddaşında uzun müddət yaşayacaq unudulmaz bir tarix. Həmin gün Naxçıvan şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağının binası istifadəyə verildi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri indi də həmin tədbirdə iştirak edənlərin yaddaşındadır: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız çox şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir. Deyə bilərəm ki, bu məktəb indi təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda bir nömrəli məktəbdir”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR