24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikamızda peşə təhsilinin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə fəaliyyət göstərən tədris müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində də bacarıqlı mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetirilir. 2012-ci ildə məktəb üçün hərtərəfli tədris şəraitinə və maddi-texniki təchizata malik olan kompleksin istifadəyə verilməsi bu istiqamətdə görülən tədbirlərin miqyasını daha da genişləndirmişdir.

Bu gün Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində təhsil alan müdavimlərin bilik və praktik vərdişlərinin artırılması daim diqqət mərkəzində saxlanılır. Çünki təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir. Hazır­da məktəbdə yürüyüş təlimlərinin keçirilməsi üçün 8 ədəd avtomobil, minik və yük avtomobillərinin bazasında yığılmış 2 ədəd avtotrenajor vardır. Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçirilir, kənd təsərrüfatı texnikalarından istifadə üzrə mütəxəssislər hazırlanır. Təlim kursu başa çatdıqdan sonra müdavimlər bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücü­lük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan verirlər.
2013-cü ildə məktəb öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuş, bu müddətdə 110 qrupda təhsilini başa vuran 3276 müdavimə şəhadətnamə verilmişdir. Məktəbi bitirən müdavimlərdən 240-ı qadınlar, 360-ı isə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən gənclər olmuşdur.
Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi peşəkar sürücülərin və ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətini 2014-cü ildə də davam etdirəcəkdir.

“Şərq qapısı”

Universitetə qəbula hazırlaşan abituriyentdən tutmuş ali təhsil müəssisəsində çalışan hər kəsi düşündürən suallardan biri də budur: distant təhsil nədir və təhsilin bu forması Azərbaycan təhsil məkanına necə tətbiq olunacaq? Əvvəlcə, distant təhsilin yeri və inkişaf tarixi haqqında məlumat vermək faydalı olar. Distant təhsillə bağlı internet üzərindən apardığım araşdırmalar 3 istiqaməti əhatə etmişdir: dünya təhsil məkanında distant təhsil; Azərbaycanda distant təhsilin yaranması və inkişaf tarixi, Naxçıvan Muxtar Respublikasında distant təhsilin tətbiqi imkanları. 

Dünya tarixində distant təhsil

Distant təhsil iki subyekti birləşdirir –  tələbə və onu dəstəkləyən təhsil müəssisəsini. Distant təhsil tarixən iki istiqamətdə həyata keçirilmişdir: məsafədən idarə olunmaqla birtərəfli və ikitərəfli. Birtərəfli təhsil öyrənənə təhsil verən tərəfindən məsafəli şəkildə mövzu ilə bağlı materialların çatdırılması yolu ilə həyata keçirilmişdir. İkitərəfli distant təhsil öyrədən və öyrənənin məsafəli şəkildə qarşılıqlı fikir mübadiləsi ilə həyata keçirilən təhsil forması kimi qəbul edilmişdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində keçirilən elmi seminarda çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinin nadir növlərinin fototələlər vasitəsilə müşahidəsinin monitorinqi haqqında məlumat verib. Qeyd edilib ki, institut əməkdaşlarının apardıqları müşahidələr nəticəsində muxtar respublikanın müxtəlif ərazilərində bəbir, vaşaq, çöl pişiyi, bezoar, oxlu kirpi, muflon, çay samuru, dələ, porsuq, qulaqlı kirpi, xəzər uları, kəklik, qaban, canavar, çaqqal və tülkülərin yaşadığı qeydə alınıb, qurulmuş fototələlər vasitəsilə heyvanların və quşların şəkilləri və videogörüntüləri əldə olunub. Həmin görüntülər elektron lövhə vasitəsilə seminar iştirakçılarına nümayiş etdirilib. Vurğulanıb ki, muxtar respublikada ərazilərin təbii landşaftının qorunub saxlanılması, eyni zamanda əlverişli iqlim şəraiti burada müxtəlif nadir heyvan növlərinin yaşamasına imkan verir. Bu istiqamətdə aparılan işlər davam etdirilir.
Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Elmi seminara yekun vuran AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikamızın zəngin fauna və florasının daha dərindən öyrənilməsi məqsədilə tədqiqatların genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında  Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyinə həsr olunmuş hüquq olimpiadasının II turu keçirilib.
Naxçıvan Dövlət Universitetinin müvafiq auditoriyalarında keçirilən növbəti turda 36 tələbə iştirak edib. Bu turda da tələbələr 1 saat ərzində Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən hazırlanmış 4 variantda (A, B, C, D) 60 test tapşırığı üzrə biliklərini yoxlayıblar. Tələbələr arasında keçirilmiş hüquq olimpiadasının II turunun cavabları olimpiadanın münsiflər heyəti tərəfindən yoxlanılacaq. Bu turda ali və orta ixtisas təhsili müəssisələri üzrə ən yüksək bal toplamış ilk 3 tələbə qalib elan olunacaq.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında hüquq olimpiadasının I turu 23 noyabr 2013-cü il tarixdə keçirilib və bu turda 227 tələbə iştirak edib.

Səbuhi HƏSƏNOV

Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən növbəti təlim kursu başa çatıb. UNİCHECK Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən və “Su ehtiyatlarının inteqrasiyalı idarə olunması” mövzusuna həsr olunan təlim kursunda kəhrizlərin yararlı hala salınması və mühafizəsi, qlobal  iqlim  dəyişmələri və su ehtiyatlarının inteqrasiyalı idarə olunması ilə, həmçinin su sistemlərinin idarə olunmasında icma təşəbbüsləri, su və gender bərabərliyi, ekoloji axım, su obyektlərinin çirklənməsinin qarşısının alınması və digər məsələlərlə bağlı mühazirələr oxunub, slaydlar təqdim olunub.
Yekun tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək növbəti təlim kursunun uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının əməkdaşlarını əhatə edən bu təlim kurslarında universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrinin də iştirak etməsi təqdir­olunası haldır və bu, onların peşəkar mütəxəssis kimi formalaşmalarında mühüm rol oynayır.
Ekspertlər adından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əkbər Əsgərov təlimin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edib.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Mehriban SULTAN

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Cha Chang-soon Naxçıvan Dövlət Universitetində olmuşdur. Diplomatik nümayəndə universitetin strukturu, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzlərində Koreya dilinin tədrisi ilə tanış olmuşdur. Bildirilmişdir ki, mərkəzdə Koreyanın tarixi, milli mədəniyyəti, ali təhsil sistemi ilə bağlı materiallar toplanmışdır. Hazırlıq kurslarında Koreya dilini universitetin beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı Canq Second tədris  edir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində “Naxçıvan xanlığı və onun Azərbaycan tarixində yeri” mövzusunda açıq dərs keçilmişdir. Açıq dərsdə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişlər.
Açıq dərsdə məktəbin direktoru Hökumə Mahmudova, tarix müəllimi Səidə Əkbərova şagirdlərə Naxçıvan xanlığı haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığı  milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil etmiş, bölgənin inkişafında, müdafiə qabiliyyətinin gücləndirilməsində, sərhədlərin qorunub saxlanılmasında və inzibati idarəçiliyin formalaşmasında vacib tarixi missiyanı yerinə yetirmişdir. İnzibati ərazi baxımından 2 dairədən və 9 mahaldan ibarət olan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlayaraq  Araz çayı vadisinə qədər 9429 kvadratkilometr ərazini əhatə edirdi.

Ardını oxu...

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyi”nə həsr olunmuş hüquq olimpiadasının II turu keçirilib.
Olimpiadanın II turu Naxçıvan şəhərində, Ordubad və Şərur rayonlarında yerləşən müvafiq təhsil müəssisələrində keçirilib. İkinci turda da şagirdlər 1 saat ərzində Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən hazırlanmış 4 variantda (A, B, C, D) 60 test tapşırığı üzrə öz biliklərini yoxlayıblar. Hüquq olimpiadasının II turunun nəticələri dövlət qurumları, elm-təhsil ocaqları nümayəndələrindən ibarət yaradılmış olimpiadanın münsiflər heyəti tərəfindən yoxlanılacaq və ən yüksək bal toplamış ilk 3 şagird qalib olacaq.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının I turu 27 noyabr 2013-cü il tarixdə keçirilib. İkinci turda iştirak üçün vəsiqə qazanmış 95 şagirddən 93-ü bu turda iştirak edib.

Xəbərlər şöbəsi

Culfa Rayon Təhsil Şöbəsində “Şagirdlərin dərsə davamiyyətinə təsir göstərən amillər” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda təcrübəli pedaqoqlar, məktəb psixoloqları, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov açıb.
Qeyd edilib ki, bir neçə il bundan əvvəl məktəblərin istilik sisteminin bərbad vəziyyətdə olması qış aylarında şagirdlərin dərsə davamiyyətinə mənfi təsir göstərən amillər sırasında birinci yeri tuturdu. Ancaq son illərdə muxtar respublikada, eləcə də Culfa rayonunda həyata keçirilən qurucu­luq tədbirləri çərçivəsində bütün bu problemlər tamamilə aradan qaldırılıb. Yəni şagirdlərin dərsdən yayınmaları üçün heç bir səbəb ola bilməz.
Bildirilib ki, şagirdlərin təhsilə davamiyyəti, ilk növbədə, valideyn məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədardır. Uşaqların təhsildən yayınmasına şərait yaradan əsas amillər kimi valideynlərin uşaqların təhsilə olan davamiyyətinə az diqqət yetirməsi və məlumatsızlığını qeyd etmək olar. Bundan başqa, məktəblərdə davamiyyətlə bağlı qeydlərin aparılmasına da ciddi diqqət yetirilməli və bu işə nəzarət artırılmalıdır. Şagirdlərin dərsə davamiyyətinə bilavasitə məktəb rəhbərləri cavabdehdirlər. Onlar davamiyyətə gündə­lik nəzarət etməli, belə uşaqların valideynləri ilə görüşüb dərsdən yayınmanın səbəblərini araşdırmalı və müvafiq tədbirlər görməlidirlər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Səbuhi HÜSEYNOV

Naxçıvan Özəl Universitetinin Humanitar elmlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tarixdə Səfəvilər: reallıqlar və müasir baxış” mövzusunda diskussiya keçirilib. Diskussiyada universitetin tarixçi müəllimləri ilə yanaşı, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları və tələbələri də iştirak ediblər.
Diskussiyanı giriş sözü ilə açan Naxçıvan Özəl Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli belə tədbirlərin keçirilməsinin tələbələrin biliklərinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ardını oxu...

Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində növbəti təlim kursunun keçirilməsinə başlanılıb. “UNİCHECK” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı ilə “Su ehtiyatlarının inte­qrasiyalı idarə olunması” mövzusunda keçiriləcək təlim kursunun açılış mərasimində universitetin rektoru, professor Saleh Məhərrəm­ov çıxış edərək universitetdə müxtəlif mövzulara həsr olunmuş bir neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.    
Ekspert-təlimçi, “UNİCHECK” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Aytən Poladova, su ehtiyatları mühəndisi, hidroloq Dr. Laszo İritz çıxış edərək bu sahədə mövcud dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat veriblər.         
İngilis dilində keçiriləcək təlim kursu 6 gün davam edəcək.

Mina QASIMOVA

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin elmi-tədqiqat institutlarının və bölmə tərkibində fəaliyyət göstərən digər qurumların hesabatlarının dinlənilməsinin başa çatdığını yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Akademik AMEA Naxçıvan Bölməsinin fəaliyyəti ilə bağlı geniş hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən və 7 mövzuya daxil оlan 34 işin 95 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Tədqiqatlar 21 şöbə və 8 labоratоriyada 1 nəfər akademik, 4 nəfər müxbir üzv, 6 nəfər elmlər dоktоru, 52 nəfər fəlsəfə dоktоru, 5 nəfər doktorant, 3 nəfər dissertant, 17 nəfər elmi işçi оlmaqla, 88 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib. Elmi işçilərdən 6 nəfərin iş yerini dəyişməsi və 1 nəfərin vəfatı ilə bağlı planda nəzərdə tutulan 7 mərhələ üzrə tədqiqatların icrası dayandırılıb.

Ardını oxu...

“Duzdağ” otelində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, həmçinin Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyununun yeniyetmə və gənclər arasında III Azərbaycan çempionatının final mərhələsi keçirilmişdir.
Yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə  vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov açmış, ölkədə gənclərə göstərilən dövlət qayğısından danışmışdır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov çıxış edərək belə tədbirlərin şagirdlərin intellektual səviyyələrinin yüksəldilməsindəki rolundan bəhs etmişdir.
Sonra püşkatma olmuşdur.
Gərgin keçən bilik yarışında “Xəmsə” intellektual oyununun final mərhələsində ölkəmizin 25 regionundan 32 komanda olmaqla, 220 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Komandaların 3-ü muxtar respublikanı təmsil etmişdir.
Qalib gəlmiş komandaların üzvləri  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Türkan HÜSEYNLİ

“Xəmsə” milli intellektual oyunu üzrə gənclər arasında III Azərbaycan Çempionatının final mərhələsinin iştirakçıları dekabrın 9-da Naxçıvana gəlmişlər. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə bu gün keçiriləcək final mərhələsinin iştirakçıları olan 32 komandanın üzvləri dünən Heydər Əliyev Muzeyində, Duzdağ Fizioterapiya Mərkəzində və Əcəmi seyrəngahında olmuşlar.
Heydər Əliyev Muzeyində qonaqlara ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən yaradılmış, 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.

Ardını oxu...

Onların bir çoxu öz vəzifəsinin öhdəsindən gələ bilmir

Aydındır ki, məktəbdə psixoloji xidməti məktəb psixoloqu yerinə yetirir. Lakin bu əhəmiyyətli məsələnin bir mütəxəssis tərəfindən keyfiyyətlə həyata keçirilməsi mümkün deyil. Ona görə də bütün pedaqoji kollektiv, daha dəqiq desək, hər bir müəllim məktəbdə psixoloji xidmət göstərmək səriştəsinə malik olmalıdır. Son nəticədə isə yenə də ən böyük məsuliyyət psixoloqların üzərinə düşür. Məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır.

Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətindir. Burada isə psix­o­profilaktik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir. Həmin cəhət məktəbdə psixoloji xidmət zamanı nəzərə alınmalıdır. Araşdırmalar, sorğular sübut edir ki, şagirdlər məktəb psixoloqları ilə heç ünsiyyətdə olmurlar. 

Ardını oxu...

Dekabrın 6-da Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri” mövzusunda elmi konfrans keçirilib. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə keçirilən elmi konfransda əvvəlcə Azərbaycan elminin, təhsilinin inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Konfransın plenar iclasını Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov açmışdır.

Ardını oxu...

Hərb tariximizdə xatırlanmağa layiq olan hərbçi Kəngərli süvarilərindən biri də Ehsan xan II Kalbalı xan oğlu Naxçıvanskidir. Yazımızın əvvəlində qeyd edək ki, 1800-cü ildən sonra Naxçıvan xanlığına, həmçinin quberniya dövrünə aid sənədlərdə 3 Ehsan xanın adına rast gəlinir. Bunlardan birincisi Ehsan xan I Kalbalı xan oğludur, ikincisi general-mayor II Kalbalı xan Naxçıvanskinin oğlu Ehsan xan, üçüncüsü isə Cəfərqulu xanın oğlu podpolkovnik Ehsan xandır.
1990-cı ildən sonra yazılan bir sıra kitablarda bunların fəaliyyəti qarışdırıldığından, birinin fəaliyyəti o birisinin adına yazıldığından qərara aldıq ki, I Kalbalı xandan sonrakı adları şərti olaraq I Ehsan xan, II Ehsan xan və III Ehsan xan kimi təqdim edək. I Kalbalı xanın atasının da adı Ehsan xandır. Azərbaycan və Rusiya hərb tarixində hər üç Ehsan xanın böyük xidmətləri olduğundan onlar haqqında doğru-dürüst məlumat verməyimiz əsas məqsədimizdir.

Ardını oxu...

İnsan cəmiyyətinin formalaşdığı ən qədim dövrlərdən müasir günümüzədək dünyanın elə bir görkəmli şəxsiyyətini göstərmək mümkün deyil ki, onun məktəblə, təhsillə bağlı müdrik kəlamları olmasın. Təhsilə həmişə xalqın intellektual potensialını formalaşdıran, elmi səviyyəsini yüksəldən strateji əhəmiyyətə malik bir sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, tarixin müxtəlif dövrlərində ayrı-ayrı xalqların və dövlətlərin bəşər sivilizasiyasına verdiyi töhfələr qiymətləndirilərkən təhsilin səviyyəsi, məktəblərin rolu da nəzərə alınır. Hələ XIX əsrin sonlarında Azərbaycanın görkəmli maarifçi ziyalılarından olan, “Əkinçi” qəzetini təsis etməklə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi deyirdi: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.

Ardını oxu...

“AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun ötən illərdə apardığı elmi-tədqiqat işləri imkan verir ki, bu elmi-tədqiqat institutu tədqiqat sahələrini daha da genişləndirsin”. Bunu institutun hesabat yığıncağında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.
Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıb­ov görülən işlər haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2013-cü tədqiqat ilində plana uyğun olaraq, institutda 27 mərhələdə 11 iş yerinə yetirilib. Elmi- tədqiqat işi ilə 27 nəfər, o cümlədən bir nəfər AMEA-nın müxbir üzvü, bir nəfər biologiya elmləri doktoru, bir nəfər aqrar elmlər  doktoru, 12 nəfər biologiya üzrə fəlsəfə doktoru, bir nəfər baytarlıq üzrə fəlsəfə doktoru, 6 nəfər kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, bir nəfər kimya üzrə fəlsəfə doktoru, 4 nəfər isə dissertant məşğul olub.
Tədqiqat ilində Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən 120 elmi əsər – 7 monoqrafiya, 2 kitab,  bir metodik vəsait, 110 elmi məqalə çap edilib ki, bunlardan 2 monoqrafiya, 9 məqalə, 20 konfrans materialı xaricdə işıq üzü görüb.
Sonra AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvləri çıxış edərək hesabat məruzəsi ilə bağlı fikirlərini bildiriblər. Çıxışlarda əldə edilən nəticələr təqdirəlayiq hesab olunub.

Xəbərlər şöbəsi

“AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun bu il əldə etdiyi ən böyük uğur “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin hazırlanaraq nəşrə təqdim edilməsidir”. İnstitutun 2013-cü ilə dair еlmi və еlmi-təşkilаti fəаliyyəti hаqqındа hesabat yığıncağını giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev belə deyib.
2013-cü ildəki fəaliyyət haqqında geniş hesabat məruzəsi ilə çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli qeyd edib ki, bu il АMЕА Nахçıvаn Bölməsi Tаriх, Еtnоqrаfiyа və Аrхеоlоgiyа İnstitutunun əməkdаşlаrı 5 iş üzrə 14 mərhələdə elmi-tədqiqat işləri aparıblar.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının Naxçıvan Muxtar Respublikasında təhsil alan, fəaliyyət göstərən tələbə-gənclərin potensialını üzə çıxarmaq, Azərbaycan haqqında biliklərini daha da artırmaq, daxili inteqrasiyanı gücləndirmək, sağlam rəqabəti formalaşdırmaq, tələbə gəncliyi bir araya toplamaq, yüksək bilik və bacarığa malik olan gəncləri qiymətləndirmək, digər gənc­lərə də stimul yaratmaq, onların asudə vaxtlarını səmərəli keçirmək məqsədilə həyata keçirdiyi “Mən Azərbaycanı tanıyıram” tələbələrarası bilik olimpiadasına onlayn qeydiyyat başlayıb. Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatından verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Naxçıvan Dövlət Universiteti Tələbə- Gənclər Təşkilatının Naxçıvan Muxtar Respublikasının tələbələri arasında keçirəcəyi bu layihədə ixtisasından asılı olmayaraq, olimpiadada iştirak etmək istəyən muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan hər bir tələbə 14 dekabr 2013-cü il tarixə kimi www.atgti.az saytına daxil olub ərizə formasını doldura bilərlər.    
Xatırladaq ki, müsabiqə iki mərhələdən ibarət olmaqla keçiriləcək. Birinci mərhələdə nəticəsi məqbul hesab olunan tələbələr ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. Suallar test formasında təqdim olunacaq. Müsabiqənin keçirilmə yeri və vaxtı əvvəlcədən iştirakçılarla əlaqə saxlanılmaqla bildiriləcək.

Elnur KƏLBİZADƏ

Naxçıvan Türk Liseyində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu “Məktəbdə psixoloji xidmətin aktual problemləri və müasir fənn kurikulumlarının tətbiqi” mövzusunda birgə elmi-praktik konfrans keçirib.
Tədbiri giriş sözü ilə Naxçıvan Türk Liseylərinin baş direktoru Həsən Avcı açaraq konfransda məruzə olunacaq mövzular və müzakirə ediləcək məsələlər haqqında məlumat verib, bu təhsil ocağında psixoloji xidmətin təşkili və fənn kurikulumlarının tətbiqi barədə danışıb.

Ardını oxu...

“2013-cü ildə Azərbaycan öz peykini orbitə göndərməklə dünyanın kosmik sənayeyə sahib olan ölkələrindən birinə çevrildi. Bu sahənin davamlı inkişafı isə alimlərin və mütəxəssislərin tədqiqatlarını stimullaşdırmaqla bərabər, elm adamlarının da üzərinə böyük vəzifələr qoyur. Batabat Astrofizika Rəsədxanasının imkanlarından istifadə etməklə bu sahədə tədqiqatlar aparan naxçıvanlı elm adamları da tədqiqatların genişləndirilməsinə xüsusi diqqət yetirməlidirlər”. “Günəş sisteminin dinamikasının tədqiqində son nailiyyətlər” adlı elmi konfransda bu fikirləri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. O qeyd edib ki, göstərilən dövlət dəstəyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa diqqət və qayğısı ilə getdikcə texniki imkanların daha da genişlənməsi, maddi-texniki bazanın güclənməsi imkan verir ki, Naxçıvanda bu sahədə tədqiqat aparan elm adamları tədqiqatlarının nəticələri haqqında elmi konfranslar və seminarlarda elmi ictimaiyyətə daha geniş məlumat versinlər. Təşkil edilən bu konfrans da bu istiqamətdə atılan ilk addımlardan biri hesab edilə bilər.
Konfransda AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev “Günəş sisteminin ümumi xarakteristikası və dinamik xüsusiyyətləri”, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Məmmədli “Yuli tarixi və onun hesablanması alqoritmi haqqında”, rəsədxananın böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Əlövsət Dadaşov “Asteroid-komet” təhlükəsizliyi probleminə müasir baxışlar” mövzularında maraqlı elmi məruzələr edib, elektron lövhə vasitəsilə fotoslaydlarla mövzulara əyani şəkildə aydınlıq gətiriblər.
Məruzəçilər tərəfindən konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Elmi konfransın sonunda Günəş sisteminə aid videofilm nümayiş etdirilib.

Elnur KƏLBİZADƏ

Tarixin bütün dövrlərini əks etdirən abidələrlə zəngin olduğuna görə Şəruru təbii arxeoloji muzey adlandırmaq olar. Bu “muzeyə” daxil olan arxeoloji abidələr Arpaçay vadisi boyu maraqlı bir qanunauyğunluqla düzülmüş və uzaq Daş dövrünü əks etdirən Qazma mağarasından başlayaraq Eneolit, Tunc, Dəmir dövrləri, Antik dövr də daxil olmaqla, uzun bir yol keçməklə Naxçıvanda məskunlaşmış qədim tayfaların möhtəşəm maddi-mədəniyyət nümunələrini torpağın dərin qatlarında mühafizə etmişdir. Arpaçay vadisində Ovçular təpəsi, Ərəbyengicə, Xələc, Oğlanqala, Qızqala, Şortəpə, Yaycı nekropolu, Dizə nekropolu və digər unikal abidələr vardır.

Sovetlər dönəmində unutdurulmağa çalışılan bu abidələrin üzə çıxarılması və dərindən araşdırılması müstəqilliyimizin bərpasından sonra mümkün olmuşdur. XXI əsrin əvvəllərindən başlayaraq bu proses daha intensiv xarakter almışdır.

Ardını oxu...

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəklər… Ona görə, ilk növbədə, bilik, bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm ki, bizim bütün məktəblərdə vətənpərvərlik mövzusu daim gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaq – bunlar ölkəmizi qabağa aparacaqdır”.
Məhz buna görə Şərur rayonundakı məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində mənfur düşmən Kərki kəndi istisna olmaqla, muxtar respublikamızdan bir qarış da olsun, torpaq qopara bilmədi. Sədərək döyüşlərində 61 nəfər şərurlu döyüşçü şəhid oldu. Bütövlükdə isə Qarabağ müharibəsində igidlik göstərdiklərinə görə üç nəfər şərurlu – Məhərrəm Seyidov, Kərim Kərimov, Səyavuş Həsənov Milli Qəhrəman adına layiq görüldü. Onların xatirəsi hər yerdə əziz tutulur.

Ardını oxu...

Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Universitetlə tanışlıq zamanı qonaqlara ali məktəbin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti və tələbə kontingenti, beynəlxalq əlaqələri barədə məlumat verilib.
Universitet kollektivi ilə keçirilən görüşü Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov açaraq ölkədə ali təhsil strukturunun inkişafı, dünya təhsil sisteminə birgə inteqrasiya baxımından Azərbaycanın regionlarındakı ali təhsil müəssisələri arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor ölkəmizdə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlayan yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın Naxçıvan Dövlət Universitetində mütəxəssis hazırlığı baxımından faydalı olacağına əminliyini bildirib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində aparılan tədqiqatların səmərəliliyini daha da artırmaq, elmi təqdimatlar zamanı texniki vasitələrdən fəal şəkildə istifadə diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Noyabrın 26-da bölmənin Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Seolitlər (qaynayan daşlar) haqqında” elmi seminarı da informasiya texnologiyalarından və elektron lövhədən istifadə olunmaqla keçirilib. Seminarda gənc tədqiqatçının Kimya Problemləri İnstitutunun Quruluş-kimya laboratoriyasında seolit daşlarla bağlı apardığı tədqiqatların nəticələri haqqında məlumat verilib. Eyni zamanda Naxçıvan ərazisindəki seolit tərkibli yataqlar, onların sənaye əhəmiyyətindən danışılıb.
Elmi seminarda iştirak edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu tip seminarların informasiya texnologiyalarından fəal şəkildə istifadə edilməklə keçirilməsinin əhəmiyyətindən danışıb.
Seminarda bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, Təbii Ehtiyatlar İnstitutunun direktor müavini Bayram Rzayev çıxış ediblər.
Qeyd edək ki, bölmədə elektron lövhədən istifadə etməklə təşkil edilən ilk elmi seminar bu ilin oktyabr ayında Batabat Astrofizika Rəsədxanasının kiçik elmi işçisi Mirhəsən Tahirovun elmi seminarı olub.

Xəbərlər şöbəsi

Qısqanclıq  bu dövləti  dağıtmağa çalışan zəlzələdir

Hər hansı elmi və ya bədii əsər cəmiyyətin inkişafına, elmi nəticələrin insan həyatının yaxşılaşmasına, iqtisadi və ya mənəvi inkişafına az da olmuş olsa, kömək edirsə, insanların həyatı dərk etməsinə istiqamət verirsə, o əsər təqdirəlayiqdir.
Son dövrlər professor Oruc Həsənlinin bir-birinin ardınca çap etdirdiyi əsərlər öz elmi və bədii dəyərinə görə cəmiyyətə xidmət edən əsərlərdəndir. Onun artıq oxucu marağına səbəb olan “Sirli dünya:  məhəbbət” əsərinin ardınca bu günlərdə  “Sirli dünya: qısqanclıq” kitabı işıq üzü görmüşdür. Kitabın oxucuda oyatdığı ilk təəssürat nədən ibarətdir? Nəyə görə “Sirli dünya?”

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə “Nuh yurdu” intellektual oyununun yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib. 18 komandanın iştirakı ilə keçirilən intellekt yarışında muxtar respublikanın hər rayonundan 2, Naxçıvan şəhərindən isə 4 komanda biliyini nümayiş etdirib. Bu mərhələnin iştirakçıları cari ilin sentyabr və oktyabr aylarında keçirilən rayon birinciliklərində yer tutaraq zona yarışlarına vəsiqə qazanmış yeniyetmələrdir.
Yarışda ilk 3 pilləyə yüksəlmiş Ordubad rayonunun “Günəş”, Naxçıvan şəhərinin “Şəfəq”, Culfa rayonunun “Culfa” komandaları daha bir mötəbər turnirə vəsiqə qazanıblar. “Xəmsə” milli intellektual oyununun yeniyetmələr arasında 3-cü Azərbaycan çempionatında iştirak etmək hüququ qazanan bu yeniyetmələr Naxçıvanı təmsil edəcəklər.
Qeyd edək ki, adıçəkilən bu intellekt yarışı dekabr ayında Naxçıvanda keçiriləcək. Yarışda ölkənin 32 bilikli komandası birincilik uğrunda mübarizə aparacaq.

Ceyhun MƏMMƏDOV

Və yaxud almaniyalı hərbçi-səyyahın XIV əsr Naxçıvan şəhərləri ilə bağlı yazdığı bəzi məlumatlar necə təhrif olunub?

Naxçıvanın Nuh Peyğəmbərin Dünya tufanından sonra quruya çıxdığı ilk yer olması ilə bağlı son illər genişlənməkdə olan tədqiqatlar getdikcə daha əsaslı dəlillər ortaya qoymaqdadır. Bu istiqamətdə tədqiqat aparan tarixçilər bir çox mənbə və qaynaqlara, səyyah, hərbçi və rəssamların əsərlərinə, fotoşəkillərə və xalq arasında yayılmış əfsanə və rəvayətlərə əsaslanırlar. Orta əsrlərdə Naxçıvanın tarixi-coğrafiyası ilə bağlı mənbələri araşdırarkən Naxçıvan ərazisinin Nuh Peyğəmbərlə bağlılığı haqqında məlumat verən daha bir mənbəyə rast gəlirik. Bu orta əsr mənbəsi XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış İohann Şiltberqerin 1394-cü ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən “Reisebuş”u və yaxud “Səyahət kitabı”dır. Qeyd edək ki, bu səyahətnaməni 1867-ci ildə Novorossiya (Odessa) Universitetinin professoru, ümumtarix elmləri doktoru F.K.Braun (1804-1880) “İohann Şiltberqerin səyahətnaməsi” adı altında qədim alman dilindən rus dilinə tərcümə etmişdir. Məhz Braunun tərcüməsindən sonra bu səyahətnamə ingilis və alman dillərində çap olunmuşdur. Azərbaycanda isə səyahətnamə akademik Ziya Bünyad­ovun redaktəsi ilə 1984-cü ildə rus dilində çapdan çıxmışdır. Bu kitab Türkiyədə isə “Türklər və tatarlar arasında (1394-1427)” adı ilə tanınır.

Ardını oxu...

Dünən muxtar respublika ümumtəhsil məktəblərində təhsil alan məhdud fiziki imkanlı şagirdlərlə aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan psixoloqların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Bildirilmişdir ki, muxtar respublikamızda ümumtəhsil məktəblərinin praktik psixoloqlarla təmin olunması daim diqqətdə saxlanılmış, əksər ümumtəhsil məktəbləri alitəhsilli psixoloqlarla təmin edilmişdir. Belə ixtisaslı kadrlar olmayan təhsil müəssisələrində isə uzun illərin təcrübəsinə malik olan müəllimlərimiz Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilmiş praktik psixoloq kurslarından keçərək həmin vəzifələrə təyin olunmuşlar.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Universitetində akademik, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Azad Mirzəcanzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar “Azad Mirzəcanzadə zirvəsi” mövzusunda konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsi ilə birgə keçirilən elmi konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq tanınmış alimin həyatı haqqında məlumat verib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycan elminin inkişafında mühüm xidmətləri olmuş Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər fundamental elmi-nəzəri məsələlər səviyyəsində onun elmi araşdırmalarının əsas mövzusu olub.
Konfransda Azad Mirzəcanzadənin elmi fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən məruzələr dinlənilib, alimin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirilib.

Mina QASIMOVA

Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, çoxcildliyin I cildi artıq çap üçün təqdim edilib. 2013-cü il ərzində I cildə daxil olan fəsillər və yarımfəsillər müvafiq müəlliflər tərəfindən işlənilib, işçi qrupu tərəfindən texniki tələblərə uyğunlaşdırılıb, bir neçə dəfə müzakirə edilib, lazımi redaktə və düzəlişlər aparılıb. “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin yazılması zamanı qazanılan təcrübə digər cildlərin yazılması zamanı işin daha sürətlə aparılmasına imkan verəcək. Vurğulanıb ki, II cildin müəllifləri ilə keçirilən bu görüşlə çoxcildliyin yazılması prosesində ikinci mərhələyə start verilir. Akademik İsmayıl Hacıyev onu da diqqətə çatdırıb ki, əvvəlcədən II cildin müəllifləri müəyyənləşdirilib və onlara müvafiq tapşırıqlar verilib. II cildin yazılması zamanı da elmilik prinsipləri əsas götürülməli, ümumiləşdirilmiş əsərin tələbləri nəzərə alınmalıdır. “2014-cü ilin aprel ayına qədər müəlliflər tərəfindən II cildə daxil olan fəsillərin son variantları təqdim olunmalıdır” – deyən bölmə sədri II cildin xronoloji çərçivəsi haqqında da danışıb. Qeyd edib ki, bu cilddə Naxçıvan tarixinin xanlıqlar dövründən başlamış XX əsrin 30-cu illərinə qədərki dövrü öz əksini tapacaq.
Görüş zamanı müəlliflərin təklifləri dinlənilib və müzakirə edilib. Qeyd edək ki, çoxcildliyin III cildinin müəllifləri ilə də qarşıdakı günlərdə görüşün keçirilməsi nəzərdə tutulur. 

Xəbərlər şöbəsi

Almaniyanın Höte İnstitutunun alman dili üzrə metodisti Stefan Şats Naxçıvan Dövlət Universitetində  olub.
Universitetin rektoru, professor Saleh Məhərrəmov qeyd edib ki, Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir ali məktəbdir. Ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan bu ali təhsil ocağı dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda universitet TEMPUS proqramı üzrə 5 beynəlxalq layihənin iştirakçısıdır. Almaniya universitetləri ilə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır.
Stefan Şats qeyd edib ki, metodisti olduğu Almaniyanın Höte İnstitutu alman mədəniyyətini və dilini təbliğ edir. Universitetə gəlməyinin də əsas məqsədi burada alman dilinin tədrisi ilə bağlı yeni metodologiyanı təbliğ etməkdir. Qonaq əməkdaşlıq çərçivəsində yüksək nailiyyətlər əldə olunacağına ümid etdiyini bildirib.
Sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov qonağı universitet kampusu ilə tanış edib.
Stefan Şats universitetin Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin alman dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb və yeni metodlar əsasında alman dilindən iki seminar keçib.

Mina QASIMOVA

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsinin nəticələri elan olunub. Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatından verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının müsabiqəyə təqdim etdiyi “Mən Azərbaycanı tanıyıram” tələbələrarası bilik olimpiadası” layihəsi də müsabiqədən uğurla keçib.
Xatırladaq ki, layihənin əsas məqsədi ölkə gəncliyinə yaradılan böyük imkanlardan yararlanaraq Naxçıvan Muxtar Respublikasında təhsil alan, fəaliyyət göstərən tələbə-gənclərin potensialını üzə çıxarmaq, daxili inteqrasiyanı gücləndirmək, sağlam rəqabəti formalaşdırmaq, tələbə-gəncliyi bir araya toplamaq, yüksək bilik və bacarığa malik olan gəncləri qiymətləndirmək, digər gənclərə də stimul yaratmaq, asudə vaxtlarını səmərəli keçirmək üçün onları tələbə-gənclər təşkilatları ilə əməkdaşlığa cəlb etməkdir.
Layihənin icrasına sosial şəbəkələrdə və təhsil müəssisələrində elanların verilməsi ilə başlanacaqdır. Olimpiadada iştirak etmək istəyən tələbələr təşkilat komitəsi tərəfindən yaradılacaq elektron ərizə formasını doldurduqdan sonra iki mərhələdən ibarət olan bilik olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

Xəbərlər şöbəsi

Türkiyənin Naxçıvan Muxtar Respublikasında yeni təyin olunmuş Baş konsulu Əli Rza Akıncı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti ilə tanış olub. Türkiyəli diplomata AMEA Naxçıvan Bölməsinin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri haqqında məlumat verilib. Baş konsul bölmədə yaradılmış Heydər Əliyev guşəsi, Kitab-sərgi salonu və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və etnoqrafiya muzeyi ilə tanış olub. Türkiyəli diplomatın diqqətinə çatdırılıb ki, Arxeologiya və etnoqrafiya muzeyində  Naxçıvan ərazisində bölmə əməkdaşlarının iştirakı ilə keçirilən arxeoloji və etnoqrafik ekspedisiyalar zamanı əldə edilmiş eksponatlar, müxtəlif tarixi abidələrin fotoşəkilləri saxlanılır. Kitab-sərgi salonunda isə Naxçıvanın tarixinə, mədəniyyətinə, folkloruna, təbiətinə aid müxtəlif elmi ədəbiyyatlar, o cümlədən bölmə əməkdaşlarının monoqrafiyaları, hazırlanan kitablar, bölmədə müdafiə olunan dissertasiyaların avtoreferatları, həmçinin AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının nüsxələri nümayiş etdirilir.

Ardını oxu...

Noyabrın 14-də Naxçıvan Dövlət Universitetində TEMPUS proqramı üzrə universitetin tərəfdaşı olduğu “SuToMa” – “Dayanıqlı turizmin  idarə olunması üzrə beynəlxalq bakalavr və magistr proqramları üzrə yeni  modulların inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilmişdir. Təqdimatda universitetin layihə üzrə koordinatoru, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov çıxış edərək turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbə və magistrantlar üçün layihədə hazırlanması nəzərdə tutulan 12 modulun mahiyyəti, buradan əldə olunacaq təcrübə imkanları və tərəfdaşlar haqqında məlumat vermişdir.
Qeyd edək ki, bu layihədə  Naxçıvan Dövlət Universiteti ilə yanaşı, Almaniya, Latviya, İrlandiya və Cənubi Qafqaz ölkələrinin universitet və qeyri-hökumət təşkilatlarından, bütövlükdə, 28 qurum təmsil olunur.  

Xəbərlər şöbəsi

və yaxud Naxçıvan etnoqrafiyasına yeni töhfə

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf  Orucovun “Elm və təhsil” nəşriyyatında “Xalq təqvimi (adətlər, inanclar, mərasimlər)” adlı monoqrafiyası işıq üzü görmüşdür. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarına əsasən çap olunan kitabın elmi redaktoru və ön söz müəllifi AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, rəyçiləri tarix elmləri doktoru Fəzail Vəliyev və tarix üzrə fəlsəfə doktoru Tofiq Babayevdir.

Giriş, üç fəsil və nəticədən ibarət olan monoqrafiyada ilk dəfə olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda xalqımızın mənəvi mədəniyyətinin bir parçası olan xalq təqvimi ilə bağlı adətlər, inanclar və mərasimlər araşdırılıb ortaya çıxarılmışdır. Monoqrafiyada ayrı-ayrı təsərrüfat sahələri ilə bağlı təqvim adət-mərasimləri və ailələrin ənənəvi qış hazırlığı məsələsi tədqiq edilmişdir. Eyni zamanda Naxçıvan əhalisinin mənəvi mədəniyyətinin formalaşması tarixilik və mədəni varislik prizmasından öyrənilmişdir.

Ardını oxu...

Naxçıvan Özəl Universitetində tələbələrin müasir tələblər səviyyəsində yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kompüter mərkəzi, zəngin kitabxana, sürətli simsiz internet, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib.
Məlumat üçün qeyd edək ki, Naxçıvan Özəl Universiteti xarici ölkələrin ali təhsil ocaqları ilə əlaqələrin inkişafını da diqqətdə saxlayır. 2012-ci ildə ali təhsil ocağında yaradılmış Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti də beynəlxalq əlaqələrin inkişafı məqsədilə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, kadr potensialının, tədris proqramlarının məzmununun, texniki təchizatın və tədrisin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəldilib. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində MUMEENA layihəsinin Bakı şəhərində keçirilmiş növbəti təliminin təqdimatı olmuşdur. Tədbiri universitetin rektoru, professor Saleh Məhərrəm­ov açaraq dünya təhsil sisteminə inte­qrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində ali təhsil müəssisəsində görülən işlərdən danışmışdır. Rektor bildirmişdir ki, ali təhsil ocağının dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələri mövcuddur və bu əlaqələr genişlənməkdədir.
“Universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində Naxçıvan Dövlət Universitetinin bir neçə tələbəsi təhsilini müxtəlif ölkələrin ali təhsil ocaqlarında davam etdirir”, – deyən rektor universitetin MUMEENA – Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi Layihəsində də uğurla iştirak etdiyini vurğulamışdır.

Ardını oxu...

Noyabrın 7-də Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Biz sizdən öyrəndik qəhrəmanlığı” devizi altında tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının birgə təşkil etdikləri tədbiri giriş sözü ilə məktəbin direktoru Məhərrəm İsmayılov açıb, şagirdlərlə görüşün əhəmiyyətindən danışıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Mirməcid Seyidov tədbirdə çıxış edərək bildirib ki, vətənpərvərlik tərbiyəsi insanlara vətən sevgisi, məsuliyyət hissi, hər an ana torpağın müdafiəsinə hazır­olma kimi yüksək insani keyfiyyətlərin aşılanmasıdır. Bu gün ölkə­mizdə gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlim kursu başa çatmışdır.
Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən reallaşdırılan və “Statistik təhlil” mövzusuna həsr olunan təlim kursunun yekununda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırıqlarına əsasən, kadr potensialının gücləndirilməsinin prioritet vəzifə kimi daim diqqət mərkəzində saxlandığını bildirmişdir. Qeyd olunmuşdur ki, bir il ərzində universitetdə müxtəlif mövzulara həsr olunmuş təlim kursları da məhz bu məqsədlə təşkil edilmişdir. Bu təlim kurslarında regionun müxtəlif dövlət strukturlarının əməkdaşları, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələri iştirak etmişlər. Anar Kazımov əmin olduğunu bildirmişdir ki, təlim kursu nəticəsində statistik təhlilin istifadəsi üzrə potensial güclənəcək və ekspertlərlə bərabər, təlimdə fəal iştirak edənlər də yeni metodologiyadan faydalana biləcəklər.
Ekspert-təlimçi, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, Azərbaycan Universiteti Biznes məktəbinin dekanı Elçin Rəşidov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti, ekonometrika və maliyyə fənləri üzrə təlimçi Ziya Əlili təşkilatçılığa görə minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, təlim zamanı geniş istifadə olunan statistik metod və üsullar barədə iştirakçılara məlumat verilmiş, həmçinin statistik təhlilin ən faydalı şəkildə tətbiq olunduğu hallar müəyyənləşdirilmişdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

Bu ilin oktyabr ayında Naxçıvan şəhərindəki, Şahbuz, Kəngərli, Culfa rayonlarındakı hərbi hissələrdə və “Naxçıvan” Sərhəd Diviziyasında cəsur süvari generalı Hüseyn xan Naxçıvanskinin – Kəngərlinin anadan olmasının 150 illik yubileyi münasibətilə keçirilən tədbirlər əsgərlərimizin çox böyük marağına səbəb olmuşdur. Bu yubiley tədbirlərinin iştirakçısı oldum.
Hərbçilərlə söhbətlərimizdə hiss edirdim ki, onlar “Müqəddəs Georgi” ordeni haqqında müfəssəl məlumata malik olmaq arzusundadırlar. Buna görə də bu ordenin yaranması, statusu və o ali hərbi mükafatı alan naxçıvanlı hərbçilər haqqında söhbət açmaq istəyirik.

Dörddərəcəli “Müqəddəs Georgi” ordeni 26 noyabr 1769-cu ildə Rusiya imperatriçəsi II Yekaterina tərəfindən təsis edilmişdir. Əslində, bu ordenin adı “Müqəddəs əzabkeş və qalib Georgi ordeni” kimi yazılır. Bəzən onu “Müqəddəs şəhid və məğlubedilməz Georgi imperator hərbi ordeni” kimi də tərcümə edirlər. Bizcə, birinci variantdakı tərcümə orijinala daha uyğundur. Bu hərbi ordenin nizamnaməsində deyilir: “Şəxsən qoşuna rəhbərlik edərək düşməni çıxılmaz vəziyyətdə qoyan, onu məğlub edən və tam qələbə çalan “Müqəddəs Georgi” ordeninin kavaleri, yəni sahibi ola bilər”.

Ardını oxu...

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri xanım Nikola Ulliş Naxçıvan Dövlət Universitetində olmuşdur. Universitetin rektoru, professor Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə inteqrasiya, ali təhsil sahəsində ümumavropa təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlıq edir. Ali təhsil müəssisəsi bir çox beynəlxalq layihələrdə, o cümlədən “Tempus” proqramı çərçivəsində həyata keçirilən 5 layihədə uğurla təmsil olunmaqdadır.

Ardını oxu...

24-26 oktyabr tarixlərində Mərakeşin Mərrakeş şəhərində Beynəlxalq Su Assosiasiyası tərəfindən “Kəhrizlərin ənənəvi texnologiyalar əsasında istifadəsi” mövzusunda konfrans keçirilmişdir. 22 dövlətin alim və mütəxəssislərinin qatıldığı elmi məclisdə həmyerlimiz, Naxçıvan Dövlət Universitetinin professoru, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev də iştirak etmişdir.
Həmyerlimiz professor Əlövsət Quliyev həmin konfransda “Azərbaycanda (əsasən, Naxçıvan Muxtar Respublikası timsalında) kəhriz sistemləri: onların tədqiqi və bərpası” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Naxçıvanda kəhriz tədqiqatı, su sistemlərinə dövlət qayğısı, muxtar respublikada dünyada ilk dəfə olaraq Kəhrizlər İdarəsinin yaradılması və 100-dən çox kəhrizin bərpa olunması barədə konfrans iştirakçılarına məlumat verilmişdir. Dünya dövlətlərinin ilk dəfə bu mövzuya hələ indi qayıtdıqları halda, Naxçıvanda muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə görülən işlər və bu gün də həmin tədbirlərin davam etdirilməsi konfrans iştirakçılarının marağına səbəb olmuşdur. Məruzənin sonunda Naxçıvan Muxtar Respublikasında kəhrizlərin bərpasından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Məruzələr başa çatdıqdan sonra Beynəlxalq Su Assosiasiyasına üzvlərin seçilməsinə başlanılmış, həmyerlimiz bu beynəlxalq təşkilata üzv seçilmişdir. Əlövsət Quliyev həm də YUNESKO-nun 9 nəfərdən ibarət Qədim Hidravlik Sistemlər – Kəhrizlər Bölməsinin V Dövlətlərarası İdarə Heyətinin Azərbaycanı təmsil edən üzvü seçilmişdir.
Məlumat üçün bildirək ki, Beynəlxalq Su Assosiasiyası (IWA) dünyada baş verən su problemləri, sudan istifadə və su ehtiyatlarının qorunması sahəsində mühüm tədbirlər həyata keçirən beynəlxalq təşkilatdır.

Xəbərlər şöbəsi

Müdriklərimiz deyiblər ki, elm və bilik öyrənməyə tələs. Çünki bunlar əldən heç bir zaman çıxmayan miras, bezilməyən yoldaş, insanın bəzəyi və hər bir kəsin bütün ömür boyu möhtac olduğu dəyərlərdir.  Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir.
Bu gün ölkəmizdə təhsil sahəsində dövlət siyasətinin əsasını təhsilin uzunmüddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin bütün  sahələrinin inkişafını nəzərdə tutan dövlət pro­qramları təşkil edir. Müasir konsepsiya və proqramların əsas tələblərindən biri də milli-mənəvi və ümumbəşəri dəyərlərə dərindən yiyələnən, 9onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı  ixtisas üzrə nəzəri və praktik biliklərə tamamilə sahiblənən, yenilikçi təfəkkürlü mütəxəssis hazırlanmasıdır. Odur ki, muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır.

Ardını oxu...

Bu günlərdə Naxçıvan Dövlət Universitetinin  əməkdaşları – iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmovun və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” adlı dərs vəsaiti çapdan çıxıb.

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə çapı tövsiyə edilən dərs vəsaitində aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi kursunun elmi-metodoloji əsasları, bu sahənin inkişaf istiqamətləri, kənd təsərrüfatında sahənin və regionların spesifik xüsusiyyətləri nəzərə alınmaqla mövcud ehtiyat mənbələrinin aşkar edilməsi, sahibkarlıq formalarının inkişafı, infrastrukturun təşkili, kənd təsərrüfatında idarəetmə sistemi və onun təkmilləşdirilməsi yolları müasir tələblər baxımından təhlil edilib.
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali ixtisas təhsili ixtisası üzrə bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələbləri müəyyənləşdirən dövlət təhsili standartlarına uyğun nəzərdə tutulmuş proqram əsasında hazırlanıb. 408 səhifədən ibarət dərs vəsaiti Azərbaycan, rus və ingilis dillərində 20-dən artıq nəzəri ədəbiyyatdan istifadə olunmaqla yazılıb.
Məlumat üçün deyək ki, kitabın rus dilində təkmilləşdirilmiş variantı Moskvada “Umç-Triada” nəşriyyatında işıq üzü görüb.

Elnur KƏLBİZADƏ

AMEA Naxçıvan Bölməsində Naxçıvan ərazisində aparılan arxe­oloji araşdırmalarla bağlı dördüncü hesabat toplantısında bölmənin sədri, akademik İsmayıl Hacıyev gələn il Naxçıvan şəhəri ərazisində arxeoloji araşdırmaların aparılması imkanlarının nəzərdən keçirildiyini deyib.
“Ərəbyengicədə arxeoloji araşdırmalar – 2013” adlı hesabat yığıncağını giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu il ərzində Naxçıvan ərazisində arxeoloji araşdırma aparan IV ekspedisiyanın da uğurlu nəticələr əldə etdiyini diqqətə çatdırıb. Bölmə sədri qeyd edib ki, həm Ordubad ərazisində arxeoloji araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xarabagilan” arxeoloji ekspedisiyası, həm Azərbaycan (Naxçıvan) – ABŞ, həm Azərbaycan (Naxçıvan) – Fransa, həm də AMEA Naxçıvan Bölməsinin Ərəbyengicə arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan ərazisinin arxeoloji cəhətdən nə qədər zəngin olduğunu göstərir. Təqribən 150 ilə yaxındır ki, Naxçıvan ərazisində arxeoloji tədqiqatlar aparılsa da, Naxçıvanda çoxlu abidələr var ki, öz tədqiqini gözləyir. Akademik İsmayıl Hacıyev Ərəbyengicə arxe­oloji ekspedisiyasının AMEA Naxçıvan Bölməsi tərəfindən bu il təşkil edilən yeganə müstəqil ekspedisiya olduğunu diqqətə çatdırıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna başlanılıb. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən “Statistik təhlil” mövzusuna həsr olunan təlim kursunu giriş sözü ilə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov açaraq universitetdə müxtəlif mövzulara həsr olunmuş bir neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, muxtar respublikanın bütün dövlət strukturlarının əməkdaşlarının, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrinin iştirak etdiyi bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Rus batalist rəssamı (döyüş mənzərələrini təsvir edən rəssam) V.Maşkov (1792-1839) iki dəfə Naxçıvana gəlmişdir: birinci dəfə 11-12 may 1817-ci il tarixdə İrana gedən Rusiya elçiliyinin rəhbəri A.P.Yermolovun diplomatik heyətində, ikinci dəfə isə 1827-ci il iyun ayının 27-də. O, 1816-1818-ci illərdə İrandakı Rusiya səfirliyində, 1827-1829-cu illərdə isə qraf İ.Paskeviçin döyüşən ordusunda hərbi xidmətdə olmuşdur. V.Maşkov Naxçıvanda olduğu bu illərdə (ikinci dəfə Naxçıvanda müharibə başa çatanadək qalmışdır) naturadan eskizlər etmiş, sonra bunların əsasında akvarel ilə tarixi illüstrasiyalar çəkmişdir.

Qeyd edək ki, V.Maşkov birinci dəfə də Naxçıvana gələrkən rəsmlər çəkmişdir. A.Yermolov istefaya gedəndən sonra Oryolda və Moskvada yaşamışdır. V.Maşkovun həmin illərdə aparılan müharibələrdə çəkdiyi rəsm əsərlərinin çoxunu A.Yermolov özü ilə aparıb kolleksiya yaratmışdır. O, 1861-ci ildə Moskvada vəfat etmiş, anadan olduğu Oryol vilayətində dəfn olunmuşdur. Biz bunları nəzərə alaraq, rəssamın rəsm əsərlərini Tiflis-Oryol-Moskva-Sankt-Peterburq istiqamətlərində axtarırıq. Özündən sonra da həmin zəngin rəsm kolleksiyası qalmışdır. Deyilənlərə görə, o, I Kalbalı xanın da rəsmini çəkmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR