Oktyabr ayının 26-da “İstedad – XXI əsr” MMC muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında ümumi test-sınaq imtahanı keçirib. Ənənəvi olaraq təşkil edilən belə imtahanlarda məqsəd şagirdlərin biliyinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanlar səhər saat 1000-da başlayıb və üç saat davam edib. Sual kitabçasında şagirdlərə hər qrup üzrə 5 fənnə aid 125 sual təqdim olunub. Şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb. Qeyd edək ki, muxtar respublika üzrə test-sınaq imtahanlarında 8050 şagird iştirak edib.
Məlumat üçün bildirək ki, ilk dəfə olaraq test-sınaq imtahanında şagirdlərə iş nömrəsi verilib və kodlaşma aparılıb. Həmin iş nömrəsi vasitəsilə şagirdlər imtahan-nəticə vərəqlərini www.istedad21.com saytından öyrənə bilərlər.
Xəbərlər şöbəsi