24 Dekabr 2024, Çərşənbə axşamı

Fevralın 4-də Naxçıvan Müəllimlər İnstitutunda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə dair yığıncaq keçirilmişdir.
Yığıncağı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirmişdir ki, yanvarın 30-da  Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sosial-iqtisadi sahədə əldə edilən bir sıra nailiyyətlərlə yanaşı, ötən il işdə buraxılmış nöqsanlara da toxunmuşdur. Ali təhsil müəssisələrinin də işinə münasibət bildirən muxtar respublika rəhbəri bildirmişdir ki, ali və orta ixtisas təhsili məktəblərində müəllimlərin dərslərə hazırlıq səviyyəsinin aşağı olması, dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməməsi, dərslərdə əyaniliyin təmin olunmaması, təcrübi məşğələlərin formal xarakter daşıması kadr hazırlığına mənfi təsir göstərir.

Bu göstərilənləri əsas götürərək biz də öz işimizə yenidən nəzər yetirməli, seminar və təcrübi məşğələlərin keyfiyyətinin yüksəldilməsi üçün mövzulara uyğun olaraq elektron lövhələrdən istifadəyə daha geniş yer verməli, məzmunlu slaydların hazırlanmasına və tədris prosesində tələbələrə təqdim edilməsinə çalışmalıyıq. Eyni zamanda məşğələlər zamanı tələbələrlə aktuallıq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılmalıdır.
“Dostluq əlaqələrinə malik olduğumuz xarici ölkə universitetləri ilə internet üzərindən onlayn bağlantı qurmaq təcrübəmiz də vardır”, – deyən rektor bildirmişdir ki, bu işi müntəzəm həyata keçirməliyik.
Tədbirdə çıxış edən institutun tədris işləri üzrə prorektoru, professor Akif İmanlı tədris prosesindəki mövcud vəziyyət haqqında, Xarici əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlı xarici ölkə ali məktəbləri ilə yaradılan qarşılıqlı əlaqələrdən, Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov tələbələr tərəfindən sərbəst işlərin işlənmə vəziyyətindən və bu işlərin qiymətləndirilməsində müşahidə olunan çatışmazlıqlardan danışmışlar.
Yığıncağa yekun vuran institutun rektoru, professor Oruc Həsənli mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər görülməsinin zəruriliyini vurğulamışdır.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR