24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbdə “Muxtariyyət ili” ilə əlaqədar  “Naxçıvanın  muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhəmmədəli Rüstəmov açıb. Sonra mövzu ilə bağlı məktəbin tarix müəllimi Süsən Cabbarova çıxış edib.
Vurğulanıb ki, sovet rəhbərliyi tərəfindən qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Qədim diyarın muxtariyyət statusu məsələsində görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, məsələ ilə bağlı Moskvada apardığı danışıqlar, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktub, nəhayət, Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb olub.

Nəticədə, Naxçıvanın muxtariyyət statusu RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edilib. Elə həmin il oktyabrın 13-də RSFSR ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirilib.
“Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi”, – deyən Süsən Cabbarova bildirib ki, həmin il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekretinə əsasən, Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR tərkibində muxtar respublikaya çevrilib.
Sonra məktəbin tarix müəllimi Fəridə Mərdanova “Müstəqillik illərində Naxçıvan” mövzusunda danışaraq bildirib ki, Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində, Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm amil olub. Bu status ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvanın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizədə xüsusi əhəmiyyət kəsb edib. Qeyd edilib ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən blokada şəraitində olan Naxçıvanı erməni hücumlarından, işğaldan qoruyub, muxtar respublikada sosial-iqtisadi və mədəni quruculuq sahəsində geniş, çoxşaxəli tədbirlər həyata keçirib. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra muxtar respublika yeni yüksəliş yoluna qədəm qoyub.
Sonda elektron lövhədə sənədli film nümayiş olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR