24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Texniki Kollecində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. İclası giriş sözü ilə kollecin direktor əvəzi Asəf Ruşanov açaraq məruzə edib.
Bildirilib ki, 2014-cü ildə kollecdə 33 nəfər müəllim çalışıb. Bunlardan 26 nəfər müəllim tam ştat üzrə, 7 müəllim isə saathesabı tədris aparıb. 2013-2014-cü tədris ilinin sonunda kollecdən 62 nəfər tələbə əyani şöbədən, 16 nəfər tələbə isə qiyabi şöbədən, ümumilikdə, 78 nəfər məzun olub. Bunlardan 13 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Ötən il kollecdə dərslərin normal keçilməsi üçün hər bir şərait yaradılıb. Dərslər, əsasən, bir növbədə həyata keçirilib, elektron vasitələrdən və vəsaitlərdən istifadə etməklə tədris edilib. 2014-2015-ci tədris ilində əyani şöbədə 6 ixtisas üzrə 17 qrupda 312 tələbə təhsil alır. Bunların 186 nəfəri dövlət hesabına, 126 nəfəri isə ödənişli əsaslarla oxuyur. Kollec üzrə 303 nəfər payız imtahan sessiyasında iştirak edib. Bunlardan 24 nəfər tam əlaçı, 71 nəfər yarım əlaçı, 182 nəfəri qarışıq müsbət qiymətlər alıb. Kollec üzrə mənimsəmə 91,5 faiz, müvəffəqiyyət 34,7 faiz olub.
Tədbirdə kollecin müəllimlərindən Sürəyya Ələkbərovanın və Rəfail Abdullayevin çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR