24 Dekabr 2024, Çərşənbə axşamı

Bu mövzuda Naxçıvan Müəllimlər İnstitutunda respublika elmi konfransı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Müəllimlər İnstitutunun birgə keçirdiyi elmi konfrans Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuşdu. Ölkəmizin və muxtar respublikamızın  müxtəlif ali məktəblərinin əməkdaşlarının, şəhər və rayon təhsil şöbələri nümayəndələrinin, qabaqcıl müəllimlərin, psixoloqların, uşaq bağçası tərbiyəçilərinin iştirak etdikləri elmi konfransın plenar iclasını Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli açaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, cəmiyyət inkişaf etdikcə həyatımızın bütün sahələri kimi, təhsilə də yeni yanaşma zərurəti yaranır. Bugünkü konfrans fəal təlim metodlarından olan təhsil kurikulumlarının nəzəri problemlərinin öyrənilməsinə və tətbiqinə həsr edilib.
Plenar iclasda institutun Kurikulum mərkəzinin metodisti Tamara Baxşəliyevanın, institutun əməkdaşları – pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyevin, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlının məruzələri dinlənilib.

Məruzələrdə qeyd olunub ki, müasir əsas pedaqoji anlayışlar kurikulum strategiyasının, onun mahiyyətinin və məzmununun öyrədilməsində mühüm rol oynayır. Bu məqsədlə Azərbaycan cəmiyyətinin tələbləri əsasında təhsilin yenidən qurulması bir vəzifə kimi qarşıya qoyulub. Bununla da, milli kurikulumun tədrisdə tətbiqi öz əksini tapıb. Artıq respublikamızda 7 ilə yaxındır ki, ümumtəhsil məktəblərində Ümumi Təhsil Konsepsiyası üzrə (Milli Kurikulum) tədrisə başlanılıb.
Plenar iclasdan sonra elmi konfrans öz işini “Kurikulumda təlimin təşkili”, “Kurikulumda məzmun standartları və dərs nümunələri” və “Kurikulumda strategiyalar” adlı bölmələrdə davam etdirib.
Bölmə iclaslarında Naxçıvan Müəllimlər İnstitutunun professorları Akif İmanlının, Sədaqət Həsənovanın, Naxçıvan Dövlət Universitetinin professoru Gültac Əliyevanın, Naxçıvan Dövlət Universitetinin dosentləri Kamal Camalovun, Rəcəb Ağayevin, tam orta məktəb müəllimlərinin, psixoloqlarının və başqalarının məruzələri dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR