24 Dekabr 2024, Çərşənbə axşamı

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk və onun rəhbərlik etdiyi işçi qrupu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin  tətbiqi ilə əlaqədar Naxçıvan Dövlət Universitetində olmuşlar. Sözügedən layihənin müzakirəsi zamanı universitetin rektoru, professor Saleh Məhərrəmov qeyd etmişdir ki, layihədə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil şəbəkəsinin yaradılması, müasir texnologiyaların alınıb quraşdırılması, rəqəmsal multimedia infra­strukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılmışdır.

Bir neçə günlük səfər çərçivəsində layihənin uğurlu icrası istiqamətində əhəmiyyətli işlər görülmüş, Naxçıvan Dövlət Universiteti tərəfindən layihəni icra edəcək işçi qruplarla birgə müzakirələr aparılmışdır.  Akademik idarəetmə sistemi, texniki təminat, portal, elektron sənəd dövriyyəsi, multimedia üzrə işçi qrupları ilə birgə elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun qurulması, alınacaq texniki avadanlıqların və proqramların seçilməsi ilə əlaqədar məsələlər razılaşdırılmışdır. Koreyalı işçi heyət informasiyalaşdırılmış universitet, elektron təhsil şəbəkəsinin yaradılması məqsədilə universitetin müxtəlif struktur bölmələrini gəzmiş, idarəetmə sistemi, tədris prosesi ilə yaxından tanış olmuşdur.
Yekun tədbirdə layihədə ediləcək yeniliklər, təkliflər birgə müzakirə olunmuşdur. Müzakirə zamanı Naxçıvan Dövlət Universiteti tərəfindən layihənin ümumi rəhbəri rektor, professor Saleh Məhərrəmov və KOİCA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi, xanım Kim Eun-suk layihənin həyata keçirilməsi ilə bağlı növbəti mərhələlərdə qarşıda duran vəzifələr, görüləcək işlər haqqında məlumat vermişlər.
Sonda Naxçıvan Dövlət Universiteti ilə layihəni reallaşdıracaq icraçı şirkət arasında müqavilə imzalanmışdır.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR