24 Dekabr 2024, Çərşənbə axşamı

Bu mövzuda Naxçıvan Müəllimlər İnstitutunda respublika elmi konfransı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Müəllimlər İnstitutunun birgə keçirdiyi elmi konfrans Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuşdu. Ölkəmizin və muxtar respublikamızın  müxtəlif ali məktəblərinin əməkdaşlarının, şəhər və rayon təhsil şöbələri nümayəndələrinin, qabaqcıl müəllimlərin, psixoloqların, uşaq bağçası tərbiyəçilərinin iştirak etdikləri elmi konfransın plenar iclasını Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli açaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, cəmiyyət inkişaf etdikcə həyatımızın bütün sahələri kimi, təhsilə də yeni yanaşma zərurəti yaranır. Bugünkü konfrans fəal təlim metodlarından olan təhsil kurikulumlarının nəzəri problemlərinin öyrənilməsinə və tətbiqinə həsr edilib.
Plenar iclasda institutun Kurikulum mərkəzinin metodisti Tamara Baxşəliyevanın, institutun əməkdaşları – pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyevin, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlının məruzələri dinlənilib.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays, mədəniyyət və təhsil üzrə müşaviri M.Kelli Kalam Naxçıvan Dövlət Universitetində olmuşlar. Universitetin rektoru, professor Saleh Məhərrəmov dünyaya inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulamış, Naxçıvan Dövlət Universitetinin strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat vermişdir. Rektor bildirmişdir ki, özünəməxsus inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti dünyanın 80 tanınmış ali məktəbi ilə əməkdaşlıq əlaqələri yaratmışdır. Amerika Birləşmiş Ştatlarının Səfirliyi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafında, müştərək layihələrin gerçəkləşdirilməsində mühüm rol oynayır.

Ardını oxu...

Hələ lap qədim zamanlardan insanlar onları əhatə edən aləmi – kainatı öyrənməyə maraq göstərmişlər. Bu, onunla əlaqədar idi ki, əcdadlarımız öz həyat və mövcudluqlarının bu və ya digər formada səma ilə sıx bağlı olduğunu idrak etməyə başlamışdılar. Məhz bu səbəbdən səmada gözlə görünən nə varsa, hamısı insanlar tərəfindən ilahiləşdirilir, dünyada və hətta ayrı-ayrı insanların həyatında baş verən bütün hadisələrin mütləq surətdə onlarla bağlı olduğu qəbul edilirdi. Min illərlə ölçülən bir dövr ərzində insanların səma haqqındakı dünyagörüşlərində mühüm dəyişikliklər baş vermişdir. Artıq insanlar Yer üzərində istiqaməti, fəsillərin bir-birini əvəz etməsini, mövsümi işlərin başlanma və qurtarma vaxtlarını asanlıqla səma cismlərinin – Günəşin, Ayın və ulduzların səmadakı vəziyyətinə uyğun təyin etməyi bacarırdılar. Məhz bu səbəbdən göy cismləri daim müşahidə obyektinə çevrilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində böyük maarifçi, tanınmış alim və şair Abbasqulu ağa Bakıxanov­un anadan olmasının 220 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq bildirmişdir ki, bu il Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair A.Bakıxanov­un anadan olmasının 220 illiyi tamam olur. Bu münasibətlə ölkə başçısı cənab İlham Əliyev 2014-cü il fevralın 12-də “Abbasqulu ağa Bakıxan­ovun 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Vurğulanmışdır ki, ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin müxtəlif sahələrinə aid zəngin irs yaratmışdır.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli Sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çox­əsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.
Doğrudan da, Naxçıvan bölgəsinin zəngin abidələri Azərbaycanın milli maddi-mədəni irsinin ən parlaq nümunələri sırasındadır. Naxçıvan minilliklər ərzində coğrafi mövqeyi və tarixi ənənələri ilə vəhdət təşkil etməklə Azərbaycanın mühüm strateji əhəmiyyətə malik qədim bir bölgəsidir. Azərbaycanın qədim mədəniyyətlərinin, tarixi varisliyinin öyrənilməsində Naxçıvanın arxeoloji abidələrinin müstəsna əhəmiyyəti vardır.

Ardını oxu...

Bəşər tarixinin ən qədim, xüsusən yazıyaqədərki tarixinin öyrənilməsində arxeologiya elminin özünəməxsus rolu vardır. Arxeologiya Azərbaycan milli tarix elminin çox mühüm sahəsidir. Naxçıvanda onun formalaşması XX əsrin 20-ci illərindən sonrakı dövrə təsadüf edir.
İlk dövrlərdə yerli mütəxəssislərin az olması səbəbindən bu işlə həvəskarlar, əcnəbi arxeoloqlar məşğul olmuşlar. 1925-ci ildən 1928-ci ilədək fəaliyyət göstərən Azərbaycan “Tədqiq və Tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsi bütün sahələr kimi, arxeologiyanın da inkişafına, abidələrimizin öyrənilməsinə diqqət göstərmişdir. Bu şöbə tərəfindən 1925-ci ilin sentyabr ayından 1926-cı ilin iyun ayına qədər Xaraba Gilanda aparılan arxeoloji qazıntını maliyyələşdirmək üçün 300 min manat pul ayrılmışdır. Azərbaycan “Tədqiq və Tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsi 1926-cı ildə Qızılburunda aparılan arxeoloji tədqiqatlara yaxından köməklik göstərmişdir.

Ardını oxu...

Gələcəyimiz savadlı, dünyagörüşlü, hərtərəfli biliyə malik gənclərin əlində olacaqdır

Ölkəmizdə təhsil sahəsində islahatlara 1999-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra başlanılmışdır. Həmin proqrama uyğun ali təhsildə də struktur dəyişiklikləri aparılmış, təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlər verilmiş, bir sıra ali məktəblər öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 22 may tarixli Sərəncamı ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramının əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılması idi. Proqramın icrası uğurla başa çatdırılmışdır.

Ardını oxu...

Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində peşəkar mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetirilir. 2012-ci ildə məktəb üçün hərtərəfli tədris şəraitinə və maddi-texniki təchizata malik olan kompleksin istifadəyə verilməsi bu istiqamətdə görülən tədbirlərin miqyasını daha da  genişləndirmişdir.
Bu gün Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir. Hazırda məktəbdə yürüyüş təlimlərinin keçilməsi üçün 8 avtomobil, minik və yük avtomobillərinin bazasında yığılmış 2 avtotəlim maşını vardır. Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçilir. Təlim kursu başa çatdıqdan sonra müdavimlər bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücülük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan verirlər.
2014-cü ilin birinci rübündə məktəb öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. Bu müddətdə məktəbdə 26 qrup açılmışdır ki, onlardan da 2-si qadın qrupu olmuşdur. Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində çalışan sürücülərin peşəkarlıq səviyyələrini yüksəltmək məqsədilə yeni qruplar yaradılmış və kurslar təşkil olunmuşdur. İlin birinci rübündə həmin qruplarda 810 sürücü kurs keçmişdir. Ötən 3 ayda məktəbdə təhsili başa vuran 808 müdavimə şəhadətnamə verilmişdir. Həmin müdavimlərdən 60-ı qadınlar, 180-i isə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən gənclər olmuşdur.
Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi peşəkar sürücülərin və ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətini davam etdirir.

“Şərq qapısı”

Naxçıvan Dövlət Universitetində 2013-2014-cü tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir.
Konfransı universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq pedaqoji təcrübənin muxtar respublikanın ali və ümumtəhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji təcrübəyə yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışmışdır.
Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblərdən bəhs edən universitetin Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirmişdir ki, növbəti pedaqoji təcrübədə universitetin 6 fakültəsinin pedaqoji profilli 15 ixtisası üzrə 243 nəfər  IV kurs tələbəsi, eləcə də 14 ixtisas üzrə 256 nəfər III kurs tələbəsi muxtar respublikanın 19 tam orta məktəbində təcrübədə olacaqlar.

Ardını oxu...

Bu gün muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlarımız artmaqdadır. Hər il idmançılarımız dünya, Avropa və beynəlxalq turnirlərin iştirakçısı olur, uğurlu nəticələr əldə edirlər. Muxtar respublikada idmanın bütün növləri üzrə peşəkar və güclü idmançılar hazırlanır. Təbii ki, idmançıların hər hansı bir idman növünün sirlərinə mükəmməl şəkildə yiyələnməsində, güclü idmançı kimi yetişməsində muxtar respublikamızda fəaliyyət göstərən idman məktəblərinin rolu çox böyükdür. Haqqında söhbət açacağımız Ordubad Rayon Şahmat Məktəbi də təcrübəli məşqçi-müəllim kollektivi ilə seçilir, əldə etdiyi uğurları ilə diqqət çəkir. Məktəbin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün bu günlərdə həmin tədris ocağında olduq. Öyrəndik ki, şahmat məktəbi 1983-cü ildə yaradılmışdır.

8 məşğələ otağından, 7 dəst müasir kompüter qoyulmuş və internetə çıxışı təmin edilmiş kompüter otağından, hakim otaqlarından, eləcə də 50 nəfər şahmatçının eyni zamanda yarışa biləcəyi zaldan ibarət məktəb iki növbədə fəaliyyət göstərir. Məktəbdə 21 müəllim şahmatın sirlərini şagirdlərə öyrədir. Məktəbin direktoru İsrafil Məmmədov bizimlə söhbətinə ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrə olduğu kimi, idman sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd etməklə başladı.

Ardını oxu...

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Mart ayının 17-də Naxçıvan şəhərindəki 12 nömrə­li tam orta məktəbdə muxtar respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri arasında məktəblilərin fənn olimpiadalarının respublika mərhələsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, IX-XI sinif şagirdləri arasında keçirilən olimpiada saat 1000-da başlayaraq 3 saat davam etmişdir. Olimpiadada “Azərbaycan dili və ədəbiyyat”, “Azərbaycan tarixi”, “riyaziyyat”, “fizika”, “kimya”, “biologiya”, “informatika” fənləri üzrə 157 şagird bilik və bacarığını sınamışdır.
Qeyd edək ki, yazılar Azərbaycan Respublikası Təhsil Nazirliyində yoxlanılacaq və ballar əsasında yerlər müəyyənləşdiriləcəkdir.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin ikinci və üçüncü cildlərinin müəllifləri ilə növbəti görüş keçirilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu cildlərin müəllifləri ilə 2013-cü ilin noyabr ayında keçirilən görüşdən ötən  dövr ərzində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, kitabın ikinci cildi Naxçıvan tarixinin XVIII əsrin ortalarından başlamış İkinci Dünya müharibəsinə qədərki dövrünü əhatə edir. 5 fəsildən ibarət olan bu cild Naxçıvan xanlığının yaranması ilə başlayır. Kitabın üçüncü cildi İkinci Dünya müharibəsindən başlamış günümüzə qədərki dövrü əhatə edəcək. İkinci cildin 2014-cü ildə, üçüncü cildin  isə 2015-ci ildə nəşr olunması nəzərdə tutulub. Akademik İsmayıl Hacıyev kitabın müəllifləri üçün dövlət tərəfindən yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd edərək bu cildlərin də ən mükəmməl formada yazılmalı olduğunu diqqətə çatdırıb. Sitat: “Mövzuların yazılması zamanı qarşıya çıxan çətinliklər müzakirələr zamanı müəlliflər tərəfindən qeyd edilməlidir. Müxtəlif kitabxana və arxivlərdə  işləməyə zərurət yarandığı təqdirdə elmi yaradıcılıq ezamiyyətlərinə hər cür şərait yaradılacaq”.  
Görüşdə müxtəlif mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi

Aprelin 15-də Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Təhsil kurikulumları: nəzəri problemlər” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasındakı ali, orta ixtisas və ümumtəhsil məktəbləri əməkdaşlarının məruzələrlə çıxış edə biləcəyi elmi-praktik konfransda “Kurikulumda fənlər üzrə standartlar”, “Kurikulumda əsas pedaqoji anlayışlar”, “Kurikulumda strategiyalar”, “Kurikulumda təlimin təşkilinə verilən tələblər”, “Kurikulumda yeni qiymətləndirmə mexanizmi”, “Kurikulumda müasir təhsillə bağlı yanaşmalar”, “Kurikulumda dərs nümunələri” adlı 7 bölmə üzrə məruzələr dinləniləcəkdir.
Qeyd edək ki, konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr 10 aprel 2014-cü il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunacaqdır.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Dövlət Universiteti ilə birgə “Naxçıvan Muxtar Respublikasında baytarlığın inkişafı” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Məhəmməd Qəribov açaraq müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi, muxtar respublikada aparılan aqrar islahatlar barədə danışıb. Qeyd olunub ki, bu sahədə ixtisaslı yerli kadr potensialının hazır­lanmasında Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, muxtar respublikadakı istehsal müəssisələri ilə əməkdaşlığın inkişafı, müştərək tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan əhalisinin etnogenezi tarixindən (e.ə. VI-III minilliklər)” adlı monoqrafiyasının I cildinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada elmin bütün sahələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvan əhalisinin etnogenezi tarixinə həsr olunmuş dəyərli  əsər” mövzusunda məruzə edib.
Təqdimat mərasimində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru Adil Bağırov, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli kitabla bağlı fikirlərini bölüşüblər.
Təqdimat mərasimində kitabın müəllifi ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

Xəbərlər şöbəsi

Elmin də bir əxlaqı olmalıdır. O zaman ki, elm həqiqi mənəviyyata, həqiqətə və saflığa dayanır, quru bilgilər toplusu olmaqdan çıxır, yaradılan digər varlıqlardan mənəviyyatının varlığına görə fərqlənən insanın mənəvisinin yüksəlməsinə xidmət edir. Kitabxanama yenicə daxil olmuş “Tanrıçılıq və əbədi həyat məsələsi” adlı kitabdan çıxardığım nəticə budur. AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 18  noyabr 2013-cü il tarixli qərarı ilə nəşr olunmuş yeni kitabı haqqında yazmağa o zaman qərar verdim ki, yazmaq üçün saya-hesaba gəlməyən tutarlı  səbəblər müəyyənləşdirdim.

İlk növbədə, insanın üstün yaşama qayəsini izah edən kitabın ölkəmizdə barmaqla sayıla biləcək qədər analoji mövzulu kitablardan olması bu kitab haqqında yazmaq üçün ilk səbəbdir. Çünki gerçək dini izah edən kitabın Azərbaycan mənəviyyatına, azərbaycanlı kimliyinə xidmət etdiyi şəksizdir. Bizcə, bu monoqrafiya hər birimizin özünü dərk etməsi üçün oxumalı olduğumuz bir əsərdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna start verilib.
Təlim kursunun açılış iclasında çıxış edən universitetin rektoru, professor Saleh Məhərrəmov dövlət strukturlarını və nazirliklərin əməkdaşlarını əhatə edən təlim kurslarının kadr hazırlığı baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Vurğulanıb ki, belə təlim kurslarının təşkili muxtar respublikada dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına göstərilən dövlət qayğısının təzahürüdür.
Sonra ekspert-təlimçi Murad Tahirov çıxış edərək “Layihə təsirinin qiymətləndirilməsi” mövzusunda keçiriləcək təlim kursunun iştirakçılara layihənin tərtib olunmasından başlayaraq onun icrasına qədər layihə təsirinin qiymətləndirilməsi prosesini mənimsətmək, eləcə də bu istiqamət üzrə başlıca üsul və vasitələri aşılamaqdan ibarət olduğunu bildirib. Ekspert-təlimçi bu sahədə mövcud dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə də məlumat verib.
Qeyd edək ki, “Layihə təsirinin qiymətləndirilməsi” mövzusunda 10 gün keçiləcək təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mina QASIMOVA

Hələ vaxtilə Marağalı Əvhədi “Cami-cəm” adlı əsərində yazırdı ki:
    Oğlunun olmasa ağlı, kamalı,
    Sən öldün, neyləyir dövləti-malı.
Atalar sözlərində isə xatırladılır ki, “Ağıl qızıldan qiymətlidir”, “Ağıllı baş hər şeydən mənfəət götürər”, “Ağıl başda ikən evin abadan”, “Ağıl yaşda deyil, başdadır”, “Ağıllı düşmən nadan dostdan yaxşıdır”, “Ağıllı kamal axtarar, cahil mal”, “Ağlınla gör, qəlbinlə duy” və sair. Azərbaycan xalq pedaqogikasında deyildiyi kimi, baş bədənin tacıdır. Ağıllı, düşüncəli, kamallı insan olmaq üçün başı biliklərlə zinətləndirmək lazımdır. Başı zinətləndirməkdən ötrü təhsilin bütün növlərindən, o cümlədən pedaqoji prosesin bütün vəzifə (təhsilləndirmə, tərbiyələndirmə, psixoloji inkişafa nail olma) və mərhələlərindən (qavrama, anlama, möhkəmlətmə, hesaba alma) metodik ustalıqla, eyni zamanda bir-birilə vəhdətdə istifadə etmək lazımdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu Şərur Rayon Təhsil Şöbəsi ilə birlikdə Şərur şəhər 1 nömrəli tam orta məktəbdə “Məktəbdə psixoloji xidmətin aktual problemləri və müasir fənn kurikulumlarının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə açan Şərur Rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev bildirmişdir ki, psixoloq-müəllimlərimizin kurslara cəlb edilməsi, onların kurslarda öyrəndikləri biliklər və əldə etdikləri vəsaitlər məktəbdə psixoloji işin düzgün qurulmasına kömək etmişdir. Bu cür tədbirlərin keçirilməsi, qarşılıqlı fikir mübadilələri, yerlərdə keçirilən görüşlər məktəb işinin düzgün qurulmasına, dövlətimizin təhsillə bağlı qarşıya qoyulan tələblərinin həyata keçirilməsinə xidmət edir.  

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Tariyel Talıbovla birlikdə həmin institutun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının müdiri, aqrar elmləri doktoru Varis Quliyevin 30 illik elmi-tədqiqat işlərinin nəticələri əsasında hazırladıqları “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı monoqrafiya geniş oxucu kütləsinə təqdim olunmuşdur. Kitabda muxtar respublika ərazisindəki üzüm genefonduna aid müxtəlif növ sortların biomüxtəlifliyi barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Nəşrdə Naxçıvan Muxtar Respublikasında üzümçülüyün inkişaf tarixi, müasir vəziyyətindən bəhs olunmuş, bu sahənin inkişafı üçün yararlı torpaq sahələrinin xəritəsi verilmiş, üzüm tənəyinə təsir edən ekoloji amillər tədqiq edilmiş, genefondun tərkibi, ərazidə yayılan yabanı üzüm biotipləri haqqında məlumatlar öz əksini tapmışdır. Həmçinin monoqrafiyada 93 aborigen, 14 introduksiya olunmuş və seleksiya yolu ilə alınmış yeni üzüm sortlarının morfoloji xüsusiyyətləri və irsi əlamətləri, əsas fenoloji fazaların gedişi, biomorfoloji və aqrobioloji göstəriciləri, xəstəliklərə və şaxtalara dözümlülüyü, habelə istifadə edilən məhsulun xüsusiyyətləri araşdırılmış, becərilən perspektivli sortların iqtisadi qiymətləndirilməsi aparılmış, onların ampeloqrafik təsvirləri verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadasını elan edib.
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayevin verdiyi məlumata görə, bilik olimpiadasının keçirilməsində məqsəd 90 illik yubileyini qeyd edən muxtar respublikamızın təbliği və tanıdılması, gənclərin bu sahədəki biliklərinin yoxlanılmasıdır. Olimpiada vasitəsi ilə yüksək bilik və bacarığa malik gənclər üzə çıxarılacaq, onlar ictimai və elmi fəaliyyətə həvəsləndiriləcək, gənclər təşkilatları ilə əməkdaşlığa cəlb ediləcəklər. Olimpiadada muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan hər bir gənc iştirak edə bilər. Olimpiada ikimərhələli şəkildə keçiriləcəkdir. Bilik olimpiadasında iştirak etmək istəyən hər  tələbə www.telebegencler.com saytına daxil olaraq elektron ərizə formasını doldurmaqla iştirakçı hüququ qazanacaq. Test üsulu ilə keçiriləcək olimpiadanın birinci mərhələsində ən yüksək nəticə göstərmiş 40 tələbə final mərhələsində iştirak edəcək. Olimpiadanın birinci və ikinci mərhələlərinin keçiriləcəyi yer qeydiyyatdan keçmiş tələbələrin sayına uyğun olaraq müəyyənləşdiriləcək və əvvəlcədən elan olunacaq. Olimpiada 5 aprel 2014-cü il tarixədək olan müddətdə keçiriləcək. Qeyd edək ki, müsabiqə nəticəsində finalda ən yaxşı nəticə göstərmiş 3 iştirakçı diplom və hədiyyələrlə mükafatlandırılacaq, final mərhələsinə keçmiş tələbələrə isə sertifikatlar təqdim olunacaq.

Xəbərlər şöbəsi

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda 58 məktəb fəaliyyət göstərir. Həmin təhsil ocaqlarının 54-ü tam, 4-ü isə ümumi orta məktəbdir.
Rayonda məktəb tikintisi diqqət mərkəzində saxlanılır. Ötən il 234 şagird yerlik Sərxanlı, 110 şagird yerlik Şahbulaq kənd tam orta məktəbləri üçün yeni binalar tikilmiş, 1026 şagird yerlik Dəmirçi, 396 şagird yerlik Xanlıqlar, 132 şagird yerlik Gümüşlü kənd tam orta məktəblərinin binaları isə əsaslı şəkildə yenidən qurulmuşdur. 2014-cü ildə isə rayonun Püsyan kəndində 630, Axura və Dizə kəndlərinin hər birində 198, Kürkənddə 216 şagird yerlik məktəb binaları yenidən qurulacaq.  
Cari dərs ilində 9386 şagirdin təhsil aldığı məktəblərdə 793 kompüter quraşdırılmışdır. Hər 13 şagirdə bir kompüter dəsti düşür. Bunlardan 563-ü internetə qoşulmuşdur. Eyni zamanda şagirdlər 127 elektron lövhəli sinifdən istifadə edirlər.
Tədrisin fasiləsiz təşkilini təmin etmək üçün də tədbirlər diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən dərs ilində 34 məktəb istilik sistemi ilə qızdırılırdısa, bu dərs ilində onların sayı 38-ə çatdırılmışdır.
Bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsinə imkan vermişdir. Bu səbəbdəndir ki, keçən il ümumtəhsil məktəblərinin XI siniflərini bitirən 840 məzunun 612-si ali məktəblərə sənəd vermiş, onlardan 311 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. 50 nəfər abituriyent 500 baldan yuxarı nəticə göstərmişdir.

Xəbərlər şöbəsi

Hər bir dövlətin müstəqil yaşaması üçün onun güclü ordusu olmalıdır. Ərazi bütövlüyünün təminatçısı olan ordunun formalaşdırılması isə ixtisaslı hərbi kadrların hazırlanmasından başlayır. Ümummilli liderimiz Heydər Əliyev istər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirmiş, gənc hərbi kadrların hazırlanması istiqamətində konkret tədbirlər görmüşdür.

Bu gün ölkəmizdə Silahlı Qüvvələrimiz üçün peşəkar kadrlar hazır­layan geniş imkanlara malik hərbi təhsil ocaqları fəaliyyət göstərir. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmış, Moskvanın ciddi narazılığına baxmayaraq, hərbi məktəb öz fəaliyyətini genişləndirmiş, ulu öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Bu dövrdə yaradılan möhkəm təməl ölkəmiz müstəqillik qazandıqdan sonra milli ordu qurucu­luğunun əsasını təşkil etmişdir.

Ardını oxu...

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar dünən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilmişdir. Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə keçirilən müsabiqəni Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi birgə təşkil etmişlər.
Müsabiqədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov, Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü, şair Ələsgər Axundov çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.
Qeyd edək ki, müsabiqədə rayon və şəhər turlarının qalibi olmuş 10 şagird iştirak etmişdir. Şahbuz rayon Keçili kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Elnarə Əliyeva müsabiqənin qalibi olmuşdur. Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Xanım Abdullayeva ilə Şərur şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Lamiyə Bağırbəyli isə ikinci və üçüncü yerlərə layiq görülmüşlər.
Sonda fəxri yerləri tutan və fərqlənən şagirdlərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin hədiyyələri, diplomları, fəxri fərmanları təqdim olunmuşdur. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə təltif edilmişlər.

Xəbərlər şöbəsi

Distant təhsilin keyfiyyəti kompüter avadanlıqları və internetin sürətindən, o cümlədən digər audio-vizual və informasiya texnologiyalarının uğurlu tətbiqindən asılıdır.
Naxçıvan Muxtar Respublikasında internet ilk dəfə 1999-cu ildə Naxçıvan Kompüter Mərkəzində abunəçilərin istifadəsinə verilmişdir. O zaman yalnız 8 abunəçi ilə internetə qoşulma imkanı əldə edən mərkəz qısa zamanda böyük inkişaf yolu keçmişdir. 10 may 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda www.nakhchivan.az internet provayderi yaradılmışdır. 2006-cı ildən internet provayderin adı www.nakhinternet.az olaraq dəyişdirilmişdir. Həmin dövrdə yalnız Dial-up-la internetə qoşulmaqla internetin sürəti 56 kb/san. olmuşdur. 2005-ci ilin oktyabr ayından etibarən isə Naxçıvan şəhərində internet şəbəkəsinə ən müasir texnologiya ilə – ADSL (asimmetrik rəqəmli abunəçi xətti) yəni genişzolaqlı internet xidməti vasitəsilə qoşulma tətbiq edilmişdir.

Ardını oxu...

Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Dilim zəngin xəzinəmdir” mövzusunda şeir müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə şöbənin  əməkdaşı Kamran Quliyev açaraq ana dilimizin inkişaf tarixindən və zənginliyindən danışaraq keçirilən şeir müsabiqəsinin dilimizin zənginliyinin gələcək nəslə təlqin olunması məqsədi daşıdığını vurğulayıb.
Müsabiqə iştirakçıları ana dilinə həsr olunmuş şeirlər söyləyiblər. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Sevinc Oruclu birinci, Yuxarı Qışlaq kənd tam orta məktəbinin şagirdi Səlbinaz İbrahimli isə ikinci yerə layiq görülərək müsabiqənin qalibi olublar.

Xəbərlər şöbəsi

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, xüsusilə 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumundan sonra Naxçıvan tarixinin öyrənilməsi sistemli xarakter almış, müstəqilliyin verdiyi imkanlardan istifadə edərək Naxçıvan tarixinin müxtəlif dövr və problemlərinə dair  geniş tədqiqat işləri aparılmışdır. Yüksək dövlət qayğısı ilə əhatə olunmuş naxçıvanlı alimlər bölgə tarixinin tədqiqi ilə əlaqədar müəyyən uğurlar qazanmışlar. Bu işdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlar istiqamətverici dövlət sənədləri kimi çox mühüm əhəmiyyət kəsb etmişdir. Alimlərimiz tərəfindən Ordubad rayonundakı Gəmiqaya abidəsi ətraflı tədqiq olunmuş, bununla əlaqədar çoxlu kitablar, monoqrafiyalar, məqalələr yazılmış, muxtar respublika ərazisindəki tarix-mədəniyyət abidələri pasportlaşdırılmış, bu abidələr əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanmış, Naxçıvan bölgəsinin tarixi coğrafiyasını, qədim zamanlardan Azərbaycan ərazisi olduğunu aydın şəkildə əks etdirən “Naxçıvan tarixi atlası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan: tarixi və abidələri” və sair sanballı nəşrlər elmi ictimaiyyətin ixtiyarına verilmişdir. Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, epiqrafikası, numizmatikası və sair ilə əlaqədar elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuş, çoxlu sayda monoqrafiyalar, kitablar və məqalələr nəşr etdirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbdə “Muxtariyyət ili” ilə əlaqədar  “Naxçıvanın  muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhəmmədəli Rüstəmov açıb. Sonra mövzu ilə bağlı məktəbin tarix müəllimi Süsən Cabbarova çıxış edib.
Vurğulanıb ki, sovet rəhbərliyi tərəfindən qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Qədim diyarın muxtariyyət statusu məsələsində görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, məsələ ilə bağlı Moskvada apardığı danışıqlar, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktub, nəhayət, Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ekoloji seminar keçirilmişdir. Seminarı məktəbin direktoru Aynur Mustafayeva açmışdır.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasının dünəni və bu günü” və “Naxçıvanın təbiəti” adlı slaydlar nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımov “Naxçıvan təbiətinin bu günü” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlığın qorunub saxlanılması bütün dövrlərdə aktual olsa da, ötən əsrin sonlarında, xüsusilə müstəqilliyimizin ilk illərində bu sahədə vəziyyət ürəkaçan olmamışdır. Blokada vəziyyətində mövcudluğunu davam etdirən muxtar respublikada məlum səbəblər üzündən yaşıllıqlar məhv edilmiş, ağaclar kəsilmiş, meşə sahələri bərbad vəziyyətə düşmüşdür. Ancaq bu vəziyyət uzun sürmə­miş, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunlarına dair keçirilmiş müşavirəyə və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində 8 konfrans və 5 lektoriya keçirilmişdir.  
Ötən il AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanası istifadəyə verilmişdir. Kitabxanada 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılmışdır. Kitabxananın www.e-kitab.ameanb.nmr.az adlı saytı fəaliyyətə başlamışdır.

Ardını oxu...

Fevralın 4-də Naxçıvan Müəllimlər İnstitutunda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə dair yığıncaq keçirilmişdir.
Yığıncağı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirmişdir ki, yanvarın 30-da  Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sosial-iqtisadi sahədə əldə edilən bir sıra nailiyyətlərlə yanaşı, ötən il işdə buraxılmış nöqsanlara da toxunmuşdur. Ali təhsil müəssisələrinin də işinə münasibət bildirən muxtar respublika rəhbəri bildirmişdir ki, ali və orta ixtisas təhsili məktəblərində müəllimlərin dərslərə hazırlıq səviyyəsinin aşağı olması, dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməməsi, dərslərdə əyaniliyin təmin olunmaması, təcrübi məşğələlərin formal xarakter daşıması kadr hazırlığına mənfi təsir göstərir.

Ardını oxu...

“Ağıllı” lövhələrdən məktəblərimizdə necə istifadə olunur?

Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərinin elektron lövhə ilə təchizatına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində məktəblərimizdə müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqları quraşdırılıb, internet şəbəkəsinə çıxış təmin olunub. Son illərdə muxtar respublikanın ümumtəhsil məktəblərində 551 elektron lövhə quraşdırılıb. Bəs elektron lövhə nədir?

Oxucularımıza elektron lövhə və bu lövhədə dərslərin keçilməsinin əhəmiyyəti barədə daha ətraflı məlumat vermək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin sektor müdiri Rəşad Əlizadə bildirdi ki, dərsdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradır. Qeyd etdi ki, elektron lövhə adi lövhə, hətta proyektor qoşulmuş kompüterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Elektron lövhə müəllimə bir çox illüstrativ vasitələrdən geniş (şəkil, xəritə, video və sair) istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksiyalara malik olan interaktiv elektron lövhə həm müəllimlərin, həm də şagirdlərin yaradıcılıq potensialının daha da artırılmasına şərait yaradır. Eyni zamanda keçilən dərslərdə interaktiv elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Ardını oxu...

İyirminci əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatında özünəməxsus yer tutan şairlərdən biri də Səid Səlmasidir. Qısa ömür sürməsinə baxmayaraq, o, romantik poeziyamızın ideya-bədii yüksəlişində əhəmiyyətli rol oynamış, publisistik əsərləri ilə də diqqəti cəlb etmişdir. İndiyədək bu istedadlı sənətkar haqqında bəzi məqalələr yazılmış, müxtəlif dərslik və tədqiqatlarda onun barəsində qısa şəkildə söz açılmışdır. Lakin şair-publisistin həyat və yaradıcılığı bu vaxtadək lazımınca araşdırılmamış, əsərləri tam halda toplanılıb nəşr edilməmiş, yalnız bir neçə şeri müasir oxuculara çatdırılmışdır. Bu baxımdan filologiya elmləri doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Elm və təhsil” nəşriyyatında yenicə çapdan çıxmış “Səid Səlmasi” adlı monoqrafiyası həmin sahədəki boşluğu aradan qaldıran dəyərli tədqiqat əsəridir.

Giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından, eləcə də “Əlavələr” bölməsindən ibarət olan bu kitabın ilk fəslində Səid Səlmasinin ömür yolu, mühiti, müasirləri ilə əlaqələri sistemli şəkildə araşdırılmış, şairin tərcümeyi-halı ilə bağlı ədəbiyyatşünaslığımızda müşahidə edilən bir sıra mübahisəli məsələlər dəqiqləşdirilmiş, həmçinin çoxsaylı faktlar, məlumatlar ilk dəfə aşkara çıxarılaraq elmi dövriyyəyə gətirilmişdir.

Ardını oxu...

Qloballaşan dünyamız informasiya əsrinə keçdikdən sonra yeni texnologiyalar distant təhsilin imkanlarını genişləndirdi. XXI əsrdə distant təhsil dedikdə təhsil alana öyrədilən məlumatın informasiya və kommunikasiya texnologiyaları vasitəsilə operativ çatdırılması, eyni zamanda öyrənilən materiallara testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə nəzarətin artırılması və onlayn imtahanların götürülməsi başa düşülür. Distant təhsilin tətbiqinin uğurlu nəticələri təhsil­almanın bu formasına dövlət dəstəyinin necə yerinə yetirilməsindən asılıdır.

Azərbaycan Respublikasında təhsil islahatları ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə aparılmışdır. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatların məqsədyönlü və planauyğun aparılmasına başlanılmışdır.

Ardını oxu...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi tərəfindən yaradılmış “Nəzarətçi-müəllimlərin qeydiyyatı” məlumat bazasına muxtar respublikanın ümumtəhsil məktəblərindən 698 nəfər nəzarətçi-müəllim haqda məlumatlar daxil edilib. Onlardan 200 nəfəri test imtahanlarına ilk dəfə nəzarətçi qismində cəlb olunacaq müəllimlərdir. Hazırda isə sözügedən bölmə tərəfindən məktəblərdə keçiriləcək sınaq-test imtahanlarına nəzarətçi qismində cəlb olunacaq müəllimlərlə seminar-məşğələlərin keçirilməsi üçün hazırlıqlara başlanılıb. Nəzarətçi-müəllimlərlə ilk seminar-məşğələ yanvarın 27-də Ordubad rayonunda keçirilib. Naxçıvan şəhərində və bölgələrimizdə davam etdiriləcək məşğələlər fevralın 5-dək davam edəcək.
Bu barədə məlumat redaksiyaya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsindən daxil olub. Məlumatda o da bildirilib ki, seminar-məşğələlərin keçirilməsində məqsəd nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminar-məşğələlər regional bölmənin məsul əməkdaşları tərəfindən aparılacaq. Məşğələlərdə iştirak edən müəllimlər, xüsusən bu prosesə ilk dəfə cəlb edilən nəzarətçilər aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak edəcəklər. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin Cənubi Koreya Respublikasının Kim Çonq Universitetinin elmi dərgisində çapdan çıxan yeni məqaləsi “Ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və tarixi faktlar” adlanır. Məqalədə erməni işğalçılarının əsassız ərazi iddiaları, azərbaycanlılara qarşı törətdikləri qırğınlar və soyqırımlar haqqında məlumat verilir və iddiaların heç bir tarixi əsası olmadığı ciddi elmi faktlarla sübuta yetirilir.
Bu mövzuda müəllifin daha bir məqaləsi “İrs” beynəlxalq jurnalının 2013-cü ildə italyan dilində çapdan çıxan birinci buraxılışında nəşr edilib. Məqalə italyandilli oxuculara tarixi həqiqətlərin çatdırılmasına xidmət edir.
Akademik İsmayıl Hacıyevin Almaniyanın “Referans” adlı mədəniyyət, sənət və ədəbiyyat dərgisində və Qazaxıstanda çap olunan Türk Akademiyasının “Türk dünyası” almanaxında da Naxçıvanın orta əsrlər tarixinə dair geniş məqalələri işıq üzü görüb. “Əcaib əd-Dünya” (“Dünyanın qəribəlikləri”) əsəri Azərbaycana bağlı Naxçıvanın tarixinin öyrənilməsində mühüm mənbə kimi” adlanan məqalədə adıçəkilən əsərin Naxçıvanla bağlı verdiyi məlumatların elmi təhlili aparılır, orta əsr Naxçıvanının mövqeyi, şəhərləri, yaşayış məskənləri, təsərrüfatı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilir.
Qeyd edək ki, ümumilikdə, müəllifin ötən il 2 monoqrafiyası, 20 elmi məqaləsi nəşr edilib. O, “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin əsas müəlliflərindən biridir.

Elnur KƏLBİZADƏ

“Gəmiqaya abidəsinin tədqiqinə hələ XX əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə başlanmışdır. Bunun nəticəsi idi ki, 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara almış, 1970-1987-ci illərdə burada tədqiqat işləri aparılmış, araşdırmaların nəticələrini əks etdirən bir sıra elmi materiallar çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamından sonra bu abidənin öyrənilməsi sahəsində işlər daha mütəşəkkilliklə davam etdirilmişdir”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” adlı elmi seminarda səsləndirilib.

Ardını oxu...

Qədim dövrlərdən bu günədək Azərbaycanın ədəbi-bədii və ictimai-fəlsəfi fikir tarixində, həmçinin ədəbi mühitinin formalaşması və inkişafında müstəsna xidmətləri olan alim, filosof və söz sənətkarlarının həyatı, yaradıcılığı və fəaliyyətinin araşdırılması ədəbiyyatşünaslıq elmimizin qarşısında duran aktual problemlərdəndir. Həmin problemlərin içərisində Naxçıvan ədəbi mühitinin və bu mühitin yetişdirdiyi şəxsiyyətlərin taleyi, sənəti və çoxşaxəli fəaliyyətinin öyrənilməsi də xüsusi yer tutur. Bu vəzifəni yerinə yetirən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi 10 ildən artıqdır ki, fəaliyyət göstərir.

Məlumdur ki, sovet dövründə tədqiqatçılar, xüsusilə humanitar elmlər üzrə fəaliyyət göstərən araşdırıcılar o zamanın şəriksiz hakim qüvvəsi olan kommunist partiyasının ideoloji tələblərindən yan keçə bilməmişlər. Nəticədə, çox­əsrlik ədəbiyyat tariximiz və onun yaradıcıları haqqında tam və obyektiv elmi araşdırmaların aparılması mümkün olmamışdır. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra meydana çıxan yeni ictimai-siyasi şərait tədqiqatçıların həmin təzyiq və ideoloji basqılardan yaxa qurtarmasına əlverişli imkan yaratmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində universitetin Tələbə-Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Mən Azərbaycanı tanıyıram” tələbələrarası bilik olimpiadasının II mərhələsi   keçirilmişdir.
Bilik olimpiadasının əsas məqsədi Naxçıvan Muxtar Respublikasında təhsil alan tələbə-gənclərin potensialını üzə çıxarmaq, Azərbaycan haqqında biliklərini daha da artırmaq, daxili inteqrasiyanı gücləndirmək, tələbə-gəncliyi bir araya toplamaq, yüksək bilik və bacarığa malik gənc­ləri qiymətləndirmək, digər gənc­lərdə stimul yaratmaq, onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdan ibarətdir.
350-yə yaxın tələbənin iştirak etdiyi I mərhələdə 90 nəfər yüksək nəticə göstərərək II mərhələyə vəsiqə qazanmışdır. II mərhələdə tələbələrə 50 sual təqdim olunmuşdur. Qeyd edək ki, bu mərhələdə ən yüksək nəticə göstərən 10 tələbə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Naxçıvan Dövlət Universitetinin qiymətli hədiyyələri ilə təltif ediləcəkdir.

Mehriban SULTAN

1990-cı il yanvarın 20-də öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 20 Yanvar faciəsindən 24 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günün ağrı-acısını unutmur, öz qəhrəman övladlarını ehtiramla yad edir.
Dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunmuşdu. Bu dərslərdə həmin faciə bir daha xatırlanmış, 1990-cı il hadisələri barədə şagird və tələbələrə ətraflı məlumat verilmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi və faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü mühüm işlərdən bəhs edilmişdir.

Xəbərlər şöbəsi

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk və onun rəhbərlik etdiyi işçi qrupu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin  tətbiqi ilə əlaqədar Naxçıvan Dövlət Universitetində olmuşlar. Sözügedən layihənin müzakirəsi zamanı universitetin rektoru, professor Saleh Məhərrəmov qeyd etmişdir ki, layihədə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil şəbəkəsinin yaradılması, müasir texnologiyaların alınıb quraşdırılması, rəqəmsal multimedia infra­strukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, yanvar ayının 12-də muxtar respublikanın 7 rayon mərkəzində və Naxçıvan şəhərində mərkəzləşmiş qaydada fənn olimpiadalarının rayon mərhələsi üzrə ikinci turu keçirilib. IX-XI sinif şagirdləri arasında keçirilən olimpiadada 958 məktəbli iştirak edib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən göndərilən sualların cavablandırılması qaydaları haqqında əvvəlcə şagirdlərə məlumat verilib. “Azərbaycan dili və ədəbiyyat”, “Azərbaycan tarixi”, “riyaziyyat”, “fizika”, “kimya”, “biologiya” və “informatika” fənlərini əhatə edən olimpiadada şagirdlərin fəallığı təmin olunub.    
Bilik yarışının qalibləri respublika üzrə keçiriləcək olimpiadada iştirak etmək hüququ qazanacaqlar.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zakir Rzayevin “Nəhəcirin Orta Tunc dövrü abidələri” adlı yeni kitabı  çapdan çıxıb. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, rəyçiləri AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə və tarix elmləri doktoru, professor Fəxrəddin Səfərlidir.

Monoqrafiyada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan Nəhəcir Orta Tunc dövrü abidələri haqqında ətraflı məlumat verilir, əldə olunmuş arxeoloji məlumatlar təhlil edilir.
Dörd fəsildən ibarət kitabın birinci fəsli “Nəhəcir Orta Tunc dövrü abidələrinin coğrafi mövqeyi və öyrənilmə tarixi” adlanır. İlk fəsildə ərazinin geoloji quruluşu, coğrafi mövqeyi, təbii şəraiti, abidənin öyrənilmə tarixi, Nəhəcir ərazisindən keçən köç yolları haqqında maraqlı məlumatlar verilir.
“Arxeoloji abidələr” adlanan ikinci fəsildə yaşayış yerləri, Nəhəcir qalası və ərazidəki qəbir abidələrindən bəhs olunur, onların xarakterik xüsusiyyətləri təhlil edilir.

Ardını oxu...

Qazanılan uğurların təməlində bu amil dayanır

Təhsilə qayğının ölkənin intellektual gələcəyinə xidmət etdiyini vurğulayan, öz fəaliyyətində bunu reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”. Bu gün ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı diqqət mərkəzində saxlanılır. Hər il yeni məktəb binaları tikilir,  təhsil ocaqlarında müasir tədris avadanlıqları quraşdırılır, məktəblilərin istifadəsinə kompüter dəstləri və elektron lövhələr verilir, şagirdlər pulsuz dərslik və ədəbiyyatlarla təmin olunurlar. Köklü maarifçilik ənənələrinə malik olan Ordubad rayonunda da təhsildə böyük uğurlar əldə edilib. Öncə onu qeyd edək ki, qədim Ordubad torpağının  tarixin bütün dönəmlərində özünün ziyalıları, görkəmli elm xadimləri ilə qürur duymağa, öyünməyə mənəvi haqqı olub. Maarifçilik ənənələrini bu gün də yaşadan rayonun təhsil sistemi respublikamızda bu sahəyə son illərdə  göstərilən dövlət qayğısından ruhlanaraq özünün yeni mərhələsinə qədəm qoyub. Rayon Təhsil Şöbəsinin müdiri İlqar Həsənovla söhbətimiz də bu barədədir:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə AMEA-nın Naxçıvan Bölməsi Naxçıvanda elmimizin baş qərargahı vəzifəsini uğurla həyata keçirir

AMEA Naxçıvan Bölməsi Azərbaycan xalqının böyük xilaskarı, ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Mükəmməl elmi-tədqiqat şəraiti ilə təmin edilən bu elm ocağı on bir ildə əldə etdiyi nailiyyətlərlə öz hesabatını verir.
Azərbaycan xalqı elm sahəsində qazandığı uğurlarla bütün dünyada tanınmışdır. Dünya ədəbiyyatının və elminin korifeyləri olan Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar, Yusif Məmməd­əliyev və elmin müxtəlif sahələrində fəaliyyət göstərmiş onlarla görkəmli elm, ədəbiyyat, incəsənət xadimləri  Azərbaycan xalqına böyük şöhrət gətirmişlər. Nizami Gəncəvi “İsgəndərnamə” əsərində “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” yazanda da məhz mənsub olduğu xalqın mənəvi meyarını ifadə etmişdir.

Ardını oxu...

Babək Rayon Təhsil Şöbəsində “Şagirdlərin dərsə davamiyyətinə təsir göstərən amillər və məktəblərdə psixoloji xidmətin təşkili” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda təcrübəli pedaqoqlar, məktəb psixoloqları, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov açıb. Qeyd edilib ki, qış aylarında məktəblərin istilik sisteminin normal işləməməsi şagirdlərin dərsə davamiyyətinə mənfi təsir göstərən amillərdəndir. Son illər muxtar respublikada, eləcə də Babək rayonunda həyata keçirilən quruculuq tədbirləri sayəsində yeni məktəb binalarının istifadəyə verilməsi, lazimi tədris şəraitinin yaradılması bu cür problemləri tamamilə aradan qaldırıb.

Ardını oxu...

Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Ekoloji tərbiyə hələ kiçik yaşlardan başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxış formalaşdırmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.

Ardını oxu...

Dekabrın 27-də Naxçıvan Dövlət Universitetində muxtar respublikadakı ümumtəhsil məktəblərinin bir qrup müəllimləri üçün kimya, fizika, biologiya fənləri üzrə təlim-seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilən təlim-seminarın açılış tədbirində əvvəlcə Universitet televiziyasının hazırladığı “Davamlı inkişafa doğru” adlı sənədli film nümayiş olunmuşdur.
Sonra universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək universitetdə tədris üçün yaradılan yüksək şəraitdən, qazanılan uğurlardan danışmışdır.

Ardını oxu...

Müasir təhsil infrastrukturunun yaradılması ölkəmizin gələcək inkişafı modelini formalaşdıran başlıca amillər sırasındadır. Artıq Azərbaycanda insan kapitalının yaradılması prinsipinə xidmət edən ümumtəhsil hərəkatı geniş vüsət almışdır. Hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələbləri də nəzərə alınmaqla davam etdirilir. “Biz iqtisadi potensialımızı insan kapitalı potensialına çevirməliyik”, – deyən ölkə Prezidenti təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir.

Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı diqqət mərkəzində saxlanılır. Hər il yeni məktəb binaları tikilir, müasir tədris avadanlıqları quraşdırılır, şagirdlər pulsuz dərslik və ədəbiyyatlarla təmin olunurlar. Son 18 ildə Naxçıvan Muxtar Respublikasında 200-dən artıq ən müasir maddi-texniki baza ilə təchiz olunmuş ümumtəhsil və peşə məktəbləri, o cümlədən məktəbdənkənar tədris müəssisələri tikilərək istifadəyə verilmişdir.

Ardını oxu...

Qafqaz Universitetinin əmək­daşlarından ibarət bir qrup heyət ENOTES TEMPUS proqramı çərçivəsində Naxçıvan Özəl Universitetində yaradılmış ECDL Mərkəzi ilə tanışlıq məqsədilə Naxçıvan Özəl Universitetində olmuşdur. Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən yüksək qayğıdan danışmış, Naxçıvan Özəl Universitetinin keçdiyi inkişaf yolu, eləcə də genişlənməkdə olan beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Qonaqlar adından Qafqaz Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sənnur Əliyev çıxış edərək universitetlərarası əlaqələrin inkişafında tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmışdır. Tədbirdə tələbə mübadiləsi və Naxçıvan Özəl Universiteti müəllimlərinin Qafqaz Universitetində ixtisasartırma kurslarında iştirakı məsələləri haqqında fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar Naxçıvan Özəl Universitetinin strukturunu, eləcə də beynəlxalq əlaqələrini əks etdirən təqdimata baxmış,  universitet ərazisini gəzərək ali məktəb üçün inşa edilən ayrı-ayrı korpuslarla tanış olmuşlar.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR