24 Dekabr 2024, Çərşənbə axşamı

Almaniyanın Höte İnstitutunun alman dili üzrə metodisti Stefan Şats Naxçıvan Dövlət Universitetində  olub.
Universitetin rektoru, professor Saleh Məhərrəmov qeyd edib ki, Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir ali məktəbdir. Ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan bu ali təhsil ocağı dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda universitet TEMPUS proqramı üzrə 5 beynəlxalq layihənin iştirakçısıdır. Almaniya universitetləri ilə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır.
Stefan Şats qeyd edib ki, metodisti olduğu Almaniyanın Höte İnstitutu alman mədəniyyətini və dilini təbliğ edir. Universitetə gəlməyinin də əsas məqsədi burada alman dilinin tədrisi ilə bağlı yeni metodologiyanı təbliğ etməkdir. Qonaq əməkdaşlıq çərçivəsində yüksək nailiyyətlər əldə olunacağına ümid etdiyini bildirib.
Sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov qonağı universitet kampusu ilə tanış edib.
Stefan Şats universitetin Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin alman dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb və yeni metodlar əsasında alman dilindən iki seminar keçib.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR