23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib.

Ardını oxu...

Dünən Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının iclası keçirilib.
Tədbirdə institutun rektoru, professor Oruc Həsənli çıxış edərək 2014-cü ildə institutda görülən işlər barədə danışıb.
Rektor bildirib ki, ötən il Naxçıvan Mü­əllimlər İnstitutunda 5 ixtisas üzrə bakalavriat hazırlanıb. 2014-2015-ci tədris ili üçün bakalavr təhsil pilləsi üzrə qəbul planı 300 nəfər olub, 261 nəfər qəbul edilib. Magistratura təhsil pilləsi üzrə qəbul planı 2014-cü ildə 23 nəfər olub və 17 nəfər bu səviyyəyə yüksələ bilib. İnstitutda hal-hazırda 1096 tələbə təhsil alır ki, onların təhsili ilə 88 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 8 nəfəri elmlər doktoru, professor, 37 nəfəri fəlsəfə doktoru, dosentdir.
2013-2014-cü tədris ilinin əyani təhsil formasında qış imtahan-məqbul sessiyasında 794 nəfərin hamısı sessiyada iştirak edib. Sessiyada müvəffəq olanlar 739 nəfər olub. Müvəffəqiyyət göstəricisi 93, keyfiyyət göstəricisi isə 49,2 faiz olub. 2013-2014-cü tədris ilinin əyani təhsil formasında yaz imtahan-məqbul sessiyasında 735 nəfər iştirak edib. 698 nəfər imtahanı müvəffəqiyyətlə verib. Müvəffəqiyyət göstəricisi 96,4, keyfiyyət isə 37,1 faiz olub.
Vurğulanıb ki, 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İctimai təşəbbüslərə dəstək” layihəsi üzrə aparılmış ali məktəblərin reytinq cədvəlində 30 ali məktəb arasında Naxçıvan Müəllimlər İnstitutu 645 balla 9-cu yeri tutub. Ötən il institutda 2 respublika və 1 beynəlxalq səviyyəli konfrans keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. İclası giriş sözü ilə kollecin direktor əvəzi Asəf Ruşanov açaraq məruzə edib.
Bildirilib ki, 2014-cü ildə kollecdə 33 nəfər müəllim çalışıb. Bunlardan 26 nəfər müəllim tam ştat üzrə, 7 müəllim isə saathesabı tədris aparıb. 2013-2014-cü tədris ilinin sonunda kollecdən 62 nəfər tələbə əyani şöbədən, 16 nəfər tələbə isə qiyabi şöbədən, ümumilikdə, 78 nəfər məzun olub. Bunlardan 13 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Ötən il kollecdə dərslərin normal keçilməsi üçün hər bir şərait yaradılıb. Dərslər, əsasən, bir növbədə həyata keçirilib, elektron vasitələrdən və vəsaitlərdən istifadə etməklə tədris edilib. 2014-2015-ci tədris ilində əyani şöbədə 6 ixtisas üzrə 17 qrupda 312 tələbə təhsil alır. Bunların 186 nəfəri dövlət hesabına, 126 nəfəri isə ödənişli əsaslarla oxuyur. Kollec üzrə 303 nəfər payız imtahan sessiyasında iştirak edib. Bunlardan 24 nəfər tam əlaçı, 71 nəfər yarım əlaçı, 182 nəfəri qarışıq müsbət qiymətlər alıb. Kollec üzrə mənimsəmə 91,5 faiz, müvəffəqiyyət 34,7 faiz olub.
Tədbirdə kollecin müəllimlərindən Sürəyya Ələkbərovanın və Rəfail Abdullayevin çıxışları olub.

Xəbərlər şöbəsi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 22-də 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
İmtahan respublikanın 6 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingə­çevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə, 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 1300-də başlanıb və 2 saat 30 dəqiqə davam edib.
Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetində keçirilən imtahana 43 nəzarətçi və 3 imtahan rəhbəri cəlb edilmişdi. 535 bakalavriatın iştirak etdiyi imtahan təlimata uyğun olaraq keçirilib, bakalavriatların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bu mərhələdə bakalavriatlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıqtipli), informatika üzrə 25 (5-i açıqtipli) və xarici dil üzrə 25 (5-i açıqtipli) test tapşırığı təqdim olunub. Hər bir test tapşırığına verilən düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

Xəbərlər şöbəsi

“Naxçıvan” Universitetində “Mövlana Mübadilə Pro­qramı”nın tanıtım mərasimi keçirilib.
Tədbiri universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq mübadilə proqramı haqqında məlumat verib.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova çıxış edərək dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlər, tələbələrin “Mövlana Mübadilə Proqramı” əsasında təhsil almaları barədə danışıb.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutu Dillər və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov 60-dan çox elmi məqalə və tezisin, “Terminlərin linqvistik təhlili”, “Azərbaycan dilində çalışmalar”, “Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilər” adlı monoqrafiyaların, 5 fənn proqramının müəllifi, “Şairə məktub”, “Sözün Əlincə qalası: Xanəli Kərimli” kitablarının tərtibçisidir. 

Müntəzəm olaraq dövri mətbuatda öz araşdırmaları ilə çıxış edən Arif Ağalarov üçün 2014-cü il daha uğurlu illərdən biri sayıla bilər. Belə ki, ötən il onun “Çağdaş poeziyamıza baxış bucağı” adlı kitabı, “Qeyri-məhsuldar şəkilçi morfemlərin tədqiqi” adlı metodik vəsaiti, həmçinin S.Həsənova və F.Cəfərova ilə birlikdə tərtib etdikləri “Ana dilindən praktik məşğələ” adlı dərs vəsaiti işıq üzü görüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq, ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində Naxçıvanın təbiətinin öyrənilməsi, təbiətə qayğı ilə yanaşılması və ekoloji məsələlərə düzgün münasibətin formalaşdırılması məqsədilə tədbirlər keçirir. Tədbirlər planı çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə məktəblilərin ekoloji biliklərinin artırılması və maarifləndirilməsi məqsədilə sərgi-seminar keçirilib. Seminarda məktəbin direktoru Namiq Məmmədov bildirib ki, təbiəti qorumaq və ekoloji məsələlərə məktəblilərin diqqətini artırmaq üçün, ilk növbədə, onlara təbiət elmlərini yaxşı öyrətmək və sevdirmək lazımdır. Təbiəti qorumaq hamının vətəndaşlıq borcu olduğu üçün elə bu bilikləri şagirdlərə onları vətəndaş kimi formalaşdırdığımız məktəbdə öyrətməliyik.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımov vurğulayıb ki, bu gün ölkəmizdə və muxtar respublikamızda təbiətin qorunması və əlverişli ekoloji mühitin yaradılması, ən əsası isə vətəndaşlarımızın ekoloji təhlükəsiz yaşamasının təmin edilməsi üçün lazımi tədbirlər görülür. Bu sahədə görülən işlər haqqında məlumatlandırılan şagirdlər sonra Naxçıvanın bitki və heyvanat aləminə dair hazırlanmış videofilmə və sərgiyə baxıblar.
Sonra məktəb şagirdləri təbiətə aid şeirlər söyləyiblər.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə 26 fevral – Xocalı faciəsinin 23-cü ildönümünün, Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və yeniyetmələrə vətənpərvərlik hislərinin aşılanması məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqədən öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov açaraq Xocalı faciəsinin acı həqiqətlərindən danışıb. Təhsil Şöbəsinin əməkdaşı Qızıllı Əliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının terrorçu qrupunun Xocalı şəhərində törətdiyi amansız faciədə şəhid olmuş, itkin düşmüş, zərərəkmiş sakinlər haqqında faktlarla məlumat verib.

Ardını oxu...

Bu gün ümumtəhsil səviyyəsində şagirdlərə zəruri biliklər, dövlət və cəmiyyət qarşısında hüquq və vəzifələri aşılamağa çalışan müəllimlər dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə malik olmalı, təhsil proqramlarına uyğun ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltməlidirlər.

Bunları nəzərə alaraq, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlik fəaliyyətinin stimullaşdırılması və müəllimlərin əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası keçiriləcək. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin 29 yanvar 2015-ci il tarixli əmri ilə attestasiya komissiyası yaradılıb və komissiyanın fəaliyyətinin təmin olunması üçün tədbirlər planı hazırlanıb.
Müəllimlərin attestasiyası 2015-ci il 1-19 mart tarixlərində 18 ixtisas üzrə keçiriləcəkdir. İki saat müddətində yazılı test formasında keçiriləcək attestasiyada müəllimlərə 80 sual (40 ixtisas, 25 metodika və 15 informasiya-kommunikasiya texnologiyalarından) təqdim olunacaq.

Xəbərlər şöbəsi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsindən aldığımız məlumata görə, fevralın 2-də başlanılan və ayın 12-dək davam edəcək seminarların növbətisi Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə təşkil olunub. Seminarlarda 2015-ci ildə keçiriləcək sınaq və ali məktəblərə qəbul imtahanlarında nəzarətçi-müəllim kimi iştirak edəcək təhsil işçiləri iştirak edirlər.

Ardını oxu...

“Naxçıvan” Universitetində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşlarının və Erasmus Plus Milli Ofisi rəhbərinin iştirakı ilə keçirilən tədbiri universitetin tədris işləri üzrə prorektoru, dosent İbrahim Kazımbəyli açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. 

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova tədbirdə çıxış edərək bildirib ki, “Naxçıvan” Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı, çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim və tələbə mübadilələrinin həyata keçirilməsinə imkan verir.

Ardını oxu...

Bu gün muxtar respublikada təhsilə göstərilən qayğıdan bəhrələnən ali təhsil ocaqlarından biri də Naxçıvan Müəllimlər İnstitutudur. Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətini davam etdirib. Ötən müddət ərzində bu ali təhsil ocağının fəaliyyəti genişləndirilib, alitəhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilib. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilib, institutun binası yenidən qurulub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Yaradılan şərait hesabına qısa müddət ərzində institut qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə səy göstərib.

Bu ilin əvvəllərində ilk dəfə olaraq müəyyənləşdirilmiş Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində bu institutun da adı var. Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” adlı müsabiqə təşkil etmişdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2012-ci il avqustun 6-da “Naxçıvan tarixi” çoxcildliyinin hazır­lanması və nəşr olunması barədə” Sərəncam imzalayıb. Bundan sonra üç cilddə “Naxçıvan tarixi” kitabının hazırlanıb nəşr olunması üçün müzakirələr keçirilib, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin tarixçi alimləri bu işə cəlb olunublar. 2013-cü ildə “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildi işıq üzü görüb. Ötən il isə ikinci cild hazırlanaraq nəşriyyata təqdim olunub.

Ardını oxu...

Son illər Naxçıvan Müəllimlər İnstitutunda yeni təhsil islahatının qarşıya qoyduğu problemlərin həlli və təlim texnologiyalarının tədrisdə tətbiqi ilə bağlı kurslar təşkil olunur, ali təhsil müəssisəsi tərəfindən ümumtəhsil məktəblərində pedaqoji kollektivlərlə görüşlər keçirilir, müzakirələr aparılır, seminar-treninqlər təşkil olunur.
Bu tədbirlərin davamı kimi, Naxçıvan Müəllimlər İnstitutu Şərur Rayon Təhsil Şöbəsi ilə birlikdə İbadulla və Tənənəm kənd tam orta məktəblərində “Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi yolları” mövzusunda seminar-treninqlər keçirmişdir.

Ardını oxu...

Babək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş Babək rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Nuh yurdu” intellektual oyunu keçirilib. 15 komandanın mübarizə apardığı müsabiqənin nəticəsinə əsasən, Güznüt kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Şıxmahmud kənd tam orta məktəbinin komandası ikinci, Nehrəm kənd 2 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetində tələbə mübadiləsi yolu ilə ali təhsillərini xaricdə davam etdirən tələbələrlə görüş keçirilib. 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək universitetdə dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, bolonya sisteminin tam tətbiqinə nail olunması üçün qarşıya qoyulan əsas tələblərdən biri də tələbə mobilliyidir. Bu məqsədlə universitet tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində, Türkiyə Respublikasındakı universitetlərlə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində Türkiyə universitetlərində, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərində bir il və ya bir semestr müddətində ali təhsil almağa göndərilirlər. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Bütün bunlar ali təhsil qurumları arasında tərəfdaşlığın inkişafına, əlaqələrin möhkəmlənməsinə xidmət edir. Rektor ötən semestri xaricdə uğurla başa vuran tələbələri təbrik edərək onlara təhsillərində və ictimai işlərdə uğurlar arzulayıb.

Ardını oxu...

Ötən il avqust ayının 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə də təhsil müəssisələrinin payız-qış mövsümündə fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı konkret tapşırıqlar verilib.  

Qeyd edək ki, 2014-2015-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 8 rayon (şəhər) Təhsil Şöbəsi, 215 ümumtəhsil məktəbi, 44 məktəbdənkənar müəssisə, 2 orta ixtisas məktəbi, 1 peşə liseyi və 4 texniki-peşə məktəbi fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ümumilikdə, muxtar respublikada istilik sistemi quraşdırılmayan 68 təhsil müəssisəsinə fasiləsiz iş prosesinin təmin edilməsi məqsədilə payız-qış mövsümündə kifayət qədər yanacaq, soba, soba borusu, dirsək, şüşə, şifer, polietilen örtük və sair mal-material verilib. Verilən mal-material və yanacaq mərkəzləşdirilmiş qaydada rayonlar üzrə bölünüb, onların səmərəli istifadə olunması nəzarətə götürülüb, mal-materialın təyinatı üzrə düzgün istifadə edilməsi, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün reydlər keçirilib. Nəticədə, 2014-2015-ci tədris ilində ümumtəhsil məktəbləri və digər təhsil müəssisələrinin iş qrafiki pozulmadan tədris prosesi və təlim-tərbiyə işi fasiləsiz olaraq həyata keçirilir.

Ardını oxu...

  Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü  Adil Bağırovun Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu ilə 2014-cü ildə işıq üzü görmüş monoqrafiyası elmi ictimaiyyət üçün yeni və aktual olan bir mövzunun – Naxçıvan Muxtar Respublikasında topoqrafik obyekt adlarının tədqiqinə həsr olunmuşdur.

Qeyd edək ki, Adil Bağırov 30 ildən artıqdır, bu sahənin tədqiqi ilə məşğul olur. Onun bir sıra monoqrafiya və əsərlərində, elmi məqalələrində urbanonim probleminin ayrı-ayrı cəhətləri araşdırılaraq ictimaiyyətə təqdim edilmişdir. 1590-cı ildən günümüzədək olan dörd əsrlik bir dövrdə qədim türk yurdu Naxçıvanın ərazisindəki tarixi adların öyrənildiyi “Naxçıvan urbanonimləri” kitabını alimin bu sahədəki çoxillik tədqiqatlarının uğurlu hesabatı kimi qəbul etmək olar.
Xüsusən Naxçıvan Muxtar Respublikasının ərazisindəki topoqrafik adların öyrənilməsindəki boşluq alimi məhz bu mövzunun öyrənilməsinə sövq etmişdir ki, nəticədə, muxtar respublikamızın yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sanballı bir əsər ortaya qoyulmuşdur. Əsərin yazılma motivindən bəhs edən müəllif haqlı olaraq qeyd edir ki, Naxçıvanda hər bir tarixi ad Azərbaycan xalqının milli ruhundan, yüksək milli-mənəvi təfəkküründən xəbər verir. Alim öz ənənəvi tədqiqat üslubuna sadiq qalaraq topoqrafik obyekt adlarının həm tarixi, həm də linqvistik baxımdan tədqiq olunmasına eyni səviyyədə diqqət göstərmiş, urbanonimlərin dilimizin onomastik sisteminin öyrənilməsindəki əhəmiyyətini əsaslandırmışdır.

Ardını oxu...

Akademik İ.İ.Meşşaninovun “yeraltı muzey” adlandırdığı Naxçıvanın ərazisi müxtəliftəyinatlı tarixi-mədəni abidələrlə zəngindir. Bu abidələr içərisində tariximizin təhrif olunmamış mənbələrindən sayılan epi­qrafik abidələr – kitabələr xüsusi yer tutur.

Biliyimizi yeni faktlarla zənginləşdirən, orta əsr mənbələrinin məlumatlarını tamamlayan bu orijinal mənbələrin bir hissəsi zəmanəmizədək müəyyən qədər aşınmış, bir qismi salamat vəziyyətdə gəlib çatmış, çox hissəsi isə yazıldığı andan sonra təbii qüvvələrin (isti, soyuq, yağış, qar, külək və sair) təsirindən məhv olaraq sıradan çıxmış, bəziləri torpağın altında qalaraq diqqətdən yayınmış, itib batmışdır. Belə abidələrdən biri bu yaxınlarda Şahbuz rayonundakı Şahbuzkənddə təsadüfən aşkar olunmuşdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilən seminarı giriş sözü ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin rəhbəri Sabir Məmməd­ov açaraq muxtar respublikada təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, son illərdə qəbul imtahanlarında əldə olunan göstəricilərin sevindirici olduğunu qeyd edib.
Seminarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Afiqə Batıyevanın, Bakı Dövlət Universitetinin professoru Məmməd Yaqubovun, həmin ali təhsil ocağının dosenti İmran Abdullayevin, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Səftər Hüseynovun, Bakı şəhər 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazovun çıxışları olub. Çıxışlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat verilib, 2014-cü ildə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilən test tapşırıqları elmi-metodik baxımdan təhlil edilib. Bundan başqa, seminarda yeni təhsil proqramları (kurikulum) əsasında hazır­lanan 7-ci sinif dərslik komplektinin monitorinqi də aparılıb.
Sonra çıxışlar ətrafında müzakirələr olub.
Xatırladaq ki, TQDK-nın təşkilatçılığı ilə həmin təhsil ocağında keçirilən növbəti seminar “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə olub.

Xəbərlər şöbəsi

Muxtariyyət tariximizin son 20 ilinin övladları öz təhsili, intellekt səviyyəsi, dünyagörüşü ilə fərqlənirlərsə, bu, inkişafımızın, intibahımızın göstəricisidir. Böyük ədib Maksim Qorki yazırdı: “Həyat belədir: istərsən gül, istərsən ağla, amma insan olduğunu yadında saxla!”

Evlə məktəb arasında bir küçə vardı...

Amma bir vaxt vardı ki, – keçid dövründə – az qala, hamımız bunu unutmuşduq. O küçəyə atalar, analar övlad dalınca yox, çörək dalınca çıxırdılar. Səhərin alatoranında bir parça çörək üçün mağazaların qarşısında küçə boyu növbə gözləyən insanların övladları da elə məktəbə getmək, dərs oxumaq əvəzinə, böyükləri kimi günlərinin çoxunu o küçədəcə keçirirdilər. Hamının bircə təsəllisi vardı: “Elnən gələn dərd toy-bayramdı”. Belə bir zamanda – maddi tələbatlarımızın mənəviyyatımıza hakim kəsildiyi dövrdə imdadımıza yetişən ulu öndər Heydər Əliyev yurdumuza gəlişi ilə ürəklərə inam, gözlərə işıq, süfrələrə çörək bəxş elədi. Onun gəlişi o zamana təsadüf edirdi ki, həm vətəndaş, həm ziyalı, həm də bir valideyn kimi yaşadığımız o çətin günlərin ab-havası şüurumuzu, düşüncəmizi də sanki keyləşdirmişdi.

Ardını oxu...

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” adlı müsabiqə təşkil etmişdir. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət sifarişi almışdır. Layihəyə əsasən, ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanmış, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək nəticələr ölkə ictimaiyyətinə çatdırılmışdır. Nəticəyə görə, Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yer tutmuş, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer almışdır.

Ardını oxu...

Muxtar respublikamızda təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri tədbirlər həyata keçirilir. Hər il muxtar respublikamızın müxtəlif ünvanlarında məktəb binaları tikilərək və ya yenidən qurularaq istifadəyə verilir. Yeni təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılır, fənn kabinələri, laboratoriyalar istifadəyə verilir, müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq olunur. Doğma diyarımızda təhsilə göstərilən qayğı, yaradılan hərtərəfli şərait isə bəhrəsiz qalmır. Hər il ali məktəblərə sənəd verən abituriyentlərin qəbul imtahanlarında yüksək bal toplamaları göstərilən qayğının müsbət nəticələrindən xəbər verir.

Ardını oxu...

Tarix həmişə bütün xalqların, dövlətlərin özlərini sübut etmək üçün söykənəcək yeri olub. Kimi yaşadığı ərazidə, kimisi də zaman etibarilə lap qədim dövrlərdən var olduğunu sübut etməyə çalışıb. Bu baxımdan alimlərin üzərinə böyük məsuliyyət düşür. Müasir günümüzədək gəlib çıxan maddi-mədəniyyət nümunələrini üzə çıxarmaq və həmin maddi əşyalara əsaslanaraq xalqın qədimliyinə işıq tutmağa çalışmaq elm adamlarının əsas vəzifəsi olub.
Sevindirici haldır ki, qədimliyi, maddi-mədəniyyətinin, mənəvi irsinin zənginliyi ilə qürur duyduğumuz Azərbaycan xalqının bu cür tarixi sübutları yetərincədir.
Ayrı-ayrı yaşayış məntəqələrinin, çay vadilərinin arxeoloji tədqiqatı zamanı üzə çıxarılan elmi yeniliklər onu deməyə əsas verir ki, Naxçıvan təkcə Azərbaycanın deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindən biridir.

Ardını oxu...

Yanvarın 6-da AMEA Naxçıvan Bölməsində Yeni Türkiyə Araşdırma və Yayın Mərkəzinin ərsəyə gətirdiyi “Türklər” çoxcildliyinin təqdimat mərasimi keçirilib. Mərasimi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq kitab haqqında məlumat verib. Çoxcildliyi ümumtürk tarixinə dair orijinal mənbə kimi qiymətləndirən akademik qeyd edib ki, bu əsər vasitəsilə keçmişdən günümüzə əcdadlarımızın – türk millətinin tarixini, mədəniyyətini, adət-ənənələrini, incəsənətini öyrənmək mümkündür.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Ümumtürk tarixinə işıq tutan sanballı əsər: Türklər” adlı məruzəsində kitab haqqında geniş məlumat verib. Bildirilib ki, çoxcildlikdə tarixdən günümüzə türklərin qurduqları dövlətlər və imperiyalarla yanaşı, ayrı-ayrılıqda hal-hazırda mövcud olan türk respublikalarının da tarixi haqqında müfəssəl məlumatlar öz əksini tapıb. “Bu əsərdə Azərbaycan, hətta Naxçıvan tarixindən də bəhs edilib”, – deyən alim çoxcildlikdə əksini tapan maraqlı faktları diqqətə çatdırıb.

Ardını oxu...

Bu günlərdə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camal­ovun və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyevanın həmmüəllifləri olduqları “Ailədə tərbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları” adlı metodik vəsait işıq üzü görüb. Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan metodik vəsaitin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənlidir.

“Giriş”, iki fəsil və “Nəticə”dən ibarət əsərdə, əsas etibarilə, müasir pedaqogika elmi üçün yeni olan etnopedaqogikanın milli ruhda tərbiyədə rolundan bəhs edilir. Metodik vəsaitdən məlum olur ki, etnopedaqogika özündə xalqın tərbiyə prosesində əsas götürdüyü fikir və ideyaları, adət və ənənələri, etnoqrafik və tarixi sənədləri, xüsusilə folklor materiallarını ehtiva edir. Müasir ailədə uşaqların milli dəyərlərə sahib vətəndaşlar kimi formalaşmalarında etnopedaqogikanın mühüm əhəmiyyətli məqamlarından bəhs edilməsi metodik vəsaitin yenilikçi məziyyətlərindəndir.

Ardını oxu...

Bu, bir həqiqətdir ki, yüksək savada və zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərə sahib cəmiyyətlər daim inkişaf edir, tərəqqiyə qovuşur. Bu cəhətdən Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki bizim ölkəmizdə belə müəllimlər kifayət qədərdir. Dövlətimiz isə həmin müəllimlərin əməyini yüksək qiymətləndirir, onları dövlətin ali təltiflərinə layiq görür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli sərəncamları ilə 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumtəhsil məktəblərinin və müəllimlərin mükafatlandırılması sözügedən təltifə bariz nümunədir. Həmin müsabiqənin qalibləri sırasında muxtar respublikada fəaliyyət göstərən məktəblərin və bir qrup müəllimin də adlarının olması bizə ikiqat sevinc bəxş etdi. Müsabiqədə fərqlənən müəllimlərlə görüşüb onları təbrik etdik, təəssüratlarını öyrəndik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi distant təhsilin tətbiqi ilə bağlı muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkilini davam etdirməkdədir.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti uğurlu olub. Bölmənin elmi-tədqiqat institutlarının və bölmə tərkibində fəaliyyət göstərən digər qurumların hesabatlarının dinlənilməsi başa çatıb.
Bu barədə qəzetimizə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev məlumat verib. Bölmə sədri bildirib ki, hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən və 7 mövzuya daxil оlan 32 elmi-tədqiqat işinin 92 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Hesabat ilinin sonunda isə planda nəzərdə tutulan 9 mərhələ qismən yerinə yetirilib, 83 mərhələdə elmi-tədqiqat işlərinin icrası tamamlanıb. Tədqiqatlar 21 şöbə və 8 labоratоriyada 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 4 nəfər elmlər dоktоru, 48 nəfər fəlsəfə dоktоru, 8 nəfər doktorant, 2 nəfər dissertant, 14 nəfər elmi işçi tərəfindən yerinə yetirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransın plenar iclasını giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından konfrans iştirakçılarını salamlayıb.
Qeyd olunub ki, muxtar respublikada bütün sahələr kimi, təhsilin də inkişafı istiqamətində ardı­cıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Bu diqqət və qayğı sayəsində son 10 ildə 150-yə yaxın məktəb binası tikilib istifadəyə verilib, hazırda bu sahədə işlər davam etdirilir. Təhsil müəssisələri 3500-dən çox kompüterlə təmin edilib, onların 84 faizi internetə qoşulub, 600-ə yaxın elektron lövhə quraşdırılıb.

Ardını oxu...

Ötən gün ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib. Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi müsabiqəyə 17 tam orta məktəbdən 34 inşa-yazı təqdim olunub. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs edən inşa-yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb və 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Elnur Nəsirov yazdığı inşa-yazısına görə müsabiqənin qalibi olub. 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Mehtab Şahverdiyevanın inşa-yazısı ikinci, 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sevinc Fərəcovanın inşa-yazısı isə üçüncü yerlə mükafatlandırılıb.
Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.

Xəbərlər şöbəsi

5-7 dekabr tarixlərində Qusar rayonunda respublikanın müxtəlif bölgələrindən 32 komandanın iştirakı ilə keçirilən yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun IV Azərbaycan Çempionatına yekun vurulub. Azərbaycanın milli mədəniyyətinin və tarixinin təbliğ edilməsi, yeniyetmələrin intellektual potensialının inkişaf etdirilməsi və qabiliyyətlərinin aşkar olunması üçün əlverişli şəraitin yaradılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən oyunda Naxçıvan Muxtar Respublikasını “Nuh yurdu” komandası təmsil edib. Komandamız respublika çempionatında mükəmməl oyun sərgiləyərək 3-cü yerə layiq görülüb.

Ceyhun MƏMMƏDOV

Ümumtəhsil məktəblərində bu mövzuda inşalar yazılıb

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin şagirdlərə öyrədilməsi diqqət mərkəzində saxlanılır. Keçirilən tədbirlərdə ulu öndərin Azərbaycan xalqı üçün həyata keçirdiyi cahanşümul tədbirlər, ümummilli liderin hər bir azərbaycanlı üçün örnək olan həyat və siyasi fəaliyyəti şagirdlərimizə aşılanır.

Dünən muxtar respublikanın ümumtəhsil məktəblərində “Ürəklərdə yaşayan dahi” mövzusunda inşalar yazılıb. Yazılarda məktəblilər ulu öndər haqqında öz fikir və düşüncələrini səmimi hislərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə ediblər. İnşalarda bu fikir ifadə olunub ki, Vətəni, milləti sevməyin, ona fədakar xidmət etməyin nümunəsi məhz ümummilli liderimizdir. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sayıb, özü də xalqa dayaq olub.

Ardını oxu...

Qəzetimizin ötən saylarında distant təhsilin tarixi, vəzifələri və əhəmiyyəti ilə bağlı oxuculara geniş məlumat verilib. Bu yazımızda isə muxtar respublikada distant təhsilin tətbiqi, ümumiyyətlə, bu istiqamətdə görülən işlər barədə söhbət açacağıq.  Əvvəlcə onu qeyd edək ki, distant təhsil əhalinin bütün təbəqələri üçün ən münasib və baha olmayan təhsil sistemidir. Daha dəqiq desək, distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunan və uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. Məsələn, Naxçıvan şəhərindəki elektron lövhəli sinfi olan hər hansı bir məktəbdən ən ucqar dağ kəndinin bir məktəbinin elektron lövhəli sinfi ilə əlaqə saxlayıb dərs təşkil etmək; şagird və yaxud tələbənin videobağlantı vasitəsilə keçilən dərsi dinləyə və müəllimlə birbaşa əlaqə saxlaya bilməsi distant təhsilin reallaşdığı məqamdır. Yəni bu tədris üsulunun tətbiqində məsafə fərqi yoxdur. Əsas odur ki, sürətli internet şəbəkəsi olsun.  

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş konfransın plenar iclasını giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
İqtisad üzrə elmlər doktoru, professor Asif Şirəliyev “İnnovativ inkişaf iqtisadiyyatın tərəqqisinin mühüm amili kimi” adlı məruzəsində qeyd edib ki, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti genişləndirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikintisi, ümumtəhsil məktəblərinin ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər tədrisin yeni metodlarla tətbiqinə geniş imkanlar açmışdır. Təhsil infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlər Heydər Əliyev adına tam orta məktəbi də əhatə etmişdir. Məktəb ötən dövrdə muxtar respublikada təhsilin inkişafına mühüm töhfələr vermiş, ali və orta ixtisas məktəblərinə, hərbi təhsil müəssisələrinə qəbul zamanı uğurlu nəticələr qazanılmışdır.

Bu il məktəbin yaranmasından 10 il ötür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalamış və yubileylə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər planına əsasən, bu il Heydər Əliyev adına tam orta məktəbin binasında yenidənqurma işləri aparılmışdır. Təhsil ocağında 60 sinif otağı, 5 elektron lövhəli sinif, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otaqları, emalatxana və idman zalı vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 avqust tarixli “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə  təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, dünən AMEA Naxçıvan Bölməsində AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin, Naxçıvan Dövlət və Özəl universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Məhəmməd Tağı Sidqi: həyatı və mühiti” adlı elmi konfrans keçirilib. 

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Qeyd olunub ki, 1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə alıb, klassik Şərq poeziyasını və fəlsəfəsini öyrənib.
Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yenitipli “Əxtər” məktəbi yaradıb, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoyub. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb edib, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirib.

Ardını oxu...

Noyabrın 25-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının yekunu ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq belə olimpiadaların keçirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın “Naxçıvanın muxtariyyət statusu: tarixi və hüquqi aspektlər” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi istər ölkəmizdə, istərsə də muxtar respublikamızda təntənəli surətdə qeyd olunur. Bu dövr ərzində muxtariyyətin möhkəm siyasi və hüquqi bazasının formalaşması, muxtar respublikamızın böyük bir inkişaf yolu keçməsi həmin tədbirlərdə önə çəkilir.

Ardını oxu...

Azərbaycan qadını iti zəkası, uzaqgörənliyi və qəhrəmanlığı ilə tariximizdə iz qoyub: Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin xanımı Möminə xatın, Gəncədə yaşayıb-yaradan Məhsəti Gəncəvi, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatın, Quba xanı Fətəli xanın həyat yoldaşı Tutubikə, Heyran xanım, Qönçəbəyim, Nazlı xanım Nəcəfova və daha neçələri …

Qadın anadır. Ana isə gələcəyimiz olan körpələrimizin ilk müəllimi, ən böyük tərbiyəçisidir. Bu səbəbdən qadınlarımızın savadlanması hər zaman çox vacib məsələlərdən biri olub; bu mənada maarifçi-ziyalılarımız Azərbaycan qadınının da təhsil almasına çalışıb və bu uğurda mübarizə aparıblar. Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşməsinə xidmət edib. Fədakar, mərd Azərbaycan qadın­larının qəhrəmanlıq xatirələri tariximizin şərəfli səhifələrindəndir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti yüksək əxlaqi və mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diktə edir. Məhz bu cür gəncliyin formalaşması ən əvvəl ailənin, xüsusilə ananın üzərinə düşən əsas vəzifələrdəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də muxtar respublikanın tam orta məktəblərinin şagirdləri, noyabrın 22-də isə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş hüquq olimpiadasının II turu keçirilib.
Yekun turda Naxçıvan Muxtar Respublikasının rayon və şəhər məktəbləri üzrə, ümumilikdə, 74 şagird, 31-i ali təhsil ocaqlarından, 25-i orta ixtisas təhsili müəssisələrindən olmaqla, 56 tələbə iştirak edib. Birinci turda olduğu kimi, test üsulu ilə keçirilən olimpiadanın ikinci turunda da şagirdlər və tələbələr Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına dair 60 sual üzrə biliklərini sınayıblar.
Olimpiadanın II turunda ən yüksək bal toplayan şagird və tələbələrə diplomlar təqdim olunacaq.


Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatının mətbuat xidməti

Naxçıvan Dövlət Universitetinin (NDU) Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, aqrar elmləri doktoru, professor Əlövsət Quliyevin “Müstəqillik illərində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində qədim kəhrizlərin bərpası və yenilərinin layihə olunması” mövzusunda yazdığı məqalə Özbəkistan Respublikasının alimləri arasında geniş səs-səda doğurub.

Ölkələrinin ekoloji vəziyyətindən, Aral dənizi problemindən, su ehtiyatlarının azalmasından narahat olan Özbəkistan alimləri bu ölkədə keçirilən beynəlxalq tədbirə professor Əlövsət Quliyevi də dəvət ediblər.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda ixtisas­artırma kursuna cəlb edilən məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçi-müəllimləri üçün təşkil olunmuş 10 günlük ixtisasartırma kursu başa çatıb.
Kurs iştirakçılarına sertifikatların verilməsi münasibətilə keçirilən tədbiri institutun rektoru, professor Oruc Həsənli açaraq bu gün Azərbaycan təhsil sistemində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirildiyini bildirib.
Vurğulanıb ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətlərinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli rus şairi M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuş “Sevdim Azərbaycanı” adlı elmi-praktik konfrans keçirilib.
Konfrans universitetin Rus dili və ədəbiyyatı kafedrası ilə Rusiyanın Penza Dövlət Universitetinin (PDU) Rus dili xarici dil kimi kafedraları arasında onlayn şəkildə keçirilməsi ilə yaddaqalan olub. NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və PDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yuriy Mazey belə konfransların virtual əməkdaşlığın inkişafı, xalqlar arasında elm və təhsil sahəsində tərəfdaşlığın, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynadığından danışıblar. Çıxışlarda həmçinin naxçıvanlı tələbələrin tələbə mobilliyi əsasında Penza Dövlət Universitetində bir semestr ərzində təhsil almalarından, müəllim və tələbə mübadiləsinin gələcək inkişafı istiqamətində görüləcək işlərdən bəhs edilib.

Ardını oxu...

Qədim uyğur türkləri Mərkəzi Asiyanın özünəməxsus zəngin onomastikaya malik xalqlarından biridir. Bu onomastik vahidlər mürəkkəb, eyni zamanda mütəşəkkil bir sistemə malikdir. Qeyd edək ki, uyğur türklərinin onomastikası dedikdə VIII yüzilliyə qədər Çin mənbələrinə qədərki lüğətlərdə və digər yazılı mənbələrdə öz əksini tapmış bütün xüsusi adların toplusu başa düşülür. Bu məsələ türkologiyada ciddi əhəmiyyət kəsb etdiyindən və aktual olduğundan həmin dövrün onomastikasının formalaşması prinsiplərinin və işlənməsi xüsusiyyətlərinin sistemli tədqiqi vacib məsələdir. 

Ardını oxu...

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Kurikulum və şəxsiyyətyönümlü təlim” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən konfransı giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açaraq tədbirin məqsəd və mahiyyətindən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Şəxsiyyətyönümlü kurikulumun mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Şəxsiyyətyönümlü kurikulumlar, bilavasitə, həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlərinin, əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir, tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Həmin biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur.

Ardını oxu...

10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında dünən intellektual oyun keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən, gənclərin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.
İntellektual oyunda ali və orta ixtisas təhsili müəssisələrinin 16 komandası mübarizə aparıb. Reqlamentə əsasən, 4 mərhələ, yarımfinal və final mərhələlərindən ibarət olan oyunda finala “Şahdağ”, “Savalan”, “Loğman” və “Şəfa” komandaları vəsiqə qazanıblar. Gərgin keçən mübarizə nəticəsində Naxçıvan Dövlət Universitetinin “Şahdağ” komandası qalib adını qazanıb. NDU-nun daha bir komandası “Savalan” ikinci, Naxçıvan Tibb Kollecinin “Loğman” komandası isə üçüncü olub.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin I kurs tələbələrinin iştirakı ilə “Muxtariyyət ili”nə həsr olunmuş açıq dərs keçilib.
Açıq dərsdə universitetin Hüquq fənləri kafedrasının müəllimi Əli Qədimov “Bələdiyyə seçkilərinin xüsusiyyətləri, seçki hüququ və seçki sistemləri” mövzusunda mühazirə oxuyub. Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, hüquqi sahədə də islahatlar aparılıb, yerli özünü­idarəetmə orqanları olan bələdiyyələr yaradılıb. Bələdiyyələr Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilən yerli nümayəndələrdən ibarət kollegial orqanlardır. Onlar müəyyən ərazi vahidinin hüdudları daxilində yerli özünüidarəni həyata keçirirlər.

Ardını oxu...

Muxtar respublikamızda iqtisadiyyatın dinamik inkişafı, istehsalatda müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələrin icrası nəticəsində ixtisaslı kadrlara olan tələbat ildən-ilə artmaqdadır. Buna görə də təhsilin bütün pillələri kimi, peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu baxımdan muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır. Dövlət proqramının icrası ilə əlaqədar rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığının təşkili, peşə standartlarının tətbiqi və peşə seçiminə köməklik məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Ardını oxu...

Noyabr ayının 8-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında hüquq olimpiadasının I turu keçirilib.
Bu turda II və III kurs olmaqla, ümumilikdə, 178 tələbə iştirak edib. I turda Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına dair 60 suala cavab verməli olan tələbələri qarşıda olimpiadanın II turu gözləyir. Bu turda da iştirakçılara test üsulu ilə 60 sual təqdim ediləcək.
Xatırladaq ki, məktəblilər arasında keçirilən hüquq olimpiadasının I turu noyabr ayının 5-də keçirilib.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombusman) Aparatının təşkilatçılığı ilə keçirilən olimpiadanın nəticələri dövlət qurumları və elm, təhsil müəssisələrinin nümayəndələrindən ibarət yaradılan münsiflər heyəti tərəfindən yoxlanılacaq. Olimpiadanın II (yekun) turunda ən yüksək bal toplayan tələbə və şagirdlər qalib elan ediləcəklər.

Xəbərlər şöbəsi

Noyabr ayının 9-da “İstedad – XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri arasında ümumi test-sınaq imtahanı keçirib.
Ənənəvi olaraq təşkil edilən belə imtahanlarda məqsəd şagirdlərin biliyinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanlar səhər saat 1000-da başlayıb və iki saat yarım davam edib. Sual kitabçasında şagirdlərə 8 fənn üzrə 100 sual təqdim olunub. Şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb.
Məlumat üçün bildirək ki, test-sınaq imtahanında şagirdlərə iş nömrəsi verilib və kodlaşma aparılıb. Həmin iş nömrəsi vasitəsilə şagirdlər imtahanın nəticələrini www.istedad21.com saytından öyrənə bilərlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR