24 Dekabr 2024, Çərşənbə axşamı

Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, çoxcildliyin I cildi artıq çap üçün təqdim edilib. 2013-cü il ərzində I cildə daxil olan fəsillər və yarımfəsillər müvafiq müəlliflər tərəfindən işlənilib, işçi qrupu tərəfindən texniki tələblərə uyğunlaşdırılıb, bir neçə dəfə müzakirə edilib, lazımi redaktə və düzəlişlər aparılıb. “Naxçıvan tarixi” çoxcildliyinin I cildinin yazılması zamanı qazanılan təcrübə digər cildlərin yazılması zamanı işin daha sürətlə aparılmasına imkan verəcək. Vurğulanıb ki, II cildin müəllifləri ilə keçirilən bu görüşlə çoxcildliyin yazılması prosesində ikinci mərhələyə start verilir. Akademik İsmayıl Hacıyev onu da diqqətə çatdırıb ki, əvvəlcədən II cildin müəllifləri müəyyənləşdirilib və onlara müvafiq tapşırıqlar verilib. II cildin yazılması zamanı da elmilik prinsipləri əsas götürülməli, ümumiləşdirilmiş əsərin tələbləri nəzərə alınmalıdır. “2014-cü ilin aprel ayına qədər müəlliflər tərəfindən II cildə daxil olan fəsillərin son variantları təqdim olunmalıdır” – deyən bölmə sədri II cildin xronoloji çərçivəsi haqqında da danışıb. Qeyd edib ki, bu cilddə Naxçıvan tarixinin xanlıqlar dövründən başlamış XX əsrin 30-cu illərinə qədərki dövrü öz əksini tapacaq.
Görüş zamanı müəlliflərin təklifləri dinlənilib və müzakirə edilib. Qeyd edək ki, çoxcildliyin III cildinin müəllifləri ilə də qarşıdakı günlərdə görüşün keçirilməsi nəzərdə tutulur. 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR