24 Dekabr 2024, Çərşənbə axşamı

Culfa Rayon Təhsil Şöbəsində “Şagirdlərin dərsə davamiyyətinə təsir göstərən amillər” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda təcrübəli pedaqoqlar, məktəb psixoloqları, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Culfa Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov açıb.
Qeyd edilib ki, bir neçə il bundan əvvəl məktəblərin istilik sisteminin bərbad vəziyyətdə olması qış aylarında şagirdlərin dərsə davamiyyətinə mənfi təsir göstərən amillər sırasında birinci yeri tuturdu. Ancaq son illərdə muxtar respublikada, eləcə də Culfa rayonunda həyata keçirilən qurucu­luq tədbirləri çərçivəsində bütün bu problemlər tamamilə aradan qaldırılıb. Yəni şagirdlərin dərsdən yayınmaları üçün heç bir səbəb ola bilməz.
Bildirilib ki, şagirdlərin təhsilə davamiyyəti, ilk növbədə, valideyn məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədardır. Uşaqların təhsildən yayınmasına şərait yaradan əsas amillər kimi valideynlərin uşaqların təhsilə olan davamiyyətinə az diqqət yetirməsi və məlumatsızlığını qeyd etmək olar. Bundan başqa, məktəblərdə davamiyyətlə bağlı qeydlərin aparılmasına da ciddi diqqət yetirilməli və bu işə nəzarət artırılmalıdır. Şagirdlərin dərsə davamiyyətinə bilavasitə məktəb rəhbərləri cavabdehdirlər. Onlar davamiyyətə gündə­lik nəzarət etməli, belə uşaqların valideynləri ilə görüşüb dərsdən yayınmanın səbəblərini araşdırmalı və müvafiq tədbirlər görməlidirlər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR