24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Dövlət Universitetində akademik, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Azad Mirzəcanzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar “Azad Mirzəcanzadə zirvəsi” mövzusunda konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsi ilə birgə keçirilən elmi konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq tanınmış alimin həyatı haqqında məlumat verib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycan elminin inkişafında mühüm xidmətləri olmuş Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər fundamental elmi-nəzəri məsələlər səviyyəsində onun elmi araşdırmalarının əsas mövzusu olub.
Konfransda Azad Mirzəcanzadənin elmi fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən məruzələr dinlənilib, alimin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirilib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR