24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşlarının və Erasmus Plus Milli Ofisi rəhbərinin iştirakı ilə keçirilən tədbiri universitetin tədris işləri üzrə prorektoru, dosent İbrahim Kazımbəyli açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. 

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova tədbirdə çıxış edərək bildirib ki, “Naxçıvan” Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı, çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim və tələbə mübadilələrinin həyata keçirilməsinə imkan verir.

Vurğulanıb ki, universitet 2012-ci ildən etibarən Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Tempus” layihələrində iştirak edir. Partnyor olaraq qoşulduğumuz ilk layihə Qafqaz Universiteti tərəfindən qazanılan E-NOTES layihəsi olub. 2013-cü ildən etibarən isə universitet yeni bir “Tempus” layihəsinə qoşulub. Bu, Almaniyanın Münhen Lyudviq Maksimilians Universitetinin koordinatoru olaraq hazırladığı və “Müasir xarici dil tədrisi Tempus” layihəsidir.
Erasmus Plus Milli Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək bildirib ki, müasir dövrdə Avropa ölkələrinin təhsil sistemlərinə inteqrasiya aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Avropa təhsil prosesini özündə əks etdirən Erasmus plus proqramlarının mühüm əhəmiyyəti var. Erasmus plus tərəfdaş ölkələrdəki təhsil müəssisələrinin Avropadakı universitetlərlə əməkdaşlığını nəzərdə tutur. Bu əməkdaşlıq təhsildə Avropa standartlarına dair təcrübənin bölüşülməsi, bazar iqtisadiyyatına uyğun təhsil gündəliklərinin və pro­qramlarının müzakirə olunması, müasir ədəbiyyatla təminat, tədrisin səviyyəsinin artırılması üçün məşğələlər, tələbələrin xaricdə təhsil almaları, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının tətbiqi kimi məsələlərin həllinə xidmət edir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR