24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikamızda peşə təhsilinin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə fəaliyyət göstərən tədris müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində də bacarıqlı mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetirilir. 2012-ci ildə məktəb üçün hərtərəfli tədris şəraitinə və maddi-texniki təchizata malik olan kompleksin istifadəyə verilməsi bu istiqamətdə görülən tədbirlərin miqyasını daha da genişləndirmişdir.

Bu gün Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində təhsil alan müdavimlərin bilik və praktik vərdişlərinin artırılması daim diqqət mərkəzində saxlanılır. Çünki təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazırlanması gələcəkdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin ilkin mərhələdə qarşısının alınması və avtonəqliyyat vasitələrindən düzgün istifadə baxımından əhəmiyyətlidir. Hazır­da məktəbdə yürüyüş təlimlərinin keçirilməsi üçün 8 ədəd avtomobil, minik və yük avtomobillərinin bazasında yığılmış 2 ədəd avtotrenajor vardır. Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçirilir, kənd təsərrüfatı texnikalarından istifadə üzrə mütəxəssislər hazırlanır. Təlim kursu başa çatdıqdan sonra müdavimlər bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücü­lük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan verirlər.
2013-cü ildə məktəb öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuş, bu müddətdə 110 qrupda təhsilini başa vuran 3276 müdavimə şəhadətnamə verilmişdir. Məktəbi bitirən müdavimlərdən 240-ı qadınlar, 360-ı isə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən gənclər olmuşdur.
Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi peşəkar sürücülərin və ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətini 2014-cü ildə də davam etdirəcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR