24 Dekabr 2024, Çərşənbə axşamı

10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında dünən intellektual oyun keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən, gənclərin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.
İntellektual oyunda ali və orta ixtisas təhsili müəssisələrinin 16 komandası mübarizə aparıb. Reqlamentə əsasən, 4 mərhələ, yarımfinal və final mərhələlərindən ibarət olan oyunda finala “Şahdağ”, “Savalan”, “Loğman” və “Şəfa” komandaları vəsiqə qazanıblar. Gərgin keçən mübarizə nəticəsində Naxçıvan Dövlət Universitetinin “Şahdağ” komandası qalib adını qazanıb. NDU-nun daha bir komandası “Savalan” ikinci, Naxçıvan Tibb Kollecinin “Loğman” komandası isə üçüncü olub.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR