24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının iclası keçirilib.
Tədbirdə institutun rektoru, professor Oruc Həsənli çıxış edərək 2014-cü ildə institutda görülən işlər barədə danışıb.
Rektor bildirib ki, ötən il Naxçıvan Mü­əllimlər İnstitutunda 5 ixtisas üzrə bakalavriat hazırlanıb. 2014-2015-ci tədris ili üçün bakalavr təhsil pilləsi üzrə qəbul planı 300 nəfər olub, 261 nəfər qəbul edilib. Magistratura təhsil pilləsi üzrə qəbul planı 2014-cü ildə 23 nəfər olub və 17 nəfər bu səviyyəyə yüksələ bilib. İnstitutda hal-hazırda 1096 tələbə təhsil alır ki, onların təhsili ilə 88 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 8 nəfəri elmlər doktoru, professor, 37 nəfəri fəlsəfə doktoru, dosentdir.
2013-2014-cü tədris ilinin əyani təhsil formasında qış imtahan-məqbul sessiyasında 794 nəfərin hamısı sessiyada iştirak edib. Sessiyada müvəffəq olanlar 739 nəfər olub. Müvəffəqiyyət göstəricisi 93, keyfiyyət göstəricisi isə 49,2 faiz olub. 2013-2014-cü tədris ilinin əyani təhsil formasında yaz imtahan-məqbul sessiyasında 735 nəfər iştirak edib. 698 nəfər imtahanı müvəffəqiyyətlə verib. Müvəffəqiyyət göstəricisi 96,4, keyfiyyət isə 37,1 faiz olub.
Vurğulanıb ki, 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İctimai təşəbbüslərə dəstək” layihəsi üzrə aparılmış ali məktəblərin reytinq cədvəlində 30 ali məktəb arasında Naxçıvan Müəllimlər İnstitutu 645 balla 9-cu yeri tutub. Ötən il institutda 2 respublika və 1 beynəlxalq səviyyəli konfrans keçirilib.

2014-cü ildə institut əməkdaşlarından 2 nəfərin elmlər doktoru, 1 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyası müzakirə olunaraq müdafiəyə buraxılıb. İnstitutda olan 6 kafedra üzrə 26 gənc fəlsəfə doktoru, baş müəllim, müəllim fəaliyyət göstərir. Gənc müəllimlər beynəlxalq, respublika və digər nüfuzlu elmi konfranslarda məruzələrlə çıxış ediblər.
2014-cü ildə institut əməkdaşlarının 10 kitabı, 305 elmi məqalə və tezisi dərc olunub. Məqalələrdən 15-i, tezislərin isə 18-i xaricdə nəşr edilib. Ötən il nəşr olunmuş pro­qramların, metodik vəsaitlərin sayı 18 olub.
İnstitut əməkdaşlarından 31 nəfər beynəlxalq, 51 nəfər isə respublika əhəmiyyətli elmi konfrans, simpozium və seminarlarda məruzələrlə çıxış ediblər.
Sonra məruzə ətrafında müxtəlif sahələr üzrə hesabat çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR